Month: May 2024

  • Azərbaycan Prezidenti litvalı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti Gitanas Nausedaya təbrik məktubu göndərib.

    Məktubda deyilir:

    “Litva Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi ürəkdən təbrik edirəm.

    Azərbaycan-Litva əlaqələri xoş ənənələrə malikdir. Hazırda bir sıra sahələrdə əməkdaşlığımızın yeni məzmunla zənginləşməsi üçün imkanlar vardır. İnanıram ki, mövcud potensialdan istifadə edərək xalqlarımızın mənafelərinə uyğun olaraq dövlətlərarası əlaqələrimizin inkişafı, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik.

    Sizə ən xoş arzularımı yetirir, Litvanın rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm”.

  • 18 illik həyat yoldaşından ayrılan Alsu ilk dəfə görüntüləndi

    Tanınmış rusiyalı müğənni Alsu həyat yoldaşından ayrıldıqdan sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

    Median.Az Rusiya mediasına istinadən xəbər verir ki, onun fotoları sosial şəbəkədə yayımlanıb.

    Kadrlar Alsunun parkda gəzintisi zamanı çəkilib.

    Müğənni zərif boz ipək kostyumda, idman ayaqqabısı görüntülənib.

    Xatırladaq ki, Alsu 18 il birlikdə yaşadığı əri Yan Abramovdan boşanmaq üçün məhkəməyə müraciət edib.

  • Sabiq nazirin oğluna vəzifə verildi

    Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyətinə sədr müavini təyin edilib.

    Median.Az “Qaynarinfo”ya istinadən xəbər verir ki, sözügedən vəzifəyə bir neçə ay əvvəl müvafiq sərəncamla Zaur Əvəz oğlu Ələkbərov təyin olunub.

    Zaur Ələkbərov keçmiş maliyyə naziri Əvəz Ələkbərovun oğludur.

    Qeyd edək ki, Zaur Ələkbərov 2016-2018-ci illərdə Azərbaycan Beynəlxalq Bankında Korporativ Biznes Departamentinin direktor müavini, 2018-2024-cü illərdə isə İdarə Heyəti sədrinin strategiya və innovasiyalar üzrə müşaviri vəzifəsinə çalışıb.

  • Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı qızla bağlı ekspertiza rəyi açıqlandı

    Dövlətə xəyanətdə ittiham olunan 21 yaşlı Fidan Əliyevanın psixoloji vəziyyəti ilə bağlı ekspertiza keçirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, ekspertiza keçirilməsini xanım müttəhimin vəkili istəyib.

    Vəkil iddia edib ki, Fidanın psixi problemləri var, anlaqsızdır. Vəsatətə prokuror da etiraz etməyib. İttihamçı deyib ki, həkim rəyini bilmək onlar üçün də maraqlıdır.

    Məhkəmə tərəflərin təklifi ilə razılaşıb, vəsatəti təmin edib.

    Bir neçə gün əvvəl isə ekspertiza rəyinin nəticəsi məlum olub, rəsmi şəkildə məhkəməyə təqdim edilib.

    Amma ekspertiza rəyi təqsirləndirilən şəxsin anlaqsız olmasını təsdiq etməyib. Rəydə qeyd olunub ki, Fidan Əliyevanın psixoloji vəziyyəti normaldır.

    Artıq məhkəmə istintaqı yekunlaşmaq üzrədir. Növbəti iclasların birində prokuror ittiham nitqi ilə çıxış edəcək.

    F.Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiya həddi ömürlük azadlıqdan məhrum etməyə qədərdir. Amma qanuna görə, Azərbaycanda qadınlar ömürlük məhkum edilə bilməzlər.

    Qeyd edək ki, F.Əliyeva Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində aksiyada iştirak edən zaman Ermənistan xüsusi xidmət orqanının əməkdaşına Azərbaycan haqqında məlumatlar ötürməkdə ittiham olunur. Hadisə 2022-ci ildə baş verib. Onun həbsindən sonra düşmənə göndərdiyi səsyazıları və videoları yayılıb.

  • Когда вступят в силу новые правила относительно мучных изделий?

    Коллегия Агентства продовольственной безопасности Азербайджана (АПБА) приняла решение об утверждении “Санитарных норм и правил для пшеничной муки” и “Санитарных норм и правил для хлебобулочных изделий”.

    Как сообщает Median.Az со ссылкой на АПБА, в правилах отражены требования безопасности и минимальные требования к качеству пшеничной муки и хлебобулочных изделий.

    В “Санитарных нормах и правилах для пшеничной муки” указаны требования по таким показателям, как максимальная влажность, минимальное количество белка и т.д. В “Санитарных нормах и правилах для хлебобулочных изделий” закреплены пшеничный хлеб и специальные виды хлеба (ржаной хлеб, кукурузный хлеб, овсяный хлеб и др.).

    Кроме того, в этих правилах регулируется максимальное количество соли в хлебобулочных изделиях. Так, данный показатель в пшеничном хлебе и специальных видах хлеба установлен на уровне не более 1,5% в пересчете на сухое вещество.

    Оба вышеупомянутых правила вступят в силу с 1 января 2025 года.

  • Un məhsulları ilə bağlı yeni qaydalar qüvvəyə minəcək – TARİX

    Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin kollegiyası tərəfindən “Buğda ununa dair sanitariya norma və qaydaları” və “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nın təsdiq edilməsi haqqında qərar qəbul edilib.

    Median.Az AQTA-ya istinadən xəbər verir ki, qaydalarda buğda ununa və çörək məhsullarına dair təhlükəsizlik və minimum keyfiyyət tələbləri öz əksini tapıb.

    “Buğda ununa dair sanitariya norma və qaydaları”nda maksimum nəmlik, kül miqdarı, minimum zülal miqdarı, düşmə ədədi kimi göstəricilər üzrə tələblər yer alıb. “Çörək məhsullarına dair sanitariya norma və qaydaları”nda isə buğda çörəyi və çörəyin xüsusi növləri (çovdar çörəyi, qarğıdalı çörəyi, yulaflı çörək və s.) təsbit edilib.

    Bununla yanaşı, bu qaydalarda çörək məhsullarında duzun maksimum miqdarı da tənzimlənib. Belə ki, buğda çörəyi və çörəyin xüsusi növlərində duzun maksimum miqdarı quru maddəyə əsasən ən çoxu 1,5% həddində müəyyənləşdirilib.

    Adıçəkilən hər iki Qayda 2025-ci il yanvarın 1-dən qüvvəyə minəcək.

  • Sabah 35 dərəcə isti olacaq – PROQNOZ

    Ölkə ərazisində mayın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Cənub-şərq küləyi əsəcək.

    Havanın temperaturu gecə 15-20 dərəcə isti, gündüz 26-31 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75%, gündüz 45-50% olacaq.

    Azərbaycanın əksər rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq və dağətəyi rayonlarda arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

    Havanın temperaturu 15-20 dərəcə isti, gündüz 28-33 dərəcə , bəzi yerlərdə 35 dərəcə isti, dağlarda gecə 7-12 dərəcə isti, gündüz 14-19 dərəcə isti olacaq.

  • 55 min mənimsəmədə ittiham olunan xanım mühasibə ağır cəza istəndi

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə Bakıda şirkətlərdən birində mühasib işləyən, Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə külli miqdarda törədildikdə) maddəsi ilə təqsirləndirilən Bahar Altay qızı Abışovanın məhkəmə prosesi keçirilib.

    “Unikal”ın məlumatına görə, “Akrali Metal” şirkətinin 55 250 manat pulunu mənimsəyən Bahar Abışovanın dəymiş ziyandan 15 min manat ödədiyi məlum olub. Məhkəmə prosesində o da məlum olub ki, şirkət keçmiş mühasibinə 10 min manat da bağışlayıb. Sonra dövlət ittihamçısı ittiham nitqi ilə çıxış edərək Bahar Abışovanın 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

    Qeyd edək ki, Bahar Abışova ibtidai istintaq dövründə həbs edilsə də, 13 dekabr 2023-cü il tarixdə həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib. Çıxış edən şirkət qanunu nümayəndəsi Bahar Abışovanın həbslə olmayan cəzanın verilməsini məhkəmədən xahiş edib. Şirkətin nümayəndəsi Ülkər Akralı da vəkilinin çıxışı ilə razı olduğunu qeyd edib.

    Məhkəmə prosesi 5 iyun tarixinə kimi təxirə salınıb.

  • Центробанк сделал заявление в связи с затратами на выпуск новых монет номиналом 1 гяпик

    Центральный банк Азербайджана (ЦБА) 20 мая объявил о выпуске в обращение обновленных металлических денежных знаков достоинством 1 гяпик. На реверсе монеты в качестве новых элементов дизайна изображены государственный герб Азербайджанской Республики, а также год выпуска дензнака, остальные элементы и технические параметры сохранены без изменений в соответствии с находящимися в настоящее время в обращении монетами того же номинала.

    АПА направила в ЦБА запрос в связи с затратами на производство и выпуск в обращение новых одногяпикных монет.

    В Центробанке в ответ на запрос заявили, что производство национальных дензнаков осуществляется международными производственными компаниями на основе заказов ЦБА. Затраты на производство могут варьироваться в зависимости от периода производства, объема и других факторов.

  • Mərkəzi Bankdan yeni birqəpikliklərə çəkilən xərclə bağlı AÇIQLAMA

    Azərbaycan Mərkəzi Bankı (AMB) mayın 20-də yenilənmiş 1 qəpiklik metal pul nişanlarını tədavülə buraxdığını elan etdi. Yenilənmiş 1 qəpiklik metal pul nişanının arxa tərəfində yeni dizayn elementləri kimi Azərbaycan Respublikasının Dövlət gerbi, eləcə də pul nişanının istehsal ili əks olunub. Digər dizayn elementləri və texniki parametrləri hazırda tədavüldə olan eyni nominallı metal pul nişanına müvafiq olaraq dəyişməz saxlanılıb.

    APA AMB-yə yeni tədavülə buraxılan 1 qəpikliklərin istehsal və dövriyyəyə buraxılma xərclərinin nədən ibarət olması ilə bağlı sorğu ünvanlayıb.

    Mərkəzi Bankdan bildirilib ki, milli pul nişanlarının istehsalı AMB-nin sifarişləri əsasında beynəlxalq istehsalçı şirkətlər tərəfindən həyata keçirilir. İstehsal xərcləri istehsal dövründən, həcmindən və digər faktorlardan asılı olaraq dəyişə bilir.