Month: May 2024

  • Зеленский официально уволил с военной службы Залужного

    Украинский лидер Владимир Зеленский официально уволил экс-главкома Вооруженных сил Украины Валерия Залужного с военной службы с правом ношения военной формы.

    Об этом сообщает украинское издание “Страна.ua” со ссылкой на указ Зеленского.

    “Залужного официально уволили с военной службы по состоянию здоровья. Такой указ издал Зеленский. Он позволил бывшему главкому носить военную форму”, – говорится в сообщении издания.

    Другим своим указом Зеленский назначил на эту должность Александра Трепака.

    Источник: gazeta.ru

  • Valeri Zalujnı Böyük Britaniya Krallığına səfir təyin olunub – YENİLƏNİB

    Ukrayna Prezidenti Volodimir Zelenski ölkənin Böyük Britaniya Krallığında fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə Valeri Zalujnının təyin edilməsi haqqında fərman imzalayıb.

    Xatırladaq ki, bir qədər əvvəl ölkə başçısı digər fərmanla Valeri Zalujnı Ukrayna Silahlı Qüvvələrinin Baş Komandanı vəzifəsindən azad olunmuşdu.

    * * * * *

    Ukrayna lideri Volodimir Zelenski Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnını hərbi forma geyinmək hüququ ilə hərbi xidmətdən rəsmən azad edib.

    Məlumata görə, Zalujnı Zelenskinin fərmanına əsasən ,səhhətinə görə rəsmi olaraq hərbi xidmətdən uzaqlaşdırılıb. O, keçmiş baş komandana hərbi forma geyinməyə icazə verib.

    Mənbə: Gazeta.ru

  • Xocalıda insana məxsus sümük fraqmentləri aşkar edildi

    Mayın 8-də işğaldan azad olunmuş Xocalı rayonunun Malıbəyli kəndi ərazisində həyata keçirilən tikinti-qazma işləri zamanı insana məxsus olması ehtimal edilən müxtəlif sümük fraqmentləri aşkar edilib.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

    Fakt üzrə Xocalı Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Peskov: “Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”

    Kremlin mətbuat katibi Dmitri Peskov Rusiya hərbçilərinin Ermənistanın Azərbaycanla sərhəd ərazilərindən çıxarılmasını təsdiqləyib.

    Məlumata görə, bu məsələ dünən Moskvada Ermənistanın Baş naziri Nikol Paşinyanla Rusiya Prezidenti Vladimir Putin arasında keçirilən görüşdə razılaşdırılıb.

    “Erməni tərəfinin xahişi ilə Rusiya sərhədçiləri Ermənistan-Türkiyə və Ermənistan-İran sərhədində qalacaqlar”, – deyə Rusiya prezidentinin mətbuat katibi bildirib.

  • ARB-nin aparıcısı övladını itirdi

    ARB telekanalında çalışan aparıcı Aynur Bağırova övladını itirib.

    Bu barədə müğənni Zenfira İbrahimova məlumat yayıb.

    O bildirib ki, Sevgi bu gün dünyasını dəyişib.

    Axşam.az-ın əldə etdiyi məlumata görə, 2 yaşı olan körpə uzun müddətdir xəstəlikdən əziyyət çəkirmiş. O, ötən gün klinikalardan birində əməliyyat olunub.

    Qeyd edək ki, Aynurun 2021-ci ildə əkiz övladı dünyaya gəlmişdi. O, bir neçə ay sonra oğlunu itirmişdi.

  • 1941-ci ildə müharibənin başlanması radio ilə elan olunur: AzTV-nin “Qızıl Fond”undan NADİR KADRLAR – VİDEO

    Azərbaycan Dövlət Televiziyasının (AzTV) “Qızıl Fond”u 1941-ci ildə müharibənin (1941-1945) başlanmasının radio ilə elan olunması görüntülərini təqdim edib.

    Həmin görüntülərdə insanların radiodan bu xəbəri alması kadrları əksini tapıb.

    Daha ətraflı videomaterialda:

  • Qızıl Avropa Liqasında çıxış edəcək milli komandamızın yekun heyəti bəlli olub

    Baş məşqçi Faiq Qarayevin rəhbərliyi ilə yarışda çıxış edəcək yığmamız əsasən gənclərdən təşkil olunub.

    Median.Az Azərbaycan Voleybol Federasiyasının Mətbuat Xidmətinə istinadla xəbər verir ki, 17-19 may tarixlərində Xorvatiyada keçiriləcək ilk turda millimizin rəqibləri meydan sahibləri və Slovakiya seçməsi olacaq. Mayın 24-dən 26-dək Rumıniyada keçiriləcək ikinci turda isə komandamız meydan sahibi ilə yanaşı, İsveç yığması ilə üz-üzə gələcək. Üçüncü tur 31 may-2 iyun tarixlərində Azərbaycanda baş tutacaq. Doğma meydanda rəqiblərimiz Estoniya və Avstriya milliləri olacaq.

    Qeyd edək ki, komandamız mübarizəyə mayın 17-də start verəcək.

    Qızıl Avropa Liqasında çıxış edən millimizin yekun heyəti formalaşıb:

    Hücumçular – Marqarita Stepanenko, Anastasiya Baydyuk, Nikalina Başnakova, Ülkər Kərimova, İlhamə Əzimova;

    Blokçular – Aynur İmanova, Mariya Kirilyuk, Anastasiya Mertsalova;

    Toppaylayıcılar – Yana Doroşenko, Raziyə Əliyeva, Marianna Abuyeva;

    Liberolar – Yuliya Kərimova, Ceyran İmanova, Sənubər Ələskərova;

    Baş məşqçi – Faiq Qarayev;

    Köməkçi məşqçilər – Famil Ağayev, Emin Əbilov, Sinişa Popek.

  • DİN-dən Lənkəranda ƏMƏLİYYAT: 22 kiloqram narkotik ələ keçdi – FOTO

    Lənkəranda əməliyyat zamanı saxlanılan narkokuryerdən 22 kiloqram marixuana aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN-in Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması məqsədilə ötən gün keçirdiyi əməliyyat nəticəsində Qafarzadə Rövşən Sakit oğlu Ələt-Astara avtomobil yolunun Lənkəran rayonu ərazisindən keçən hissəsində saxlanılıb.

    Onun üzərindən 22 kiloqram tərkibi psixotrop maddələrlə zənginləşdirilən marixuana və 1240 ədəd metadon həbi aşkarlanıb. R.Qafarzadə narkotikləri sosial şəbəkələrdə tanış olduğu İran vətəndaşı “Vəlixan” adlı şəxsin göstərişi ilə Lənkəran rayonu ərazisindən əldə etdiyini bildirib. O, həmin narkotik maddələri götürüb deyiləcək yerə qoyaraq bu narkokuryerliyinin müqabilində 3000 manat əldə edəcəkmiş.

  • Konor Makqreqor sonuncu döyüşünə çıxa bilər

    İrlandiyalı MMA döyüşçüsü Konor Makqreqor karyerasının son döyüşünü keçirə bilər

    Məlumata görə, yenidən Oktaqona qayıdan Makqreqor Maykl Çandlerlə üz-üzə gələcək.

    Maykl Çandler irlandiyalı döyüşçünün pensiya yaşının çatdığını və rinqlə vidalaşmalı olduğunu deyib. Konor Maqreqor isə rəqibinin dediklərinə cavab verib:

    “Əslində, haqlı olduğu nöqtə var. Bəlkə də MMA-da son döyüşümü keçirəcəyəm. Amma əmin edə bilərəm ki, Çandler pensiya yaşına çatmış biri tərəfindən döyüləcək”.

    Qeyd edək ki, döyüş iyulun 29-da Oktaqonda keçiriləcək.

    Mənbə:givemespor.com

  • Ermənistanda Azərbaycanla sərhəddə Rusiya hərbi və sərhəd postları yığışdırılacaq

    Tavuş, Vayots Dzor, Ararat və Qeqarkunik bölgələrində Rusiya hərbi və sərhəd mühafizə postları sərhədlərdən çıxarılacaq.

    Qaynarinfo xəbər verir ki, bu barədə Ermənistan parlamentinin hakim fraksiyasının rəhbəri Hayk Konjoryan sosial şəbəkədə məlumat verib.

    Onun sözlərinə görə, müvafiq razılaşma daha əvvəl ən yüksək səviyyədə əldə olunub. Görünür, deputat Ermənistan və Rusiya liderlərinin Moskvada dünənki görüşünü nəzərdə tutur.

    Postlar 44 günlük müharibə zamanı və ondan sonra yaradılıb. Tərəflər həmçinin İrəvan Zvartnots hava limanı ərazisində Rusiya sərhədçilərinin fəaliyyətini dayandırmaq barədə razılığa gəliblər.