Month: May 2024

  • Süni intellekt və yeni inkişaf meyarları

    Müasir dünyada ölkələrin inkşafında yeni texnologiyaların tətbiqi, innovasiyaların və “yaşıl enerji”nin inkişafı əsas və fundamental meyarlara çevrilib. İnkişaf etmiş ölkələrdə iqtisadi, hərbi, sosial və humanitar sahələrdə süni intellekt tətbiq edilir. Süni intellekt yeni texnologiyaların və innovasiyaların tətbiqində vətəndaşlara göstərilən xidmətin keyfiyyətinin artırılmasına dəstək göstərir.

    ABŞ, İsveçrə, İtaliya, Niderland, Sinqapur, Çin və digər ölkələr süni intellekti iqtisadiyyat və nəqliyyat sektorlarının inkişafı istiqamətlərində birbaşa tətbiq edirlər. Ölkələr tərəfindən innovasiyalar və yeni texnologiyalar həm də sənaye istehsalat, maliyyə investisiya, təhsil, kibertəhlükəsizlik, səhiyyə və digər sahələrdə tətbiq edilir. Ümumiyyətlə, ölkələr süni intellektin tətbiqi ilə bağlı xüsusi strategiyalar qəbul edirlər. Nümunə üçün, 2022-ci ildə Böyük Britaniya tərəfindən qəbul edilmiş Milli Sİ Strategiyada (“National AI Strategy – AI Action Plan”) 10 il ərzində həyatın bütün sahələrində süni intellektin rolu və təsiri haqqında qeyd edilir (https://www.gov.uk/government/publications/national-ai-strategy-ai-action-plan/national-ai-strategy-ai-action-plan). Böyük Britaniyanın hökuməti tərəfindən bu sənədin qəbulu Almaniya və Fransa ilə maliyyə investisiyalar, hərbi müdafiə sənayəsində və digər sahələrdə rəqabətin artırılması məqsədi kimi vurğulanır. Süni intellekti tətbiq edən ölkələr bü gün rəqabət prosesində yeni uğurlar əldə edir.

    Azərbaycan Respublikası üçün də süni intellektin tətbiqi vacibdir. Bu məsələ ilə bağlı Çin və İsrail hökumətləri ilə əməkdaşlıq aparılır. Xüsusilə də azad iqtisadi zonanın qurulması, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun inkişafı üçün vacibdir. Bu əməkdaşlıq Azərbaycanın iqtisadi və hərbi inkişafına da öz təsirini göstərəcək. İşğaldan azad edilmiş iqtisadi zonalarda bərpa işləri və innovasiyaların tətbiqi Azərbaycanın 2040-2050-ci illərdə iqtisadi gücünü artıracaq. Qarabağ və Şərqi Zəngəzurda “ağıllı şəhər”, “ağıllı kənd” kimi yeni sistemlərin yaradılmasında və regionun iqtisadi inkişafında süni intellektin rolu vacibdir.

    Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə ölkədə 2024-cü il “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmişdir. Eyni zamanda, bununla bağlı tədbirlər planı təsdiq edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafa dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilmişdir.

    Ümumiyyətlə, Azərbaycan Respublikası tərəfindən nəqliyyat və logistika sistemində innovasiyaların tətbiqi beynəlxalq və milli səviyyəyə bölünməlidir. “Şimal-Cənub” və “Silk way” nəqliyyat xətlərinin inkişafı məqsədilə süni intellektin istifadəsi birbaşa Çindən Avropaya və Hindistandan Rusiyaya təqdim edilən məhsulların müddətinə qənaət edilməsinə təsir edəcək. Eyni zamanda, Bakı-Zəngilan və Bakı-Laçın nəqliyyat xətlərinin təkmilləşdirilməsində süni intellekt yeni həll yolları təqdim edə bilər. Bu mexanizm Zəngəzur dəhlizi vasitəsilə Bakı-Naxçıvan xətti üçün də vacibdir. Süni intellekt logistika, nəqliyyat və yükdaşımalarda milli maraqlara cavab verir.

    Süni intellekt ölkənin milli və beynəlxalq səviyyədə maraqlarına yalnız dövlət qurumları vasitəsilə deyil, həm də özəl sektorun inkişafına birbaşa təsiri var. Bu sahənin inkişafında beynəlxalq transmilli şirkətlərin rolu böyükdür. Microsoft, Apple, Amazon, Alphabet, Nvidia, Meta, AMD, İntel və digər texnoloji şirkətlər süni intellekti və robototexnikanı öz məhsullarının hazırlanmasında, beynəlxalq bazarın qiymətləndirilməsində, marketinqdə tətbiq edir. Azərbaycanda özəl və dövlət şirkətləri həmin təcrübədən öyrənir. Ancaq SOCAR-da yaxın gələcəkdə neftin və neft məhsullarının istehsalında, qazma, emal və çatdırılması mərhələlərində süni intellektin tətbiqi ölkənin iqtisadi inkişafına gözəçarpan ölçüdə təsir edəcək. Bu isə öz növbəsində özəl sektorda süni intellektin yararlı istifadəsi üçün yeni imkanlar açacaq.

    Qeyd edilənlərə baxmayaraq, ölkədə süni intellektin tətbiqi məqsədilə hüquqi baza və milli qanunvericlik sistemi yaradılmalı, xüsusi strategiya hazırlanmalıdır. Milli qanunvericilikdə süni intellekt ayrıca bir hissəyə çevrilməlidir. Bu, həm də süni intellektin təsirinin qiymətləndirilməsi məqsədilə xüsusi statistik bazanın yaradılmasına təsir edəcək.

    Beləliklə də Azərbaycanda həyatın bütün sahələrində süni intellektin tətbiqi və inkişafı üçün əsaslar var. Biz bu prosesə yaşıl enerji və azad edilmiş rayonların inkişafı ilə başladıq.
    //report

  • “Sədərək” sahibinin oğlunun evindən külli miqdarda oğurluq edənin cəzası azaldılıb

    “Sədərək” ticarət mərkəzinin sahibinin oğlunun evindən külli miqdarda oğurluq etməkdə təqsirləndirilən Ruzan Cabbarovanın cəzası azaldılıb.

    Bakı Apellyasiya Məhkəməsində keçirilən iclasda onun cəzası 1 il azaldılaraq 10 ilə endirilib.

    Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 11 il müddətə azadlıqdan məhrum edilmişdi.

    Təqsirləndirilən şəxs 177.4 maddəsi ilə özünü təqsirli bilmədiyini və ona daha ağır cəza verilməsi üçün vurulmuş ziyanın məbləğinin şişirildiyini deyib.

    O, həmin maddənin 177.3.2 maddəsinə tövsif olunmasını istəyib.

    İttihama görə, Ruzan Cabbarova Orxan Qədimbəylinin İçərişəhərdə yerləşən evində xadimə işləyib. İstintaq sənədlərinə görə, Ruzan Cabbarova Orxan Qədimbəyli və onun anası Fəridə Qədimovaya məxsus qızıl-zinnət əşyaları və nağd pul oğurlayıb. O, ümumilikdə O.Qədimbəyli və F.Qədimovaya 803 min 118 manat ziyan vurub.

    İstintaq zamanı R.Cabbarova bu ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmişlərin evində işlədiyi dövrdə ehtiyacı olduğu üçün qızıl-zinnət əyşları və nağd pul oğurlayıb. Apardığı əşyları yaşadığı Zabrat qəsəbəsində evinin həyətində yerləşən torpaq sahəsinə basdırıb.

    İşin üstü açılandan sonra pul, qızıl və digər əşyaların yerini polisə özü göstərib. Həmin əşyalar tapılaraq sahiblərinə qaytarılıb. Ziyan 217 min manat olub.

    İstintaq orqanı tərəfindən Ruzan Cabbarovanın barəsində Cinayət Məcəlləsinin 177.4-cü (xüsusi ilə külli miqdarda oğurluq etmək) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə zərərçəkmiş qismində O.Qədimbəyli və onun həyat yoldaşı F.Qədimova tanınıb.
    //report

  • В Афганистане в результате нападения на военных шестеро погибли, 13 ранены

    В Афганистане в результате атаки на военный конвой, шесть человек погибли, еще 13 получили ранения.

    Как сообщает Median.Az со ссылкой на GDH, инцидент произошел в провинции Бадахшан на севере Афганистана.

    Пока ни одна группировка не взяла на себя ответственность за нападение.

  • Əfqanıstanda hərbçilərə hücum olub, 6 nəfər ölüb, 13 nəfər yaralanıb

    Əfqanıstanda hərbi konvoya bombalı hücum nəticəsində 6 nəfər ölüb, 13 nəfər yaralanıb.

    Bu barədə GDH məlumat yayıb.

    Bildirilib ki, hadisə Əfqanıstanın şimalında yerləşən Bədəxşan əyalətində baş verib.

    Hücumun məsuliyyətini hələ ki heç bir qruplaşma üzərinə götürməyib.

  • В Баку ожидается 24, в районах – 25 градусов тепла

    9 мая в Баку и на Абшеронском полуострове ожидается переменная облачность, временами пасмурно, преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать юго-западный ветер. Температура воздуха ночью составит 12-15°, днем 19-24° тепла. Атмосферное давление понизится с 764 до 761 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 70-80%, днем 55-60%.

    В некоторых районах Азербайджана временами ожидаются осадки. В отдельных местах периодически возможны ливни, грозы, град, в некоторых горных районах – снег. К вечеру осадки постепенно прекратятся. Ночью и утром местами ожидается туман. Будет преобладать восточный ветер.

    Температура воздуха ночью составит 10-15°, днем 20-25° тепла, в горах ночью 2-7°, днем 7-12° тепла.

  • Bakıda 24, rayonlarda 25 dərəcə isti olacaq

    Mayın 9-da Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Cənub-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 12-15° isti, gündüz 19-24° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 55-60 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərində havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, bəzi dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 10-15° isti, gündüz 20-25° isti, dağlarda gecə 2-7° isti, gündüz 7-12° isti olacaq.

  • Bu il “ƏDV geri al” layihəsi çərçivəsində 59 milyon manat qaytarılıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət, ictimai iaşə və tibb fəaliyyəti göstərən şəxslərdən aldığı mallara və göstərilən xidmətlərə görə ödədiyi ƏDV-nin 59,2 milyon manatı geri qaytarılıb.

    Median.Az bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, ölkə ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin “ƏDV geri al” layihəsi çərcivəsində qaytarılan həcmi yanvar-aprel aylarında 6,5 milyon manat təşkil edib.

    “ƏDV geri al” layihəsinin reallaşdırılması nəticəsində pərakəndə ticarət, ictimai iaşə və tibb xidmətləri sahələrində nağdsız ödəmələrin xüsusi çəkisi əhəmiyyətli şəkildə yüksəlib.

  • Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb

    Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23 yeni domen dövlət qurumlarının istifadəsinə verilib.

    “Report”un Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

    Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 111 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 82 % çoxdur.

    2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

  • Baydenin İran üzrə xüsusi nümayəndəsini işdən çıxarmasının səbəbi araşdırılır

    ABŞ-nin senatoru, beynəlxalq münasibətlər üzrə senat komitəsinin üzvü Ceyms Riş və Konqresin Nümayəndələr Palatasının beynəlxalq münaqişələr üzrə komitəsinin sədri Mayk Makkol dövlət katibi Antoni Blinkendən Prezident Cozef Baydenin İran məsələləri üzrə xüsusi nümayəndəsi Robert Malinin vəzifəsindən uzaqlaşdırılmasının səbəbini açıqlamasını tələb ediblər.

    Bu barədə “Washington Post” məlumat yayıb.

    Onlar dövlət katibinə ünvanladıqları məktubda bildiriblər ki, Robert Mali məxfi məlumatı elektron poçtuna köçürdükdən sonra şəxsi telefonuna yükləyib.

    Məktub müəllifləri dövlət katibindən istintaq zamanı Konqresə daxil olan narahatedici məlumatların və iddiaların doğru olub-olmadığını təsdiqləməsini istəyiblər.

    ABŞ Prezidenti Cozef Bayden 2021-ci ildə Robert Malini ABŞ-nin İran üzrə xüsusi nümayəndəsi təyin edib.

    O, İrana barışdırıcı mövqedən yanaşmanı təşviq etdiyinə görə tənqid olunurdu.

    2023-cü ilin oktyabrında Konqresin Yuxarı (Senat) və Aşağı (Nümayəndələr) palatalarının xarici məsələlər üzrə komitələri xüsusi nümayəndənin fəaliyyətini birgə araşdırmağa başlayıb. Həmin dövrdən başlayaraq onun məxfi informasiyalar olan mənbəyə girişi bağlanıb.
    //report

  • В Азербайджане оборот посредством новых кассовых аппаратов вырос на 11%

    На сегодняшний день в Азербайджане установлено 97 735 контрольно-кассовых аппаратов нового поколения.

    Об этом говорится в отчете Государственной налоговой службы при Министерстве экономики.

    Согласно информации, в январе-апреле текущего года оборот через контрольно-кассовые аппараты нового поколения составил более 7,3 млн манатов, что на 11,1% больше, чем за аналогичный период прошлого года.