Month: May 2024

  • Məhkəmə Yunis Səfərov və digərləri ilə bağlı qərar verib

    Gəncə Şəhər İcra Hakimiyyətinin sabiq başçısı Elmar Vəliyev və polis əməkdaşlarına qarşı planlaşdırılmış terror aktı törətməkdə təqsirli bilinən Yunis Səfərov və dəstə üzvlərinin kassasiya şikayətlərinə baxılıb.

    APA xəbər verir ki, Ali Məhkəmədə keçirilən prosesdə qərar elan edilib.

    Qərara əsasən, onların kassasiya şikayəti təmin edilməyib.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Yunis Səfərov ömürlük, digər təqsirləndirilən doqquz nəfər isə 18 ildən 20 ilə kimi müddətə azadlıqdan məhrum ediliblər.

  • Azərbaycanda neçə narkoman var? – RƏSMİ AÇIQLAMA

    “Ötən il 10 060 cinayət faktı qeydə alınıb ki, həmin hadisələr üzrə 8 777 nəfər cinayət məsuliyyətinə cəlb edilib. Sözügedən şəxslərdən 7 ton 58 kq narkotik və müxtəlif növ psixiatrop maddə götürülüb. Cinayət məsuliyyətinə cəlb edilənlərin 100 nəfəri xarici ölkə vətəndaşları təşkil edib ki, həmin əcnəbi vətəndaşların üzərindən də narkotik maddə aşkarlanıb”.

    Bizim.media xəbər verir ki, bunu Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupunun rəhbəri Fəqan Şahverdiyev “Narkomanlığa qarşı mübarizədə Mediadan düzgün istifadə” mövzusunda keçirilən tədbirdə qeyd edib.

    Onun sözlərinə görə, barələrində məhvetmə qərarı verilmiş külli və xüsusi miqdarda narkotik maddələrin məhv olunması 2023-cü və 2024-cü illərdə də davam edir:

    “Bu 3 600 cinayət faktı üzrə səkkiz tona yaxın külli və xüsusi miqdarda narkotik maddənin məhv edilməsi deməkdir”.

    Fəqan Şahverdiyev ölkə üzrə narkomanların sayını da açıqlayıb. O deyib ki, 2024-cü ilin yanvarına qədər olan statistikaya görə 36 659 nəfər şəxs dispanser nəzarətindədir. Həmin şəxslərin 8 458 nəfəri bir neçə növ narkotik vasitə istifadəçisidir. Əlavə olaraq qeyd olunub ki, 36 659 nəfər narkotik istifadəçisinin 802 nəfərini qadınlar təşkil edir.

  • Dilan Polat həbsxanada intihara cəhd edib

    Məhkəmənin sosial media fenomeni Banu Parlakın gözəllik mərkəzinin atəşə tutulması ilə bağlı qərarından sonra Dilan Polat intihara cəhd edib.

    Bu barədə jurnalist Alev Gürsoy Cim xəbər verib.

    Onun sözlərinə görə, Dilan Polat qərardan sonra kamerada ölmək istədiyini deyib.

    Dilan Polatın rəfiqəsi Canan Toprak da onun həbsxanada çətin günlər keçirdiyini və özünə zərər verdiyini, qollarının, üzünün, ayaqlarının kəsiklər içində olduğunu iddia edib.

    Vəkili Hüseyn Kaya xəbəri təsdiqləyib və Polatın hazırda psixoloji yardım aldığını deyib.

    Xatırladaq ki, məşhur fenomen Dilan Polat və həyat yoldaşı Engin Polat ötən il noyabrın1-də saxlanılıblar.

  • В Баку снято ограничение движения на одном из проспектов

    В Баку снято ограничение движения транспорта на одном из проспектов.

    Как сообщили в Центре интеллектуального управления транспортом (ЦИУТ) МВД, вчера в Сабаильском районе Баку из-за проблемы с водопроводом на пересечении улицы Азиза Алиева и проспекта Нефтчиляр было введено ограничение движения транспорта в направлении проспекта Нефтчиляр.

    В настоящее время автомобили могут свободно заезжать на данный проспект и передвигаться по нему.

  • Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırıldı

    Bakının mərkəzində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

    Bildirilib ki, ötən gün Səbail rayonu, Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinin kəsişməsində, su xəttində yaranmış problemə görə Neftçilər prospekti istiqamətində avtomobillərin hərəkətinə qoyulan məhdudiyyət aradan qaldırılıb.

  • Sabah hava necə olacaq? – PROQNOZ

    Bakıda və Abşeron yarımadasında mayın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

    Mülayim şimal küləyi əsəcək. Havanın temperaturu gecə 11-14° isti, gündüz 18-23° isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu olacaq. Nisbi rütubət gecə 65-75 %, gündüz 45-55 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə havanın arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə arabir leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 11-15° isti, gündüz 16-21° isti, dağlarda gecə 4-8° isti, gündüz 8-13° isti olacaq.

  • Bakıda kişi sevdiyi qıza görə küçədə özünə OD VURDU – VİDEO

    Bakıda kişi küçədə özünü yandırmağa cəhd edib.

    Bu barədə görüntülər Baku.ws-in “qaynar xətti”nə daxil olub.

    Bildirilib ki, hadisə Xətai rayonunda, Məhəmməd Hadi küçəsi 51 ünvanında baş verib.

    Özünü yandıran şəxsə ətrafdakılar və hadisə yerinə gələn polis əməkdaşları müdaxilə ediblər.

    Polislər tərəfindən şəxsə ilkin tibbi yardım göstərilib və xəstəxanaya yerləşdirilib.

    İlkin məlumata görə, həmin şəxsin sevdiyi qadın o ünvanda yaşayır və özünü ona görə yandırıb.

  • Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə: Daha bir vəzifəli şəxs HƏBS OLUNDU

    Müdafiə Nazirliyində 143 milyonluq mənimsəmə işi üzrə təqsirləndirilən nazirliyin müxtəlif hərbi hissələrində maliyyə xidmət rəisi işləmiş Elvin Cəfərov həbs edilib.

    “Report” xəbər verir ki, E.Cəfərov Cinayət Məcəlləsinin 179.4-ci (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham olunub. İş üzrə dövlətə dəymiş ziyan 2 milyon 200 min manatdır.

    Dövlət Təhlükəsizliyi Xidmətinin vəsatəti əsasında onun barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı Bakı Hərbi Məhkəməsində təqdimata baxılıb.

    Hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə təqdimat təmin edilib və Elvin Cəfərovun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

    Qeyd edək ki, Elvin Cəfərov ötən il dekabrda hazırda Müdafiə Nazirliyində 143 milyon manatlıq mənimsəmə ilə bağlı məhkəmə prosesində şahid qismində dindirilib.

    Xatırladaq ki, Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin (HHQ) Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik Cəlal Kazımov, Quru Qoşunların maliyyə idarəsinin rəisi Bayram Bayramov, Hərbi Hava Qüvvələrinin maliyyə xidmətinin sabiq rəisi Vüsal Əlizadə, Müdafiə Nazirlinin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi, polkovnik Mahir Şirvanov, həmçinin nazirliyin Satınalmalar və Təchizat İdarəsinin sabiq rəisi Məlikməmməd Qurbanov, nazirliyin mənzil istismar idarəsinin sabiq rəisi, polkovnik Fikrət Mirzəyev Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi xüsusi əməliyyat nəticəsində həbs ediliblər.

  • Prezident İlham Əliyev polşalı həmkarını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Andjey Dudaya təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident, 3 May – Konstitusiya Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram.

    Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir.

    Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatə edən regional əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin formalaşmasına xidmət edən mövqeyini yüksək qiymətləndiririk.

    Əminəm ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialının reallaşdırılması, əməkdaşlığımızın əhatə dairəsinin genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgə səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

    Bu bayram günündə Sizə möhkəm can sağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, dost Polşa xalqına daim əmin-amanlıq və rifah arzulayıram”.

  • Gömrük idarəsində ƏMƏLİYYAT: Rəis ifadə üçün Bakıya gətirildi

    Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi tərəfindən əməliyyat keçirilib.

    Bakupost xəbər verir ki, əməliyyat yoxlaması zamanı gömrük əməkdaşlarının qeyri-qanuni əməlləri aşkar edilib.

    Aydın olub ki, Azərbaycanı tranzit ölkə kimi keçən TIR-lar Tovuz Gömrük İdarəsinin cavabdeh olduğu ərazidə yoxlanılaraq onlardan külli miqdarda enerji içkisi və bu kimi məhsullar boşaldılıb. Daha sonra sənədlər dəyişdirilərək yük maşınları boş yola salınırmış.

    Həmçinin, yoxlama zamanı gömrük idarəsində digər qanun pozuntuları da ortaya çıxıb.

    Məsələ ilə bağlı Tovuz Gömrük İdarəsinin rəisi Elçin Şabanov dindirilmə üçün Bakıya gətirilib. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, Elçin Şabanov ötən ilin iyununda Tovuz Gömrük İdarəsinin rəisi vəzifəsinə müvəqqəti təyin olunub.