Month: May 2024

  • Бывший заключенный снова задержан с наркотиками

    В результате мероприятий, проведенных сотрудниками Агсуинского районного отдела полиции, по подозрению в незаконном обороте наркотиков задержан ранее судимый местный житель Хабиль Заманов.

    Об этом сообщили в шекинской региональной группе пресс-службы МВД.

    Согласно информации, в его автомобиле была обнаружена марихуана.

    По решению суда в отношении Х.Заманова избрана мера пресечения в виде ареста, расследование продолжается.

  • Keçmiş məhkum yenə narkotiklə tutuldu

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini, əvvəllər də analoji əmələ görə məhkum olunmuş Habil Zamanov saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, onun üzərindən və idarə etdiyi avtomobildən marixuana aşkarlanıb.

    Məhkəmənin qərarı ilə H.Zamanov barəsində həbs qətimkan tədbiri seçilib, araşdırmalar davam etdirilir.

  • Началась встреча Президента Ильхама Алиева с премьер-министром Словакии один на один – ФОТО

    7 мая началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с находящимся с официальным визитом в нашей стране премьер-министром Словацкой Республики Робертом Фицо один на один.

    Об этом сообщает АЗЕРТАДЖ.



  • İlham Əliyevin Slovakiyanın baş naziri ilə təkbətək görüşü başlayıb – FOTO

    Mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə rəsmi səfərdə olan Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü başlayıb.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.



  • Güclü yağış və dolu mövsümi məhsullara necə təsir edəcək?

    Bir neçə gündür ölkədə havalar qeyri-sabit keçir. Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, dünən bəzi rayonlarda şimşək çaxıb, dolu düşüb, dağlıq ərazilərə qar yağıb.

    Bəs hazırda müşahidə edilən hava şəraiti kənd təsərrüfatına və mövsümi məhsullara necə təsir edir?

    Mövzu ilə bağlı Bizim.Media-ya danışan kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli deyib ki, yağan yağışlar çiçəklənmə dövründə olan ağaclara ziyandır:

    “Hazırda bir çox ağaclar artıq meyvə gətirib, yəni çiçəklənmə dövrünü bitirib, amma hələ də çiçəklənmə dövründə olan ağaclar var. Həmin çiçəklənmə dövrü olan bağlara külək bir qədər xeyir edirsə, yağış zərər vurur. Yağış tozlanmayan çiçəyin üstünə düşəndə çiçəkdə mayalanma prosesi pozulur və çiçəkdən meyvə əmələ gəlmir. Bu baxımdan yağış meyvə bağları üçün zərərlidir.

    Dolu isə bütün kənd təsərrüfatı sahələri üçün zərərlidir. Həm birillik, həm çoxillik bitkilər, həm də ağaclar, meyvə bağlarına zərər vurur. Çünki dolu fiziki olaraq bitkini müəyyən dərəcədə zədələyir, məhv eləyir”.

    Ekspert hesab edir ki, yağış və dolu düşən rayonlarda məhsuldarlıq az olacaq:

    “Dolu bir neçə rayon ərazisinə düşüb, bu, həmin rayonlarda məhsuldarlığa mənfi təsir edəcək. Albalı və gilasın çiçəklənmə dövrüdür, yağışlı hava bunlara mənfi təsir göstərir. Bir sözlə, dolu bütün kənd təsərrüfatı sahəsinə, yağış isə çiçəklənmə dövründə olan bağlara zərər vurur. Yağış digər sektora, taxılın bütün növləri, bostan bitkilərinə, dəmyə sahələrinə xeyirdir.

    Sovet dövründə dolu düşməsinə imkan vermirdilər, toplar quraşdırmışdılar, dolu təhlükəsi olanda buludları vurub dağıdırdılar. İndi də Kənd Təsərrüfatı Nazirliyi bir qədər təkmil şəkildə o təcrübədən istifadə etməyi düşünməlidir”.

  • Ərdoğan: “İraq və Suriyada PKK-ya son zərbəni yaxın günlərdə endirəcəyik”

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankaranın yaxın günlərdə İraqın şimalında və Suriyada yerləşən terrorçu Kürdüstan Fəhlə Partiyasının (PKK) yaraqlılarına qarşı sərhədyanı əməliyyatlar keçirməyi planlaşdırdığını açıqlayıb.

    O, bu barədə Ankarada Nazirlər Kabinetinin iclasından sonra deyib.

    “İraq və Suriyadakı əməliyyatlarımız nəticəsində manevr imkanları xeyli daralmış terror təşkilatına yaxın günlərdə son zərbəni endirəcəyik”, – Ərdoğan bəyan edib.

    Türkiyənin həmsərhəd ölkələrinin şimalında təhlükəsizlik zonasının yaradılması planlarına toxunan Ərdoğan “yarımçıq qalan işləri lazımi vaxt gəldiyində mütləq başa çatdıracaqlarını” deyib.

    Mənbə: Haber Global

  • Sumqayıt sakini itkin düşüb

    Sumqayıt şəhər sakini Cavidan Alim oğlu Əliyev 30.04.2024-cü il tarixində saat təxminən 13 radələrində yaşadığı Yaşıldərə bağlar ərazisindəki ünvanından çıxıb və indiyədək geri qayıtmayıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat verib.

    Bildirilib ki, C.Əliyevin əlamətləri bunlardır: Boyu 177 sm, arıq bədən quruluşlu, gözləri kül rəngindədir. Evdən çıxan zaman əynində qara rəngli idman şalvarı, qara rəngli köynək və idman ayaqqabısı olub.

    Onun barəsində məlumatı olanlardan 077-591-21-21 və 070-800-04-04 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

  • Makron: Fransa Rusiya ilə müharibə aparmır

    Fransa Rusiya ilə müharibə aparmır.

    Bunu Fransa prezidenti Emmanuel Makron ÇXR sədri Si Cinpinlə birgə mətbuat konfransında deyib.

    “Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətindəyik”, – Makron bildirib.

    O, qeyd edib ki, Paris Rusiyada hakimiyyət dəyişikliyinə də can atmır.

    Bundan əvvəl Fransa səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb. Fransa səfirinə bildirilib ki, Rusiya Parisin müharibənin daha da genişlənməsinə səbəb olan dağıdıcı və təxribatçı xəttini qəti şəkildə qınayır.

    Qeyd edək ki, Fransa XİN ölkəsinin qoşunlarının Ukraynaya göndərilməsi ilə bağlı yayılan xəbərləri əsassız adlandırıb və Ukraynaya hərbçi göndərilmədiyini bildirib.

  • HƏMAS İsraillə atəşkəsə razılaşıb – YENİLƏNİB

    HƏMAS İsraillə atəşkəsə razılaşıb.

    “Report” xəbər verir ki, bu barədə hərəkatın teleqram kanalı məlumat yayıb.

    HƏMAS lideri Qətər və Misirə hərəkatın atəşkəs təklifini təsdiqlədiyi barədə məlumat verib.

    * * * * *

    HƏMAS İsraillə danışıqları dayandırmaq qərarına gəlib.

    “Report” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə adı açıqlanmayan HƏMAS rəsmisi deyib.

    O bildirib ki, HƏMAS girovların azad edilməsi və atəşkəslə bağlı danışıqları dayandırmaq qərarına gəlib.

    HƏMAS rəsmisi, həmçinin vasitəçilərin səylərinin nəticəsini gözlədiyini vurğulayıb.

    Xatırladaq ki, 2023-cü ilin oktyabrın 7-də HƏMAS qruplaşması İsrailin nəzarətində olan ərazilərə hücum edib. Buna cavab olaraq İsrail ordusu Qəzzada hərbi əməliyyatlara başlayıb.

  • “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb

    “Aminoselekt” dərman vasitəsinin bütün seriyaları geri çağırılıb.

    Bu barədə Analitik Ekspertiza Mərkəzi məlumat yayıb.

    Səhiyyə Nazirliyi “Analitik Ekspertiza Mərkəzi” Publik Hüquqi Şəxsinin AEM Tibb və əczaçılıq vasitələrinin ekspertizası və keyfiyyətinə nəzarət laboratoriyasında TƏBİB-in 18-1-89/2-132/2024 nömrəli müraciəti əsasında aparılan ekspertizanın nəticəsinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 27 noyabr tarixli 460 nömrəli Qərarı ilə təsdiq edilən “Dərman vasitələrinin geri çağırılması Qaydası”na (bundan sonra Qayda) uyğun olaraq müəyyən edilib:

    “Keyfiyyətinin yoxlanılması məqsədilə Mərkəzə bir neçə şəhər və rayon xəstəxanalarından təqdim edilənn, İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” nümunələri üzərində aparılan laborator tədqiqatlar nəticəsində nümunələri yoxlanılan mayelərin içərisində gözlə görünən tünd rəngli hissəciklərin mövcudluğu (istehsalçı tərəfindən təqdim edilən normativ sənədin tələbinə əsasən venadaxili inyeksiya üçün nəzərdə tutulan dərman vasitəsinin içərisində mexaniki qarışıqlar və ya kənar maddə hissəcikləri mövcud olmamalıdır) müəyyən edilib. Bu səbəbdən, sözügedən dərman vasitəsinin geri çağırılma dərəcəsi 1 (Dərman vasitəsinin şəxsin həyat və sağlamlığına təhlükə yaratdığı və yarada biləcəyi hallar), dərman vasitəsinin geri çağırılma səviyyəsi isə “A” səviyyəsində (son istifadəçiyə qədər) təyin edilib.

    Yuxarıda qeyd olunanlara əsasən Qaydanın 4.1.3-ci yarımbəndini rəhbər tutaraq, İtaliyanın “İndustriya Farmasyutika Qalenika Senese SR” istehsalçısına məxsus, “Aminoselekt 500 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2300311; 2300312 və “Aminoselekt 250 ml inyeksiya üçün məhlul” adlı, seriyası: 2301012, 2301013, 2300469, 2300470 olan dərman vasitəsinin geri çağırılması barədə qərar qəbul edilib”.