Month: May 2024

  • Prezident İlham Əliyev və Prezident Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər – YENİLƏNİB

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış edirlər.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Подписаны азербайджано-болгарские документы

    8 мая с участием Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Болгария Румена Радева состоялась церемония подписания азербайджано-болгарских документов.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan-Bolqarıstan sənədləri imzalanıb – YENİLƏNİB

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannamə”ni imzalayıblar.

    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və “Bulgaria Air” aviaşirkətinin idarə heyətinin üzvü Xristo Todorov “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyəti və “Bulgaria Air” Səhmdar Cəmiyyəti arasında kod paylaşma Sazişi”ni imzalayıblar.

    Azərbaycan Respublikasının rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Elmin Məmmədov və Bolqarıstan Respublikasının energetika nazirinin vəzifəsini icra edən Vladimir Malinov “Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Bolqarıstan Respublikasının İnnovasiya və İnkişaf Nazirliyi arasında texnoloji innovasiya sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu imzalayıblar.

    Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov və “Asarel Investment” şirkətinin müşahidə şurasının sədri Dimitrar Tsosorkov “Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “Asarel Investment” arasında Anlaşma Memorandumu”nu imzalayıblar.

    * * * * *

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevin iştirakı ilə Azərbaycan-Bolqarıstan sənədlərinin imzalanması mərasimi olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ögey atasını öldürmüş şəxsə cəza verilmədi – FOTO

    Ögey atasını xüsusi amansızlıqla öldürməkdə ittiham olunan Elgün Abbasovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində aparılan araşdırma zamanı müttəhimin hadisəni törədərkən anlaqsız vəziyyətdə olması sübut olunub.

    Prokuror da ekspert rəyi ilə razılaşıb, şəxsin anlaqsız vəziyyətdə cinayət törətdiyini qəbul edib.

    Səbinə Məmmədzadənin sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə 22 yaşlı E.Abbasov anlaqsız vəziyyətdə cinayət törətdiyinə görə cəzadan azad edilib. Hökm qanuni qüvvəyə mindikdən sonra müttəhim barəsində ixtisaslaşdırılmış psixiatriya stasionarlarında məcburi müalicə tətbiq ediləcək.

    Qeyd edək ki, hadisə Binəqədi rayonunda qeydə alınıb. E.Abbasov münaqişə zəminində ögey atası, 45 yaşlı Rahib Mehdiyevi bir neçə bıçaq zərbəsi ilə qətlə yetirib.

    Ona qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (qəsdən adam öldürmə – xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 14 ildən 20 ilə və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

  • Состоялась встреча президентов Азербайджана и Болгарии в расширенном составе – ОБНОВЛЕНО (ФОТО)

    8 мая состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Болгария Румена Радева в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

    * * * * *

    8 мая началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева и президента Республики Болгария Румена Радева в расширенном составе.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Azərbaycan və Bolqarıstan prezidentlərinin geniş tərkibdə görüşü olub – YENİLƏNİB (FOTO)

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü keçirilib.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

    * * * * *

    Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə geniş tərkibdə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Azərbaycanlı iş adamı Rusiyada vəfat etdi

    Rusiyada azərbaycanlı iş adamı vəfat edib.

    İqtisadiyyat.az xəbər verir ki, 40 yaşlı Rafael Qəfər oğlu Mirzəyev bir müddət əvvəl işləmək üçün Moskvaya gedib.

    Bizneslə məşğul olan azərbaycanlının səhhətində problemlər yaranıb. Müalicə almasına baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Mərhumun cənazəsi Azərbaycana gətirilib və doğulduğu Cəlilabad rayonunun Moranlı kəndində torpağa tapşırılıb.

  • Состоялась встреча Первого вице-президента Азербайджана и первой леди Болгарии

    8 мая состоялась встреча Первого вице-президента Азербайджанской Республики Мехрибан Алиевой и первой леди Республики Болгария Десиславы Радевой.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Mehriban Əliyevanın Desislava Radeva ilə görüşü olub

    Mayın 8-də Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın Bolqarıstan Respublikasının birinci xanımı Desislava Radeva ilə görüşü olub.

    Bu barədə AZƏRTAC məlumat yayıb.

  • Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub

    Ağcabədidə iribuynuzlu heyvan sürücünün ölümünə səbəb olub.

    Baş Prokurorluğun Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Ağcabədi rayonu, Aşağı Avşar kəndində yaşayan 1991-ci il təvəllüdlü Xəyal Rəhman oğlu Paşayev idarə etdiyi “Mercedes-Benz” markalı avtomobillə Zərdab-Mollakənd yolunun Zərdab rayonu, Şəftəhal kəndindən keçən hissəsində hərəkətdə olarkən qarşısına çıxan iribuynuzlu heyvanı vurması ilə idarəetməni itirib və avtomobilin yolun kənarına aşması nəticəsində aldığı çoxsaylı xəsarətdən hadisə yerində ölüb.

    Faktla bağlı Zərdab RPŞ-nin İstintaq qrupunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə cinayət işi başlanılaraq istintaq aparılır.