Month: May 2024

  • Məhkəmə Anar Məmmədli ilə bağlı qərar verib

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı qərardan verilən apellyasiya şikayətinə baxılıb.

    APA xəbər verir ki, bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə apellyasiya şikayəti təmin edilməyib və Xətai Rayon Məhkəməsinin qərarı qüvvədə saxlanılıb.

    Qeyd edək ki, Xətai rayon Məhkəməsinin qərarına görə, Anar Məmmədli barəsində 3 ay 28 gün müddətinə həbs qətimkan tədbiri seçilib.

    Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin sədri Anar Məmmədli aprelin 29-da saxlanılıb.

    Ona Cinayət Məcəlləsinin 206.3.2 (qaçaqmalçılıq) maddəsi ilə ittiham verilib.

  • Gəncədə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinənlər saxlanılıblar

    Gəncə şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı növbəti tədbirlər keçirilib.

    Nəticədə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən 30 nəfər saxlanılıb. Onların hər birindən müxtəlif növ narkotik vasitə və psixotrop maddələr aşkarlanıb.

    Bundan başqa Gəncə şəhərində aparılan profilaktik tədbirlərin nəticəsi olaraq son 1 həftə ərzində sənədləri olmayan 34, ilin əvvəlindən isə 100-dən çox ov tüfəngi vətəndaşlar tərəfindən könüllü polisə təhvil verilib.
    //APA

  • Bakıda məşhur şadlıq sarayı SÖKÜLÜR

    Bakının Xətai rayonu Gəncə prospektində yerləşən “Şəms” şadlıq evinin söküntüsünə hazırlıq gedir.

    Sakinlərin Axar.az-a verdiyi məlumata görə, ötən gündən başlayaraq şadlıq evinin kənarına dəmir qaynaq edilir və hasara alınır.

    Məlumat üçün bildirək ki, “Şəms” şadlıq evinin bir müddət öncə 2 milyon manata satıldığı haqda mətbuatda məlumatlar yayılmışdı. Bildirilmişdi ki, yerində yaşayış binası tikiləcək.

  • 37 yaşlı oğluna 17 yaşlı qızı alan qadın DANIŞDI – VİDEO

    “Bir-birilərini seviblər, razılıqla olub. Mən də elçi gedib, elin adəti ilə “hə”ni alıb, qızın barmağına üzük taxmışam”.

    Bu sözləri 17 yaşlı qızla evləndiyi iddia olunan 37 yaşlı oğlanın anası Reyhan Tağıyeva deyib.

    O, nikah olması barədə xəbərləri təkzib edib:

    “Demişəm ki, nə vaxt imkanım olar, yaşı tamam olanda toy edərəm. Yalandan sosial şəbəkələrdə yazırlar ki, 15 yaşı var, puluna görə evlənib. Mənim pulum var? Bir uşağım çətinliklə çörəkpulu qazanır. Qız tərəfdə istəməyənlər var, ona görə, belə ssenari yazıblar”.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Посла России вызвали в МИД Чехии

    Министр иностранных дел Чехии Ян Липавский вызвал посла РФ в республике Александра Змеевского из-за ситуации с кибератаками на чешские объекты. Как передает Report, об этом сообщило информационное агентство CTK.

    “Мы призвали РФ прекратить эти действия, противоречащие нормам ООН и ее собственным обязательствам”, – привело агентство слова Липавского.

    Посольство РФ не комментировало вызов посла в МИД Чехии.

    Чешское внешнеполитическое ведомство 3 мая выступило с заявлением, что государственные органы и объекты критической инфраструктуры страны с 2023 года подвергались нападениям хакеров, связанных с Россией.

  • Rusiya səfiri Çexiya XİN-ə çağırılıb

    Rusiyanın Çexiyadakı səfiri Aleksandr Zmeevski bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə Çexiyanın xarici işlər naziri Yan Lipavski “X” hesabında bildirib.

    “Çexiya qurumlarına və kritik infrastruktura qarşı kiberhücumlara görə Rusiya səfirini çağırmaq qərarına gəldim. Biz Rusiya Federasiyasını BMT standartlarına və öz öhdəliklərinə zidd olan davranışlardan çəkinməyə çağırdıq”, – paylaşımda qeyd olunub.

  • 17 yaşlı qızın ölümündə günahkar kimdir?

    Hacıqabulun II Udulu kənd sakini 2007-ci il təvəllüdlü Ayişə Qarayeva Eyvaz qızı qızılcadan ölüb.

    Atası Eyvaz Qarayev Bizim.Media-ya verdiyi açıqlamada bildirib ki, qızının ölümünə həkim səhlənkarlığı səbəb olub.

    Eyvaz Qarayevin sözlərinə görə, mayın 2-də Ayişə Qarayevaya Hacıqabul Mərkəzi Xəstəxanasının pediatrı Flora Mənsimova əvvəl zəhərlənmə, bir gün sonra isə qızılca diaqnozu qoyub. Mayın 3-də Ayişənin halı pisləşib və qusmağa başlayıb, buna görə də, Təcili Tibbi Yardıma müraciət ediblər.

    Atanın iddiasına görə, Təcili Tibbi Yardımın əməkdaşı 20 qramlıq şprislə Ayişənin qol damarında iynə vurub və bir dəqiqənin içində qızın halı ağırlaşıb. Buna görə də, onu Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Təcili Yardım şöbəsinə çatdırıblar.

    Təcili Tibbi Yardım Stansiyasının əməkdaşı bildirib ki, Ayişə Qarayevaya iynə vurulanda onsuz da vəziyyəti ağır olub:

    “Briqadamız çağırış üçün gedəndə, qızın qızdırması 36 dərəcə olub. Anası əməkdaşlarımıza bildirib ki, qıza Analgin və Dimedrol vurub. Sadəcə o, dayanmadan qusurmuş. Buna görə, Ayişə Qarayevaya qızılcanın ağırlaşması səbəbi ilə venadaxili Kokarboksilaza, Natrium Xlorid və Dimedrol vurulub. Lakin briqadamız iynəni pediatrla məsləhətləşib vurub. Həmin gün növbədə həkim olmadığı üçün qıza ilkin yardımı feldşerlər Tağıyeva Kifayət və Mahmudova Yeganə göstəriblər.

    Təcili Yardım şöbəsinə gətiriləndə isə qız qollarında huşunu itirmiş vəziyyətdə imiş, buna görə də, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına göndəriliblər. Bizdə olan məlumata görə, Şirvan Xəstəxanası da qızın vəziyyəti ağır imiş deyə, qəbul etməyib, Bakıya göndərib.

    Şirvan Şəhər Mərkəzi Xəstəxanasından isə bildiriblər ki, Ayişə Qarayeva xəstəxanaya gətiriləndə vəziyyəti ağır olub:

    “Ayişə Qarayevanın növbətçi həkimi Həmid Pənahov olub. Xəstənin vəziyyəti ağırlaşandan sonra bura gətirilib. Qızılcaya yoluxan bir günün içində rəhmətə gedə bilməz. Onlar evdə yubadıb, sonra xəstəni bura gətiriblər. Valideynin hirsini başa düşürük, övladını itirib, hər şey deyə bilər. Biz vəziyyəti ağırlaşan xəstələri Bakıya göndəririk. Ayişə Qarayeva üçün də Bakı xəstəxanaları ilə əlaqə saxlanılıb, yer olmadığı üçün gözlədiliblər”.

    “Şirvan Şəhər Mərkəzi Xəstəxanası tibbi avadanlıq və həkimlə təchiz olunmur ki, vəziyyəti ağırlaşan xəstəni Bakıya göndərirsiniz?” sualına isə “Bu mövzuya ancaq rəhbərlik cavab verə bilər”, – deyə cavab verilib.

    Məsələ ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyindən (TƏBİB) hələ ki açıqlama verilməyib.

  • “Gömrükçü” külli miqdarda pulu mənimsədi: Həbs edildi

    Özünü Dövlət Gömrük Komitəsinin əməkdaşı kimi təqdim edərək külli miqdarda dələduzluq etmiş şəxs barəsindəki cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

    “Qafqazinfo” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə Qəbələ rayon Bum qəsəbə sakini 1996-cı il təvəllüdlü Zaməddin Hacıyevə hökm oxunub.

    O, Cinayət Məcəlləsinin 178.3.2 və 310-cu (külli miqdarda dələduzluq və vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə təqsirli bilinib.

    Araşdırmalar zamanı məlum olub ki, Z.Hacıyev hərbi xidmətdə olarkən oradakı yoldaşlarına özünü gömrükçü kimi təqdim edib. Ali təhsilli olan şəxs daha sonra hərbi xidmətini başa vurub və Bakıya gəlib. O, paytaxtda 110 manat müqabilində gömrükçü geyimi alıb və həmin formanı qeyri-qanuni şəkildə geyinərək daşımağa başlayıb.

    Bundan sonra Z.Hacıyev özünü Dövlət Gömrük Komitəsinin Kadrlar İdarəsinin və İstintaq İdarəsinin məsul əməkdaşı kimi təqdim etməklə bir neçə tanışını işə düzəltmək adı ilə pul alıb.

    O, müvafiq olaraq zərərçəkmiş şəxslərdən 2 000, 8 600, 11 000, 28 400, 17 825, 2 920, 37 530 manat alıb.

    Bildirilib ki, Zaməddin Hacıyev görüşlərə Dövlət Gömrük Komitəsinə aid xidməti formada və bahalı “Range Rover” markalı avtomobildə gedirmiş. Onun əməlindən zərər çəkmiş şəxslərdən biri ATV telekanalının əməkdaşı olub. O, həmin şəxsə Dövlət Gömrük Komitəsində xidməti sürücü götürəcəyi vədini verərək 2 920 manatını ələ keçirib.

    Zərərçəkmiş şəxslər Z.Hacıyevin verdiyi vədə və aldığı pulun qarşılığında götürdüyü öhdəliyə əməl etmədiyi səbəbindən hüquq-mühafizə orqanlarına müraciət ediblər. Bundan sonra cinayət işi açılıb və o saxlanılıb.

    Gəncə Ağır Cinayətlər Məhkəməsinin bir neçə gün əvvəl çıxardığı hökmlə Z.Hacıyevə 7 il 6 ay həbs cəzası verilib.

  • Президент Лаоса совершит визит в Россию 7-11 мая

    Президент Лаосской Народно-Демократической Республики (ЛНДР) Тхонглун Сисулит посетит с визитом Россию с 7 по 11 мая.

    Как передает Median.Az cо ссылкой на ТАСС, об этом сообщил МИД республики.

    “В ответ на приглашение президента России Владимира Путина президент Тхонглун Сисулит возглавит высокопоставленную лаосскую делегацию, которая будет находиться с визитом в России с 7 по 11 мая”, – говорится в сообщении.

    Визит направлен на укрепление отношений и сотрудничества и приурочен к 30-летию подписания Договора об основах дружественных отношений между Лаосом и Россией. Лаосский лидер в качестве почетного гостя примет участие в праздничных мероприятиях, посвященных 79-летию Победы над фашизмом в Великой Отечественной войне, уточнил МИД.

    Предыдущая встреча президентов России и Лаоса состоялась 17 октября 2023 года в Пекине, куда они прибыли для участия в международном форуме “Один пояс – один путь”.

  • Laos Prezidenti Rusiyaya səfər edəcək

    Laos Prezidenti Thonqlun Sisulit mayın 7-dən 11-dək Rusiyada səfərdə olacaq.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Laosun Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Bildirilib ki, bu səfər iki ölkə arasında əlaqələri və əməkdaşlığı gücləndirmək məqsədi daşıyır. Qeyd edilib ki, Laos lideri fəxri qonaq qismində faşizm üzərində Qələbənin 79-cu ildönümünə həsr olunmuş tədbirlərdə iştirak edəcək.