Month: May 2024

  • Uşaqlara görə erkən pensiya hüququ yaranan şəxslər nə etməlidirlər?

    Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanunu təsdiq edib.

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, “Əmək pensiyaları haqqında” Qanunun 8-ci maddəsinə edilən yeni dəyişiklik uşaqlara görə güzəştli şərtlərlə (pensiya yaş həddi 5 il azaldılmaqla) pensiya hüququ olan şəxslərə də pensiyanın proaktiv təyin edilməsinə imkan yaradacaq.

    Bu vaxta qədər 5 və daha çox uşağı olan şəxslərə güzəştli şərtlərlə pensiya təyinatı üçün Qanunda həmin uşaqların səkkiz yaşınadək onlar tərəfindən tərbiyə etmə və böyütmə tələb olunurdu. Bu fakt da yalnız vətəndaşın təqdim etdiyi arayış əsasında təsdiq edilirdi.

    Yeni dəyişikliklə artıq bu tələb aradan qalxıb və bu pensiya növünün də proaktiv təyinatına artıq maneə qalmır.

    Eyni zamanda, Qanunun 8.1-ci maddəsində göstərilir ki, qadınlar öz uşaqlarından əlavə övladlığa və ya qəyyumluğa uşaq götürüb 8 yaşınadək tərbiyə etdikdə və uşaqların sayı öz uşaqları ilə birlikdə 5 və ya daha çox olduqda onların da 5 il erkən pensiya hüququ var. Yeni dəyişikliklə övladlığa və ya qəyyumluğa götürülən həmin uşaqların yalnız valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqlar olması şərti ilə bu hüquq yaranacaq.

    Həmçinin əlilliyi müəyyən edilmiş uşağı olan valideynlərlə yanaşı, əlilliyi müəyyən edilmiş uşağı 8 yaşınadək övladlığa və ya qəyyumluğa götürmüş şəxslərə də uşaqlara görə güzəştli şərtlərlə pensiya hüququ veriləcək.

    Bu da övladlığa və qəyyumluğa götürülməyə ehtiyacı olan, müvafiq dövlət müəssisələrində yerləşdirilmiş uşaqların ailə qayğısı ilə əhatə olunmasını stimullaşdırmaq məqsədi daşıyır.

    Eləcə də bu vaxtadək ana vəfat etdiyinə və ya valideynlik hüququndan məhrum edildiyinə, yaxud ana ilə nikaha xitam verildiyinə görə 5 və daha çox uşağını və ya əlilliyi müəyyən edilmiş uşağını növbəti nikah bağlamadan, təkbaşına səkkiz yaşınadək böyüdən atalara 5 il erkən pensiyaya çıxmaq hüququ verilirdi.

    Yeni dəyişiklik həmin atalara artıq növbəti nikaha daxil olduqları halda da bu hüququn şamil olunmasını nəzərdə tutur.

  • Məmurun təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edildi

    Gədəbəy rayonu, Maarif kəndində Dövlət Əmlak Xidmətinin vəzifəli şəxsinin təzyiqinin qalxmasına səbəb olan şəxs həbs edilib.

    Qaynarinfo-nun məlumatına görə, DƏX-nin regional idarəsinin vəzifəli şəxsi, mütəxəssis İlqar Məmmədov Gədəbəy Rayon İcra və Probasiya Şöbəsinin sorğusuna əsasən icra işi ilə əlaqədar ölçmə işlərinin aparılması üçün Şəmkir rayonundan Maarif kəndinə gedib.

    Ölçmə işləri aparmaq istəyən zaman 1980-ci il təvəllüdlü kənd sakini, özünü mübahisəli ərazinin sahibi kimi təqdim edən şəxs Zamin Ədilov (ad-soyad şərti) İlqar Məmmədovla mübahisə etməyə başlayıb, onu nalayiq söyüşlərlə söyüb, şərəf və ləyəqətini alçaldıb. Əsəbiləşən İlqar Məmmədovun təzyiqi qalxıb və təcili tibbi yardım göstərilməsi zərurəti yaranıb.

    Onun şikayəti əsasında həmin şəxs saxlanılıb, barəsində İnzibati Xətlar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə məmur saxlanılan şəxsdən şikayətçi olduğunu, onun barəsində həbslə əlaqədar olan inzibati tənbeh verilməsini xahiş edib.

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs 10 gün müddətində həbs edilib.

  • Gürcüstan Prezidenti ofşor şirkətlərlə bağlı vergi güzəştlərini nəzərdə tutan qanuna veto qoyub

    Gürcüstan Prezidenti ofşor şirkətlərdən aktivlərini çıxararkən vergi güzəştləri haqqında qanuna veto qoyub.

    Salome Zurabişvilinin şərhləri artıq qanunverici orqana göndərilib.

    Gürcüstan parlamenti aprelin 19-da vergi güzəştləri haqqında qanun qəbul edib.
    //report

  • Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub

    Mircamal Mircəlal oğlu Həşimov Sabirabad rayon təhsil sektoruna yeni müdir təyin olunub.

    Bununla bağlı müvafiq əmr imzalanıb.

    Qeyd edək ki, M.Həşimov bu təyinatadək Sabirabad şəhər 6 nömrəli tam orta məktəbin direktoru vəzifəsində çalışıb.

  • Великобритания ввела санкции в отношении двух ультраправых израильских организаций

    Правительство Великобритании внесло в санкционные списки израильские ультраправые организации “Лехава” и “Ноар ха-гваот” за призывы к насилию в отношении палестинцев, проживающих на Западном берегу реки Иордан.

    Об этом говорится в заявлении МИД Соединенного Королевства.

    Под санкции также попали четверо израильских активистов.

    Введенные санкции предполагают арест счетов указанных организаций, а также запрет на въезд физических лиц в Соединенное Королевство.

  • Britaniya iki ifrat sağçı İsrail təşkilatına sanksiya tətbiq edib

    Böyük Britaniya hökuməti İordan çayının qərb sahilində yaşayan fələstinlilərə qarşı zorakılıq çağırışı etdiyi üçün İsrailin ifrat sağçı “Lehava” və “Noar Haqvaot” təşkilatlarına sanksiya tətbiq edib.

    Bu barədə Böyük Britaniya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

    Məlumata görə, dörd israilli fəal da sanksiyaya məruz qalıb.

    Tətbiq olunan sanksiyalar bu təşkilatların hesablarına həbs qoyulmasını, habelə fiziki şəxslərin Britaniyaya girişinə qadağa qoyulmasını nəzərdə tutur.

  • В Баку выросли цены на недвижимость

    В прошлом месяце цены на квартиры в Баку выросли в среднем на 1,34% по сравнению с мартом.

    Об этом Report сообщил председатель Общества оценщиков Азербайджана Вугар Орудж.

    По его словам, это на 12,9% больше, чем за соответствующий период прошлого года.

    Он сообщил, что на вторичном рынке жилья зафиксировано повышение цен на квартиры в новостройках (за 1 кв. м) на 1,54% за месяц и на 12,3% за год, а в старых зданиях (за 1 кв. м) – на 1,27% за месяц и на 9% за год:

    “Объем портфеля предложений на рынке вырос на 2,4% за месяц и на 17,8% за год. На первичном рынке жилья цены (за 1 кв. м) выросли на 1,2% за месяц и на 17,3% за год. Есть регионы, где рост цен на квартиры выше среднего уровня. Например, в Наримановском и Хатаинском районах зафиксирован рост от 20% до 25%. Количество предложений на рынке выросло на 0,9% за месяц и на 24,1% за год”.

    В.Орудж также отметил, что на рынке аренды квартир зафиксировано снижение цен (за 1 кв. м) на 1,5% за месяц и повышение на 10,6% за год. Количество предложений по аренде квартир выросло на 2,9% за месяц и на 21,8% за год.

  • Ötən ay Bakının əmlak bazarında qiymətlər artıb

    Ötən ay Bakının daşınmaz əmlak bazarının mənzil seqmentində qiymətlər mart ayı ilə müqayisədə müvafiq olaraq ortalama 1,34 % artıb.

    Bu barədə Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Oruc “Report”a bildirib.

    Onun sözlərinə görə, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 12,9 % çoxdur.

    O bildirib ki, paytaxtın təkrar mənzil bazarında yeni tikililərdə mənzillərin (1 kvadrat metrə görə) qiymətində ay ərzində 1,54 %, il ərzində 12,3 % artım, köhnə tikililərdə isə mənzillərin qiymətində (1 kvadrat metrə görə) ay ərzində 1,27 %, il ərzində 9 % artım qeydə alınıb: “Bazarda təklif portfelinin həcmi ay ərzində 2,4 %, il ərzində 17,8 % yüksəlib. İlkin mənzil bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ötən ayla müqayisədə 1,2 %, il ərzində 17,3 % artım müşahidə edilib. Elə rayonlar var ki, mənzillərin qiyməti orta həddin üstündə artıma məruz qalıb. Məsələn, Nərimanov və Xətai rayonlarına 20 % – 25 %-ə kimi artım qeydə alınıb. Bazarda təklif sayı ay ərzində 0,9 %, il ərzində isə 24,1 % artıb”.

    V.Oruc deyib ki, mənzillərin kirayəsi bazarında qiymətlərdə (1 kvadrat metrə görə) ay ərzində 1,5 % azalma, 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə isə 10,6 % artım qeydə alınıb. Mənzillərin kirayəsi üzrə təklif sayı ay ərzində 2,9 %, il ərzində isə 21,8 % artıb.

  • У берегов Филиппин произошло землетрясение магнитудой 5,9

    Землетрясение магнитудой 5,9 зафиксировано у побережья Филиппин.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил Европейско-средиземноморский сейсмологический центр.

    По его данным, эпицентр находился в 63 км к юго-востоку от города Таклобан (остров Лейте), где проживают 242 тыс. человек. Очаг залегал на глубине 94 км.

    Информации о пострадавших и разрушениях не поступало. Угроза цунами не объявлялась.

  • Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib

    Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

    Məlumata görə, yeraltı təkanların episentri 242 min nəfərin yaşadığı Takloban şəhərindən (Leyte adası) 63 kilometr cənub-şərqdə yerləşib. Zəlzələ ocağı 94 kilometr dərinlikdə olub.

    İtki və dağıntılar barədə məlumat daxil olmayıb. Sunami təhlükəsi elan edilməyib.