Month: May 2024

  • Azərbaycanda bağlanan şərab zavodu açılır?

    “Şəmkir Şərab-2” ASC səhmdarları bir araya gələcə.

    İqtisadiyyat.az xəbər verir ki, iyunun 28-də səhmdarların ümumi yığıncağı keçiriləcək.

    Qeyd edilib ki, bütün səhmdarların iştirakı vacibdir.

    Xatırladaq ki, müəssisə uzun illərdir fəaliyyət göstərmir. ASC 1999-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 212 444 manatdır. Şirkətin qanuni təmsilçisi isə Süleymanova Elza Vəli qızıdır.

  • Azərbaycanda 40 dəvə yükü ilə qızıl basdırılan yer (VİDEO)

    “Baku TV”də yayımlanan “Kəndinə qayıt” verilişinin yeni buraxılışı efirə gedib.

    Qaynarinfo Verilişin budəfəki sayında tarixi abidələrlə zəngin olan Şabran rayonuna səyahət edilib.

    Əvvəlcə rayonun Pirəbədil kəndi ziyarət olunub. Kəndin ərazisində 160 il əvvəl inşa olunan Pirəbədil Tarix Muzeyi yerləşir. Bu bina 2013-cü ilədək Qəzənfər Musabəyovun ev-muzeyi kimi fəaliyyət göstərib.

    Bura özündə həm böyük bir tarix, həm də orada böyüyüb boya-başa çatan ziyalı insanların xatirələri ilə zəngindir. Hətta 1903-cü ildə təmir olunan eyvan da indiyə qədər necə var, elə də qalıb.

    Daha sonra rayon mərkəzindən 35 km aralıda yerləşən Zeyvə kəndi ziyarət olunub. Araşdırmalara görə, bu kəndin yaşı 6-7-ci əsrlərə gedib çıxır. Adının mənası “künc”, “bucaq”, “guşə” kimi yozulur. Əhalisi tatlardan ibarətdir. Rəsmi məlumata görə isə kənddə cəmi 350 ev var.

    Verilişin aparıcısı ən sonda Zeyvə yaxınlığında yerləşən, həm yayda, həm də qış aylarında əsrarəngiz gözəlliyi ilə təbiətsevərləri özünə cəlb edən məşhur Əmbil gölünə gedib və burada çadır quraraq balıq tutub.

  • Qəbələnin Bunud kəndi yağıntılar səbəbindən subasmaya məruz qalıb

    Qəbələ rayonunun Bunud kəndində intensiv yağıntılar səbəbindən ərazi subasmaya məruz qalıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, nəticədə fərdi yaşayış evində 2 azyaşlı köməksiz vəziyyətdə qalıb. Xilasedicilər köməksiz vəziyyətdə qalan azyaşlılar təhlükəsiz əraziyə təxliyə ediliblər.

  • Шольц и Зеленский обсудили конференцию по Украине в Швейцарии

    Канцлер Германии Олаф Шольц провел телефонный разговор с президентом Украины Владимиром Зеленским, во время которого подтвердил свое участие в конференции, запланированной на 15-16 июня в Швейцарии.

    Как передает Median.Az cо ссылкой на ТАСС, об этом сообщил журналистам официальный представитель правительства ФРГ Штеффен Хебештрайт.

    “Канцлер Шольц провел сегодня телефонный разговор с президентом Зеленским и обсудили военную и гуманитарную ситуацию в Украине”, – отметил он. “Канцлер и украинский президент обменялись мнениями о саммите по достижению мира в Украине, намеченном на 15-16 июня. Канцлер подтвердил свое участие и подчеркнул, что Германия активно поддерживает встречу”, – добавил Хебештрайт.

    По его словам, Шольц и Зеленский договорились добиваться максимально широкого участия в ней глобальных игроков.

    Как указал Хебештрайт, Зеленский “проинформировал о последствиях недавних российских ударов” и поблагодарил правительство ФРГ за военную поддержку Киева, а также организацию запланированной на 11-12 июня конференции по вопросам восстановления Украины. Шольц заверил его в “постоянной и непоколебимой солидарности с Украиной”.

  • Şolts və Zelenski Ukrayna ilə bağlı konfransı müzakirə ediblər

    Almaniya kansleri Olaf Şolts Ukrayna Prezidenti Volodimir Zelenski ilə telefon danışığı aparıb.

    Bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Şteffen Hebeştrayt bildirib.

    “Almaniya kansleri O.Şolts bu gün Ukrayna Prezidenti V.Zelenski ilə telefon danışığı aparıb. Ukraynadakı hərbi və humanitar vəziyyəti müzakirə edib. Kansler və Ukrayna Prezidenti ölkədə sülhə nail olmaq üçün iyunun 15-16-da İsveçrədə keçirilməsi nəzərdə tutulan sammitlə bağlı fikir mübadiləsi aparıblar. Kansler konfransda öz iştirakını təsdiqləyib və Almaniyanın bu görüşü fəal dəstəklədiyini vurğulayıb”, – o qeyd edib.

  • “Ordubad” qoruğunun mühafizə zonasının müəyyənləşdirilməsi istiqamətində işlər yekunlaşıb

    Azərbaycan Respublikası Prezidentinin “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun yaradılması haqqında” 2024-cü il 21 fevral tarixli Sərəncamına əsasən Qoruğun sərhədləri və mühafizə zonasının, Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflərin hazırlanması ilə əlaqədar Komissiya yaradılıb, bu sahədə işlərə başlanılıb.

    Artıq komissiya tərəfindən Qoruğun sərhədlərinin və mühafizə zonasının müəyyənləşdirilməsi və xəritəsinin hazırlanması istiqamətində işlər yekunlaşdırılıb.

    Belə ki, Qoruğun sərhədlərinin və mühafizə zonasının döngə nöqtələrinin koordinatları müəyyən edilərək xəritədə təsviri hazırlanıb. Ordubad şəhərinin yerquruluşu planı və şəhərin ünvan xəritəsi əsasında Qoruğun sərhədləri 2 400 693 kvadrat metr müəyyən edilib. Qoruğun mühafizə zonasının uzunluğu 9.79 km, ərazisi 11.81 ha-da qərarlaşdırılıb. “Ordubad” Dövlət Tarix-Mədəniyyət Qoruğunun mühafizə zonası ilə birlikdə ümumi sahəsi 2518710 kv. metr (251.87 ha) təşkil edib. Həmçinin komissiya tərəfindən Qoruğun ərazisinin xüsusi rejimi ilə bağlı təkliflər hazırlanaraq təqdim edilib.

    Eyni zamanda, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üzrə Dövlət Proqramı”ında qarşıya qoyulan məsələlərin icrası ilə bağlı Ordubad şəhərində yerləşən “Ərbabın evi” və ona bitişik binanın bərpasının layihələndirilməsi istiqamətində də iş aparılıb, kotirovka elan edilib.

  • МИД Эстонии вызвал временного поверенного в делах РФ из-за помех GPS

    Временный поверенный в делах России в Эстонии вызван в МИД этой страны.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом говорится в сообщении эстонского внешнеполитического ведомства.

    Это связано с ситуацией с помехами GPS, в которых в Европе в последнее время обвиняют Москву.

  • Rusiyanın müvəqqəti işlər vəkili Estoniya XİN-ə çağırılıb

    Rusiyanın Estoniyadakı müvəqqəti işlər vəkili bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Estoniya XİN-in məlumatında deyilir.

    Qeyd edilib ki, bu, Moskvanın naviqasiya sisteminə müdaxiləsi ilə əlaqədardır.

  • Джевдет Йылмаз: Турция готова и дальше поддерживать реализуемые в Азербайджане проекты

    Турция готова и дальше поддерживать проекты, реализуемые в Азербайджане, в том числе на освобожденных от оккупации территориях.

    Как сообщает Report, об этом заявил вице-президент Турции Джевдет Йылмаз на совместной пресс-конференции с премьер-министром Азербайджана Али Асадовым в Анкаре.

    В своей речи Йылмаз коснулся исторической победы Азербайджана и помощи нашей страны после разрушительного землетрясения в Турции.

  • Türkiyənin vitse-prezidenti: Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq

    Azərbaycanda icra olunan layihələrə bundan sonra da dəstək verməyə hazırıq.

    Bunu Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz Ankarada Azərbaycanın Baş naziri Əli Əsədovla birgə keçirdiyi mətbuat konfransında deyib.

    O bildirib ki, bu, həm də işğaldan azad olunmuş ərazilərə aiddir: “Qarabağ zəfəri tarixi qələbə oldu. Fürsətdən istifadə edib bir daha şəhidlərimizə Allahdan rəhmət, qazilərimizə şəfa diləyirəm”.

    C.Yılmaz, həmçinin xatırladıb ki, Türkiyədə baş verən zəlzələ zamanı Azərbaycan ilk dəstək göstərən ölkələrdən oldu.
    //report