Month: May 2024

  • Astana Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır

    “Astana danışıqlar üçün şərait yaradaraq, Azərbaycan və Ermənistan arasında sülh prosesinə kömək etməyə hazırdır”.

    Bunu Qazaxıstanın Rusiyadakı səfiri Dauren Abayev bu yaxınlarda ölkə prezidenti Kasım-Jomart Tokayevin Azərbaycan və Ermənistan arasında Almatıda görüş keçirmək təşəbbüsünü şərh edərkən deyib.

    “Əlbəttə, Qazaxıstan sülhlə bağlı bütün proseslərə kömək etməyə hazırdır. Bu, təkcə Rusiya və Ukrayna deyil, həm də Ermənistan və Azərbaycan, Suriya və İran məsələsidir. Vasitəçilik sözü yəqin ki, çox güclü səslənir, amma platforma təmin etmək, hər hansısa bir şərait yaratmaq üçün biz əlbəttə ki, hazırıq”, – deyə o qeyd edib.

    Mənbə: TASS

  • Keçmiş məhkumlar narkotiklə tutuldular

    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupu məlumat yayıb.

    Bildirilib ki, tədbirlərlə rayon sakinləri – əvvəllər dəfələrlə məhkum olunmuş Cavid Ələkbərov və Rauf Şərifov saxlanılıb. Onlardan narkotik vasitə olan heroin aşkar edilib.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.

  • Руководитель АП: Разработка повестки председательства COP29 находится на завершающем этапе

    Разработка повестки деятельности председательства COP29 (29-я сессия Конференции сторон Рамочной конвенции ООН по изменению климата – ред.) находится на завершающем этапе.

    Как передает Report, об этом сказал глава Администрации Президента (АП) Азербайджана, председатель Организационного комитета COP29 Самир Нуриев на сегодняшнем заседании комитета.

    Он отметил, что официальный интернет-сайт COP29 уже запущен, местные медиа широко освещают процессы, связанные с COP29, также проводится активная работа с иностранными СМИ, в авторитетных международных изданиях публикуются интервью представителей команды COP29.

    С.Нуриев также проинформировал о проделанной в стране работе в связи с Годом солидарности во имя зеленого мира.

  • PA rəhbəri: “COP29 Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”

    “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) Sədrliyinin Fəaliyyət gündəliyinin hazırlanması son mərhələdədir”.

    Bu barədə Prezident Administrasiyasının (PA) rəhbəri, COP29 Təşkilat Komitəsinin sədri Samir Nuriyev məlumat verib.

    Azərbaycanın COP29 zamanı prioritetləri haqqında danışan S.Nuriyev fəaliyyət gündəliyinin hazırlanmasının son mərhələdə olduğunu diqqətə çatdırıb.

    Təşkilat Komitəsinin sədri COP29-un rəsmi internet səhifəsinin fəaliyyətə başladığını, yerli mediada COP29 ilə bağlı prosesin geniş işıqlandırıldığını, xarici media ilə fəal iş aparıldığını vurğulayaraq, nüfuzlu beynəlxalq nəşrlərdə COP29 komandasının müsahibələrinin dərc olunduğunu qeyd edib.

    S.Nuriyev, həmçinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə əlaqədar ölkədə görülmüş işlər barədə məlumat verib.

  • Sabah Bakıda bəzi küçələr bağlı olacaq – SİYAHI

    “Bakı Marafonu 2024” ilə əlaqədar sabah səhər saat 09:00-dan 14:00-dək yürüşlə əlaqədar bəzi küçə və prospektlərdə iştirakçıların təhlükəsizliyinin təmin olunması məqsədilə yollarda hərəkət tam məhdudlaşdırılacaq.

    Bu barədə Bakı Şəhər Dövlət Yol Polis İdarəsi məlumat yayıb.

    Bildirilib ki, Bayraq Meydanından, Dənizkənarı Bulvarın inzibati ərazisi ilə Dəniz Vağzalınadək, daha sonra Azadlıq Meydanı, Neftçilər və 8 Noyabr prospektləri ilə Ağ şəhər Bulvar yolu, eləcə də Ağ şəhər dairəsi yəni, Xəqani Rüstəmov küçəsi ilə geriyə, Hərbi Qənimətlər Parkı yanından keçərək, Yusif Səfərov – A.Cəlilov küçələrinin kəsişməsindən Cavanşir körpüsü, Üzeyir Hacıbəyli küçəsi, Azadlıq prospekti, Z.Əliyeva, Rəsul Rza küçələri, Neftçilər prospekti, Azneft dairəsi, Bayıl qəsəbəsi istiqamətinə, Bibiheybət yolu ilə, Su İdman Sarayı ətrafından Bulvar ərazisi ilə, “Bakı Kristal Zalı” yanından Bayraq Meydanına finiş nəzərdə tutulub.

  • В Азербайджане произошло землетрясение

    В Товузском районе произошло землетрясение.

    Об этом сообщили в Республиканском центре сейсмологической службы при Национальной академии наук Азербайджана (НАНА).

    Магнитуда подземных толчков составила 3,1, а их очаг залегал на глубине 8 км.

    Стихия была зафиксирована в 13:46 по местному времени.

  • Azərbaycanda zəlzələ olub

    Tovuzda zəlzələ olub.

    Bu barədə AMEA-nın nəzdindəki Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Zəlzələnin gücü 3,1 bal, dərinliyi isə 8 kilometr olub.

    Seysmik təkanlar yerli vaxtla 13:46-da qeydə alınıb.

  • Prezident Türkiyə ilə vacib sazişləri TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında Saziş” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Bundan başqa, dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu da təsdiqləyib.

    Qeyd edək ki, sazişlər 2024-cü il fevralın 19-da Ankara şəhərində imzalanıb.

  • Bakıda 55 yaşlı qadının meyiti tapıldı

    Bakının Yasamal rayonu ərazisindəki evlərin birində qadın meyiti tapılıb.

    “Trend” xəbər verir ki, hadisə Həsən bəy Zərdabi küçəsində baş verib.

    Orada yaşayan 1969-cu il təvəllüdlü Lalə Əliyevanın meyiti aşkarlanıb.

    Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • Bakıda ağacəkmə aksiyası keçirilib

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti və “Regional İnkişaf” İctimai Birliyinin (RİİB) birgə təşkilatçılığı ilə paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə ağacəkmə aksiyası təşkil edilib.

    Aksiyada meriyanın rəhbərliyi, əməkdaşları və struktur bölmələrin işçiləri, RİİB-in könüllüləri iştirak ediblər.

    İştirakçılar tərəfindən aksiyanın keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun 1000 ədəd ağac əkilib.

    Ağacəkmə aksiyası qlobal iqlim dəyişiklikləri və su qıtlığı təhlükəsi ilə əlaqədar ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə növbəti töhfədir. Bakı şəhərində quraqlığa davamlı bitkilərin, yerli iqlimə uyğun ağac və kolların əkilməsi, həmçinin paytaxtda ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır.

    Qeyd edək ki, əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarma məsələləri həll edilib, cavabdehlər müəyyənləşdirilib.

    İl ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.