Month: May 2024

  • Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

    Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

    Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

    Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

    Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

    Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

    Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

    Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

  • В Хазарском районе Баку произошло ДТП: есть пострадавший

    В результате дорожно-транспортного происшествия в Хазарском районе Баку пострадал молодой мужчина.

    Как сообщает Report, в результате столкновения двух автомобилей травмы различной степени тяжести получил Шамиль Бабашзаде (2001 г.р.).

    Пострадавшего доставили в больницу.

    По данному факту ведется расследование.

  • Xəzər rayonunda avtoqəza: Xəsarət alan var

    Bakının Xəzər rayonunda baş verən yol-nəqliyyat hadisəsi zamanı 23 yaşlı gənc yaralanıb.

    “Report” xəbər verir ki, iki avtomobilin toqquşması nəticəsində 2001-ci il təvəllüdlü Şamil Məmməd oğlu Babaşzadə xəsarət alıb.

    Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bölgələr köhnə avtobuslardan nə vaxt qurtulacaq? – VİDEO

    Bölgələrdə sərnişinlər hələ də kiçiktutumlu, köhnə mikroavtobuslarla daşınır.

    Median.Az Xəzər TV-yə istinadəən xəbər verir ki, söhbət illərdir müzakirə olunan bölgə avtobuslarından gedir.

    Gəncə sakinləri deyir ki, bu vəziyyət illərdir ki, belə davam edir.

    230 minə yaxın əhalisi olan Lənkəranda 8 qəsəbə və 83 kənd var. 100-dən çox avtobus gün ərzində əhaliyə xidmət göstərir.

    Amma bu avtobusların da demək olar ki, hamısı köhnədir.

    Sakinlərin sözlərinə görə, buradakı avtobuslar 20, hətta 30 il bundan əvvəlin nəqliyyat vasitələridir.

    Ətraflı videoda:

  • Azərbaycan və Türkiyə XİN başçılarının görüşü olub

    Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Qambiyada keçirilən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İslam Sammiti çərçivəsində türkiyəli həmkarı Hakan Fidanla görüşüb.

    Bu barədə Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Nazirlərin görüş zamanı hansı məsələləri müzakirə etdikləri hələ açıqlanmayıb.

  • Lənkəranda 13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb

    13 yaşlı qızın barmaqları ətçəkən maşında qalıb.

    APA xəbər verir ki, Lənkəran rayonunun Osaküçə kənd sakini 2011-ci il təvəllüdlü A.İ.Babayevanın barmaqları ətçəkən maşında qalıb.

    A.Babayeva Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və köməyə FHN-in Cənub Regional Mərkəzinin xüsusi riskli xilasetmə qüvvələri cəlb olunublar.

    Görülən tədbirlər nəticəsində yeniyetmənin barmaqları ət çəkən maşından çıxarılıb.

  • Ermənilərin 30 ildə darmadağın etdiyi kənddəki bərpa işlərindən görüntülər – VİDEO

    Laçın rayonunun Sus kəndinə Böyük Qayıdış üçün son tamamlama işləri aparılır.

    25 hektar ərazini əhatə edən Sus kəndində hər bir evin 12 sot həyətyanı sahəsi var. Burada ümumilikdə 59 ev tikilib.

    Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun direktor müavini Vüqar İmranov bildirib ki, bu evlərin 13-ü iki otaq, 28-i üç otaqlı, 14-ü dördotaqlı, dördü beş otaqlıdır.

    “Bundan əlavə kənddə 300 kvadratmetrdən ibarət olan alış-veriş mərkəzi və market də tikilib”, – deyə direktor müavini qeyd edib.

    Ətraflı AzTV-nin süjetində:

  • Şərura dolu düşüb

    Naxçıvan Muxtar Respublikasının (MR) Şərur rayonuna dolu düşüb.

    “Report”un yerli bürosu xəbər verir ki, dünəndən başlayaraq MR ərazisində yağıntılı hava şəraiti davam edir.

    Bu gün bir çox rayonlarda yağıntı bir qədər şiddətli olub. Qeyri-hava şəraiti nəticəsində Şərur rayonuna dolu düşüb.

  • XİN Azərbaycanın NATO ilə əməkdaşlığına dair paylaşım etdi

    Azərbaycanın NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulması ölkənin sülhün təşviqinə davamlı sadiqliyinin təzahürüdür.

    Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin “X” hesabında yazılıb.

    “Bu gün, 30 il əvvəl Azərbaycan NATO-nun Sülh Naminə Tərəfdaşlıq proqramına qoşulub. Bu əlamətdar hadisə həm Cənubi Qafqazda, həm də bütün dünyada əməkdaşlığa, təhlükəsizliyin möhkəmləndirilməsinə və sülhün təşviqinə davamlı sadiqliyimizi vurğulayır”, – XİN qeyd edib.

  • Астана готова содействовать мирным процессам между Азербайджаном и Арменией

    Астана готова содействовать мирным процессам между Азербайджаном и Арменией, создавая условия для переговоров.

    Об этом заявил ТАСС посол Казахстана в России Даурен Абаев, комментируя недавнюю инициативу президента страны Касым-Жомарта Токаева о проведении встречи между Азербайджаном и Арменией в Алматы.

    “Безусловно, Казахстан всегда готов помогать по всем процессам, которые касаются мира. Это не только Россия и Украина, но и Армения и Азербайджан, по сирийской проблематике, по иранской проблематике. Громко, наверное, сказано – быть посредником, но предоставить площадку, создать какие-то условия, безусловно, мы готовы”, – отметил он.