Month: May 2024

  • İlham Əliyev doğma yurda qayıdış münasibətilə şuşalıları təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev doğma şəhərə qayıdış münasibətilə şuşalıları təbrik edib.

    AZƏRTAC xəbər verir ki, Şuşaya qayıdan ilk sakinlərə mənzillərinin açarlarının təqdim olunması mərasimində çıxış edən dövlətimizin başçısı deyib:

    “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.

  • Bakıda güclü külək əsəcək, yağış yağacaq – XƏBƏRDARLIQ

    Qarşıdakı günlərdə Bakıda və Abşeron yarımadasında hava şəraitinin küləkli keçəcəyi, yağış yağacağı gözlənilir.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, mayın 12-si günün ikinci yarısından 13-ü gündüzədək şimal-qərb küləyinin 15-18 m/s, yarımadanın bəzi yerlərində arabir 20-23 m/s-dək güclənəcəyi gözlənilir.

    Həmçinin qeyd edilən tarixlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi, şimşək çaxacağı ehtimalı var.

  • Azərbaycanda korrupsiya ilə bağlı məlumat verən şəxslər həvəsləndirilə bilər

    Korrupsiya ilə bağlı hüquqpozmalar üzrə məlumat verən şəxslərin həvəsləndirilməsinə və müdafiəsinə dair təkliflər hazırlanacaq.

    “Report”un əldə etdiyi məlumata görə, bu, Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın “Korrupsiya və şəffaflıq” işçi qrupunun 2024-cü il üçün Fəaliyyət Planında əksini tapıb.

    Sənəddə Ədliyyə Nazirliyi, Baş Prokurorluq və İqtisadiyyat Nazirliyinə noyabrın 1-dək təklifləri hazırlaması və aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

  • Nazir Baş İdarənin rəisini işdən çıxartdı

    Ədliyyə Nazirliyi Qanunvericilik Baş İdarəsinin rəisi Adil Şirməmməd oğlu Əliyev vəzifəsindən azad edilib.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, bununla bağlı ədliyyə naziri Fərid Əhmədov əmr imzalayıb.

    İdarənin rəisi vəzifəsinə hələlik təyinat yoxdur.

  • Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirilib – VİDEO

    Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, mayın 10-da Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

    Müdafiə Nazirliyindən bildirilib ki, andiçmə mərasimlərində hərbi orkestrin müşayiəti ilə döyüş bayrağı təntənəli surətdə sıra meydanına gətirildikdən sonra tədbirlər açıq elan olunub.

    Əvvəlcə xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

    Gənc əsgərlər təntənəli surətdə Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

    Tədbirlərdə çıxış edənlər gənc əsgərlərə Vətənə, dövlətə və Ali Baş Komandana, hərbi anda sadiq olmalarını, nümunəvi, nizam-intizamlı xidmət etməyi, silah və texnikanın sirlərini dərindən öyrənərək döyüş qabiliyyətlərini daim artırmalarını, komandir-rəis heyətinin əmr və sərəncamlarını dəqiq və vaxtında yerinə yetirmələrini, torpaqlarımızın müdafiəsi naminə döyüşə hər an hazır olmalarını tövsiyə ediblər.

    Sonda hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.

  • Azərbaycanda vəkil komaya düşərək vəfat etdi – FOTO

    Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü Fuad Qasımzadə vəfat edib.

    Bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

    Bildirilib ki, o, keçirdiyi öd kisəsi cərrahi əməliyyatı zamanı komaya düşərək vəfat edib.

  • Президент Ильхам Алиев заложил фундамент поселка Туршсу Шушинского района

    Президент Азербайджанской Республики Ильхам Алиев заложил фундамент поселка Туршсу Шушинского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şuşa rayonunun Turşsu qəsəbəsinin təməlini qoyub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Gədəbəy və Daşkəsənə dolu düşüb – FAKTİKİ HAVA

    Mayın 10-u saat 16:00-a olan məlumata əsasən əvvəlcədən xəbər verildiyi kimi, əsasən dağlıq və dağətəyi rayonlarda yağıntılı hava şəraiti müşahidə olunub.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, bəzi yerlərdə şimşək çaxıb, arabir yağış yağıb, ayrı-ayrı yerlərdə leysan xarakterli olub.

    Göygöl, Gədəbəy, Gəncə, Şəmkir, Qusar, Balakən, Zaqatala, Şəki, Qaxda yağış, Şahdağda isə zəif qar yağıb.

    Gədəbəydə saat 14:10-14:18 radələrində diametri 9 mm, Daşkəsəndə saat 14:45-14:47 radələrində diametri 8 mm, Daşkəsən rayonu Dəstəfurçay-Qaraqollar hidroloji məntəqəsi ərazisinə saat 15:00-15:18 radələrində 17 mm olan dolu düşüb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında, Naxçıvan MR və Aran rayonlarında 20-24, dağlıq rayonlarda 9-12 dərəcə isti olub.

  • İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Xankəndi-Şuşa-Laçın avtomobil yolunda görülən işlərlə tanış olub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.