Month: May 2024

  • Ermənistan Azərbaycan Ordusunun Tavuş istiqamətində atəş açdığı barədə xəbəri təkzib etdi

    “Bəzi sosial şəbəkə istifadəçiləri Azərbaycan Silahlı Qüvvələrinin Tavuş istiqamətində Ermənistan ordusunun mövqelərini atəşə tutması barədə məlumatlar yayıblar. Yayılan məlumatlar yalandır və həqiqətə uyğun deyil”.

    Bu barədə Ermənistanın Müdafiə Nazirliyindən məlumat verilib.

    Ermənistan Müdafiə Nazirliyi ictimaiyyəti qurum tərəfindən açıqlanan rəsmi məlumatlara əsaslanmağa çağırıb.

    Mənbə: Ermənistan KİV

  • Azərbaycanda universitetin baş müəllimi vəfat etdi

    Naxçıvan Müəllimlər İnstitutunun İncəsənət kafedrasının baş müəllimi, NDU-nun “Təsviri incəsənət” kafedrasının dosenti Mahir Xəlilov vəfat edib.

    O, uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

    Qeyd edək ki, M.Xəlilov 2010-cu ildən Azərbaycan Rəssamlar İttifaqının üzvü idi.

  • Həbsdə olan generalın müraciəti geri qaytarıldı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

    Median.Az  APA-ya istinadən xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinin geri qaytarıldığı bildirilib.

    Buna səbəb kimi onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi göstərilib. Qeyd olunub ki, qanuna əsasən, ciddi rejimli müəssisədən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə mümkün deyil.

    Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

    E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin yeddi milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

  • Həbsdə olan generalın müraciəti geri qaytarıldı

    Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı məhkəməyə müraciət edib.

    Median.Az  APA-ya istinadən xəbər verir ki, bu gün Xəzər rayon Məhkəməsində keçirilən prosesdə Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi ilə bağlı müraciətinin geri qaytarıldığı bildirilib.

    Buna səbəb kimi onun ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkməsi göstərilib. Qeyd olunub ki, qanuna əsasən, ciddi rejimli müəssisədən məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmə mümkün deyil.

    Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib.

    E.Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin yeddi milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib.

  • İsrail HƏMAS-a bir həftə vaxt verdi

    İsrail radikal HƏMAS qruplaşmasına Qəzza zolağında atəşkəs təklifini qəbul etmək üçün bir həftə vaxt verib, əks halda SAXAL Rəfahda hərbi əməliyyata başlayacaq.

    Həmçinin qeyd olunur ki, HƏMAS nümayəndə heyəti İsrail tərəfi ilə atəşkəslə bağlı danışıqları başa çatdırmaq üçün Qahirəyə gedəcək.

    Bundan əvvəl İsrail və Misir rəsmilərinə istinadən verilən məlumata görə, İsrail Fələstinin HƏMAS qruplaşması ilə atəşkəs və girovların mübadiləsinə dair danışıqlar aparmaq üçün yaxın günlərdə Qahirəyə nümayəndə heyəti göndərməyə hazırdır.

  • Ərdoğan: “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”

    “Türkiyə siyasətində yumşalma prosesinə başlamaq istəyirəm”.

    Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan onu ziyarət edən müxalifət lideri Özgür Özəllə görüşdən sonra deyib.

    “Cənab Özələ dedim ki, ilk fürsətdə cavab səfəri edəcəyəm. İstəyirəm ki, ilk fürsətdə bu səfəri həyata keçirim və Türkiyədə siyasətin yumşalma prosesinə başlayaq”, – deyə Ərdoğan bildirib.

    Ölkə liderinin sözlərinə görə, Türkiyənin buna ehtiyacı var.

    Ərdoğan dünən uzun müddətdən sonra ilk dəfə Cümhuriyyət Xalq Partiyasının (CHP) başqanı Özellə qapalı görüş keçirib. Türkiyə prezidentinin sözlərinə görə, ölkə siyasəti daha yumşaq dövrə daxil olub.

    Mənbə: TRT Haber

  • Boris Conson özünün gətirdiyi qadağaya görə səs verə bilmədi

    Böyük Britaniyanın keçmiş baş naziri Boris Conson şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim etmədiyi üçün yerli özünü idarə etmə orqanlarına keçirilən seçkilərə buraxılmayıb.

    Qeyd olunur ki, B.Conson səsini ailəsi ilə birlikdə yaşadığı evinin qeydiyyatda olduğu Cənubi Oksfordşirdə yerləşən seçki məntəqəsində vermək istəyib.

    Lakin komissiyanın rəhbəri seçki qanunvericiliyində olan tələbi əsas gətirərək Boris Consonu seçki məntəqəsinə buraxmayıb.

    Nəticədə Boris Conson evə qayıtmaq məcburiyyətində qalıb və yalnız şəxsiyyətini təsdiq edən sənədlə fotoşəklini təqdim edəndən sonra məntəqəyə buraxılıb.

    Maraqlı məqam isə ondan ibarətdir ki, seçkilərdə iştirak etmək üçün şəxsiyyət vəsiqəsindən əlavə fotoşəkilin də təqdim edilməsi məhz Boris Conson hökuməti tərəfindən 2022-ci ildə seçki tələblərinə salınıb.

  • Нуман Куртулмуш: Резолюция Нацассамблеи Франции – серьезное обвинение, которого Турция не заслуживает

    Резолюция Национальной ассамблеи Франции противоречит историческим реалиям, подобные документы лишь пятнают репутацию парламентов.

    Об этом говорится в письме спикера парламента Турции Нумана Куртурлмуша председателю Национальной ассамблеи Франции Яэль Браун-Пиве касательно принятой французскими законодателями 29 апреля предвзятой резолюции об ассирийцах и халдеях.

    Куртулмуш выразил сожаление тем, что Национальная ассамблея приняла данную необоснованную резолюцию на фоне попыток Анкары наладить парламентские связи с Парижем.

    “Это серьезное и не соответствующее историческим реалиям обвинение, которого Турция не заслуживает. Вызывает сожаление и то, что в данном документе в очередной раз повторяются необоснованные с исторической и правовой точек зрения заявления касательно событий 1915 года в Османской империи”, – говорится в письме.

    Куртулмуш подчеркнул, что законодательные органы должны прилагать усилия для развития дружественных отношений между различными народами, а не порождать враждебность, искажая при этом исторические события.

    “Подобные резолюции, опровергающие исторические факты или выдвигающие огульные обвинения в геноциде, несмотря на то, что в международном праве есть четкое определение этого понятия, пятнают репутацию парламентов. Политизация истории и избирательная, предвзятая и искаженная интерпретация событий прошлого лишь создают почву для экстремизма, дискриминации, религиозной нетерпимости и ксенофобии”, – говорится в письме.
    //reprt

  • Numan Kurtulmuş: Fransa Milli Assambleyasının qərarı Türkiyənin layiq olmadığı ciddi ittihamdır

    Fransa Milli Assambleyasının qətnaməsi tarixi reallıqlarla ziddiyyət təşkil edir, belə sənədlər yalnız parlamentlərin reputasiyasını ləkələyir.

    Bu barədə Türkiyə parlamentinin sədri Numan Kurtulmuşun Fransa Milli Assambleyasının sədri Yael Braun-Piveyə aprelin 29-da fransalı qanunvericilərin assurlar və keldanilərlə bağlı qəbul etdiyi qərəzli qətnamə ilə bağlı yazdığı məktubda deyilir.

    O, Ankaranın Parislə parlament əlaqələri qurmaq cəhdləri fonunda Milli Assambleyanın bu əsassız qətnaməni qəbul etməsindən təəssüfləndiyini bildirib:

    “Bu, tarixi həqiqətlərə uyğun gəlməyən, Türkiyənin layiq olmadığı ciddi ittihamdır. Bu sənəddə 1915-ci ildə Osmanlıda baş vermiş hadisələrlə bağlı tarixi və hüquqi baxımdan əsassız olan bəyanatların növbəti dəfə təkrarlanması təəssüf hissi doğurur”.

    N.Kurtulmuş vurğulayıb ki, qanunverici orqanlar tarixi hadisələri təhrif edərək düşmənçilik yaratmamalı, əksinə, müxtəlif xalqlar arasında dostluq əlaqələrinin inkişafı üçün səy göstərməlidirlər:

    “Beynəlxalq hüquqda bu anlayışın dəqiq tərifinin olmasına baxmayaraq, tarixi faktları təkzib edən və ya soyqırımı ittihamları irəli sürən bu cür qətnamələr parlamentlərin reputasiyasına xələl gətirir. Tarixin siyasiləşdirilməsi, keçmiş hadisələrin seçmə, qərəzli və təhrif olunmuş şərhi yalnız ekstremizm, ayrı-seçkilik, dini dözümsüzlük və ksenofobiya üçün zəmin yaradır”.
    //report

  • Tibb işçilərinin maaşı ilə bağlı yeni qərar

    Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə görə verilən əlavə haqqın miqdarı dəyişib.

    Qaynarinfo xəbər verir ki, bu, Nazirlər Kabinetinin qərarı ilə “Büdcədən maliyyələşdirilən səhiyyə işçilərinin əməyinin ödənilməsi sistemi, növləri və məbləği”ndə edilən dəyişiklikdə əksini tapıb.

    Qərara əsasən, Tibb müəssisələrinin işçilərinə gecə vaxtı yerinə yetirilən işə (cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində çalışanlar istisna olmaqla) və çoxnövbəli iş rejiminə görə əlavə haqq “Gecə vaxtı yerinə yetirilən iş, habelə çoxnövbəli iş rejiminə görə əmək haqqı həddinin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 5 aprel tarixli 74 nömrəli Qərarına əsasən ödəniləcək.

    Tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə vaxtı yerinə yetirilən işin hər saatına görə əlavə haqq aşağıdakı qaydada ödənilir:

    a) həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən avtonəqliyyat müəssisə-

    lərinin və başqa təşkilatların ştatında olan) – saatlıq vəzifə (tarif) maaşının 50 faizi miqdarında;

    b) digər işçilərinə – vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə ödəniləcək.

    İndiyə qədər tibb müəssisələrinin bilavasitə cərrahlıq, reanimasiya, mamalıq, ginekologiya və təcili yardım sahələrində (bölmə, şöbə, stansiya, kabinet və s.) gecə işlərinə cəlb edilən həkim, orta və kiçik tibb heyəti işçilərinə, eləcə də sanitar avtomobillərinin sürücülərinə (o cümlədən, avtonəqliyyat müəssisələrinin və başqa təşkilatların ştatında olan) gecə vaxtında yerinə yetirilən işin hər saatına görə saatlıq vəzifə (tarif) maaşının 50 faizi, digər işçilərinə isə vəzifə (tarif) maaşının 35 faizi miqdarında əlavə haqq ödənilirdi.

    Tibb müəssisələrinin gecə vaxtı yerinə yetirilən işlərə cəlb edilən digər işçilərinə, habelə çoxnövbəli iş rejimində çalışan işçilərinə gecə vaxtı və çoxnövbəli iş rejiminə görə əlavə haqq qüvvədə olan mövcud qanunvericiliyə əsasən ödənilirdi.