Month: May 2024

  • Dördüncü kurs tələbəsi vəfat etdi

    Bakı Slavyan Universitetinin tələbəsi vəfat edib.

    Bu barədə Azərbaycan Universitetləri səhifəsi məlumat yayıb.

    Bildirilib ki, universitetin Sosial Elmlər fakültəsinin IV kurs tələbəsi Fidan Nəcəfova uzun sürən xəstəlikdən sonra vəfat edib.

  • Kreml Ukraynanın keçmiş prezidentini axtarışa verib

    Rusiya Daxili İşlər Nazirliyi (DİN) Ukraynanın keçmiş prezidenti Pyotr Poroşenkonu axtarışa verib.

    Bu barədə “RİA Novosti” məlumat yayıb.

    Onun niyə axtarışa verildiyi hələ ki, açıqlanmayıb.

    Qeyd edək ki, daha əvvəl Rusiya DİN Ukraynanın hazırkı Prezidenti Volodimir Zelenskini də axtarışa verdiyini bildirmişdi.

  • Günəş elektrik stansiyası üzrə hərrac komissiyasının ilk iclası keçirilib

    Qobustan Günəş Elektrik Stansiyası (QES) üzrə elan edilmiş hərracda iştirakçılarından daxil olmuş təkliflərə baxılma, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi və hərracın qalibinin seçilməsi məqsədilə yaradılmış hərrac komissiyasının hibrid formatda ilk iclası keçirilib.

    Bu barədə Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyindən (BOEMDA) məlumat verilib.

    Bildirilib ki, Agentliyin direktoru Cavid Abdullayev hərracın Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə əməkdaşlıq istiqamətində “Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsinə dəstək” layihəsi çərçivəsində həyata keçirildiyini qeyd edərək ölkəmizdə ilk bərpa olunan enerji hərracının iqlim və enerji ilə bağlı strateji hədəflərə nail olunması baxımından əhəmiyyətini qeyd edib.

    EBRD, “Synergy” məsləhətçi şirkətin və üzv dövlət qurumlarının nümayəndələrinin iştirakı ilə baş tutan iclasda 100 MVt gücündə Qobustan GES üzrə ilk hərracla bağlı görülmüş işlər, ixtisas uyğunluğunun müəyyənləşdirilməsi (RFQ) sənədi, qanunvericilik məsələləri ilə bağlı çıxışlar dinlənilib.

    İclasda gündəlikdə duran digər məsələlərlə bağlı müzakirələr aparılıb.

  • В Нигерии в штате Адамава почти за неделю от кори умерли более 40 человек

    По меньшей мере 42 человека умерли почти за неделю от кори в штате Адамава на северо-востоке Нигерии.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил глава департамента здравоохранения штата Феликс Тангвами, отметив, что эпицентрами вспышки стали два района.

    “На места направлены бригады медиков для проведения вакцинации, они сдерживают распространение заболевания”, – цитирует Тангвами агентство Reuters. Он добавил, что выявлены около 200 заболевших с симптомами кори, из них 42 человека умерли.

    На севере Нигерии почти ежегодно происходят вспышки кори, что вызвано трудностями в вакцинации населения, в том числе из-за действий террористических группировок.

  • Nigeriyanın ştatında bir həftə ərzində 42 nəfər qızılcadan ölüb

    Nigeriyanın şimal-şərqindəki Adamava ştatında, demək olar, bir həftə ərzində 42 nəfər qızılcadan ölüb.

    “Report” “Reuters”ə istinadən xəbər verir ki, bu barədə ştatın səhiyyə departamentinin rəhbəri Feliks Tanqvami açıqlayıb.

    Onun sözlərinə görə, alovlanmanın episentri iki rayon olub.

    “Peyvəndləmə aparmaq üçün bölgələrə həkim qrupları göndərilib, onlar xəstəliyin yayılmasını qabaqlayırlar”, – agentlik Tanqvamidən sitat gətirib. O əlavə edib ki, qızılca xəstəliyinin əlamətləri olan 200-ə yaxın xəstə müəyyən edilib, onlardan 42 nəfər ölüb.

    Qeyd edək ki, Nigeriyanın şimalında, demək olar, hər il qızılca epidemiyası baş verir ki, bu da əhalinin peyvənd edilməsində çətinliklər, o cümlədən terrorçu qrupların hərəkətləri nəticəsində yaranır.

  • Восемь военнослужащих приговорили к смертной казни за дезертирство в ДР Конго

    Военный трибунал города Гома на востоке Демократической Республики Конго (ДРК) приговорил восемь военнослужащих, включая пять офицеров, к смертной казни за самовольное оставление позиций перед лицом противника и бегство с передовой.

    Об этом сообщило Agence France-Presse (AFP).

    “Обвиняемые проявили трусость и бежали от врага”, – говорится в постановлении трибунала. Еще 3 рядовых, которые входили в группу из 11 обвиняемых, были оправданы.

    Все восемь военнослужащих находились на передовой в районе Гомы, где получили приказ противостоять повстанцам из группировки “Движение 23 марта” (М23). Трибунал признал, что они бежали с позиций, нарушив приказ.

    В марте власти ДРК отменили мораторий на смертную казнь, просуществовавший более 20 лет. В комментарии к этому решению Минюст указал, что смертная казнь будет применяться в том числе в отношении военнослужащих, виновных в государственной измене, а также преступлениях, приравненных к ней.

  • Konqo Demokratik Respublikasında 8 əsgərə fərariliyə görə ölüm cəzası verilib

    Konqo Demokratik Respublikasının (KDR) şərqindəki Qoma şəhərinin hərbi tribunalı düşmənlə üz-üzə mövqelərini özbaşına tərk edərək cəbhə xəttindən qaçdıqlarına görə beşi zabit olmaqla səkkiz əsgərə ölüm hökmü çıxarıb.

    Bbu barədə “Agence France-Presse” məlumat yayıb.

    “Təqsirləndirilən şəxslər qorxaqlıq nümayiş etdirərək düşməndən qaçıblar”, – tribunalın qərarında deyilir.

    11 təqsirləndirilən qrupa daxil olan daha 3 sıravi isə bəraət alıb.

    Səkkiz əsgərin hamısı “23 Mart Hərəkatı” (M23) qrupunun üsyançılarına qarşı durmaq əmri verildiyi Qoma bölgəsində cəbhə xəttində olub. Məhkəmə müəyyən edib ki, onlar əmrləri pozaraq vəzifələrindən yayınıblar.

    Xatırladaq ki, mart ayında KDR 20 ildən artıqdır mövcud olan ölüm cəzasına moratoriumu ləğv edib.

  • Şəkidə 59 yaşlı kişi iki nəfəri güllələyib öldürdü

    Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Sədiyev Azər Sədi oğlu və 1957-ci il təvəllüdlü Məmmədsoy İsrafil Əhmədiyyə oğlunun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

    Bu barədə DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

    Araşdırma aparılır.

  • “Fənərbağça”nın əfsanəsi Super Liqa klubunu çalışdıra bilər

    “Fənərbağça” klubunun yaşayan əfsanəsi Türkiyə klubunu çalışdırmaq barədə düşünür.

    Məlumata görə, Aleks De Souza “Antalyaspor” klubunun baş məşqçisi vəzifəsinə gətirilə bilər.

    Sergen Yalçının “Beşiktaş”a keçmə ehtimalını düşünən “Antalyaspor” rəsmiləri Aleks De Souza ilə danışıqlara başlayıblar. Braziliyalı keçmiş futbolçu Türkiyə klubunu çalışdırmaqla bağlı danışıqlara müsbət cavab verib.

    Qeyd edək ki, Türkiyə mediasında yayılan xəbərləri “Antalyaspor” klubunun prezidenti Sinan Boztepe təsdiqləyib.

    Mənbə: Sporx.com

  • Azərbaycanda iki nəfər güllələnərək öldürüldü

    Şəkidə iki nəfər odlu silahla qətlə yetirilib.

    Mayın 4-də saat 16 radələrində Şəki rayonu Baş Şabalıd kəndində 1966-cı il təvəllüdlü Azər Sədi oğlu Sədiyev və 1957-ci il təvəllüdlü İsrafil Əhmədiyyə oğlu Məmmədsoyun ov silahı ilə qətlə yetirilmələri barədə polisə məlumat daxil olub.

    DİN-in mətbuat xidmətinin Şəki regional qrupundan  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1965-ci il təvəllüdlü Namik Məmmədov hadisədən sonra özünə xəsarət yetirib. O, xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.