Month: May 2024

  • “Avroviziya-2024”ün niderlandlı favoriti dava etdiyi üçün müsabiqədən uzaqlaşdırılıb

    “Avroviziya-2024”ün Niderlanddan olan ifaçısı Yost Klayn müsabiqənin münsiflər heyətinin şousunda iştirak edə bilməyəcək. O, müsabiqədən uzaqlaşdırılıb.

    Bu barədə tədbirin təşkilatçısı olan Avropa Yayım Birliyi (EBU) məlumat yayıb.

    Qərara səbəb kimi pərdəarxası baş verən hadisə göstərilir, ancaq təfərrüat açıqlanmır. Sadəcə o məlumdur ki, EBU insidentlə bağlı araşdırmaya başlayıb.

    İsveç mətbuatının məlumatına görə, müğənni ya fotoqrafla, ya da prodüserlə qarşıdurmaya girib.

    Eyni zamanda, hələlik Niderlandın yarışdan diskvalifikasiyasının müzakirə olunmadığı vurğulanıb.

    Xatırladaq ki, İsveçdə “Avroviziya-2024” mahnı müsabiqəsinin ikinci yarımfinalı başa çatıb.

    Mənbə: RIA Novosti

  • Мировые цены на нефть

    Мировые цены на нефть понижаются.

    Июньские фьючерсы на марку WTI подешевели на 1,26% – до 78,26 доллара за баррель, а июльские на Brent – на 1,3%, до 82,79 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri azalıb

    Dünya bazarında neft qiymətləri azalıb.

    Belə ki, WTI markalı neftin iyun füçersləri 1,26% ucuzlaşaraq bir barelinin qiyməti 78,26 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyul füçersləri isə 1,30% ucuzlaşaraq bir barelinin qiyməti 82,79 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Дочери расстрелянного главы ИВ выделен дом в Шуше – ФОТО

    Минувшим днем Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Азербайджана Мехрибан Алиева приняли участие в открытии первого жилого комплекса в Шуше и встретились с первыми жителями, возвратившимися в город.

    Ильхам Алиев и Мехрибан Алиева вручили им ключи от квартир.

    Как сообщает modern.az, одной из жителей была Сабина Гезалова – дочь расстрелянного в 1991 году главы Исполнительной власти Шушинского района Микаила Гезалова.

    Сабина Гезалова – директор школы №1 города Шуша. На эту должность она была назначена в прошлом году.

    В ходе встречи С.Гезалова выразила благодарность главе государства и Первому вице-президенту.

    “Сегодня душа моего отца радуется. Радуются души всех наших шехидов. Мы гордимся вами. Благодарю, большое спасибо”, – сказала она.

    Отметим, что Микаил Гезалов 11 декабря 1991 года был убит в своем кабинете в Шуше выстрелом из автоматического оружия.

  • Güllələnən icra başçısının qızına da Şuşada ev verildi – FOTO

    Ötən gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.

    Dövlətimizin başçısı və birinci xanım mənzillərin açarlarını sakinlərə təqdim ediblər.

    Modern.az xəbər verir ki, mənzillə təmin olunanlardan biri də Şuşanın 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova olub.

    Səbinə Gözəlova Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur. O, bu vəzifəyə ötən il təyin olunub.

    O, görüş zamanı Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevaya təşəkkür edib.

    “Təşəkkür edirəm, minnətdaram. Bu gün atamın ruhu şaddır. Bütün şəhidlərimizin ruhu şaddır. Biz sizinlə fəxr edirik, qürur duyuruq. Təşəkkür edirəm, çox sağ olun”, – o deyib.

    Qeyd edək ki, Səbinə Gözəlovanın atası Mikayıl Gözəlov Şuşa Rayon İcra Hakimiyyətinin başçısı olub. O, 1991-ci ilin 11 dekabrında Şuşadakı iş otağında güllələnərək öldürülüb.

  • В Саатлинском районе задержан таксист-наркоман

    В Саатлинском районе задержан таксист-наркоман.

    Об этом сообщили в пресс-службе МВД.

    В ходе профилактических мероприятий, проведенных сотрудниками отделения Государственной дорожной полиции Саатлинского районного отдела полиции, были выявлены 45 водителей, внесших изменения в госномера и конструкцию автомобилей, использовавших полифонические звуковые сигналы, управлявшие автомобилем в нетрезвом состоянии и без соответствующих документов.

    В отношении нарушителей были приняты надлежащие правовые меры.

    В рамках данных мероприятий также был задержан житель района С.Моллаев, занимавшийся таксомоторной деятельностью, находясь под воздействием марихуаны.

    Собранные на него материалы были направлены для дачи правовой оценки в суд.

  • Saatlıda marixuana qəbul edib taksi sürən şəxs saxlanılıb

    Saatlıda marixuana qəbul edib taksi fəaliyyəti ilə məşğul olan sürücü saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

    Saatlı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri profilaktik tədbir zamanı avtomobilin dövlət qeydiyyat nişanlarına və konstruksiyasına dəyişiklik edən, çoxavazlı səs siqnalı quraşdıran, sərxoş vəziyyətdə və müvafiq sənədləri olmadan avtomobil idarə edən 45 sürücü müəyyən edilib.

    Onlar barəsində qanunvericiliyə uyğun tədbirlər görülüb.

    Tədbir zamanı narkotik vasitə marixuana qəbul edərək taksi fəaliyyəti ilə məşğul olan rayon sakini S.Mollayev də saxlanılıb. Sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.

  • Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

    Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar.

    Bu barədə “Science Alert” nəşrində dərc olunan məqalədə bildirilib.

    Tədqiqatın müəllifləri iddia ediblər ki, “hüceyrədən hüceyrə” adlandırılan yeni material suda əla dayanıqlıq nümayiş etdirir, bu isə yaş qaz axınlarından sənaye tətbiqlərində istifadə olunacaq texnologiya üçün vacibdir.

    Alimlər laboratoriya təcrübələri aparıblar və yeni materialın ən güclü istixana qazlarından biri olan kükürd heksafloridini (SF6) yüksək udma xüsusiyyətlərinə malik olduğunu təsdiqləyiblər.

    Bununla belə, alimlər etiraf ediblər ki, daha böyük sınaqlara ehtiyac olacaq.

    Tədqiqat müəlliflərinin sözlərinə görə, onların yeni sintez edilmiş materialı təkcə istixana qazlarını udmaq üçün deyil, həm də uçucu üzvi birləşmələr kimi zəhərli istixana qazlarını havadan çıxarmaq üçün istifadə edilə bilər. Bu da Yer kürəsini istiləşmədən qoruyacaq.

  • ABŞ daha bir ölkədən qoşunlarını çıxarır

    Pentaqon yaxın bir neçə ay ərzində bütün ABŞ qoşunlarını Nigerdən çıxarmaq qərarına gəlib.

    Qeyd olunub ki, bu ölkədə ABŞ ordusunun minə yaxın əsgər və zabiti var.

    ABŞ rəsmisinin verdiyi məlumata görə, Müdafiə Nazirliyi Nigerdəki təxminən 1000 əsgərinə yaxın bir neçə ay ərzində ölkəni tərk etməyi əmr edib.

    Qeyd edək ki, ABŞ daha əvvəl qoşunlarını Suriyadan da çıxaracağını bildirmişdi.

    Mənbə: Politico

  • Medvedevdən Britaniyanın xarici işlər nazirinə XƏBƏRDARLIQ

    “Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron ifadələrində daha diqqətli olmalıdır”.

    Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev öz “Telegram” kanalında yazıb.

    Bununla o, Kemeronun qələbə qazananadək Rusiya Prezidenti Vladimir Putinlə vuruşmaq çağırışını şərh edib.

    “Burada Kemeron adlı biri Putinlə qələbə qazanana qədər sonadək mübarizəyə çağırıb. Əbəs yerə. Müəyyən şəraitdə bunun cavabı təkcə Kiyevə çatmayacaq. Devid, diqqətli ol”, – deyə Medvedev paylaşımında bildirib.

    Medvedev əlavə edib ki, o, Kemeronu Rusiya prezidenti olduğu vaxtlardan şəxsən tanıyır və onu Britaniyanın baş naziri kimi də yaxşı xatırlayır. İndi isə keçmiş həmkarının Rusiya ilə bağlı davranışları onu təəccübləndirib.

    Qeyd edək ki, Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron bu həftə Qərb ölkələrini Ukrayna münaqişəsində Putinlə sonadək mübarizə aparmağa və Rusiyaya qarşı daha sərt mövqe tutmağa çağırıb.

    Mənbə: NEWS.ru, Gazeta.ru