Month: May 2024

  • Avstriya XİN başçısı: NATO-ya üzv olmayacağıq

    Avstriya NATO-ya üzv olmayacaq.

    Bu barədə ölkənin xarici işlər naziri Aleksandr Şallenberq bildirib.

    O, mətbuatda Vyananın NATO ilə əməkdaşlığı artırmaq planları barədə yayılan xəbərlərə münasibət bildirərək bu məsələnin gündəlikdə olmadığını qeyd edib.

    “Avstriya neytral dövlətlərin unudulmaması üçün İrlandiya, Malta və İsveçrə ilə məlumat mübadiləsi aparmağa çalışır”, – nazir vurğulayıb.
    //report

  • Hərbi Prokurorluqda Ümummilli Liderin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib

    Mayın 7-də Hərbi Prokurorluqda müasir Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə tədbir keçirilib.

    Bu barədə Hərbi Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı “Heydər Əliyev guşəsi”ndə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül dəstələri düzülərək, dahi şəxsiyyətin parlaq xatirəsinə dərin ehtiram ifadə olunub.

    Mərasim iştirakçıları dünya şöhrətli siyasətçinin və şəhidlərimizin əziz və unudulmaz xatirəsini bir dəqiqəlik sükutla yad edib, qazilərə şəfa diləyiblər.

    Tədbirdə Baş prokurorun müavini – respublikanın hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev çıxış edərək qəlbi daim Vətən eşqi ilə döyünən, bütün varlığı ilə xalqına bağlı olan, istiqlal yolumuzu və istiqbalımızı nurlandıran, millətini zamanın sərt sınaqlarından yüksək məharətlə çıxararaq, hər bir çətin vəziyyətdən ən düzgün çıxış yolu tapan Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixindəki və beynəlxalq arenadakı rolundan, o cümlədən demokratik, hüquqi dövlət quruculuğunda, ölkəmizin qüdrətlənməsində, xalqın rifahının yüksəldilməsində misilsiz xidmətlərindən və dünya siyasətinə verdiyi töhfələrdən danışıb.

    Fenomenal şəxsiyyət Heydər Əliyevin mənalı həyatından və çoxşaxəli fəaliyyətindən geniş bəhs etməklə çıxışını davam etdirən hərbi prokuror bildirib ki, şərəfli ömür yolunu ölkəmizin tərəqqisinə və millətimizin parlaq gələcəyinə həsr edən Ümummilli Lider dövlətçiliyin ideoloji-siyasi əsaslarını yaratmaqla, xalqı əsl müstəqilliyə qovuşduraraq hafizələrdə əbədiyaşarlıq qazanıb. Azərbaycanın gələcəkdə dövlət müstəqilliyinin elan edilməsi üçün real əsaslar, yeni suveren bir ölkə kimi qarşılaşa biləcəyi mühüm məsələlərin həlli üsulları hələ Ulu Öndər Heydər Əliyevin sovet hakimiyyəti illərində respublikamıza birinci rəhbərliyi dövründə formalaşdırılıb. Dahi şəxsiyyət Heydər Əliyevin Azərbaycanın müasir tarixinin həlledici dönüş nöqtəsi hesab edilən böyük qayıdışından sonra ölkəmizdə hər şeyin müsbətə doğru dəyişdiyini vurğulayan hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, vətəndaş müharibəsinin, eləcə də müstəqilliyimizin itirilməsi təhlükəsinin qarşısı qətiyyətlə alınıb, cinayətkar dəstələr zərərsizləşdirilib, separatçı meyillərə son qoyulub, ölkənin iqtisadi və siyasi böhrandan xilasını təmin edən digər zəruri tədbirlər görülüb. Bununla da Azərbaycan sürətli inkişaf yoluna qədəm qoyub.

    Xanlar Vəliyev Ulu Öndər Heydər Əliyevin ən böyük xidmətinin Azərbaycanın taleyində müstəsna rolu olan, Vətəninin və xalqının maraqlarını hər şeydən uca tutan Prezident İlham Əliyev kimi bütün ali bəşəri keyfiyyətlərə malik böyük şəxsiyyət və müdrik rəhbər hazırlaması olduğunu xüsusi vurğulayıb. Ümummilli Liderin millətimizin və dövlətimizin parlaq gələcəyinə hesablanmış mükəmməl siyasətini yeni müstəvidə dövrün tələblərinə uyğun şəkildə uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 il ərzində görülmüş nəhəng işlərdən, düşmən tapdağında olan dədə-baba torpaqlarımızın hərbi və siyasi-diplomatik yolla işğaldan azad edilməsindən, Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi ilə hərbçilərimizin şanlı tarix yazmasından, lokal xarakterli antiterror tədbirlərindən, eləcə də ölkəmizdə həyata keçirilmiş hərtərəfli köklü islahatlardan, bütün sahələrdə əldə olunmuş misli görünməmiş uğurlardan, iqtisadiyyatımızın güclənməsindən bəhs edən hərbi prokuror bütün bunların Prezidentin iti zəkası, yüksək erudisiyası, mükəmməl rəhbərliyi, qətiyyəti, yorulmaz fəaliyyəti, xalqın müdrikliyi və əzmkarlığı sayəsində, eləcə də hakimiyyətlə xalq arasında olan sıx bağlılığın nəticəsində mümkün olduğunu vurğulayıb.

    Ədliyyə general-leytenantı Xanlar Vəliyev xüsusi vurğulayıb ki, qazanılan uğurlara, Azərbaycanın daha da qüdrətlənməsinə, xalqın rifahının yaxşılaşmasına, eləcə də ölkəmizin beynəlxalq əlaqələrinin inkişaf etdirilməsinə, mədəniyyətimizin bütün dünyaya tanıdılmasına hərtərəfli biliklərə, dərin düşüncəyə və yüksək idarəçilik qabiliyyətinə malik olan, Ulu Öndər irsindən bəhrələnmiş, sadəliyi və səmimiliyi ilə seçilən Birinci vitse-prezident Mehriban Əliyeva çoxşaxəli fəaliyyəti ilə böyük töhfələr verməkdədir.

    Tədbirdə Milli Məclisin deputatları Sabir Rüstəmxanlı, Nizami Cəfərov, Cavid Osmanov, Kamilə Əliyeva, Fatma Yıldırım və digərləri çıxış edərək dünyaşöhrətli siyasətçinin tarixdəki rolu, eləcə də Vətəni və xalqı qarşısındakı misilsiz xidmətləri barədə danışıblar.

    Sonda Hərbi prokuror Xanlar Vəliyev qeyd edib ki, dəyərli və mənalı ömrünü Vətəninə həsr edərək, milləti qarşısında müstəsna xidmətlər göstərməklə xalqımızın Ümummilli Lideri adını qazanmış dünya siyasətinin parlaq siması Ulu Öndər Heydər Əliyev tarixdə və hafizələrdə əbədi olaraq qalacaq, nəhəng tarixi şəxsiyyətin əziz və unudulmaz xatirəsi hər zaman böyük ehtiramla yad ediləcək.

    Tədbir Ümummilli Lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən filmin nümayişi ilə başa çatıb.

  • Bakı-Tbilisi-Qars dəmir yolunda hərəkətin bərpa olunacağı vaxt açıqlanıb

    Mayın 20-dən etibarən yeni təmir edilmiş Bakı-Tbilisi-Qars (BTQ) dəmir yolu xətti ilə yük qatarlarının hərəkətinə başlanılacaq.

    BTQ dəmir yolu xəttinin Gürcüstandan keçən 184 kilometrlik hissəsində aparılan təmir-bərpa, rekonstruksiya və genişləndirmə işləri artıq yekunlaşıb.

    Qeyd edək ki, 2023-cü ilin mayın 16-dan Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsi təmir-bərpa işləri ilə əlaqədar bağlanılıb. BTQ dəmir yolu xəttinin Gürcüstan hissəsinin mürəkkəb, dağlıq relyefə malik olması (bəzi yerlərdə işlər dəniz səviyyəsindən 2 400 metr hündürlükdə aparılırdı), bu bölgədə payız-qış aylarında hava şəraitinin qarlı-şaxtalı keçməsi (hətta temperaturun mənfi 30 dərəcəyədək düşməsi) təmir-bərpa işlərinin sürətlə aparılmasına mane olmayıb. Xatırladaq ki, sözügedən ərazidə payız-qış mövsümündə qarlı hava şəraiti səbəbindən avtomobil yolları bağlanır, dəmir yolu nəqliyyatı yeganə daşıma vasitəsi kimi regionun mərkəzlə əlaqəsində olduqca önəmli rol oynayır.

    Dəmir yolunun Gürcüstan hissəsinin təmiri nəticəsində BTQ üzərindən yükdaşımaların həcmini ildə 5 milyon tona çatdırması, BTQ-ni Orta Dəhlizin ən cəlbedici hissəsindən birinə çevirməsi planlaşdırılır.

    Ümumiyyətlə bu dəmir yolu xəttinin tikintisinə 2008-ci ildə başlanılıb və o, 2017-ci il oktyabrın 30-dan istismara verilib.

    Dəmir yolu xətti Asiya və Avropanın dəmir yol şəbəkələrinin birləşdirilməsini təmin edir. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. BTQ yüklərin daşınmasına sərf edilən vaxtı 2 dəfədən çox qısaltmağa imkan verir, Mərkəzi Asiya ölkələrinin – Türkmənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Əfqanıstanın Avropa və dünya bazarlarına çıxışını asanlaşdırır.

    Ümumi uzunluğu 846 kilometr olan xəttin 504 kilometrlik hissəsi Azərbaycan, 263 kilometrlik hissəsi Gürcüstan, 79 kilometrlik hissəsi isə Türkiyə ərazisindədir.
    //report

  • Həcc vizası olmayan şəxslər cərimə ediləcək

    Səudiyyə Ərəbistanı Krallığının Daxili İşlər Nazirliyi Həcc vizası olmayan şəxslərin cərimə ediləcəyi barədə xəbərdarlıq yayıb.

    Bu barədə Səudiyyə Ərəbistanının Həcc və Ümrə Nazirliyinin rəsmi “X” səhifəsində bildirilib.

    Qeyd olunub ki, Həcc qaydalarını və müvafiq təlimatları pozanlara qarşı iyunun 2-dən etibarən cəza tədbirləri həyata keçiriləcək.

    Qaydaları pozan şəxslər təxminən 2 675 ABŞ dolları məbləğində cərimə ediləcək. Eyni zamanda həmin şəxslər deportasiya olunacaq. Həmçinin bildirilib ki, qaydalar təkrar pozularsa, nəzərdə tutulan məbləğ ikiqat artırılacaq.

    Xatırladaq ki, bu il Azərbaycandan Həcc ziyarətinə ilk zəvvar qrupu iyunun 4-ü yola düşəcək. Azərbaycandan Həcc ziyarətinə 1500 nəfərlik kvota ayrılıb. Ziyarətin bir nəfər üçün qiyməti 5 min 850 ABŞ dolları təşkil edir. İyunun 16 və 17-də Azərbaycanda Qurban bayramıdır.
    //report

  • Возможно ли введение ограничений на количество такси в Азербайджане?

    Азербайджанское агентство наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта внесло ясность в вопрос ограничения количества такси в Азербайджане.

    Как сообщает Median.Az со ссылкой на AYNA, после достижения определенного количества число такси может быть ограничено в соответствии с требованиями законодательства.

    Согласно закону “Об автомобильном транспорте”, в целях повышения эффективности и качества автотранспортных услуг, а также оптимизации распределения пассажиропотоков по видам общественного транспорта могут быть введены ограничения на количество разрешений на деятельность такси.

  • Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilərmi?

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Azərbaycanda taksi sayına məhdudiyyət qoyulmasına dair məsələyə aydınlıq gətirib.

    Median.Az AYNA-ya istinadən məlumat verir ki, müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

    Bildirilib ki, “Avtomobil nəqliyyatı haqqında” qanuna əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər.

  • Беларусь проведет с РФ проверку с носителями тактического ядерного оружия

    Беларусь проведет проверку армии с привлечением средств, способных применять тактические ядерные боеприпасы.

    Как передает Median.Az со ссылкой на белорусские СМИ, об этом заявил госсекретарь Совбеза Беларуси Александр Вольфович.

    Эта проверка, по его словам, будет синхронизирована с Россией. Проверка готовности армии Беларуси к действиям с ядерными боеприпасами носит оборонительный характер, не проецирует угроз на другие страны.

  • Belarus Rusiya ilə birgə taktiki nüvə silahı daşıyıcıları üzərində yoxlama aparacaq

    Belarus öz ordusunu taktiki nüvə silahından istifadə edə bilən silahları cəlb edərək sınaqdan keçirəcək.

    Bunu Belarus Təhlükəsizlik Şurasının dövlət katibi Aleksandr Volfoviç deyib.

    Onun sözlərinə görə, bu yoxlama Rusiya ilə sinxronlaşdırılacaq: “Belarus ordusunun nüvə silahı ilə fəaliyyətə hazırlığının sınaqdan keçirilməsi müdafiə xarakteri daşıyır və başqa ölkələrə təhlükə yaratmır”.

  • Braziliya millisinin sabiq futbolçusu həbs olunub

    “Mançester Siti”nin və Braziliya millisinin sabiq futbolçusu Joao Alves polis tərəfindən saxlanılıb.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşlı hücumçu aliment ödəmədiyi üçün həbs olunub.

    O, hazırda ölkəsinin aşağı liqa komandası olan “Amazonas”ın formasını geyinir. 2024-cü ilin əvvəlində sözügedən kluba transfer olunan futbolçu 6 oyunda meydana çıxıb və 1 qol vurub.

    Qeyd edək ki, Joao Alves karyerası ərzində ÇSKA (Moskva), “Everton”, “Qalatasaray” və digər tanınmış kubların formasını geyinib.

  • Türkiyə hərbçiləri Suriyanın şimalında dörd terrorçunu öldürüb

    Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında “Fərat qalxanı” bölgəsində keçirdiyi əməliyyat nəticəsində PKK/YPG terror qruplaşmasının dörd silahlısı ölüb.

    Bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, “Fərat qalxan” bölgəsində terrorçu qruplaşmanın dörd silahlısı Türkiyə hərbçilərinə atəş açıb. Onlar cavab atəşi ilə öldürülüb.
    //report