Month: May 2024

  • Завтра будут похоронены четыре шехида, считавшихся пропавшими без вести

    Завтра состоятся похороны четырех шехидов, считавшихся пропавшими без вести в ходе Первой Карабахской войны, личность которых установлена.

    Один из них – Дадашов Гюлалы Магомед оглу будет похоронен на Аллее шехидов в поселке Кешля Низаминского района.

    Гайымов Эльшад Ширин оглу будет похоронен в селе Гаджигурбаноба Хачмазского района, Сафаров Асим Надир оглу – в селе Гямярван Габалинского района, Гасанов Вугар Тельман оглу – в селе Мугангянджяли Сабирабадского района.

    Отметим, что Г.Дадашов, Э.Гайымов и А.Сафаров, считавшиеся пропавшими без вести в ходе Первой Карабахской войны, ранее были похоронены как неизвестные шехиды на кладбище в поселке Шафаг Бейлаганского района.

    Останки В.Гасанова были обнаружены в массовом захоронении в селе Эдилли Ходжавендского района.

  • Sabah şəxsiyyəti müəyyənləşən dörd itkin şəhid dəfn ediləcək

    Sabah Birinci Qarabağ müharibəsində itkin düşmüş və şəxsiyyəti müəyyənləşdirilən dörd şəhidin dəfn mərasimi baş tutacaq.

    Onlardan biri – Dadaşov Gülalı Məhəmməd oğlu Nizami rayonunun Keşlə qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olunacaq.

    Qayımov Elşad Şirin oğlu Xaçmaz rayonunun Hacıqurbanoba kəndində, Səfərov Asim Nadir oğlu Qəbələ rayonunun Qəmərvan kəndində, Həsənov Vüqar Telman oğlu Sabirabad rayonunun Muğangəncəli kəndində torpağa tapşırılacaq.

    Qeyd edək ki, Birinci Qarabağ müharibəsində itkin düşdüyü ehtimal edən G.Dadaşov, E.Qayımov və A.Səfərov Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən “Peyğəmbərlik” qəbiristanlığında naməlum şəhid kimi basdırılmışdı.

    Bundan başqa, V.Həsənovun qalıqları isə Xocavənd rayonunun Edilli kəndində tapılan kütləvi məzarlıqda aşkarlanıb.

  • “Mançester Yunayted”də sağlam müdafiəçi qalmayıb

    İngiltərənin “Mançester Yunayted” klubunun heyətində sağlam müdafiəçi qalmayıb.

    Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

    İngiltərə Premyer Liqasının 36-cı turunda baş tutan “Kristal Pelas”la oyunda Harri Maquayr da zədələnib. Futbolçunun qalan matçlarda meydana çıxa bilməyəcəyi açıqlanıb. Maquayrdan sonra Mançester təmsilçisinin sağlam müdafiəçisi qalmayıb.

    Qeyd edək ki, Rafael Varan və Conni Evans əzələ zədələri səbəbindən oynamır. Lisandro Martines aprelin əvvəlində bud nahiyəsində yaranan gərginlik səbəbindən məşqlərə qoşula bilmir. Viktor Lindelöf da eyni nahiyədən zədə alıb.

    Digər müdafiəçi Villi Kambval aprelin sonlarında zədələnib. “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haq daha əvvəl bu mövqedə yarımmüdafiəçi Kazemironu oynatmışdı.

  • Həmkəndlisini öldürməyə cəhddə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

    Həmkəndlisini qəsdən öldürməyə cəhd etməkdə təqsirləndirilən şəxs barəsində cinayət işi məhkəməyə göndərilib.

    Bu barədə “Report”a Şəmkir Rayon Prokurorluğundan məlumat verilib.

    Bildirilib ki, cari il yanvarın 18-də Şəmkir rayonunun Dəllər-Cəyir kəndi ərazisində 1973-cü il təvəllüdlü Elsevər Əkbərliyə xəsarətlər yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

    İstintaqla 2007-ci il təvəllüdlü Umud Cəfərovun qeyd edilən kənd ərazisində təşkil olunmuş kiçik toy məclisində aralarında yaranmış mübahisə zamanı həmkəndlisi Elsevər Əkbərliyə sonuncunun qardaşının gözü qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

    Umud Cəfərova Cinayət Məcəlləsinin xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhd və silah qismində istifadə olunan əşyadan istifadə etməklə xuliqanlıq etmə maddələri ilə ittiham elan edilib, müstəntiqin vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən rayon prokurorunun təqdimatı əsasında barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

  • Qazaxıstanlı milyarder İngiltərə klubunun sahibi olub

    Qazaxıstanlı milyarder Mixail Lomtadze İngiltərənin futbol üzrə üçüncü divizionunda çıxış edən “Uikomb Uonderers” klubunun sahibi olub.

    Median.Az BBC-yə istinadən xəbər verir ki, 5,7 milyard dollar sərvəti olan milyarderin şirkəti İngiltərə klubunun səhmlərinin 90 %-ni alıb.

    Qeyd edək ki, “Uikomb Uonderers” 2023/2024 mövsümündə 10-cu yeri tutub. Komandaq meydana çıxdığı 46 turda 17 qələbə, 14 heç-heçə ilə yadda qalıb. Lomtadzenin sahibi olduğu klub 2000/2001 mövsümündə İngiltərə Kubokunda yarımfinala qədər irəliləyib.

  • Глава SOCAR посетит с визитом Узбекистан

    Ежегодная, 26-я международная нефтегазовая выставка OGU 2024 и Энергетическая неделя Узбекистана пройдет в Ташкенте с 14 по 16 мая 2024 года.

    Об этом сообщили в АО “Узбекнефтегаз”, являющемся организатором мероприятий совместно с международной компанией Iteca Exhibition.

    В выставке примут участие представители из более 400 компаний и брендов из 29 стран, в том числе и из Азербайджана, Ирана, ОАЭ, Саудовской Аравии, США, Турции, Франции. При этом, Азербайджан будет представлен стендами компанией SOCAR и ООО ENERJI N.

    Энергетическая неделя Узбекистана объединит главных игроков в области традиционных и возобновляемых источников энергии, предоставляя мировому энергетическому сообществу возможность обсудить актуальные планы развития энергетической отрасли Узбекистана и региона Центральной Азии.

    В пленарной сессии этого форума примет участие президент SOCAR Ровшан Наджаф.

    В 2023 году в выставке приняла участие 171 компания из 18 стран мира.

  • SOCAR prezidenti Özbəkistana səfər edəcək

    Bu il mayın 14-16-sı tarixlərində Daşkənddə illik 26-cı beynəlxalq neft və qaz sərgisi (OGU-2024) və Özbəkistanın Enerji Həftəsi keçiriləcək.

    Bu barədə bu tədbirləri “Iteca Exhibition” beynəlxalq şirkəti ilə birgə təşkil edən “Özbəkneftqaz” şirkətindən bildirilib.

    Sərgidə Azərbaycan, İran, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, ABŞ, Türkiyə, Fransa da daxil olmaqla 29 ölkədən 400-dən çox şirkət və brendin nümayəndələri iştirak edəcək. Eyni zamanda, Azərbaycan sərgidə Dövlət Neft Şirkəti (SOCAR) və “ENERJİ N” MMC-nin stendləri ilə təmsil olunacaq.

    Özbəkistan Enerji Həftəsi qlobal enerji ictimaiyyətinə Özbəkistan və Mərkəzi Asiya regionunda enerji sənayesinin inkişafı üzrə cari planları müzakirə etmək imkanı verən ənənəvi və bərpa olunan enerji mənbələri sahəsində əsas oyunçuları bir araya gətirəcək.

    Bu forumun plenar iclasında SOCAR-ın prezidenti Rövşən Nəcəf iştirak edəcək.

    2023-cü ildə sərgidə 18 ölkədən 171 şirkət iştirak edib.

  • На границе Азербайджана и Армении установлено 40 пограничных столбов

    На основании геодезических измерений, в рамках работ по уточнению координат на границе между Азербайджанской Республикой и Республикой Армения по состоянию на 6 мая 2024 года установлено 40 пограничных столбов.

    Об этом говорится в сообщении службы заместителя премьер-министра Азербайджана Шахина Мустафаева.

    Работа экспертных групп двух государств продолжается.

    Как сообщалось ранее, в соответствии с договоренностями, которые были достигнуты по итогам 8-й встречи Государственной комиссии Азербайджанской Республики по делимитации государственной границы между Азербайджанской Республикой и Республикой Армения и Комиссии Республики Армения по вопросам делимитации государственной границы и пограничной безопасности между Республикой Армения и Азербайджанской Республикой, экспертные группы двух стран на границе Азербайджанской Республики и Республики Армения начали процесс уточнения координат на основании геодезических измерений на местности.

  • Azərbaycanla Ermənistan arasında 40 sərhəd dirəyi quraşdırılıb

    Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhəddə koordinatların dəqiqləşdirilməsi işləri çərçivəsində aparılan geodeziya ölçmələri əsasında 2024-cü il mayın 6-dək 40 sərhəd dirəyi quraşdırılıb.

    Bu barədə Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin Xidməti məlumat yayıb.

    İki dövlətin ekspert qruplarının işi davam edir.

  • Rusiyada fərdi yaşayış evində baş verən yanğında 3 nəfər ölüb

    Penza vilayətinin Naskaftım kəndində fərdi yaşayış evi yanıb, üç nəfər ölüb.

    “Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin region üzrə Baş İdarəsi məlumat yayıb.

    “Mayın 6-da saat 00:16-da Penza rayonu, Şemışeyski rayonu, Naskaftım kəndi ünvanında yanğın baş verib, 40 kv.m sahədə yanğın baş verib”, – məlumatda diqqətə çatdırılıb.

    Rusiyanın Fövqəladə Hallar Nazirliyi 54 və 56 yaşlı iki kişi və 58 yaşlı qadının öldüyünü açıqlayıb. İlkin ehtimala görə, yanğına səbəb siqaret çəkərkən alovla ehtiyatsız davranma olub.

    Fövqəladə Hallar Nazirliyinin regional baş idarəsindən bildirilib ki, yanğının söndürülməsinə 11 nəfər canlı qüvvə və 4 texnika cəlb olunub.