Month: May 2024

  • Aİ minalardan təmizləmə üçün Azərbaycana əlavə 2 milyon avro ayıracaq

    “Avropa İttifaqı (Aİ) minalardan təmizlənmə üçün Azərbaycana əlavə 2 milyon avro ayırmağı planlaşdırır”.

    “Report” xəbər verir ki, bu barədə Avropa Komissiyasının Genişlənmə və Qonşuluq Siyasəti üzrə Baş direktoru Qert Yan Kopmanın Bakıda keçirilən “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.

  • Прокурор: Принятие решения в отношении Ахмеда Ахмедова зависит от заключения экспертизы

    Продолжается расследование уголовного дела Ахмеда Ахмедова, задержанного за убийство пяти членов своей семьи.

    Как передает АПА, об этом заявил журналистам прокурор Хатаинского района Сардар Иманов.

    “В настоящее время по данному делу продолжается расследование. Получено заключение предварительной экспертизы. Назначена дополнительная комиссионная психиатрическая экспертиза. В зависимости от заключения экспертизы будет принято объективное и справедливое решение”, – заявил С.Иманов.

    По словам прокурора, Ахмед Ахмедов в настоящее время находится в СИЗО.

    Напомним, 13 февраля в Баку были убиты Мехман Ахмедов (1972 г.р.), Бике Ахмедова (1977 г.р.) и их сын (2015 г.р.). Подозреваемый в убийстве Ахмед Ахмедов (1999 г.р.) был задержан сотрудниками полиции. После этого возникли обоснованные подозрения в том, что А.Ахмедов таким же образом расправился со своей сестрой Эльмирой Ахмедовой и ее пятилетней дочерью.

    По данному факту в прокуратуре Хатаинского района возбуждено уголовное дело по статьям 120.2.4 (умышленное убийство, совершенное с особой жестокостью или общеопасным способом) и 120.2.7 (умышленное убийство двух и более лиц) Уголовного кодекса АР.

  • Ailəsinin beş üzvünü qətlə yetirən Əhməd Əhmədov hazırda harada saxlanılır?

    Ailəsinin beş üzvünün qətlinə görə saxlanılan Əhməd Əhmədovun cinayət işi üzrə istintaq davam edir.

    APA xəbər verir ki, bunu Xətai rayon prokuroru Sərdar İmanov jurnalistlərə açıqlamasında deyib:

    “Hazırda həmin iş üzrə istintaq davam edir. İlkin ekspertiza rəyi alınıb. Əlavə komission psixiatriya ekspertizası təyin edilib. Ekspertizanın rəyindən asılı olaraq obyektiv ədalətli qərarın qəbul edilməsi təmin ediləcək”.

    Prokuror Əhməd Əhmədovun hazırda istintaq təcridxanasında saxlandığını deyib.

    Qeyd edək ki, fevral ayının 13-də 5 nəfər ailə üzvünün qəsdən öldürülməsinə dair Xətai rayon prokurorluğunda istintaq edilən cinayət işi üzrə təqsirləndirilən şəxs Əhməd Əhmədovun barəsində təyin olunmuş komission məhkəmə-psixiatrik ekspertizasının 4 aprel 2024-cü il tarixli rəyinə əsasən, o cinayət əməlini törədən zaman anlaqsız vəziyyətdə olub. İstintaq orqanı tərəfindən təqsirləndirilən şəxs Ə.Əhmədovun cinayətin törədildiyi anda psixi vəziyyətinin yenidən müayinə olunması üçün 5 aprel 2024-cü il tarixdə təkrar komission məhkəmə-psixiatrik ekspertizası təyin olunub və o, məhkəmənin qərarı ilə tibb müəssisəsinə yerləşdirilib.

    Xatırladaq ki, bu il fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı atası – 1972-ci il təvəllüdlü Mehman Əhməd oğlu Əhmədovu, anası – 1977-ci il təvəllüdlü Pikə Bədəl qızı Əhmədovanı və qardaşı 2015-ci il təvəllüdlü Məhəmməd Mehman oğlu Əhmədovu, bundan əvvəl başqa bir ünvanda isə bacısı – 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.

  • В Зангилане пройдет международное мероприятие, посвященное минной проблеме

    Международное сотрудничество играет важную роль в разминировании.

    Как передает Report, об этом заявил помощник Президента Азербайджана – заведующий отделом по вопросам внешней политики Администрации главы государства Хикмет Гаджиев в ходе мероприятия “Инициатива Европейской команды по разминированию в Азербайджане”.

    Он поблагодарил Европейский союз за внимание к минной проблеме Азербайджана.

    “Минная проблема возникла в результате 30-летней оккупации со стороны Армении. Мины создают проблему и для возвращения вынужденных переселенцев на свои территории. Бесчисленное количество мин, установленных Арменией, является большой проблемой для возвращения 800 000 вынужденных переселенцев на свои родные земли и в плане осуществления гуманитарной деятельности”, – сказал Х.Гаджиев.

    Он отметил, что в этой сфере важна поддержка международного сообщества.

    “В мае 2024 года в Зангилане планируется проведение международного мероприятия, посвященного минной проблеме”, – добавил дипломат.

  • Zəngilanda mina probleminə həsr edilən beynəlxalq tədbir keçiriləcək

    “Minalardan təmizləmə baxımından beynəlxalq əməkdaşlıq vacibdir”.

    “Report” xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “Avropa komandasının mina əleyhinə təşəbbüsü” adlı tədbirdə deyib.

    O qeyd edib ki, Avropa İttifaqına Azərbaycanın mina probleminə önəm verdiyinə görə təşəkkür edib:

    “Həqiqətən də 30 il ərzində Ermənistan işğalı nəticəsində əmələ gələn problemdir. Qlobal miqyasda Azərbaycan minalanmış ərazilərinə görə ön sıradadır. Bu, məcburi köçkünlərin ərazilərinə qayıtmasına da problem yaradır. Ermənistanın basdırdığı saysız minalar 800 min məcburi köçkünün ərazisinə qayıtması və humanitar fəaliyyət baxımında böyük problemdir”, – o deyib.

    H.Hacıyev qeyd edib ki, beynəlxalq ictimaiyyətin köməyi bu sahədə vacibdir:

    “2024-cü il mayda Zəngilanda mina ilə bağlı beynəlxalq tədbirin keçirilməsi planlaşdırılır. Mədəni irsimizə də mina problemi nəticəsində ciddi problem dəyib”.

  • Мировые цены на нефть

    Мировые цены на нефть повышаются.

    Июньские фьючерсы на марку WTI подорожали на 0,63% – до 79,5 доллара за баррель, июльские на Brent – на 0,65%, до 83,98 доллара за баррель.

    Источник: Bloomberg

  • Dünya bazarında neft qiymətləri artıb

    Dünya bazarında neft qiymətləri artıb.

    Belə ki, WTI markalı neftin iyun füçersləri 0,63% artaraq bir barelinin qiyməti 79,50 ABŞ dolları olub.

    “Brent” markalı neftin iyul füçersləri isə 0,65% artaraq bir barelinin qiyməti 83,98 ABŞ dolları təşkil edib.

    Mənbə: Bloomberg

  • Ötən gün Azərbaycanda 20 kiloqram narkotik aşkarlanıb

    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə mayın 2-də ümumi çəkisi 20,3 kiloqramdan artıq narkotik vasitə aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, qanunsuz dövriyyədən çıxarılan narkotik vasitələrin 19,5 kiloqramdan artığı marixuana, qalanı isə heroin, tiryək və metamfetamin, həmçinin 130 ədəd metadon həbi olub.

  • Президент Ильхам Алиев принял министра энергетики Саудовской Аравии – ФОТО

    3 мая Президент Азербайджанской Республики Ильхам Алиев принял министра энергетики Королевства Саудовская Аравия принца Абделя Азиза бен Салмана аль-Сауда.

    Как сообщает АЗЕРТАДЖ, на встрече было отмечено, что дружественные отношения между Азербайджаном и Королевством Саудовская Аравия успешно развиваются в различных направлениях, в том числе в энергетической сфере.

    В ходе беседы была подчеркнута важность сотрудничества наших стран в рамках ОПЕК+.

    Было отмечено, что осуществляется успешное сотрудничество между Азербайджаном и ведущей компанией Королевства Саудовская Аравия – ACWA Power в области возобновляемой энергетики в нашей стране, и в этой сфере имеется хороший потенциал.

    На встрече было затронуто значение проведения COP29 (29-я сессия Конференция сторон Рамочной конвенции ООН об изменении климата – ред.) в Азербайджане.


  • Prezident İlham Əliyev Səudiyyə Ərəbistanının energetika nazirini qəbul edib – FOTO

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Səudiyyə Ərəbistanı Krallığının energetika naziri Şahzadə Əbdüləziz bin Salman Əl Səudu qəbul edib.

    AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığı arasında dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə, o cümlədən enerji sahəsində uğurla inkişaf etdiyi bildirilib.

    Söhbət zamanı ölkələrimizin OPEC+ çərçivəsində əməkdaşlığının önəmi vurğulanıb.

    Azərbaycan ilə Səudiyyə Ərəbistanı Krallığının aparıcı “ACWA Power” şirkəti arasında ölkəmizdə bərpaolunan enerji sahəsində uğurlu əməkdaşlığın həyata keçirildiyi qeyd edilib və bu sahədə yaxşı potensialın olduğu bildirilib.

    Görüşdə COP29-un Azərbaycanda keçirilməsinin əhəmiyyətinə toxunulub.