Month: May 2024

  • Салим бин Мухаммад аль-Малик: Фонд Гейдара Алиева достоин поздравлений за достижения

    Фонд Гейдара Алиева под руководством Первого вице-президента, первой леди, посла доброй воли ИСЕСКО Мехрибан Алиевой поставил перед собой благородные цели.

    Как сообщает АЗЕРТАДЖ, об этом заявил генеральный директор ИСЕСКО Салим бин Мухаммад аль-Малик во время выступления на VII Международном музыкальном фестивале “Харыбюльбюль”.

    Подчеркнув, что Фонд взял на себя благоустройство и обновление как города Шуша, так и других мест Карабаха, генеральный директор сказал: “Мы являемся свидетелями того, что эти работы повсеместно приобрели размах. Этот образцовый Фонд достоин поздравлений за достижения, которых он добился за короткое время”.

  • ICESCO: “Heydər Əliyev Fondu qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”

    “Birinci vitse-prezident, birinci xanım, ICESCO-nun xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu qarşısına nəcib hədəflər qoyub”.

    AZƏRTAC xəbər verir ki, bu barədə ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı bildirib.

    Fondun Qarabağın başqa yerlərində olduğu kimi, Şuşa şəhərinin abadlaşdırılması, yenilənməsi yükünü də öz üzərinə götürdüyünü vurğulayan baş direktor deyib: “Biz bu işlərin hər yerdə vüsət aldığının şahidiyik. Bu nümunəvi Fond qısa vaxt ərzində əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir”.

  • BMT Baş Assambleyası Fələstinin üzvlük ərizəsini təsdiqlədi

    BMT Baş Assambleyası Fələstinin təşkilata tamhüquqlu üzvlük iddiasını böyük səs çoxluğu ilə dəstəkləyib və BMT Təhlükəsizlik Şurasını “məsələyə yenidən baxmağa” çağırıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Reuters yazır.

    Qaydalara əsasən, yeni üzv dövlətlərin BMT-yə qəbulu BMT Təhlükəsizlik Şurasının qərarı əsasında həyata keçirilir – bəziləri daimi üzv olan, bəziləri isə rotasiya ilə işləyən 15 dövlətdən ibarət dar dairə. Aprel ayında Təhlükəsizlik Şurası artıq Fələstinin üzvlük müraciətinə səs verib və ABŞ buna veto qoyub.

    193 üzvdən ibarət Baş Assambleyanın səsverməsi məsləhət xarakteri daşıyır və Reuters-in qeyd etdiyi kimi, Fələstinin BMT-nin tamhüquqlu üzvü olmaq istəyinə dəstək səviyyəsinin qlobal sorğusudur.
    Baş Assambleya qətnaməni 143 lehinə, ABŞ və İsrail də daxil olmaqla 9 əleyhinə səslə qəbul edib, 25 ölkə isə bitərəf qalıb. Qərar fələstinlilərə BMT-yə tam üzvlük hüququ vermir, sadəcə olaraq onlara daxil olmaq hüququ tanıyır.

    Reuters-in məlumatına görə, Fələstinin müraciəti Təhlükəsizlik Şurasında yenidən müzakirəyə çıxarılarsa, ABŞ onu yenidən bloklayacaq.
    “Bizim [Fələstinin BMT-yə üzvlüyünə qarşı] səsimiz Fələstin dövlətçiliyinə qarşı çıxdığımızı göstərmir; biz onu dəstəklədiyimizi və bu istiqamətdə əhəmiyyətli irəliləyiş əldə etməyə sadiq olduğumuzu açıq şəkildə bildirdik. Lakin bu, dövlətçiliyin yalnız bir prosesdən keçəcəyinin etirafıdır. Bu, tərəflər arasında birbaşa danışıqları nəzərdə tutur”, – deyə ABŞ-ın BMT-dəki səfirinin müavini Robert Vud bildirib.

    Ancaq Baş Assambleyanın cümə günü qəbul etdiyi qətnamə boş bəyanat deyil. O, fələstinlilərə 2024-cü ilin sentyabr ayından başlayaraq BMT-də bəzi əlavə hüquqlar və imtiyazlar verir: məsələn, BMT üzvləri arasında assambleya zalında yer verir, lakin səsvermə hüququ olmur.

    Hələlik Fələstin BMT-yə üzv olmayan müşahidəçi dövlətdir. 2012-ci ildən bu statusa malikdir.

    İsrailin BMT-dəki səfiri Gilad Erdan artıq BMT-nin “terrorçu dövləti” öz sıralarına qəbul etdiyini bəyan edib. Hələ səsvermədən əvvəl o, xəbərdarlıq edib ki, qətnamə təsdiq olunarsa, Fələstinin tamhüquqlu üzv olduğu YUNESKO ilə əvvəllər olduğu kimi, Birləşmiş Ştatlar BMT-yə maliyyəni kəsəcək.

    UNIAN-ın yazdığı kimi, bəzi Avropa ölkələri Fələstini müstəqil dövlət kimi rəsmən tanımağı planlaşdırır. Aİ-nin xarici işlər üzrə ali nümayəndəsi Xosep Borrelin sözlərinə görə, belə planlar yaxın gələcəkdə İspaniya, İrlandiya, Belçika və digərləri tərəfindən həyata keçirilə bilər.

    Eyni zamanda, “The Times” qəzetinin yazdığına görə, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Binyamin Netanyahu və İsrailin digər yüksək rütbəli rəsmilərinin Qəzzadakı müharibə ilə bağlı həbsinə order verməyə hazırdır.

  • Saxta gömrük “polkovniki”nə hökm oxundu: 86 min manata vəzifəyə “təyin edirmiş”…

    Özünü Dövlət Gömrük Komitəsinin vəzifəli şəxsi kmi göstərib, xeyli sayda insanı işə düzəltmək adı ilə aldadan şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1996-cı ildə Qəbələ rayonunda anadan olmuş, ali təhsilli Zaməddin Hüseynov (soyad şərti) insanlara qarşı dələduzluğu 28 May metrosu yaxınlığında yerləşən dükandan 110 manata aldığı Dövlət Gömrük Komitəsinin əməkdaşının geyim forması ilə törədib.

    Təqsirləndirilən qurumun rəsmi geyim formasını geyinərək, “polkovnik” rütbəsində zərərçəkmiş şəxsləri inadırmağı bacarıb. Belə ki, Zaməddin sözügedən geyimdə zərərçəkmiş şəxslərə özünü Dövlət Gömrük Komitəsinin kadrlar idarəsinin və Komitənin İstintaq Baş İdarəsinin əməkdaşı kimi təqdim edərək, ümumilikdə onların 200 min manata yaxın vəsaitini mənimsəyib.

    Vüsal adlı şəxsdən 3.300 manat, Rüstəmdən 23.400 manat, Vüqardan 86.000 manat, Etimaddan 17.825 manat, Emindən 10 min manat, Rövşəndən 11.000 manat, Cəlaldan 6.000 manat, Alıdan 4.000 manat pulu onları və ya qohumlarını Dövlət Gömrük Komitəsinə müxtəlif vəzifələrə düzəltmək adı ilə aldadaraq alıb.

    O, zərərçəkmiş şəxslərlə görüşə hər dəfə “Rent a car”dan götürdüyü bahalı “Range Rover” və digər markalı avtomobillərlə gedib. Məqsədi 28 May metrosu yaxınlığında yerləşən dükandan aldığı geyimlə və bahalı avtomobillərlə ciddi adam görüntüsünü yaratmaq olub.

    Zaməddin məhkəmədə ifadəsində bildirib ki, 2021-2022-ci illər ərzində bu cinayətləri tək törədib və əməlindən peşmandır. O, Dövlət Gömrük Komitəsində işləməyib, özünü Komitənin işçisi kimi təqdim edib və qeyd edilən şəxsləri işə düzəltmək adı ilə pullarını ələ keçirib.

    Məhkəmənin qərarı ilə Zaməddin Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu maddələri ilə təqsirli bilinərək, 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

  • Satışda olan saxta məhsulları necə ayırd edək? – VİDEO

    “İstehlakçı aldığı məhsulun etiketinə nəzər etməli və üzərində yazılan məlumatı ətraflı oxumalıdır”.

    Bu sözləri ARB TV-nin efirində yayımlanan verilişlərin birində Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib.

    O, saxta məhsulların satışı ilə məşğul olanların İnzibati Xətalar Məcəlləsinin 447-ci maddəsinə əsasən, 6 000 manata qədər cərimə olunduğunu bildirib.

    “Əmtəə bazarlarında olan məhsulların 80%-nin sənədi olmadığı üçün istehlakçı məhsulun sənədini və mənşəyinə aid sertifikatını tələb etməkdə çətinlik çəkir”, – Eyyub Hüseynov qeyd edib.

    Ətraflı videosüjetdə:

  • Vasif Talıbov 1 il sonra göründü (FOTO)

    Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sabiq sədri Vasif Talıbovun oğlu Rza Talıbov ailəsinin fotolarını paylaşıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ümummilli lider Heydər Əliyevin anım günündə paylaşılan ailə şəkillərində V.Talıbov xanımı, oğlu və nəvəsi ilə görüntülənib.

    Sabiq sədrin ailəsi fotonu Heydər Əliyevin qarşısına gül dəstələri qoyulan portreti önündə çəkdirib.  

    Xatırladaq ki, mətbuatda V.Talıbovun son fotosu elə ötən ilin 10 may tarixində Heydər Əliyevin abidəsini ziyarət edərkən yayılmışdı.

    Qeyd edək ki, V. Talıbov 2022-ci ilin dekabrında istefa verib.




  • Xankəndi-Şuşa-Laçın yolunun uzunluğu neçə km olacaq?

    Xankəndi-Şuşa-Laçın avtomobil yolunun yenidən qurulması layihəsi üzrə tikinti işləri davam etdirilir.

    Avtomobil yolunun ümumi uzunluğu 34 kilometrdir.

    İkinci texniki dərəcəli yolda torpaq yatağının eni 15 metr, hərəkət zolağının hər birinin eni isə 3,75 metrdir.

    Yol üzərində 2 körpü, 4 tunel və suötürücü borular inşa olunacaq.

    Uzunluğu 440 və 1100 metr olan birinci və üçüncü tunellərin giriş və çıxış portallarında qazma işləri yerinə yetirilib. Digər iki tuneldə – 540 və 300 metr uzunluqlarındakı ikinci və dördüncü tunellərdə isə işlərə yaxın vaxtda başlanılacaq.

  • Prezident: “Azərbaycan İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir”

    “Biz İslam həmrəyliyi istiqamətində ardıcıl fəaliyyət göstəririk. Azərbaycan İslam dünyasının birləşməsi, İslam həmrəyliyinin gücləndirilməsi üçün böyük səylər göstərir”.

    AZƏRTAC xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışında səsləndirib.

    Dövlətimizin başçısı qeyd edib: “Şuşa şəhərinin İslam dünyasının mədəniyyət paytaxtı olması bizə əlavə imkan verəcək ki, öz mədəniyyətimizi həm müsəlman ölkələrinin ictimaiyyətinə, həm də dünya ictimaiyyətinə çatdıraq”.

  • Azərbaycan Prezidenti ICESCO-ya təşəkkür etdi

    “Şuşa şəhəri İslam dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur. Bu qərara görə ICESCO-ya, onun rəhbərliyinə, ICESCO-ya üzv ölkələrə – qardaş ölkələrə öz təşəkkürümü bildirmək istəyirəm”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxışı zamanı deyib.

    “Şuşa bu şərəfli ada layiq görülüb və biz bunu İslam dünyasının Azərbaycana növbəti dəstəyinin, hörmətinin əlaməti kimi qəbul edirik”, – deyə dövlətimizin başçısı bildirib.

  • Bakıda idman zallarında qiymətlər necədir? (VİDEO)

    İdman sağlamlıqdır. Ancaq sağlam həyata gedən yol ən azı 60 manatdan keçir.

    Son zamanlar bütün sahələrdə müşahidə edilən qiymət artımı, idman zallarına da təsirini göstərib.
     
    “Xəzər Xəbər” mövzu ilə bağlı araşdırma aparıb.