Yay mövsümünün gəlişi ilə bağlı müxtəlif işbazlar tərəfindən vətəndaşın etibarından sui-istifadə etməklə dələduzluq halları müşahidə olunur.
Median.Az xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin bölmə rəisi, polis baş leytenantı Zeyni Hüseynov məlumat verib. O bildirib ki, həmin işbazlar tur paket satmaq, hotel bron etmək, həmçinin aviabilet almaq məqsədilə vətəndaşların pulunu mənimsəyirlər.
“Bu sferada kibercinayətkarlıq faktı da danılmazdır. Belə ki, tanınmış tur şirkətlərinin sayt interfeysini yaratmaqla vətəndaşlara ucuz qiymətə tur paketlər təklif oluna bilər. Şirnikləndirici vədə aldanıb linkə daxil olaraq bank kart məlumatlarını yazdıqda isə hesabdakı vəsait sıfırlanır”.
Zeyni Hüseynov qeyd edib ki, tur paket almazdan əvvəl mütləq araşdırma aparılmalı, inam bəxş edən turizm şirkətlərinə müraciət edilməli və şübhəli linklərə daxil olunmamalıdır.
“Vətəndaşlar dələduzluqla üzləşdikləri təqdirdə isə mütləq polis orqanlarına müraciət etməlidirlər”.
//sfera.az
Month: May 2024
-
Bu halda kartınızdakı pullar oğurlana bilər
-
Lirə dollar qarşısında bahalaşır – SƏBƏB
2024-cü ilin aprelin ikinci yarısından başlayaraq dollar/lirə məzənnəsində enmə müşahidə edilir.
Median.Az xəbər verir ki, aprelin 21-də bir dollar 32,6 lirəni keçdikdən sonra ABŞ valyutasında ucuzlaşma prosesi gedir. Bu günə olan məlumata əsasən, məzənnə 32,27 həddinə düşüb. Ötən 2 həftə ərzində dollar lirə qarşısında təxminən 1 faiz ucuzlaşıb.
Xatırladaq ki, 2021-ci ildən başlayaraq dollar lirəyə nəzərən sürətlə bahalaşır. 2023-cü ilin aprelindən dolların bahalaşması bir qədər də güclənib və qısa müddətdə məzənnə 19-dan 32,6-ya yüksəlib.
Son günlər dolların bir qədər ucuzlaşmasının səbəbi ölkəyə xarici investisiya qoyuluşunun artması, xarici borclanmaya dair yeni razılaşmaların əldə edilməsi, xarici ticarət kəsirinin məbləğinin kiçilməsi və turizm mövsümünün başlaması ilə bağlıdır.
Əvvəlki illərin də təcrübəsi göstərir ki, Türkiyəyə daha çox xarici investisiya cəlb ediləndə, xarici ticarət kəsiri kiçiləndə və beynəlxalq maliyyə təşkilatları ilə əməkdaşlıq genişlənəndə lirədə ucuzlaşma zəifləyir.
Türkiyə üçün dollar/lirə məzənnəsindəki yüksəlmənin yumşaq formada olması çox əhəmiyyətlidir. Ölkədə dollar aşağı sürətlə bahalaşanda inflyasiya səviyyəsi də aşağı olur və əhalinin rifah halı yaxşılaşır.
-
“Müharibələr qızlara oğlanlardan daha çox stress yaşadır” – ARAŞDIRMA
Moskva Dövlət Psixologiya və Təhsil Universitetinin tədqiqatçıları müəyyən ediblər ki, qorxu, narahatlıq və depressiya kimi sosial-psixoloji uyğunsuzluq və travma sonrası stress pozğunluğu əlamətləri oğlanlara nisbətən hərbi əməliyyatlar gedən ərazilərdə yaşayan yeniyetmə qızlarda daha çox müşahidə olunur.
Median.Az Rusiya KİV-ə istinadən xəbər verir ki, ekspertlər hərbi əməliyyatların getdiyi ərazilərdə yaşayan orta məktəb şagirdləri (9-11-ci siniflər) arasında sorğu keçirib. Burada 646 orta məktəb şagirdi iştirak edib: 36% oğlanlar və 64% qızlar. Onlar əsasən, Luqansk ərazisində yaşayan şagirdlər olub.Tədqiqatda xüsusi sorğu vərəqindən istifadə edilib.
“Biz məlumatlarımızı xaricdəki oxşar tədqiqatların nəticələri ilə müqayisə etdik. Məlum olub ki, hərbi münaqişələrin davam etdiyi ərazilərdə yaşayan və ya onların nəticələrini artıq görmüş bəzi yeniyetmələr həyata uyğunlaşmaqda problem yaşayır, fiziki, əqli və emosional cəhətdən özlərini pis hiss edirlər. Bu uşaqlar risk altındadırlar və onlar əlavə testlərə və psixoloqların köməyinə ehtiyac duyurlar”, – psixologiya elmləri doktoru Olqa Ulyanina bildirib.
Bundan əlavə, qızların xüsusilə psixofizioloji, emosional və davranış sferalarında, eləcə də yaxınları ilə münasibətlərdə oğlanlara nisbətən daha həssas olduğu ortaya çıxıb. Qızlar tez-tez diqqəti cəmləməkdə çətinlik çəkirlər, daha çox gecikirlər və əşyalarını itirirlər. Onlar həmçinin yorğunluq, kabuslar və yuxusuzluq kimi fiziki simptomlarla daha çox qarşılaşırlar.
//sfera.az
-
Mayda bu bürcləri böyük məbləğlər gözləyir
Astroloqların fikrincə, bu ay bəzi bürclər yaxşı maddi imkanlarla üzləşəcəklər. May ayı onlar üçün olduqca bərəkətli olacaq.
Median.Az Metbuat.az-a istinadən həmin bürcləri təqdim edir:
Buğa üçün May maliyyə baxımından kifayət qədər parlaq ola bilər. Yeni iş imkanları və gəlir mənbələri ilə qarşılaşacaqlar. Səbr və qətiyyətlə davam edən Buğa bürcü insanları iqtisadi vəziyyətlərini xeyli yaxşılaşdıra bilərlər. Bu ay iş dünyasında möhkəm təməllər qurmaq üçün əlverişli imkanlar yarana bilər.
Oğlaqlar üçün May ayı karyeralarında və iş həyatında müsbət irəliləyişlərin müjdəçisi ola bilər. Yaradıcı layihələr və təşəbbüslər vasitəsilə maddi qazanc əldə edə bilərlər. İntizamlı və diqqətli təbiətləri sayəsində işlərində uğur qazanmaq və maliyyə gəlirlərini artırmaq şansı ola bilər.
Oxatan bürcləri üçün may ayı investisiyalar və iş ortaqlıqları baxımından əhəmiyyətli bir dövr ola bilər. Gözlənilməz maliyyə imkanları ilə qarşılaşa bilərlər. Riskləri diqqətlə qiymətləndirib balanslaşdırsalar, maliyyə artımlarını dəstəkləyə bilərlər. İnvestisiya sahəsində yeni addımlar atmaq üçün uyğun zaman ola bilər. -
Novruz Məmmədov niyə istefa verib? (AÇIQLAMA)
“Vəziyyətimi nəzərə alaraq, ərizəmi yazdım və xahiş etdim ki, məni tutduğum vəzifədən azad edəsiniz. Səhhətimdə heç bir problem yoxdur. Yaşımla bağlı bu qərarı vermişəm. Təqaüddə olmalı adamam. 3-4 il orada işlədim. İndi istəyirəm istirahət edəm. Yaşıma görə artıq dincəlmək istəyirəm. Qurtardı getdi, burda başqa məsələ yoxdur. Ölənə qədər vəzifədə olmalı, işləməli deyiləm ki? Öz xoşumla, razılığıma ərizə yazmışam. Fikirləşdim ki, artıq bəsdir”.
Median.Az xəbər verir ki, bu sözləri sherg.az-a açıqlamasında sabiq baş nazir Novruz Məmmədov Azərbaycan Dillər Universitetinin Elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsindən getməsi ilə bağlı deyib.
Sabiq baş nazir vurğulayıb ki, vəzifəsindən hardasa 3-4 həftə əvvəl uzaqlaşıb:
“Bu, çoxdan olub, niyə indi xəbər yayılır bilmirəm. Zənglərdən yorulmuşam, o qədər zəng olur ki, özümə vaxt sərf edə bilmirəm. Adamı əsəbləşdirirlər. Azərbaycan Dillər Universitetində işlədiyim müddətdə əlimdən nə gəlir etdim. Ümummilli Liderin 100 illiyi ilə bağlı 50-yə yaxın konfrans keçirmişəm. Rəhbərliyim altında elm, magistratura və doktorantura şöbələrinin iştirakı ilə çoxsaylı elmi tədbirlərimiz olub. Eyni zamanda respublika səviyyəsində beynəlxalq konfranslar təşkil etmişik. Dünyanın bir çox universitetlərinin tanınmış nümayəndələrinin iştirakı ilə tədbirlər hazırlamışıq. Missiyamızı sona qədər həyata keçirmişik. Yaşım da artıq çoxdur. Dincəlmək lazımdır. Adam 90-100 yaşınadək işləməli deyil. Söhbət bundan gedir”.
-
Xaşaxuna bağları xəstəlik mənbəyinə çevrilib? – Sakinlər həyəcan təbili çalır (VİDEO)
Xəzər rayonunun Xaşaxuna bağları ərazisində antisanitariya hökm sürür.
Sakinlər Qaynarinfo-ya bildirib ki, ərazidə zibil əlindən tərpənmək olmur.“Az qala qapımızın ağzına gəlib çatır. Dəfələrlər əlaqədar orqanlara müraciət etmişik. Amma heç bir nəticəsi yoxdur. Burada xeyli insan yaşayır. Amma bircə dənə də olsun zibil konteyneri yoxdur. Antisanitariya hökm sürür. Üfunət iyindən baş çatlayır”, deyə sakinlər bildirib.
Onların sözlərinə görə, problemlə bağlı Qala qəsəbəsinin bələdiyyə sədri Mahir Novruzova müraciət ediblər. Lakin bələdiyyə sədri bu işin onlara aidiyyəti olmadğını bildirib.
“Nə bələdiyyə yaxın durur, nə icra hakimiyyəti. Bilmirik dərdimizi kimə deyək. Neçə müddətdir ki, vəziyyət belədir. Bura xəstəlik mənbəyidir. Amma heç kimi vecinə deyil”, deyə şikayətçilər vurğulayıb.
Məsələ ilə əlaqədar Xəzər Rayon İcra Hakimiyyəti ilə danışmaq mümkün olmayıb.
Xəzər Rayon İcra Hakimiyyətinin başçısı Elşən Salahovdur. O, 2019-cu ildən rayona rəhbərlik edir.
Sakinlərin şikayətçi olduğu ərazidən çəkilmiş videonu təqdim edirik.
-
20-25 manata satılan göycə: Bahalaşmanın səbəbi nədir?
Bu il Bakıda Naxçıvan göycəsinin qiymətində artım müşahidə olunub.
Hazırda Naxçıvandan Bakıya gətirilən göycənin bir kilosunun qiyməti 20-25 manat təşkil edir. Ötən il isə may ayında Naxçıvan göycəsinin bir kilosunun qiyməti 10-12 manata təkilf edilib.Satıcıların bildirdiyinə görə, Bakıda Naxçıvan göycəsinə tələb çoxdur, amma alıcı azdır:
“Bunun da səbəbi qiymət artımıdır. Bundan əlavə Bakıda Naxçıvan göycəsi adı altında alıcıya “sırınan” alçalar var. Həmin alçalar 4-5 manata təklif edilir. Onu görən alıcı da 20-25 manata göycəni almaq istəmir”.
Vaxtı ilə “Naxçıvan Məhsulları” mağazasını işlədən ictimai fəal Emin Tarverdiyev də sosial şəbəkədə bu məsələyə toxunub:
“Naxçıvanda göycənin məskəni əvvəl Babək rayonuna, indi isə şəhərə tabe olan Qaraçuq kəndidir… Şərur isə Muxtar Respublikanın ən çox göycə (alça yox) tədarük edən rayonudur. İki gün əvvəl Şərur rayonuna yağan güclü dolu bu il kəndlinin bütün ümidlərini puça çıxardı. Keçən həftə Naxçıvandan gələn göycənin 1 kq-nın Bakıda qiyməti 20-25 manat civarında “oynadı”. Yəqin ki, Muxtar Respublikanın digər rayonlarındakı göycə tədarükçüləri indi Allaha yalvarır ki, dolu bəlası onlardan uzaq olsun. Bu həftədən Bakı bazarında dəllallar “at oyadacaq”. Onsuz da alçanı da göycə qiymətinə müştəriyə sırıyan dəllallar bu dəfə daha da amansız olacaqlar, özü də Naxçıvan göycəsi adı ilə…”
//qaynarinfo
-
107 minə görə həbs edilən ər-arvad bəraət aldı
Külli miqdarda dələduzluqda təqsirli bilinərək azadlıqdan məhrum edilmiş Aqşin Abdullayev və arvadı Leyla Abdullayevanın məhkəmə prosesi tamamlanıb.
“Qafqazinfo”nun məlumatına görə, 5 nəfərə ümumilikdə 107 min manat ziyan vurmaqda ittiham olunan ər-arvad özlərini təqsirli bilmir. Bakı Apellyasiya Məhkəməsində müttəhimlər əsassız olaraq həbs edildiklərini deyərək bəraətlərini tələb ediblər.Məlumat üçün deyək ki, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. 1 il əvvəl elan edilmiş hökmə əsasən, A.Abdullayev 6 il 6 ay, L.Abdullayeva isə 5 il azadlıqdan məhrum edilmişdi.
Yuxarı instansiya məhkəməsi bütün dəlil və sübutları tədqiq etdikdən, tərəflərin çıxışlarını dinlədikdən sonra birinci instansiya məhkəməsinin hökmünü ləğv edib.
Ziya Şirinovun sədrlik etdiyi hakimlər belə qənaətə gəlib ki, hökmdə iş üçün əhəmiyyət kəsb edən bütün hallar sübuta yetirilməyib. Qərara əsasən, A.Abdullayev və L.Abdullayevaya bəraət verilib. Ər-arvad məhkəmə zalından birlikdə azadlığa buraxılıblar.
Qeyd edək ki, cütlüyün 4 övladı var.
-
Xalq artisti ilə Əməkdar artist toyda barışdı (VİDEO)
Xalq artisti Brilliant Dadaşova Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toy məclisinə qatılıb.
Median.Az axşam.az-a istinadla xəbər verir ki, o, məclisdə Əməkdar artist Abbas Bağırovla səhnəyə çıxıb.
B.Dadaşova deyib: “Ədalət övladını yeni həyata yola salır. Nə xoşbəxtəm ki, ilk dəfə Peterburqdan gələndə onu öz verilişimə ilk mən dəvət etmişəm. Yanılmamışam, indi xalqın sevimlisinə çevrildi”.
Daha sonra o, illərlə küsülü olduğu A.Bağırovla “Bir dəfə yaşayırıq” mahnısının duet şəklində oxuyub.
İfaçılar daha sonra rəqs ediblər.
Dadaşova ilə Bağırov arasındakı qalmaqala səbəb “Aləm gözəl” mahnısı olub.
-
Bakıda 17 min manata pişik satılır (VİDEO)

Son zamanlar ev heyvanlarının qiymətinin kəskin bahalaşması müşahidə edilir.
Xezerxeber.az-ın məlumatına görə, it 10 min manata, pişik 17 min manata satılır.
Satışda olan “Kanqal”, “Malino”, “Alman iti” kimi cins heyvanlar ən bahalılar hesab edilir. Ev heyvanlarının satışı ilə məşğul olan şəxslərin sözlərinə görə, qiymətlər cinsə və qana görə dəyişir.
Pişiklərin qiymətində də artım var. Hətta bəzi pişik cinsləri 17 min manata satılır.
Heyvan satışı üzrə mütəxəssislərin sözlərinə görə, qiymətlərin bahalaşmasının əsas səbəbi ev heyvanlarının və yemlərinin xaricdən gətirilməsidir.
Ətraflı süjetdə:








