Month: May 2024

  • Хикмет Гаджиев обсудил с послом Турции ситуацию в регионе

    Помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев встретился с послом Турции в Азербайджане Джахитом Багчи.

    Об этом турецкий дипломат написал в своем аккаунте в соцсети Х.

    “Встреча с Хикметом Гаджиевым, как всегда, прошла в дружественной атмосфере. Обсудили союзнические связи с братским Азербайджаном и ситуацию в регионе”, – написал Дж.Багчи.

  • Hikmət Hacıyev Türkiyə səfiri ilə müttəfiqlik əlaqələrini və regiondakı vəziyyəti müzakirə etdi

    Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı ilə görüşüb.

    Türkiyəli səfir bununla bağlı özünün “X” sosial şəbəkə hesabında paylaşım edib.

    O, Hikmət Hacıyevlə görüşün səmimi şəraitdə keçdiyini vurğulayıb.

    “Cənab Hacıyevlə həmişə olduğu kimi səmimi şəraitində keçən görüşümüzdə qardaş Azərbaycanla müttəfiqliklə bağlı məsələləri və regional prosesləri müzakirə etdik”, – deyə diplomat qeyd edib.

  • Azərbaycanda iki prokuror vəzifələrindən AZAD OLUNDU

    Baş Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin böyük prokuroru Fikrət Mahmudovun və Baş Prokurorluğunun Rayon (şəhər) məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin Sumqayıt Apellyasiya Məhkəməsinin yurisdiksiyasına aid olan birinci instansiya məhkəmələri üzrə prokuroru Kamran Əhmədovun qulluq keçmələrinə xitam verilib.

    Bu barədə Baş Prokurorluq məlumat yayıb.

    Bildirilib ki, sözügedən şəxslər qulluqda olmanın yaş həddi ilə əlaqədar qulluq keçmələrinə xitam verilib.

    Qeyd olunub ki, Baş prokuror Kamran Əliyev prokurorluqda uzunmüddətli qüsursuz və səmərəli fəaliyyətlərinə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsi sahəsində səmərəli fəaliyyətlərinə görə onlara “Prokurorluğun fəxri işçisi” döş nişanı və Azərbaycan Respublikası Prokurorluğunun Fəxri fərmanını təqdim edilib.

  • Azərbaycan Ordusunun geyim forması dəyişdi – FOTO

    Azərbaycan Ordusunun səhra geyim forması dəyişib.

    “Report”un əldə etdiyi məlumata görə, yeni tətbiq olunan forma Quru Qoşunları, Hərbi Hava Qüvvələrinə şamil edilib.

    Müdafiə Nazirliyindən məlumatı təsdiqləyiblər.

  • Джейхун Байрамов отбыл с визитом в Пакистан

    29 мая министр иностранных дел Азербайджанской Республики (АР) Джейхун Байрамов отправился с официальным визитом в Исламскую Республику Пакистан.

    Об этом сообщили в пресс-службе внешнеполитического ведомства АР.

    Отмечается, что в рамках визита запланированы встречи главы азербайджанской дипломатии с заместителем премьер-министра Пакистана, главой МИД Мухаммедом Исхаком Даром и другими высокопоставленными чиновниками.

  • Ceyhun Bayramov Pakistana rəsmi səfərə gedib

    Xarici işlər naziri Ceyhun Bayramov Pakistan İslam Respublikasına rəsmi səfərə yola düşüb.

    Bu barədə Azərbaycan XİN məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində Ceyhun Bayramovun Pakistan İslam Respublikasının baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar, habelə digər yüksəksəviyyəli rəsmilərlə görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • Bloqer Fatimə Mövlamlı və Nicat İsmayıl polis tərəfindən saxlanılıblar

    Bloqer Fatimə Mövlamlı və ictimai fəal Nicat İsmayıl Qəbələdə polis tərəfindən saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan Oxu.Az-a bildirilib ki, ictimai yerdə nalayiq hərəkətlərə görə onlar polis şöbəsinə dəvət olunublar.

    “İctimai qayda pozuntusuna yol verən həmin şəxslər barəsində qanunamüvafiq tədbir görüləcək”, – məlumatda deyilir.

  • Jozep Borrel: “Sülh normal bir hal deyil”

    “Avropa unudub ki, sülh normal hal deyil, münaqişə daha normal vəziyyətdir, ona görə də indi Avropa İttifaqı (Aİ) tezliklə təhlükəsizlik sektorunda güclü oyunçuya çevrilməlidir”.

    Bunu Aİ diplomatik xidmətinin rəhbəri Jozep Borrel Brüsseldə keçirilmiş təhlükəsizlik məsələlərinə həsr olunmuş Şuman Forumunu açarkən deyib.

    “Uzun müddətdir ki, Avropada sülh normal bir vəziyyət olub. Amma, deyəsən, biz unutmuşuq ki, sülh normal hal deyil, münaqişə daha çox normal haldır. Buna görə də Avropa İttifaqı indi müdafiə və təhlükəsizlik sahəsində bacarıqlı oyunçuya çevrilməlidir”, – deyə o bildirib.

    Mənbə: TASS

  • Üç aya 66 ədəd şokolad oğurladı, kafedə bir manata satdı

    Bakıda son üç ayda eyni marketdən 66 ədəd şokolad oğurlayan şəxs saxlanılıb.

    “Qaynarinfo”nun məlumatına görə, 1997-ci il təvəllüdlü Hüseyn Zeynalov (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məlum olub ki, Səbail rayonu, “20-ci sahə” dairəsi yaxınlığında yerləşən supermarketdən 30 ədəd şokoladı idman gödəkcəsinin içərisinə qoyaraq, marketdən çıxmaq istəyib. Bu zaman marketin mühafizəsi tərəfindən saxlanılıb. Həmin şəxs hadisədən üç ay əvvəl, yəni 2024-cü ilin fevral ayında da həmin marketdən 36 ədəd şokolad oğurlayıb.

    O, məhkəmədə oğurladığı şokoladları kafelərə bir manata satdığını bildirib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə təqsirli bilinib və 30 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Bakıda kanalizasiya quyularından oğurluq edilib

    Paytaxtın Səbail rayonu ərazisində Bulvar İdarəsinə məxsus 43 ədəd kanalizasiya quyusunun dəmir barmaqlıqlarının oğurlanması barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə hadisəni törətmiş 1985-ci il təvəllüdlü Əfqan Əhmədov saxlanılıb. Ondan oğurladığı dəmir barmaqlıqların bir hissəsi aşkarlanaraq götürülüb.

    Araşdırmalar aparılır.