Month: May 2024

  • Солиста HammAli & Navai объявили в розыск

    Солиста дуэта HammAli & Navai Наваи Бакирова объявили в розыск судебные приставы из-за долгов его компании.

    Об этом сообщает Telegram-канал Shot.

    Фирма певца ООО “Скар Трейдинг” задолжала более 2 млн рублей.

    Бакиров, уточняет издание, стал совладельцем компании два года назад. В прошлом году она понесла 617 000 рублей убытков, к которым прибавились долги, включая штрафы за административные правонарушения.

    Известно, что 700 000 рублей с компании Бакирова взыскивает Департамент мировых судей столицы – это могут быть долги по госпошлинам.

    ООО “Скар Трейдинг” занимается различными видами от строительства до продажи книг.

  • Məşhur reper Navai Rusiyada məhkəmə icraçıları tərəfindən axtarışa verilib

    Rusiya şou-biznesində Navai təxəllüsü ilə fəaliyyət göstərən, “HammAli&Navai” duetinin solisti Nəvai Bəkirov şirkətinin borclarına görə məhkəmə icraçıları tərəfindən axtarışa verilib.

    Bu barədə “Shot” “Telegram” kanalı öz mənbələrinə istinadla xəbər verib.

    Bildirilir ki, azərbaycanəsilli rep ifaçısının “Scar Trading MMC” şirkətinin 2 milyon rubldan (36,9 min manat) çox borcu var.

    Məlumata görə, Bəkirov iki il əvvəl şirkətin ortaq sahibi olub. Keçən il o, 617 min rubl (təxminən 11 min manat) zərər çəkib.

    Mənbədən bildirilib ki, ifaçının şirkətindən ehtimal ki, dövlət rüsumlarının ödənilməməsinə görə 700 min rubl (12,9 min manat) tutulur. Bundan başqa onun şirkəti cərimələri ödəməyib.

    Qeyd olunur ki, “Scar Trading MMC” tikintidən tutmuş kitab satışına qədər müxtəlif növ fəaliyyətlərlə məşğul olur.

  • Bakıda kişi gecə saatlarında özünü asdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə gecə saatlarında Nəsimi rayonunda qeydə alınıb.

    42 yaşlı T.Məmmədov yaşadığı evdə özünü asaraq həyatına son qoyub.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycanda enerjidoldurma məntəqələrində YENİLİK OLACAQ

    Azərbaycanda elektrik enerjisi doldurma məntəqələrinin (EDM) yerləşdiyi yerlər üzrə məlumatların paylaşılması və EDM-lərdə istehlak olunan elektrik enerjisinə görə onlayn ödənişlərin aparılması üçün xüsusi vahid proqram təminatı yaradılacaq və ya mövcud proqramlar əlaqələndirilərək daha da təkmilləşdiriləcək.

    “Report” xəbər verir ki, bu, ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.

    Məlumata görə, layihə iyulun 1-dək “Azərişıq” ASC, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (“İnnovasiyalar Mərkəzi” MMC), Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (özəl sektor cəlb edilməklə) tərəfindən hazırlanmalıdır.

    Həmçinin qeyd edilən dövrədək EDM-lərin yaradılması, qeydiyyatdan keçirilməsi və fəaliyyətə başlaması üzrə bütün prosedurları və xərcləri özündə əks etdirən proseslər xəritəsinin hazırlanmalı və Komissiyaya təqdim olunmalıdır.

    Xəritə “Azərişıq” ASC, Energetika Nazirliyi (o cümlədən Enerji Məsələlərini Tənzimləmə Agentliyi və Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyi), Rəqəmsal İnkişaf və Nəqliyyat (o cümlədən Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi), İqtisadiyyat, Daxili İşlər nazirlikləri və digər aidiyyəti qurumlar tərəfindən hazırlanmalıdır.

  • İbrahim Tatlıeses Bakıya əlil arabasında gəldi – FOTO

    Türk sənət musiqisinin imperatoru İbrahim Tatlıeses yeni görüntüləri ilə diqqət çəkib.

    Paytaxtın qonağı olan sənətçi yeriyə bilmədiyindən əlil arabasında gətirilib.

    İbrahimin fotolarını aparıcı Hacı Nuran Hüseynov sosial şəbəkə hesabında izləyiciləri ilə bölüşüb.

    Tatlıses Bakıdakı dəbdəbəli məkanlardan birində səhnə almaq üçün Bakıya təşrif buyurub.



  • Ölüm xəbəri yayılan şoumenin səhhəti ilə bağlı AÇIQLAMA

    Vəfat etdiyi deyilən tədbir aparıcısı, şoumen Murad Muradovun səhhəti ilə bağlı vəziyyət açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən “Qafqazinfo” ​sorğusuna cavab olaraq bildirilib ki, ​hazırda onun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir:

    “Mayın 6-sı saat 07:50-də 1986-cı il təvəllüdlü Quba rayonu Zərdabi kənd sakini Quba Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım bölməsinə gətirilib. Xəstəyə sol orta beyin arteriyasında işemik insult, sağ tərəfli dərin hemiparez, qıcolma sindromu diaqnozu təyin edilib. Zəruri müayinələr aparıldıqdan sonra Reanimasiya şöbəsinə yerləşdirilib.

    Hazırda xəstənin vəziyyəti kritik ağır olaraq qiymətləndirilir və müalicəsi Reanimasiya şöbəsində davam etdirilir”.

    Qeyd edək ki, 38 yaşlı M.Muradov 5 gün əvvəl yaşadığı Quba rayonunda insult keçirib. O, bir sıra televiziya kanallarında müxbir və aparıcı kimi çalışıb, Şimal regionundakı tədbirlərdə daim aparıcı kimi iştirak edib. Eyni zamanda gənc yazıçı kimi də tanınır.

  • Bazar gününün havası açıqlanıb

    Ölkə ərazisində mayın 12-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi axşama doğru arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 20-25 dərəcə isti olacaq. Atmosfer təzyiqi 756 mm civə sütunundan 753 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 55-60% olacaq.

    Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, axşam yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 13-17 dərəcə isti, gündüz 25-30 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə isti, gündüz 10-15 dərəcə isti olacaq.

  • Ильхам Алиев и Мехрибан Алиева принимают участие в открытии фестиваля “Харыбюльбюль” – ОБНОВЛЯЕТСЯ

    Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева принимают участие в открытии VII Международного музыкального фестиваля “Харыбюльбюль” в Шуше.

    Как сообщает АЗЕРТАДЖ, глава государства выступил на мероприятии.

    Затем выступил генеральный директор ИСЕСКО Салим бин Мухаммад аль-Малик.

    * * * * *

    Сегодня в Шуше состоится открытие VII Международного музыкального фестиваля “Харыбюльбюль”.

    Фестиваль, организованный Фондом Гейдара Алиева и Министерством культуры Азербайджана, будет проходить в Шуше и Лачыне и продлится до 13 мая.

    Программа фестиваля этого года отличается не только числом исполнителей, но и репертуаром.

    Накануне на Джыдыр дюзю прошли последние приготовления к фестивалю.

  • İlham Əliyev və Mehriban Əliyeva Şuşada “Xarıbülbül” Festivalının açılışında – YENİLƏNİR

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak ediblər.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.

    * * * * *

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşa şəhərində “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında iştirak edirlər.

    President.az xəbər verir ki, dövlətimizin başçısı tədbirdə çıxış edib.

    Sonra ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik çıxış edib.

    * * * * *

    Bu gün “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olacaq.

    Oxu.Az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə mayın 13-dək davam edəcək festival bu il Şuşa ilə yanaşı, həm də Laçın şəhərində keçirilir.

    Festival həm çıxışçılar, həm də fərqli repertuarı ilə fərqlənir.

    Bu ərəfədə Şuşada Cıdır düzündə festivalın son hazırlıqları olub.

  • В Баку обломки бетона с новостройки посыпались на дорогу – ВИДЕО

    В Наримановском районе Баку оторвавшиеся от здания куски бетона упали на дорогу.

    Информация об этом поступила на горячую линию baku.ws.

    Сообщается, что инцидент зафиксирован возле станции метро “Нариман Нариманов” в новостройке, расположенной на улице напротив одноименного парка. На территории, где посыпались обломки бетона, в течение дня наблюдается оживленное движение.

    Примечательно, что тяжелые куски бетона откололись от новопостроенного и сданного в эксплуатацию здания. Хоть, к счастью, никто и не пострадал, происшествие не на шутку испугало пешеходов. Обломки были тотчас удалены с территории.