Month: May 2024

  • Azərbaycan Prezidentinin adından Slovakiya baş nazirinin şərəfinə rəsmi nahar verilib

    Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun şərəfinə rəsmi nahar verilib.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Bakının bu məşhur bazarı söküləcək

    Bakı şəhərinin perspektiv inkişafı nəzərə alınmaqla Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

    AAYDA-dan verilən xəbərə görə, layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

    Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

    Belə ki, layihənin keçəcəyi ərazi Nərimanov rayonundakı “Keşlə bazarı” ilə kəsişmədə yerləşir. Belə olan halda sözügedən bazarın sökülmə ehtimalları da artıb. Layihəyə əsasən, Bakıda metronun “Koroğlu” metrostansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə əlaqədar paytaxtın Nərimanov rayonunda yerləşən “Keşlə bazarı”nın sökülməsi gözlənilir. Məlumat hələ təsdiqini tapmasa da, bazrın sökülmə ehitmalının olduqca böyük olduğunu vurğulamaq istərdik.

    “Keşlə Bazarı”nın söküləcəyi ilə bağlı məlumatlar yeni deyil. Belə ki, paytaxtın bu məşhur bazarının sökülməsi ilə bağlı xəbər hələ 2015-ci ildə elə məhz sözügedən yolun çəkilməsi ilə bağlı məlumat verildikdən sonra aktuallaşmışdı. Lakin sözügedən yolun tikintisi həmin il təxirə salındı və keçdiyimiz günlərə qədər də bir xəbər yox idi. Lakin AAYDA metronun “Koroğlu” stansiyası ilə Həsən Əliyev küçəsini birləşdirən yolun salınması ilə bağlı qərarı açıqlandıqdan sonra yenidən bu məsələ gündəmə gəlidi.

    “Keşlə bazarı”nın sökülməsinin artıq plana salınacağı gözlənilir və buna səbəb yolun bazarın ərazisindən keçəcək hissəsinin olmasıdır.

  • Robert Fitso: “Azərbaycan suverenlik baxımından nümunəvi ölkədir”

    “Siz (Azərbaycan – red.) suveren ölkəsiniz və suverenliyə gəldikdə nümunəvi ölkəsiniz”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Slovakiyanın Baş naziri Robert Fitso Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.

    Belə ölkələri hər zaman yüksək qiymətləndirdiyini deyən Baş nazir bildirib:

    “Siz ədalətsizliyə sinə gərirsiniz. Mən eyni yanaşmanı Slovakiyada tətbiq etməyə çalışacağam ki, Slovakiya da suveren xarici siyasət apara bilsin”.

  • Putin: “Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”

    “Moskva Qərb ölkələri ilə dialoqdan imtina etmir”.

    Bunu Rusiya Prezidenti Vladimir Putin andiçmə mərasimində deyib.

    “Biz Rusiyanı etibarlı və vicdanlı tərəfdaş kimi görən bütün ölkələrlə yaxşı münasibətlərin möhkəmləndirilməsinə açıq olmuşuq və olacağıq. Qərb dövlətləri ilə dialoqdan imtina etmirik”.

    Putinin sözlərinə görə, Qərb ölkələri Rusiya əleyhinə aqressiv siyasəti davam etdirməklə Moskvayla əməkdaşlığı inkişaf etdirmək yollarını tapmaq arasında seçim etməli olacaqlar.

    O vurğulayıb ki, Qərblə strateji təhlükəsizlik üzrə dialoq yalnız bərabər şərtlərlə, bir-birinin maraqlarına hörmətlə yanaşmaqla mümkündür.

    Mənbə: Aif.ru

  • Prezident İlham Əliyev: “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”

    “Azərbaycan təbii qazını Avropa məkanına etibarlı yollarla nəql edir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

    Avropaya təchizatın 2021-ci ildəki 8 milyard kubmetrdən bu il 12 milyard kubmetrə qədər qalxacağını söyləyən dövlətimizin başçısı bildirib ki, bu, Azərbaycanın ümumi qaz ixracının 50 faizini təşkil edir. “Bizim planlarımızda 2027-ci ilin sonuna qədər təkcə Avropa İttifaqı məkanına 20 milyard kubmetr qazın nəql edilməsi məsələsi dayanmışdır və mən hesab edirəm ki, biz buna nail olacağıq”, – deyə Prezident vurğulayıb.

  • Prezident: “Slovakiya və Azərbaycan suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”

    “Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunur”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

    Robert Fitsonu Slovakiyanın Baş naziri vəzifəsinə yenidən seçilməsi münasibətilə bir daha təbrik edən dövlətimizin başçısı bildirib ki, onun Baş nazir vəzifəsində yenidən fəaliyyətə başlamasından dərhal sonra konkret addımlar atılmışdır.

    “Yüksəkvəzifəli şəxslər Slovakiyadan Azərbaycana və Azərbaycandan Slovakiyaya səfərlər etmişlər və bu gün biz hörmətli qonağımızı qəbul edirik”, – deyə dövlətimizin başçısı vurğulayıb.

  • Правительство России сложило полномочия

    Правительство России сложило полномочия перед вновь избранным президентом Владимиром Путиным.

    Соответствующее распоряжение подписал премьер-министр Российской Федерации Михаил Мишустин, сообщается в Telegram-канале Кабмина.

    Такая процедура предусмотрена законом. “В соответствии со статьей 116 Конституции Российской Федерации и статьей 34 федерального конституционного закона “О Правительстве Российской Федерации” правительство РФ слагает свои полномочия перед вновь избранным президентом РФ”, – говорится в распоряжении.

    Кабинет министров слагает полномочия после инаугурации главы государства, то есть его вступления в должность. Церемония, которой открылся новый президентский срок Владимира Путина, состоялась сегодня в 12:00 по московскому времени (13:00 по Баку – ред.).

    Прежние министры и вице-премьеры продолжают работу, но теперь уже в статусе исполняющих обязанности. Они останутся и. о. до утверждения нового состава правительства.

    Источник: ТАСС

  • Rusiya hökuməti istefa verdi

    Dörd ildən bir az artıq müddətdə baş nazir vəzifəsində çalışan Mixail Mişustinin rəhbərlik etdiyi Rusiya hökuməti Konstitusiyaya uyğun olaraq istefa verib. Mişustinin özü müvafiq əmr imzalayıb.

    Bu barədə Rusiya Nazirlər Kabinetinin Mətbuat Xidməti məlumat yayıb.

    Əvvəlki hökumətin üzvləri istefa verdikdən sonra yeni kabinet formalaşana qədər öz vəzifələrini icra edəcəklər. Baş nazirin təyinatı may bayramları zamanı gözlənilir, bundan sonra Nazirlər Kabinetinin üzvləri təsdiqlənəcəklər.

    Baş nazirin namizədliyi Dövlət Dumasının mayın 10-da keçiriləcək plenar iclasında təsdiqlənəcək.

    Yeni hökumətin mayın 13-dən 19-dək keçiriləcək plenar həftə ərzində təsdiqlənməsi planlaşdırılır. Bundan əvvəl Dumanın komitələrində namizədlərlə görüşlər keçiriləcək.

    Bu il Nazirlər Kabineti ilk dəfə Konstitusiyada nəzərdə tutulan yeni qaydalara əsasən formalaşdırılacaq. Onun tərkibini Dövlət Duması və Federasiya Şurası təsdiq edəcək.

    Mənbə: TASS

  • Bakıda hoteldə kütləvi zəhərlənmə: İki nəfər öldü, digər iki nəfərin son durumu AÇIQLANDI – YENİLƏNİB

    Bakıda, məşhur hotellərin birində zəhərlənən şəxslərin son durumu açıqlanıb.

    Bu barədə oxu.az-a Kliniki Tibbi Mərkəzdən məlumat verilib.

    Bildirilib ki, iki nəfər – Xəzər Cabbarlı və Nicat Cabbarlı zəhərlənmə şübhəsi ilə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə qəbul edilib. Onlara ilkin tibbi yardım göstərilib. Vəziyyətləri ağır-stabildir. Lazımi tibbi müdaxilələr davam etdirilir.

    Faktla bağlı araşdırma aparılır.

    * * * * *

    Bakıda, Səbail rayonu ərazisində yerləşən məşhur hotellərin birində dəhşətli hadisə baş verib.

    Bakupost.az xəbər verir ki, hoteldə əylənən 4 kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb.

    Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Digərlərinin vəziyyətinin ağır olduğu bildirilir.




  • Ağdamın bir kəndi Slovakiya şirkəti tərəfindən yenidən qurulacaq

    “Azərbaycan-Slovakiya əməkdaşlığının bir istiqaməti də azad edilmiş torpaqlarda Slovakiya şirkətinin fəaliyyətidir. Ağdamın Qərvənd kəndinin yenidən qurulması Slovakiya şirkəti tərəfindən icra ediləcək”.

    AZƏRTAC xəbər verir ki, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev mayın 7-də Slovakiyanın Baş naziri Robert Fitso ilə mətbuata bəyanatında deyib.

    “Bu, da təbii ki, böyük rəmzi məna daşıyır, çünki əlaqələrimizin səmimiyyətinin dərəcəsini göstərir. Eyni zamanda, işğaldan azad edilmiş torpaqlarda ən müasir standartlara cavab verən “ağıllı şəhər”, “ağıllı kənd” konsepsiyası əsasında slovakiyalı mütəxəssislər tərəfindən görüləcək işlər oraya qayıdacaq insanları sevindirəcək”, – deyə dövlətimizin başçısı bildirib.