Month: May 2024

  • Nərd oynayan zaman ona irad bildirən qonşusunu vurdu – MƏHKƏMƏ

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən Xəlil Bəşirzadənin (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə o, 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 4 aprel 2024-cü il tarixdə saat 12 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində yerləşən fərdi yaşayış evlərinin birində qeydə alınıb.

    Belə ki, Xəlil Bəşirzadə evinə qonaq gələn qonşusu, zərərçəkmiş Qasım Dadaşovla (şərti) nərd oynayıb. Bu zaman həmin oyunu səhv oynamasına görə qonşusu ona irad tutub. Xəlil isə zərərçəkmiş şəxsə əsəbiləşib və aralarında mübahisə yaranıb. Nəticədə o, elektrik mişar-rəndəni götürərək Qasımın baş nahiyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirib.

    Hadisədən sonra Xəlil Bəşirzadə cinayət məsuliyyətinə cəlb edilib.

  • Пашинян: В ближайшее время возможно подписание мирного соглашения между Азербайджаном и Арменией

    В ближайшее время возможно подписание мирного соглашения между Азербайджаном и Арменией.

    Об этом заявил премьер-министр Армении Никол Пашинян в ответ на заявления Азербайджана о том, что мирное соглашение может быть подписано в ходе 29-й сессии Конференции сторон Рамочной конвенции ООН по изменению климата (COP29), которая пройдет в Баку в ноябре этого года.

    Пашинян отметил, что вопросы времени и места можно будет обсудить более подробно после того, как сторонам удастся завершить работу над текстом.

    По его словам, стороны Еревана и Баку ранее договорились об общих принципах в Праге и Брюсселе, но теперь эти принципы необходимо отразить на бумаге.

    Источник: Sputnik Армения

  • Paşinyan: “Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması mümkündür”

    “Azərbaycan və Ermənistan arasında tezliklə sülh sazişinin imzalanması mümkündür”.

    Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan 2024-cü ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) zamanı sülh sazişinin imzalana biləcəyi ilə bağlı Azərbaycanın bəyanatlarına cavab olaraq bildirib.

    Paşinyan qeyd edib ki, tərəflər mətn üzərində işi tam başa çatdırmağa nail olduqdan sonra yer və vaxt üzərində məsələlər daha ətraflı müzakirə oluna bilər.

    Onun sözlərinə görə, daha əvvəl İrəvan və Bakı tərəfləri əvvəllər Praqa və Brüsseldə ümumi prinsiplər barədə razılığa gəliblər, lakin indi bu prinsipləri kağız üzərində əks etdirmək lazımdır.

  • Тарифы на подключение к сети водоснабжения и канализации будет устанавливать Тарифный совет

    Тарифы на подключение к сети водоснабжения и канализации в Азербайджане будет устанавливать Тарифный совет.

    Как сообщили в ответ на запрос АПА в Государственном агентстве водных ресурсов, в результате новой реформы, согласно требованиям законодательства, число процедур по подключению к сети водоснабжения сокращено с 13 до 3, срок подключения – с 60 до 30 дней.

    В сфере расходов по подключению создана нормативно-правовая база в связи с прозрачным и четким механизмом управления.

  • Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tariflərlə bağlı YENİLİK

    Azərbaycanda su və kanalizasiya şəbəkəsinə qoşulma üzrə tarifləri Tarif Şurası müəyyən edəcək.

    Dövlət Su Ehtiyatları Agentliyindən “APA-Economics”in sorğusuna cavab olaraq verilən məlumata görə, bu, Dünya Bankı Qrupunun “Business Ready” layihәsinin “Kommunal xidmətlər “Su şəbəkəsinə” qoşulma” indikatoru ilə bağlı müvafiq sahədə təkmilləşmələrin həyata keçirilməsinə dair 2024-cü il üzrə Yol Xəritəsində qeyd edilib.

    Bildirilib ki, Azərbaycanda Prezidentin 1 may 2024-cü il tarixli müvafiq fərmanı ilə “Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklərin qüvvəyə minməsi ilə su şəbəkəsinə qoşulma üzrə mühüm iqtisadi islahatın aparılması bu sahədə yeni inkişaf mərhələsinin başlanılmasına və biznes mühitinin əlverişliliyinin daha da artırılmasına böyük imkanlar yaradıb. Yeni islahat nəticəsində qanunvericiliyin tələblərinə əsasən, su şəbəkəsinə qoşulma üzrə prosedurların sayı 13-dən 3-ə, qoşulma müddəti 60 gündən 30 günə endirilib, qoşulma xərcləri sahəsində şəffaf və aydın tənzimləmə mexanizmi ilə bağlı normativ hüquqi baza yaradılıb. Agentliyin rəhbərlik etdiyi “Su şəbəkələrinə qoşulma” işçi qrupunun aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə birlikdə son iki il ərzində intensiv və səmərəli fəaliyyəti nəticəsində müvafiq Yol Xəritəsi uğurla icra olunub, yeni iqtisadi təşəbbüslərin hazırlanması, xüsusilə qanunvericiliyinin daha da təkmilləşdirilməsi və asanlaşdırılması istiqamətində kompleks təkliflərin aidiyyəti üzrə təqdim olunması təmin olunub.

    Agentlikdə su təchizatı və kanalizasiya sistemlərinə qoşulma üçün “vahid pəncərə” sistemi yaradılıb. Eyni zamanda su şəbəkəsinə qoşulma ilə bağlı xidmət keyfiyyəti üzrə standartların hazırlanaraq qəbulu və tətbiqi, yeni elektron xidmətin formallaşdırılması, məlumatların əlçatanlığının təmin olunması, müasir idarəetmə əsasında aidiyyəti dövlət qurumları ilə inteqrasiya qurulub.

  • В Баку 23-летняя девушка бросилась с 15-го этажа

    В Сабаильском районе Баку на улице Аббасгулу Аббасзаде произошло самоубийство.

    Как сообщает lent.az, 23-летняя Айдан Мамедова покончила с собой, бросившись с 15-го этажа многоэтажного жилого дома.

    По данному факту в прокуратуре Сабаильского района проводится расследование.

  • Bakıda gənc qız özünü 15-ci mərtəbədən atdı

    Bakıda intihar hadisəsi olub.

    Lent.az-ın məlumatına görə, hadisə Səbail rayonu Abbasqulu Abbaszadə küçəsində qeydə alınıb.

    23 yaşlı Aydan Ceyhun qızı Məmmədova özünü çoxmərtəbəli binanın 15-ci mərtəbəsindən ataraq, intihar edib.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В центре Баку обнаружен скелет человека

    В центре Баку обнаружен скелет человека.

    Как сообщает Qafqazinfo, инцидент зафиксирован на улице Шовгияра Абдуллаева в Насиминском районе.

    Сотрудники полиции установили, что скелет принадлежит жителю столицы Олегу Грошову (1964 г.р.).

    По данному факту ведется расследование.

  • Bakının mərkəzində insan skeleti tapıldı

    Bakının mərkəzində insan skeleti aşkar edilib.

    “Qafqazinfo” xəbər verir ki, hadisə Nəsimi rayonu Şövgiyar Abdullayev küçəsində baş verib.

    Polis əməkdaşlarının apardığı araşdırmalarla skeletin Bakı şəhər sakini 1964-cü il təvəllüdlü Oleq Qroşova aid olduğu müəyyən edilib.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

  • В Азербайджане генерал-майора уволили в запас

    Начальник Медицинского управления Министерства обороны Азербайджанской Республики, генерал-майор медицинской службы Фирудин Набиев уволен в запас.

    По информации Qafqazinfo, соответствующий приказ подписал министр обороны, генерал-полковник Закир Гасанов.

    Согласно соответствующему пункту Положения “О прохождении военной службы” генерал уволен в связи с достижением предельного возраста пребывания на действительной военной службе.