Month: May 2024

  • “Red Bull”da daha bir ayrılıq yaşana bilər

    “Red Bull” komandası təcrübəli pilotunu itirə bilər.

    Məlumata görə, “Red Bull”un təcrübəli pilotu Maks Ferstappen bu mövsümü başa vurduqdan sonra komanda ilə yolları ayıra bilər.

    Niderlandlı pilot komandanın əsas texniki mütəxəssisi Edrian Nyuinin ayrılığından sonra komandada qalıb-qalmayacağı ilə bağlı düşüncədə olduğunu bildirib.

    Qeyd edək ki, “Red Bull” komandasının Ferstappenlə müqaviləsi 2028-ci ildə başa çatmalıdır, amma onu müəyyən şərtlər daxilində vaxtından əvvəl pozmaq mümkündür, ona görə də komanda sürücünü saxlamaq üçün yeni şərtlər təzə müqavilə təklif etmək barədə düşünür.

    Mənbə: Marca.com

  • Azərbaycanlı aparıcıya ağır itki

    İTV-nin “Xəbərlər” proqramının aparıcılığından ayrılıb, ARB TV -də “Maqazin Plus” proqramında aparıcılığa başlayan Zümrüd Şahovaya ağır itki üz verib.

    Median.Az showclab-a istiandən xəbər verir ki, teleaparıcının ötən gün atası dünyasını dəyişib.

    Allah rəhmət eləsin!

  • Suqovuşan su anbarına balıq körpələri buraxılıb

    Qarabağ və Şərqi Zəngəzur ərazisində ekosistemin bərpasına, su hövzələrinin zənginləşdirilməsinə, balıq populyasiyasının artırılmasına töhfə vermək məqsədilə Tərtər rayonu ərazisində yerləşən Suqovuşan su anbarına növbəti dəfə balıq körpələri buraxılıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.

    Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəsmisi Arzu Babayeva bildirib ki, Ekologiya və Təbii Sərvətlər, Fövqəladə Hallar Nazirliklərinin və Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin nümayəndələrinin iştirak etdiyi tədbirdə Kiçik Qızılağac Balıqartırma Təsərrüfatında yetişdirilən 20 000 ədəd çəkikimi balıq körpəsi su anbarına buraxılaraq onların təbii artımına, bərpasına dəstək göstərilib.

  • FHN azyaşlıları xilas etdi – VİDEO

    Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhəri Qaradağ rayonu, Lökbatan qəsəbəsində 2 nəfərin evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

    Median.Az nazirliyə istinadən xəbər verir ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri çağırış üzrə cəlb olunub.

    Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, 1955-ci il təvəllüdlü R.Nəsibova və 2021-ci il təvəllüdlü A.Əlizadə mənzilinin giriş qapısının kilidinin sınması nəticəsində bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıblar.

    Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində yerləşən mənzilə eyvandan daxil olub, vətəndaşları xilas edərək ailə üzvlərinə təhvil veriblər.

  • Xaricdə təhsil alan neçə nəfərin diplomu tanınmayıb? – RƏSMİ AÇIQLAMA

    Aprel ayı üzrə 399 müraciətin 337-si barədə müsbət qərar verilərək müvafiq şəhadətnamələr təqdim edilib, 62 nəfərin müraciəti isə mənfi qərarla yekunlaşıb.

    Təhsildə Keyfiyyət Təminatı Agentliyindən verilən məlumata görə, tədris yükünü mənimsəmək üçün təhsil aldığı ölkənin ərazisində tələb olunan normativdən az olması səbəbi ilə 46, akkreditasiyasız ali təhsil müəssisəsi səbəbilə 8, dövlət nümunəli olmayan diplom üzrə 4, ekvivalenti olmayan ixtisas üzrə 2, təhsil forması üzrə 2 nəfərin müraciəti mənfi qərarla yekunlaşıb.

    Ölkələr üzrə müraciətlərin sayına nəzər saldıqda Rusiya Federasiyasından 123, Türkiyə Respublikasından 90, Ukraynadan 82, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığından 29, Gürcüstandan 19, Çin Xalq Respublikasından 8, İtaliya Respublikasından 7, Polşa Respublikasından 6, Macarıstandan 4, Amerika Birləşmiş Ştatlarından 3, İsveçrə Konfederasiyasından 3, Almaniya Federativ Respublikasından 2, Əfqanıstan İslam Respublikasından 2, Kanadadan 2, Niderland Krallığından 2, Qırğız Respublikasından 2, Avstraliya İttifaqından 1, Belarus Respublikasından 1, Birləşmiş Ərəb Əmirliklərindən 1, Cənubi Afrika Respublikasından 1, Çex Respublikasından 1, Estoniya Respublikasından 1, Hindistan Respublikasından 1, İspaniya Krallığından 1, Kipr Respublikasından 1, Koreya Respublikasından 1, Litva Respublikasından 1, Norveç Krallığından 1, Özbəkistan Respublikasından 1, Rumıniyadan 1, Şimali Makedoniya Respublikasından 1 müraciətin olduğu müşahidə olunur.

    Ən çox müraciət olunan ixtisaslara gəlincə tibb üzrə 46, iqtisadiyyat üzrə 32, maliyyə üzrə 31, menecment üzrə 22, biznesin idarə edilməsi üzrə 21 müraciət qeydə alınmayıb.

  • Milli Məclisin növbəti plenar iclasının vaxtı və gündəliyi açıqlanıb

    Milli Məclisin yaz sessiyası üzrə növbəti plenar iclası mayın 7-də keçiriləcək.

    Toplantının gündəliyinə 18 məsələnin müzakirəsi daxil edilib.

    Həmin məsələlər aşağıdakılardır:

    1. “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanun layihəsi (üçüncü oxunuş)

    2. “Azərbaycan Respublikası Silahlı Qüvvələri Daxili xidmət nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” və “Mədəniyyət haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

    3. “Təhsil haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

    4. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında”, “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Veteranlar haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqların sosial müdafiəsi haqqında”, “Peşə təhsili haqqında” və “Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

    5. “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (üçüncü oxunuş)

    6. “Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2023-cü il 9 iyun tarixli 900-VIKQD nömrəli Konstitusiya Qanununun icrası ilə əlaqədar bəzi qanunlarda dəyişiklik edilməsi haqqında qanun layihəsi

    7. “Tütün və tütün məmulatı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    8. “Qida təhlükəsizliyi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    9. Vergi Məcəlləsində, Gömrük Məcəlləsində, “Dövlət rüsumu haqqında” və “Lisenziyalar və icazələr haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    10. Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli 768-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    11. “Dövlət qulluğu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    12. Azərbaycan Respublikasının 2002-ci il 29 mart tarixli 283-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluğunu İdarəetmə Şurası haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş).

    13. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 960-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

    14. Mülki Prosessual Məcəllədə, Ailə Məcəlləsində və “Dövlət rüsumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    15. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş)

    16. Əmək Məcəlləsində və Mülki Məcəllədə dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

    17. Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (ikinci oxunuş)

    18. İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihəsi (birinci oxunuş)

  • Azərbaycanın hücum təyyarələri beynəlxalq təlimdə iştirak edəcək

    “Anatolian Phoenix – 2024” beynəlxalq axtarış-xilasetmə təlimlərində iştirak edəcək Azərbaycan Ordusunun hərbi qulluqçuları və aviasiya vasitələri Türkiyə Respublikasının Konya şəhərinə gediblər.

    Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb.

    Qeyd edilib ki, müxtəlif ölkələrin hərbçilərinin iştirakı ilə keçiriləcək təlimlərdə Azərbaycanı Hərbi Hava və Hərbi Dəniz Qüvvələrinin hərbi qulluqçuları təmsil edəcək.

    Mayın 17-dək davam edəcək hərbi təlimlərdə Azərbaycan HHQ-nin 2 ədəd Su-25 hücum təyyarəsi də iştirak edəcək.

  • Bakıda satış üçün nəzərdə tutulan yüzlərlə kəsici-deşici alət aşkar olundu – VİDEO

    Suraxanı Rayon Polis İdarəsinin (RPİ) əməkdaşlarının ötən gün Əmircan, Bülbülə, Qaraçuxur və digər ərazilərində keçirdikləri tədbirlərlə 5 obyektdən xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan 162 ədəd kəsici-deşici alət aşkar olunaraq götürülüb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşları tərəfindən də Yeni Günəşli qəsəbəsində yerləşən mağazalardan birindən 73 ədəd soyuq silah hesab edilən bıçaq aşkarlanıb.

    Analoji tədbirlər polis əməkdaşları tərəfindən paytaxtın Nərimanov və Xəzər rayonlarında da həyata keçirilib. Qeyd edilən rayonların ərazisində yerləşən 4 mağazadan 126 ədəd insan sağlamlığına xəsarət yetirmək təyinatına malik bıçaq və digər kəsici alətlər götürülüb.

    Maddi sübut kimi götürülən həmin silahlarla bağlı ekspertizalar təyin olunub, araşdırmalar davam etdirilir.

  • Kəlbəcərdə yük və minik avtomobilləri toqquşub, xəsarət alanlar var

    Kəlbəcər rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, Kəlbəcər rayonu ərazisində “VAZ” markalı avtomobil yük maşını ilə toqquşub.

    Qəza nəticəsində 5 nəfər xəsarət alıb.

    Zərərçəkənlərin kimliyi dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Vilayət Eyvazov generalı özünə müşavir təyin etdi – FOTO

    Ali Hərbi Məktəbin sabiq rəisi, general-mayor İlqar Məmmədov yenidən vəzifəyə gətirilib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, İ.Məmmədov daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun hərbi məsələlər üzrə müşaviri təyin edilib.

    Qeyd edək ki, İ.Məmmədov ötən ilin sentyabr ayında Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Ali Hərbi Məktəbinin rəisi vəzifəsindən azad edilmişdi.