Month: May 2024

  • Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək

    Bakıda ilk dəfə güləş üzrə U-23 Avropa çempionatı keçiriləcək.

    “Report” Azərbaycan Güləş Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 2022-ci ildə Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin qəbul etdiyi qərara əsasən, bu yaş qrupu üzrə qitə birinciliyinə ölkəmiz ev sahibliyi edəcək.

    32 ölkədən 400-ə yaxın idmançının qatılacağı yarış mayın 20-dən 26-dək Bakı İdman Sarayında baş tutacaq.

    Proqrama əsasən, çempionata yunan-Roma güləşçiləri start verəcəklər. Onlar estafeti qadın güləşçilərə ötürəcək. Yarışa sərbəst güləşçilər yekun vuracaq.

    Qeyd edək ki, görüşlər hər gün saat 10:30-da start götürəcək. Avropa çempionatının təntənəli açılış mərasimi mayın 20-də, saat 17:00-da başlayacaq.

  • МИД Азербайджана поздравил Польшу с Днем Конституции

    Министерство иностранных дел Азербайджана поздравило Польшу с Днем Конституции.

    Поздравление опубликовано на странице ведомства в соцсети “Х”.

    ” Поздравляем дружественный народ Польши с Днем Конституции!”, – говорится в публикации.

  • Azərbaycan XİN Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib

    Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Polşanı Konstitusiya Günü münasibətilə təbrik edib.

    Təbrik qurumun “X” sosial şəbəkəsindəki hesabında paylaşılıb.

    “Dost Polşa xalqını Konstitusiya Günü münasibətilə təbrik edirik!”, – paylaşımda qeyd edilib.

  • МИД Грузии ответил Франции: Ваши заявления необъективны

    Министерство иностранных дел (МИД) Грузии ответило на заявление Министерства Европы и иностранных дел Франции по поводу акций протеста в Тбилиси.

    Как сообщает грузинское бюро Report, официальный Тбилиси обвинил МИД Франции в необъективности.

    В заявлении МИД соседней страны отмечается, что свобода собраний и выражения мнений обеспечивается в Грузии на самом высоком уровне: “Соответственно, несмотря на то, что связанные с политической оппозицией и финансируемые из-за границы насильственные группы осуществляли масштабное насилие против зданий государственных институтов и правоохранительных структур, грузинские правоохранители, за исключением нескольких досадных инцидентов, действовали в соответствии с самыми высокими стандартами прав человека. Мы приветствуем то, что вы внимательно следите за развитием событий в Грузии. Однако сожалеем, что вашему заявлению не хватает объективности”.

    Напомним, что Министерство Европы и иностранных дел Франции вчера распространило заявление, в котором отметило, что Грузия должна продолжать усилия по сближению с Евросоюзом в соответствии с пожеланиями своего населения.

    В заявлении говорится, что Франция с обеспокоенностью следит за ситуацией в Грузии, осуждает насилие и призывает власти защитить право на мирный протест.

  • Gürcüstan XİN Fransaya cavab verib: Qeyri-obyektivsiniz

    Gürcüstan Xarici İşlər Nazirliyi (XİN) Fransanın Avropa və Xarici İşlər Nazirliyinin Tbilisidəki etiraz aksiyaları ilə bağlı bəyanatına cavab verib.

    Rəsmi Tbilisi Fransa XİN-i qeyri-obyektivlikdə günahlandırıb.

    Bəyanatda qeyd olunub ki, Gürcüstan toplaşmaq və ifadə azadlığının ən yüksək səviyyəsinə malikdir. Lakin müəyyən qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı irimiqyaslı zorakılıqlar həyata keçirib.

    “Fransa Xarici İşlər Nazirliyinin hüquq-mühafizə orqanlarının Tbilisidəki kütləvi toplantılara reaksiyası ilə bağlı bəyanatına cavab vermək istərdik. Gürcüstanda sərbəst toplaşmaq və ifadə azadlığı ən yüksək səviyyədə təmin edilir. Beləliklə, siyasi müxalifətə bağlı və xaricdən maliyyələşən zorakı qruplar hökumət binalarına və hüquq-mühafizə orqanlarına qarşı genişmiqyaslı zorakılıqlar həyata keçirsələr də, Gürcüstan hüquq-mühafizə orqanları bir neçə xoşagəlməz hadisə istisna olmaqla, ən yüksək insan haqları standartlarına uyğun hərəkət edib.

    Sizi Gürcüstandakı hadisələri yaxından izləməyə dəvət edirik. Bununla belə, bəyanatınızda obyektivlik olmadığı üçün təəssüf edirik”, – Gürcüstan XİN-dən vurğulanıb.

    Xatırladırıq ki, Fransanın Avropa və Xarici İşlər Nazirliyi dünən bəyanat yayaraq Gürcüstanın əhalinin istəklərinə uyğun olaraq Avropa İttifaqı ilə yaxınlaşma istiqamətində səylərini davam etdirməli olduğunu qeyd edib.

    “Fransa Gürcüstandakı vəziyyəti narahatlıqla izləyir. O, “Xarici təsirin şəffaflığı haqqında” sənədin müzakirəsindən sonra nümayişçilərə qarşı zorakılığın tətbiqini pisləyir. Gürcüstan öz əhalisinin istəklərinə uyğun olaraq Avropa İttifaqına yaxınlaşmaq üçün səylərini davam etdirməlidir”, – deyə Fransa XİN-dən qeyd olunub.
    //report

  • Futzal üzrə Azərbaycan Kubokunun final oyununa təyinatlar açıqlanıb

    Futzal üzrə Azərbaycan kubokunun final oyununa təyinatlar açıqlanıb.

    Bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidməti məlumat yayıb.

    Matçı FİFA referiləri idarə edəcək.

    Azərbaycan Kuboku

    Final

    7 may

    14.00. Araz-Naxçıvan – Baku Fire

    Hakimlər: Əli Cəbrayılov, Hikmət Qafarlı, Kənan Məlikov.
    Hakim-inspektor: Ramiz Əsədov.
    Bakı İdman Sarayı

  • Турция совершенствует законодательную базу для создания в стране газового хаба

    Турецкий парламент принял законопроект, позволяющий продавать импортируемый республикой природный газ в сжиженном виде.

    Об этом сообщил телеканал Sözcü.

    Законопроект был направлен в парламент в январе.

    Отмечается, что принятие документа позволит создать предприятия по сжижению природного газа, импортируемого Турцией, и укрепить законодательную базу по ее превращению в международный центр торговли газом.

  • Türkiyə parlamenti idxal edilən qazın LNG formasında satışını dəstəkləyib

    Türkiyə parlamenti ölkənin idxal etdiyi təbii qazın mayeləşdirilmiş formada satışına icazə verən qanun layihəsini qəbul edib.

    Bu barədə “Sözcü” telekanalı məlumat yayıb.

    Qanun layihəsi yanvarda parlamentə göndərilib.

    Qeyd olunub ki, onun qəbulu Türkiyənin idxal etdiyi təbii qazın mayeləşdirilməsi üzrə müəssisələrin yaradılmasına və onun beynəlxalq qaz ticarət mərkəzinə çevrilməsi üçün qanunvericilik bazasının gücləndirilməsinə imkan verəcək.

  • Bakıda və Abşeron yarımadasında küləyin sürəti 22 m/s-dək güclənib

    Mayın 3-ü saat 16:00-a olan məlumata əsasən, şimal-qərb küləyi Bakıda və Abşeron yarımadasında 22 m/s, Şirvanda 20 m/s, Naftalanda 16 m/s-dək güclənib.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 2.3 mertdir.

    Naxçıvan, Şərur, Şahbuz, Culfa, Ordubad, Daşkəsən, Gədəbəy, Göygöl, Gəncə, Şəmkir, Tovuz, Balakən, Zaqatala, Şəki, Mingəçevir, Qaxda arabir yağış yağıb.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 20, Naxçıvan MR-da 17, Aran rayonlarında 26, dağlıq rayonlarda 9 dərəcəyədək isti olub.

  • “Real Madrid”in futbolçusu Messi ilə komanda yoldaşı olacaq

    “Real Madrid” klubunun təcrübəli müdafiəçisi yeni mövsümdən etibarən Messinin komanda yoldaşı olacaq.

    Məlumata görə, “Kral” klubunun 34 yaşlı müdafiəçisi Naço Fernandes üçün təklif göndərən “İnter Mayami” klubuna müsbət cavab verilib.

    Tərəflər arasında razılıq əldə olunduğundan Naçonun yeni mövsümdə “İnter Mayami” klubuna keçəcəyi dəqiqləşib.

    Qeyd edək ki, 2012-ci ildən “Real Madrid” klubunda çıxış edən Naçonun müqavilə müddəti mövsümün sonunda başa çatacaq.

    Mənbə: Marca.com