Month: May 2024

  • В Гаджигабульском районе автомобиль сбил 9-летнего ребенка

    В Гаджигабульском районе произошло дорожно-транспортное происшествие с наездом на пешехода.

    Как сообщает Report, автомобиль сбил переходившего дорогу М.И. (2015 г.р.).

    Согласно информации, сперва пострадавшего доставили в Гаджигабульскую центральную районную больницу. Затем ребенка направили в одно из медучреждений Баку. Во время обследования у него диагностировали открытую черепно-мозговую травму и общие травмы тела.

    По данному факту ведется расследование.

  • Hacıqabulda avtomobil uşağı vuraraq ağır xəsarət yetirib

    Hacıqabul rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    “Report”un məlumatına görə, rayon ərazisində avtomobil yolu keçən 2015-ci il təvəllüdlü M.İ.-ni vurub.

    Yaralı təcili tibbi yardımın köməyi ilə əvvəlcə Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Daha sonra o, Bakıda yerləşən xəstəxanaların birinə gətirilib. Müayinə zamanı ona açıq kəllə-beyin travması və bədənin müştərək travması diaqnozları qoyulub.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Azərbaycanın cənub bölgəsinin sürüşmə zonalarında aktivlik artıb – VİDEO

    Son günlər havaların yağmurlu keçməsi sürüşmə zonalarında aktivliyi artırıb.

    Milli Geoloji Kəşfiyyat Agentliyinin məlumatına görə, qeyri-sabit və yağmurlu hava şəraitindən sonra cənub bölgəsində lokal sürüşmə zonalarında aktivlik müşahidə olunur.

    Bildirilib ki, Lənkəran, Astara və Lerik rayonları ərazisində 12 lokal sahədə aktiv faza müşahidə olunur.

    AMEA-nın Coğrafiya İnstitutunun şöbə müdiri Ənvər Əliyev “xəzər xəbər”ə açıqlamasında qeyd edib ki, xüsusilə yaz aylarında intensiv atmosfer çöküntülərinin baş verməsi sürüşməyə meyilli sahələrdə bu prosesin aktivləşməsinə təsir göstərib.

    Onun fikrincə, intensiv yağıntılardan sonra Bakının bəzi sürüşmə zonalarına da diqqət artırılmalıdır.

    Qeyd edək ki, hazırda ölkəmizdə 99 lokal sürüşmə sahəsi var. Son bir neçə ildə 46 yeni sürüşmə zonası müəyyən edilib.  

    Ətraflı süjetdə:

  • 29 ictimai iaşə müəssisəsində ciddi nöqsanlar aşkarlandı

    Azərbaycanda 12 ticarət və 17 ictimai iaşə müəssisəsində qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktların tələblərinin pozulduğu aşkarlanıb.

    Bu barədə Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Bildirilib ki, aşkar edilmiş nöqsanlar qida təhlükəsizliyi qeydiyyatının alınmasına dair çıxarışın yoxluğu, məhsulların minimum keyfiyyətini və təhlükəsizliyini təsdiq edən müşayiətedici sənədlərinin mövcud olmaması, izləmə sisteminin (QR kod) tətbiq olunmaması, mal qonşuluğu prinsipinin pozulması, temperatur rejiminin gözlənilməməsi, süd məhsullarının tələblərə uyğun etiketlənməməsi, vitrində yerləşdirilməməsi və xüsusi işarələrin qoyulmaması, etiket məlumatları və mənşəyi məlum olmayan məhsulların mövcudluğu, sanitar-gigiyenik və sanitar-texniki vəziyyətin qeyri-qənaətbəxş vəziyyəti, mütəmadi olaraq təmizlik və dezinfeksiya işlərinin aparılmaması, obliqat qrupuna daxil olan işçilərin ilkin və dövrü tibbi müayinədən keçməməsi və sanitar geyimlə təmin edilməməsi və sair səbəblərlə əlaqədardır.

    Aşkar edilmiş nöqsanların aradan qaldırılması ilə bağlı məsul şəxslərə icrası məcburi göstərişlər verilib.

    Nəzarət tədbirləri COP29-un ölkəmizdə keçirilməsi ilə əlaqədar ölkəyə gələcək xeyli sayda xarici qonaqlara yüksək səviyyədə və təhlükəsiz qidalanma xidmətlərinin göstərilməsi məqsədilə həyata keçirilir.

  • İşıqforun tələbinə məhəl qoymayan sürücü zəncirvari qəzaya səbəb oldu

    Gəncə şəhərində zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.

    Hadisə Atatürk prospekti ilə Abbasqulu Abbaszadə küçəsinin kəsişməsində qeydə alınıb.

    İlkin məlumatlara görə, qəzaya səbəb “Toyota Corolla” markalı avtomobilin sürücüsünün işıqforun qırmızı işığında hərəkətini davam etdirməsi olub. Nəticədə nəqliyyat vasitəsi hərəkətdə olan “Mercedes” markalı avtomobil ilə toqquşub.

    Zərbənin gücündən nəqliyyat vasitələri sözügedən prospekt istiqamətində yol kənarında dayanan avtomobillərə çırpılıb.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Oxu.Az-ın sorğusuna cavab olaraq bildirib ki, yol-nəqliyyat hadisəsi bu gün qeydə alınıb:

    “Hadisə zamanı ölən və yaralananlar barədə məlumat yoxdur. Əraziyə polis, əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır”.

  • Azərbaycanda tələbə qəfil vəfat etdi

    Azərbaycanda tələbə vəfat edib.

    Bu barədə “Azərbaycan Universitetləri” səhifəsi paylaşım edib.

    Bildirilib ki, Bakı Slavyan Universitetinin Şərqi Avropa Dilləri fakültəsinin II kurs tələbəsi Sevinc Bayramova qəflətən dünyasını dəyişib.

  • Bakının üç küçəsinin əhatəsində yeni park salınacaq

    Bakı şəhərində yeni park salınacaq.

    İqtisadiyyat.az xəbər verir ki, yeni park Yasamal rayonundakı S.Tağızadə, A.Şaiq və N.Aşurbəyova küçələrinin əhatəsində yerləşəcək.

    Bu da 2019-cu ildə açılışı olan və paytaxtın simasını gözəlləşdirən Mərkəzi parkın davamı olaraq nəzərdə tutulub.

    Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyində təsərrüfat hesablı “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti artıq yeni park üçün layihə-smeta sənədlərinin hazırlanması işlərinə başlayıb.

    Qurum sözügedən parkın layihə-smeta sənədlərinin hazırlanmasının 1 450 000 manata başa gələcəyini ehtimal edir.

  • В России задержали экс-депутата Армении

    Экс-депутат парламента Армении, лидер партии “Альянс” Тигран Уриханян задержан в России по запросу армянской стороны.

    Об этом в соцсетях сообщил блогер Вардан Гукасян.

    “Несколько часов назад в России был арестован Уриханян. В отношении него объявлен розыск в рамках уголовного дела, возбужденного в Армении за озвучивание антиправительственных призывов”, – написал Гукасян.

    Уриханян был избран в Совет старейшин Еревана по списку партии Гукасяна. Позже его полномочия были прекращены, поскольку в сентябре 2023 года против него было возбуждено уголовное дело по признакам призыва к насильственному свержению конституционного строя в стране. Однако политик успел скрыться. Позже были прекращены его полномочия.

  • Ermənistanın keçmiş deputatı Rusiyada saxlanılıb

    Ermənistanda Alyans Partiyasının lideri Tiqran Urixanyan Ermənistan tərəfinin tələbi ilə Rusiyada saxlanılıb.

    Bu barədə bloqer Vardan Qukasyan sosial şəbəkələrdə məlumat verib.

    “Bir neçə saat əvvəl Urixanyan Rusiyada həbs edilib, ona qarşı Ermənistanda hökumət əleyhinə çağırışlar səsləndirdiyinə görə başlanmış cinayət işi çərçivəsində axtarış elan edilib”, – deyə Qukasyan yazıb.

    Qeyd edək ki, Urixanyan Qukasyanın partiyasının siyahısı ilə İrəvan Ağsaqqallar Şurasının üzvü olub. 2023-cü ilin sentyabrında ona qarşı ölkədə konstitusiya quruluşunun zorakılıqla devrilməsinə çağırış maddəsi ilə cinayət işi açılıb. Ancaq erməni siyasətçi ölkədən qaçmağa imkan tapıb. Sonradan onun səlahiyyətlərinə xitam verilib.

  • Ən xeyirxah BÜRCLƏR – Onlar hər zaman…

    Astrologiya insanların şəxsiyyətinə və davranışına təsir edən bir çox amilləri araşdırır. Bu baxımdan bəzi bürclər digərlərinə nisbətən daha sevgi dolu, həssas və köməksevər olurlar.
     
    Median.Az bu dəfə həmin bürclərlə bağlı məlumatı təqdim edir.
     
    Balıqlar bürcü – Başqa insanlara qarşı empatiya və anlayış doludurlar. Onlar dərin emosional bağlar yarada bilir və həmişə başqalarının ehtiyaclarını birinci yerə qoyurlar. Xeyirxahlığı və fədakarlığı ilə tanınırlar.
     
    Xərçəng bürcü – Çox emosional və həssas bir təbiətə malikdirlər. Sevdiklərini qorumaq üçün əllərindən gələni edirlər. Onlar hər zaman ailələrinin və sevdiklərinin yanında olur və mənəvi dəstək olurlar.
     
    Qız bürcü – Praktik və köməksevərdirlər. Başqalarına yardım etmək və həyatlarını asanlaşdırmaq üçün əllərindən gələni edirlər. Detallara fikir verir və yaxınlarının ehtiyaclarını dəqiqliklə qarşılayırlar.
     
    Tərəzi bürcü – Harmoniya və tarazlıq axtarışındadırlar. İnsanlar arasında münasibətlərdə ədalətli və bərabər davranırlar. Dürüstlükləri ilə tanınırlar və sevdiklərinin xoşbəxtliyi üçün çalışırlar.
     
    Qoç bürcü – Cəsur və qoruyucu təbiətə malikdirlər. Sevdiklərinin yanında olmaq və onlara dəstək olmaq üçün cəsarətli addımlar atırlar. Onlar öz qətiyyətləri ilə də tanınırlar və hər zaman yaxınlarının təhlükəsizliyini birinci yerə qoyurlar.
     
    Buğa bürcü – Sadiq və səbrlidirlər. Onlar öz sevdiklərinə sonsuz bağlılıq hiss edir və onların xoşbəxtliyi üçün çalışırlar. Bu bürclər sevgidolu və yardımsevər olsalar da, unutmaq olmaz ki, bürclər yalnız ümumi məlumatları əhatə edir. Hər bir şəxsin öz fərdi xüsusiyyətləri fərqli ola bilər.
    //sfera