Month: May 2024

  • Azərbaycan və Ermənistanın XİN başçıları arasında görüş iki gün davam edəcək – YENİLƏNİR

    Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Almatıdakı danışıqları iki gün davam edəcək.

    Bu barədə APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verib.

    Qeyd edək ki, hazırda XİN rəhbərlərinin görüşü davam edir.

    * * * * *

    Almatıda Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüş başlayıb.

    APA-nın Almatıya ezam olunmuş əməkdaşı xəbər verir ki, “Sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsi haqqında ikitərəfli Saziş” layihəsi üzrə danışıqların növbəti raundu keçirilir.

    Görüş Almatıda keçirilsə də, Qazaxıstan tərəfi vasitəçi deyil.

  • Ильхам Алиев и Мехрибан Алиева ознакомились с ходом работ в Доме-музее Узеира Гаджибейли в Шуше

    Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева ознакомились с ходом реставрационных работ, проводимых в доме-музее Узеира Гаджибейли в Шуше.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Prezident və xanımı Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Üzeyir Hacıbəylinin ev-muzeyində aparılan bərpa işləri ilə tanış olublar.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • COP29 töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib

    Azərbaycanda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə genişmiqyaslı ağacəkmə aksiyası və fləş-mob keçirilib.

    İctimaiyyətin diqqətini ətraf mühitin sağlamlaşdırılmasına, yaşıllıqların bərpasına və artırılmasına yönəltmək, ətraf mühitin mühafizəsinə və iqlim dəyişikliyi ilə mübarizəyə töhfə vermək məqsədilə 500-dən artıq iştirakçı Bakı şəhəri ətrafında bir araya gəlib.

    İştirakçılar Bakının Müşfiqabad qəsəbəsində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 3000 Eldar şamı və zeytun ağacı əkiblər.

    Ağacəkmə aksiyasından sonra könüllülərin iştirakı ilə Azərbaycanın bu il ev sahibliyi edəcəyi və dünyanın ən mötəbər tədbiri hesab olunan BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) həsr olunan fləş-mob nümayiş etdirilib.

    Qeyd edək ki, ağacəkmə aksiyası və fləş-mob COP29 Azərbaycan Əməliyyat Şirkəti, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Könüllü Təşkilatları İttifaqı tərəfindən birgə təşkil olunub. Tədbirdə dövlət orqanlarının, özəl təşkilatların, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri, tələbələr və könüllülər iştirak ediblər.

  • Президент и Первый вице-президент ознакомились с ходом реставрации в мечети Чель Гала в Шуше

    Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева ознакомились с ходом реставрационных работ, проводимых в мечети Чель Гала в Шуше.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada Çöl Qala məscidində aparılan bərpa işləri ilə tanış olublar.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Sürücülərin NƏZƏRİNƏ: Azərbaycanda yeni növ radarlar quraşdırılır – FOTO

    Araşdırmalar göstərir ki, yol-nəqliyyat hadisələrinin əksəriyyətinə yüksək sürət səbəb olur. Müxtəlif addımlar atılsa da, sürət həddini aşanlar var və nəticə təəssüf ki, faciələrin artan sayında özünü göstərməkdədir. Bunun qarşısını almaq üçün dünyada tətbiq edilən müxtəlif texnologiyalar Azərbaycanda da mövcuddur.

    Avtosfer.az xəbər verir ki, artıq sürət həddini göstərən yeni radar sistemi, daha dəqiq desək, elektron tablo Bakı-Şamaxı yolunun 21-ci kilometrliyində quraşdırılıb. Bu cür radar sisteminin artıq bir çox ölkədə quraşdırıldığı və çox məşhur olduğu bildirilir.

    Baş Dövlət Yol Polisi İdarəsinin “Siqnal” İdarəsindən bildirilib ki, elektron tablonun quraşdırılmasında məqsəd sürət həddini aşan sürücülərin əvvəlcədən xəbərdar olunması və qaydalara əməl etməsidir. Yaxın günlərdə quraşdırılan lövhələr aktivləşdiriləcək. Bu cür lövhələrin digər ərazilərdə də quraşdırılması nəzərdə tutulub.

  • Ильхам Алиев и Мехрибан Алиева приняли участие в церемонии закладки фундамента 3-го жилкомплекса в Шуше

    Президент Азербайджанской Республики Ильхам Алиев и Первый вице-президент Мехрибан Алиева приняли участие в церемонии закладки фундамента третьего жилого комплекса, который будет построен в Шуше.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev və Mehriban Əliyeva Şuşada üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada inşa ediləcək üçüncü yaşayış kompleksinin təməlqoyma mərasimində iştirak ediblər.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Ceyhun Bayramov qazaxıstanlı həmkarını Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb – FOTO

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Qazaxıstana işgüzar səfəri çərçivəsində Qazaxıstanın baş nazirinin müavini, xarici işlər naziri Murat Nurtleu ilə görüşüb, onu Ermənistanla normallaşma prosesi barədə məlumatlandırıb.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, görüş zamanı Azərbaycan və Qazaxıstan arasında mövcud strateji tərəfdaşlıq münasibətlərindən irəli gələn məsələlər, postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, habelə sülh prosesinin hazırkı durumu müzakirə olunub.

    Azərbaycanın xüsusilə son dövrlərdə Mərkəzi Asiya ölkələri, o cümlədən Qazaxıstanla genişlənən yüksək səviyyəli münasibətlərindən məmnunluq ifadə olunub.

    İqtisadiyyat, ticarət, investisiyalar, enerji təhlükəsizliyi, nəqliyyat və kommunikasiyalar və s. istiqamətlər üzrə ikitərəfli tərəfdaşlıqla yanaşı, regional və beynəlxalq platformalar, xüsusilə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlığın geniş perspektivlər vəd etdiyi diqqətə çatdırılıb.

    Cari ildə ölkəmizdə keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı qarşı tərəfi ətraflı məlumatlandıran Ceyhun Bayramov COP29-un əməkdaşlıq üçün yeni platforma olduğunu qeyd edib.

    Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, imkan və çağırışlardan bəhs edən nazir Azərbaycan və Ermənistan arasında ikitərəfli sülh prosesinin irəliləməsi istiqamətində göstərdiyi dəstək və fəallığa görə Qazaxıstan tərəfinə təşəkkür edib. Delimitasiya komissiyaları arasında əldə olunmuş son razılığın fonunda bugünkü danışıqların da öz növbəsində prosesə töhfə verəcəyinə dair inam ifadə olunub.

    Görüşdə, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.