Month: May 2024

  • Dünyanın ən zəngin şəhəri hansıdır?

    Nyu-York 2024-cü ildə dünyanın ən zəngin şəhərlərinin reytinqində lider olub.

    Qaynarinfo xəbər verir ki, bu barədə “Bloomberg” “Henley&Partners” konsaltinq şirkətinin məlumatlarına istinadən yazıb.

    Onun hesablamalarına görə, paytaxt sakinlərinin ümumi sərvəti 3 trilyon dolları keçib və hər 24-cü şəhər sakininin kapitalı 1 milyon dollardan çoxdur.

    Araşdırmaya görə, Nyu Yorkda 350 minə yaxın milyonçu var. Bu, təxminən hər 36-cı şəhər sakininin milyonçu olduğu 2013-cü illə müqayisədə 48% çoxdur. 8,26 milyon əhalisi olan hər 24-cü şəhər sakininin 1 milyon dollardan çox sərvətinin olduğu ortaya çıxır.

    Bundan əlavə, Nyu-Yorkda çox varlı insanların – 60 milyarderin və aktivləri 100 milyon dollardan çox olan 744 sakinin yüksək konsentrasiyası var.

    Reytinqdə ikinci yeri 305,7 min milyonçu ilə (10 il ərzində 82% artım) San-Fransisko Körfəz Bölgəsi tutub. Üçüncü yerdə Tokio (298,3 min, mənfi 5%), dördüncü yerdə Sinqapur (244,8 min, üstəgəl 64%) və beşinci yerdə London (227 min, mənfi 10%) qərarlaşıb.

    “Henley&Partners”ın baş direktoru Yurq Steffen qeyd edib ki, meqapolislərdə milyonerlərin sayının artmasına fond bazarlarının uğuru, o cümlədən “S&P 500” və “Nasdaq” indekslərinin rallisi, həmçinin süni intellekt, robototexnika və blokçeyn texnologiyalarının sürətli inkişafı kömək edib.

    Eyni zamanda, son illər bəzi şəhərlərdə milyonçu axını müşahidə olunub. Beləliklə, London qismən “Brexit” səbəbindən varlı sakinlərin 10%-ni, pandemiyadan sonra zənginlərin Sinqapura köçməsi fonunda Honq-Konq isə 4%-ni itirib.

    Lakin milyonçuların sayı Çinin Şenzen şəhərində 140%, Banqalor, Ho Mi Minh Siti və Skottsdale (ABŞ) isə iki dəfədən çox artıb.

  • AFFA “Kəpəz”i 8500 manat cərimələdi

    AFFA İntizam Komitəsi “Kəpəz” klubunu 8500 manat cərimələyib. “Qafqazinfo” qurumun rəsmi saytına istinadən xəbər verir ki, buna komandanın Azərbaycan Premyer Liqasının XXXIII turunun “Sumqayıt”la oyununda baş verən qayda pozuntuları səbəb olub.

    Qarşılaşmanın 90+2-ci dəqiqəsində “Kəpəz”in futbolçusu Olavale Onanuqa hakimi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə aldığına görə 2 oyun şərti olmaqla 4 oyun cəzalanıb. Sınaq müddəti 3 ay təyin edilib. Gəncə klubu isə buna görə 3000 manat cərimə ödəyəcək.

    Oyununun 90+6-cı dəqiqəsində “Kəpəz”in digər futbolçusu Martins Junior ikinci sarıdan qırmızı vərəqə aldıqdan sonra rəqib komandanın texniki zonasına qeyri-etik ifadələr işlətdiyinə, onları təhqir etdiyinə görə 4 oyun cəzalanıb, klub 3000 manat cərimələnib. Bundan başqa, komanda 4 futbolçusu sarı vərəqə aldığı üçün 700, azarkeşləri tərəfindən meydana kənar əşyalar atıldığına görə 800, azarkeşləri tərəfindən hakimlər kütləvi şəkildə təhqir edildiyi üçün 1000 manat ödəyəcək.

    İntizam Komitəsi “Sumqayıt”ı da cərimələyib. Buna matçın 90+6-cı dəqiqəsində Vüqar Mustafayevin ikinci sarıdan qırmızı vərəqə alaraq meydandan qovulması səbəb olub. Futbolçu 1 oyun cəzalanıbsa, klubunu 500 manat ziyana salıb.

  • Özünü qazi kimi təqdim edən dələduz saxlanıldı

    Sumqayıtda özünü qazi kimi təqdim edərək dələduzluq əməlləri törtətməkdə şübhəli bilinən 1989-cü il təvəllüdlü Elşad Nağıyev saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
    Bildirilib ki, onun Sumqayıt şəhəri ərazisində yaşayan iki Vətən müharibəsi qazisini guya həmin şəxslərə dövlət tərəfindən növbəsiz avtomobil almaqda köməklik göstərəcəyi vədi verərək zərərçəkənlərin müxtəlif məbləğlərdə pul vəsaitini ələ keçirdiyi məlum olub.

    Araşdırmalarla saxlanılan şəxsin Vətən müharibəsi iştirakçısı və ya qazisi olmadığı məlum olub. E.Nağıyev barəsində araşdırmalar davam etdirilir.

  • Şaurma və dönərdən zəhərlənmənin əlamətləri – Nə etməli?

    Dönərdən zəhərlənmə səbəbindən hər il onlarla insan həyatını itiririr. Ən ağır qida zəhərlənmələrindən hesab olunan bu patologyiyada vaxtında yardım göstərilməzsə xəstə ağırlaşır.

    “Medicina” dönərdən zəhərlənmənin əlamətlərini və ilk yardımı təqdim edir.

    Dönərdə həm ət, həm yağ, həm işlənmə yerindən asılı olaraq bakterial çirklənmə, həm də düzgün saxlanılmayan sous, mayonez olduğu üçün zəhərlənmə bir neçə səbəbdən ola bilər.

    Xüsusən yayda zəhərlənmə daha çox olur, çünki ərzaqlar tex xarab olur.

    Toyuq əti ilə zəhərlənmə ətə nisbətən daha çox və ağırdır.

    Əlamətlər:

    – əlamətlər yeidkdən sonra 15 dəqiqə ilə 2 saat ərzində özünü göstərə bilər.

    – Ürəkbulanma, qarın ağrısı, qarında qurultu
    – Tualetə getmək istəyi

    – Soyuq tər gəlməsi

    – Ağızda acılıq
    – Mədədə sancı, yanma
    – Titrəmə

    – Qaytarmaq – fontan kimi
    – Halsızlıq

    – Yatmaq istəyi
    – Huşun dumanlanması
    – Gözlərin qaralması

    – Ayaqların yer tutmaması

    – Qusmadan sonra da rahatlıq olmaması
    – Bəzən hərarət, qıcolma və s

    Birinci çıxış yolu təcili mədəni boşaltmaq yumaqdır.

    Bu zaman yaşdan asılı olaraq çoxlu adi maye, su, bəzən Soyuq kola kömək edir.

    Eləcə də çəki və yaşa uyğun olaraq sorbentlər – qara kömür, smekta və çay sodası həll edilmiş su vertmək lazımdır. Bunlar toksinləri özünə hopdurur.

    Mədəni yumaq üçün çoxlu ayran, 2 litr ilıq su, bir qədər du qatılmış su içmək, içirmək olar.

    Əgər xəstənin huşu gedibsə onu artıq xəstəxanada mədəsini yuyub, imalə edir və sistemlər qoşurlar.

    Zəhərlənən insana başqa dərman, ağrıkəsici vermək olmaz.

  • Yasamalda mənzildən meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhərinin Yasamal rayonunda 1 nəfərin mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Nazirlikdən  verilən məlumata görə, məlumatla əlaqədar FHN-nin Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində 1 nəfərin meyiti aidiyyəti üzrə təhvil verilib.

  • İsrail daha 11 fələstinlini saxladı

    İsrail əsgərləri İordan çayının qərb sahilinə basqın zamanı daha 11 fələstinlini saxlayıb.

    Fələstinin rəsmi xəbər agentliyi WAFA-nın məlumatına görə, İsrail əsgərləri səhər saatlarında İordan çayının qərb sahilinin müxtəlif bölgələrində basqınlar həyata keçirib.
    Əsgərlər Hebron şəhərində 7, Cenində 3, Ramallahda 1 fələstinlini nəzarətə götürüb.

    Bununla da oktyabrın 7-dən bəri məhbus olan fələstinlilərin sayı 8 min 610-a yüksəlib.

    Bildirilib ki, İsrail Hebron şəhərinin girişlərində, kənd və qəsəbələrində hərbi nəzarət məntəqələri yaradıb.

    İşğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə oktyabrın 7-dən bu yana İsrail əsgərləri və qeyri-qanuni yəhudi məskunlaşanların hücumları nəticəsində 497 fələstinli həyatını itirib.
    //Bakupost

  • Britaniya Rusiyanın hərbi attaşesini qovur, diplomatik binalarının statusunu ləğv edir

    Böyük Britaniyanın Daxili İşlər Nazirliyi Rusiyanın hərbi attaşesini ölkədən qovmaq qərarına gəlib.

    Qaynarinfo Sky News-a istinadən xəbər verir ki, bunu Britaniyanın daxili işlər naziri Ceyms Kleverli deyib.

    Onun sözlərinə görə, diplomatın ölkədən çıxarılması “Rusiya hökumətinin bütün Avropada ehtiyatsız və təhlükəli fəaliyyəti” ilə bağlıdır.

    “Mən İcmalar Palatasına deyə bilərəm ki, biz elan edilməmiş hərbi kəşfiyyatın əməkdaşı olan Rusiyanın müdafiə üzrə attaşesini göndərəcəyik”, – nazir bildirib.
    O, həmçinin əlavə edib ki, London Böyük Britaniyada Rusiyaya məxsus bir sıra mülklərin, o cümlədən Seacocks House-un diplomatik binalarının statusunu ləğv edəcək. Bundan əlavə, Rusiyanın Sasseksdəki obyekti, habelə Hayqeytdəki ticarət və müdafiə departamenti diplomatik statusunu itirəcək. Nazir qeyd edib ki, əmlak kəşfiyyat məqsədləri üçün istifadə edilib.

    “Biz Rusiya diplomatik vizalarının verilməsinə yeni məhdudiyyətlər, o cümlədən rusiyalı diplomatların Böyük Britaniyada qalma müddətinin məhdudlaşdırılması tətbiq edirik. Rusiyaya mesajımız aydındır: bu qanunsuz müharibəni dayandırın. Qoşunlarınızı Ukraynadan çıxarın. Bu zərərli fəaliyyəti durdurun”, – Kleverli deyib.

  • Məmurun kabinetindən noutbukunu oğurlayan şəxsə hökm oxundu

    Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasından oğurluq edən şəxsə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsi 1985-ci il təvəllüdlü Samir Həsənova (soyad şərti) 5 il 11 ay 28 gün azadlıqdan məhrumetmə cəzası təyin edib.

    Məlum olub ki, Samir Sabunçu Rayon İcra Hakimiyyəti başçısının Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin inzibati binasının birinci mərtəbəsinin pəncərəsinin açıq olmasından istifadə edərək ora girib və dəyəri 2425 manat olan “NeoTerm” markalı istifadə edilməmiş “Kombi” aparatını, dəyəri 1600 manat olan “Acer” markalı noutbuku oğurlayıb.

    Onun digər yerlərdən də oğurluq etməsi məlum olub.

    14 sentyabr 2023-cü il tarixdə onu üzərində şəxsi axtarış aparılan zaman cibindən şəffaf sellofan bükümdə külli miqdarda, təmiz çəkisi 2,245 qram olan ağ rəngli kristalşəkilli kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilib.

    Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Samir elan edilmiş ittiham üzrə özünü qismən təqsirli bilərək deyib ki, əvvəllər hərdən ustalıq edərək dolanıb, lakin anası xəstə olduğu üçün müalicəsinə xeyli miqdarda pullar tələb olunub. Bu səbəbdən oğurluq edib.

    Qeyd edək ki, Samirin oğurladığı “Acer” markalı noutbuk Bakıxanov qəsəbəsi İnzibati ərazi dairəsi üzrə nümayəndəliyinin rəis müavinin olub. O, həmin noutbuku məmurun kabinetindən götürüb.

  • “Bolt” Azərbaycanda bu xidməti dayandırdı (FOTO)

    “Bolt” skuterlərin icarəsi xidmətini dayandırıb.

    Bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq “Bolt”dan bildirilib.

    Qeyd edilib ki, buna səbəb ümumi texniki problemdir.

    Şirkətdən vurğulanıb ki, hazırda “Bolt” komandası bu problemin həlli ilə məşğuldur: “Əməliyyatların tamamilə normal vəziyyətə düşməsi üçün çalışırıq”.

    Qeyd edək ki, “Bolt” şirkəti bu ilin əvvəlindən Bakı və Sumqayıt şəhərlərində elektrik skuterlərinin icarəsi xidmətinə başlayıb. Bakıda skuterin kiliddən çıxarılması 0,5 AZN, səyahətin bir dəqiqəsi isə 0,15 AZN müəyyənləşib.

  • Malayziya “oranqutan diplomatiyası”na başlayır

    Malayziya Çinin panda diplomatiyasına bənzər “oranqutan diplomatiyası” təşəbbüsünün bir hissəsi olaraq palma yağı alan ölkələrə oranqutanları bağışlamaq niyyətindədir.

    Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin əmtəə naziri Kohari Əbdül Qani X sosial şəbəkəsində yazıb.

    “Oranqutan diplomatiyası dünyaya Malayziyanın biomüxtəlifliyin qorunmasına həmişə sadiq olduğunu göstərəcək”, deyə nazir bildirib.

    Nazir “oranqutan diplomatiyası” strategiyasının nəsli kəsilməkdə olan primatları Malayziya ilə palma yağı ticarətilə məşğul olan ölkələrə, xüsusən də Avropa İttifasqı və Hindistan kimi əsas idxalçılara təmin edəcəyini bildirib.

    Oranqutanlar kritik təhlükə altındadır, ən böyük təhlükə meşələrin qırılması, kənd təsərrüfatının genişləndirilməsi, xüsusilə palma yağı plantasiyaları və infrastrukturun inkişafı səbəbindən yaşayış yerlərinin itirilməsidir.

    Pekin uzun müddətdir ki, “panda diplomatiyası”ndan yumşaq güc forması kimi istifadə edir. Çin sülh və dostluq simvolu olaraq tərəfdaş ölkələrə bir cüt panda borc verməklə bağlı çoxdankı imperiya ənənəsini davam etdirir. Bununla belə, xarici zooparklar panda balalarını doğulduqdan sonra bir neçə il ərzində geri qaytarmalıdır ki, onlar Çində yetişdirmə proqramına qoşula bilsinlər.