
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib.
Mənbə: Anadolu

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
Məlumata görə, görüş Ankaradakı prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Əli Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib.
Mənbə: Anadolu

Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ilə təkbətək görüşü başlayıb.
Bu barədə AZƏRTAC məlumat yayıb.

Ermənistandakı hərbi hissələrdən birinin ərazisində müqaviləli hərbi qulluqçu, 1985-ci il təvəllüdlü Artak Serejayeviç Avalyanın üzərində güllə yarası olan meyiti tapılıb.
Bu barədə Ermənistan Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.
“Hadisənin baş vermə şəraitinin aydınlaşdırılması istiqamətində araşdırma aparılır”, – nazirlikdən bildirilib.
Mənbə: Sputnik
“Azərbaycan və Slovakiya müdafiə sektorunda mümkün əməkdaşlıq istiqamətlərini müəyyən ediblər”.
Bunu Slovakiyanın müdafiə naziri Robert Kalinyak deyib.
“Slovakiya uzun müddətdir ki, müdafiə sənayesinin yüksək inkişafı ilə tanınır. Ona görə də bir çox ölkələr bu sahədə Slovakiya ilə əməkdaşlıq etmək istəyirlər”, – o bildirib.
R.Kalinyak müdafiə sahəsində qarşılıqlı əməkdaşlığa dair bu gün Bakıda imzalanan sənədlərdən danışaraq qeyd edib ki, konkret müqavilələrdən danışmaq hələ tezdir:
“Hazırda mümkün əməkdaşlıq istiqamətləri müəyyən edilib. Bu memorandumlar həm də Azərbaycanla əməkdaşlıq çərçivəsində müdafiə sənayemizi inkişaf etdirməyə imkan verir. Bəzi hallarda bu, birbaşa müqavilə və ya birbaşa sifariş, digər hallarda isə texnologiyanın transferi, malik olduğumuz bacarıqların ixracıdır. Birgə müəssisələr mövqeyi var”, – nazir bəyan edib.
R.Kalinyak vurğulayıb ki, bu əməkdaşlıq Slovakiyanın iqtisadi inkişafına da töhfə verəcək.
Onun sözlərinə görə, qarşılıqlı danışıqlar nəticəsində məlum olub ki, Azərbaycan ağır sənaye üçün Slovakiyanın uzun illər təcrübəsi olan tam texnoloji bazanın yaradılmasında maraqlıdır:
“Bu, bu sahədə slovakiyalı mütəxəssislər üçün yer yaradır”, – R.Kalinyak yekunlaşdırıb.
Mənbə: teraz.sk

Abşeron-Xızı Regional Təhsil İdarəsinə yeni təyinatlar olub.
Bu barədə idarədən məlumat verilib.
Bildirilib ki, Abşeron-Xızı Regional Təhsil İdarəsinin Tədrisin Keyfiyyəti sektoruna Rahim Novruzov, Abşeron-Xızı rayonları üzrə təhsil sektoruna isə Sənan Xəlilov təyin olunub.
Sabah bəzi ərazilərdə qaz olmayacaq.
Bu barədə “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Bildirilib ki, sabah saat 08:00-dan “Mayak-2” qaz kəmərinin hava kompressoru vasitəsi ilə kipliyə sınaq olunması, saat 10:00-dan Xətai rayonu, Lütfi Zadə küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının aradan qaldırılması, “1 May qəsəbəsi” və “Pirallahı Yeni” qaz ölçü qovşaqlarında mövcud daraldıcı qurğuların sərfiyyata uyğun yeni daraldıcı qurğularla əvəzlənməsi məqsədi ilə qaz təchizatı dayandırılacaq.
Məlumata görə, qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun Pirallahı (tam olaraq) və Şüvəlan (dənizkənarı yaşayış sahəsinin) qəsəbələrinin, Xətai rayonunun isə Lütfi Zadə küçəsinin qaz təchizatında fasilə yaranacaq.

Azərbaycan-Ermənistan şərti sərhədində, Şoqakat kəndindən 19 kilometr şimalda zəlzələ qeydə alınıb.
Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Xilasetmə Xidmətinin Mətbuat Xidməti məlumat yayıb.
Zəlzələnin ocağı 10 kilometr dərinlikdə yerləşib. Episentrdə yeraltı təkanların gücü 2-3 bal olub.
Mənbə: Sputnik
Mayın 8-nə gözlənilən hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı ehtimalı var. Axşama doğru tədricən kəsiləcək. Mülayim şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-18° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunundan 763 mm civə sütununa yüksələcək. Nisbi rütubət 70-80 % olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 10-15° isti, gündüz 15-20° isti, dağlarda gecə 2-6° isti, gündüz 6-10° isti olacaq.
Braziliyada daşqın nəticəsində ölənlərin sayı 84-ə yüksəlib.
Bu barədə “Ntv Haber” məlumat yayıb.
Ölkənin cənubundakı Rio Grande do Sul əyalətində ötən həftədən bəri davam edən yağışdan sonra baş verən daşqınlar nəticəsində can itkiləri artıb.
14 min 500 şəxsi heyətin iştirakı ilə aparılan axtarış-xilasetmə əməliyyatlarında fəlakət bölgələrindən 25 nəfər xilas edilib.
//sfera.az
Çin və Rusiya arasında ikitərəfli ticarətin həcmi 2023-cü ildə 240 milyard 100 milyon dollara çatıb.
Median.Az xarici mediaya istinadən xəbər verir ki, bu haqda məlumatı Çin Ticarət Nazirliyi açıqlayıb.
Nazirliyin məlumatına əsasən, iki ölkə illik ticarət dövriyyəsini 200 milyard dollara çatdırmağı hədəfləyirdi. Amma ötən il hədəfdən 20 faiz çox xarici ticarət dövriyyəsi qeydə alınıb.
İki ölkə arasında ticarət dövriyyəsinin artması 2024-cü ilin birinci rübündə də davam edib. Nazirliyin məlumatına əsasən, bu ilin birinci rübündə dövriyyənin həcmi ötən ilin birinci rübündəki nəticə ilə müqayisədə 5,2 faiz artaraq 56 milyard 680 milyon dollara çatıb.
Qeyd edək ki, Rusiya və Çin arasındakı ticarət dövriyyəsinə dair məlumat mal və xidmət ticarətini əhatə edir.