Month: May 2024

  • Zaqatalada ana və iki övladı dönərdən zəhərləndi


    Zaqatalada ana və iki övladı dönərdən zəhərlənib.

    Median.Az APA-ya istinadən xəbər verir ki, axşam saatlarında rayonun Mosul kənd sakini, 1987-ci il təvəllüdlü Aynur Məmmədova və onun iki övladı – 2009-cu il təvəllüdlü Ravil Məmmədov və 2012-ci il təvəllüdlü Ruslan Məmmədov zəhərlənmə əlamətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) müraciət ediblər.

    Müayinə və aparılan araşdırma zamanı ana və iki övladının dönər yedikdən sonra səhhətlərində narahatlıq yarandığı məlum olub.

    Hazırda Zaqatala RMX-da onlara tibbi yardım göstərilir.

  • Paşinyan Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqladı: “Dəvət edilmədim”

    Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin andiçmə mərasimində iştirak etməməsinin səbəbini açıqlayıb.

    Ermənistan mediasının məlumatına görə, bu barədə o, mətbuat konfransında jurnalistin sualını cavablandırarkən danışıb. Media nümayəndəsi baş nazirdən Türkiyə prezidentinin inauqurasiyası mərasimində olmasına baxmayaraq, Rusiyada analoji tədbirdə iştirak etməməsinin səbəbləri barədə soruşub.

    Baş nazir bunu Rusiyadan dəvət olmaması ilə izah edib.

    “Mən Türkiyə Prezidentindən andiçmə mərasimində iştirak etmək üçün dəvət aldım və gündəliyimizin spesifikasiyasını nəzərə alaraq mərasimdə iştirak etdim. Rusiya prezidentindən belə bir dəvət olmayıb”, – deyə o bildirib.

  • Yağış sakinləri evləri ilə birlikdə su altında qoydu – VİDEO

    Ötən gecə Kürdəmirə yağan leysandan sonra bəzi fəsadlar ortaya çıxıb.

    Rayonun Çölərəb kəndində sakinlərə məxsus meyvə bağlarını, həmçinin həyətləri, evləri, yardımçı tikililəri, tövlələri yağış suları basıb.

    Yerli sakinlər çətinliyin aradan qaldırılması və gələcəkdə bu cür problemlərin ortaya çıxmaması üçün çıxış yolunu kənd ərazisində mövcud kanalların yenidən qazılmasında və təmizlənməsində görürlər.

    “Səhərə kimi yatmamışıq. Suyun içində qırılıb batırıq”, – deyə sakin qeyd edib.

    Kürdəmir Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ ilə bağlı müvafiq qurumlara tapşırıq verilib və problemin həlli istiqamətində müvafiq addımlar atılacaq.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Suraxanıda iki maşını qəsdən yandıran şəxslər saxlanılıblar – VİDEO

    Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 55 fakt aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, narkotiklərin satışı ilə məşğul olan 16, daşınması və dövriyyəsi ilə bağlı 39 şəxs cinayət məsuliyyətinə cəlb olunub. Qanunsuz dövriyyədən beş kiloqram müxtəlif növ narkotik vasitə və 300 ədəd psixotrop tərkibli həb çıxarılıb.

    Həmçinin İdarə əməkdaşları tərəfindən vətəndaşların şikayətləri əsasında həyata keçirilən əməliyyatlarla “Renault” markalı avtomobil qaçırmaqda şübhəli bilinən Sərdar Qəzənfərov, “Ravon” markalı nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Rəvan Rəhimov və Yeni Günəşli qəsəbəsində “Land Rover” markalı maşını qaçıraraq yol-nəqliyyat hadisəsi törətmiş yetkinlik yaşına çatmayan daha bir nəfər müəyyən olunaraq saxlanılıblar.

    Həyata keçirilən digər əməliyyatlar zamanı Qaraçuxur qəsəbəsində “Chevrolet” və “Hover” markalı iki nəqliyyat vasitəsini yandıraraq vətəndaşların əmlakına qəsdən zərər vuran Elgün Təhməzov və Zığ-Hava Limanı beton yolunun kənarında dörd kilometrlik hissədə elektrik xətlərini oğurlayan Dövlət Həsənov da saxlanılıblar.

    Faktlarla bağlı Suraxanı RPİ-də araşdırmalar davam etdirilir.

  • Azərbaycanda 27 yaşlı oğlan qəfil öldü – FOTO

    Bakının Qaradağ rayon Lökbatan qəsəbəsində 27 yaşlı gənc dünyasını dəyişib.

    “Unikal”ın əldə etdiyi məlumata görə, Əliyev İbrahim Sahib oğlu ürəktutmadan dünyasını dəyişib.

    Belə ki, gənc gecə saatlarında özünü narahat hiss edib.

    İlkin müdaxilə olmasına baxmayaraq İbrahim Əliyevin həyatını xilas etmək mümkün olmayıb.

    O, Hacı Ramil Bədəlovun tələbəsi olub.

  • Slovakiya baş nazirinin Azərbaycana səfəri başa çatıb

    Slovakiya Respublikasının Baş naziri Robert Fitsonun Azərbaycan Respublikasına rəsmi səfəri mayın 7-də başa çatıb.

    AZƏRTAC xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Baş nazirin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

    Slovakiyanın Baş naziri Robert Fitsonu hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Əli Əhmədov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər yola salıblar.

  • Baş nazir Əli Əsədov Ankarada Anıtqəbiri ziyarət edib

    Azərbaycanın Baş naziri Əli Əsədovun rəhbərlik etdiyi nümayəndə heyəti Ankarada Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni – Anıtqəbiri ziyarət edib.

    Bu barədə “Report”un Ankara bürosu xəbər verir.

    Baş nazir Əli Əsədov Mustafa Kamal Atatürkün məzarı önünə əklil qoyub. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad edilib.

    Baş nazir Anıtqəbirin Xatirə kitabına ürək sözlərini yazıb.

  • Bortnikov: “Moskvadakı “Crocus City Hall”da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir”

    “Crocus City Hall”da baş verən terror aktının əsas təşkilatçısı xaricdədir”.

    Bunu Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru vəzifəsini yerinə yetirən Aleksandr Bortnikov bildirib.

    “Biz praktiki olaraq kim olduğunu təxmin edirik. Bu işin əsas təşkilatçısı xaricdə oturub”, – deyə o, terror aktını sifariş edənlərin müəyyənləşdirilməsi ilə bağlı suala cavab verərkən vurğulayıb.

    “İstintaq çərçivəsində müvafiq prosedurlar davam etdiyi üçün ona necəsə çatmaq üçün hər şeyi etməliyik. Ona görə də indi sizə konkret heç nə deməyəcəyəm. İstintaq sirləri var və biz elə etməliyik ki, addımlarımız əməliyyat işimizdə konkret nəticəyə gətirib çıxarsın”, – deyə Bortnikov yekun vurub.

    Qeyd edək ki, bu il martın 22-də axşam saatlarında “Piknik” qrupunun konserti başlamazdan əvvəl bir neçə kişi “Crocus City Hall”a basqın edərək ziyarətçilərə və işçilərə atəş açıb. Binada yanğın baş verib. 144 nəfər terror aktının qurbanı olub.

    İstintaq Komitəsi hadisəni terror aktı kimi araşdırır. İş üzrə hücumun bilavasitə iştirakçıları olduğu iddia edilən, həmçinin müstəntiqlərin fikrincə, onlara kömək edənlər də daxil olmaqla ondan çox adam həbs edilib.

    Mənbə: interfax

  • Azərbaycanda taksi sayına məhdudiyyət qoyula bilər

    Azərbaycanda müəyyən saydan sonra qanunvericiliyin tələbinə uyğun olaraq taksi sayına məhdudiyyət qoyula bilər.

    Bu barədə “APA”ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    “Avtomobil nəqliyyatı haqqında Azərbaycan Respublikasının qanununa əsasən avtomobil nəqliyyatı xidmətlərinin səmərəliliyinin və keyfiyyətinin artırılması, habelə ümumi istifadədə olan avtomobil nəqliyyatı ilə daşımalarda nəqliyyat növləri üzrə sərnişin axınlarının paylanmasının optimallaşdırılması məqsədilə taksi minik avtomobilləri ilə sərnişin daşımaları üçün icazələrin və onların əlavələrinin sayına məhdudiyyətlər tətbiq edilə bilər”, – deyə qurum qeyd edib.

  • Narkotikin təsiri altında avtomobil sürənlər SAXLANILDI – FOTO

    Sabirabadda narkotik vasitənin təsiri altında avtomobil idarə edən iki sürücü müəyyən edilib.

    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Sfera.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən Saatlı rayon sakini R.Əsgərova idarə etdiyi “VAZ” və Sabirabad rayon sakini İ.Şirəliyevə idarə etdiyi “Nissan” markalı avtomobillə qayda pozuntusuna yol verdikləri üçün “saxla” işarəsi verilib.

    Sürücülərin narkotik vasitə qəbul etməsinə dair şübhələr olduğundan onlar tibbi müayinədən keçirilib.

    Müayinənin nəticəsinə əsasən, hər iki sürücünün marixuana istifadə etdiyi məlum olub.

    R.Əsgərov və İ.Şirəliyev barəsində toplanmış materiallar hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib.