Month: May 2024

  • В жилом массиве Сумгайыта сложилась антисанитарная обстановка – ВИДЕО

    Граждане, проживающие в жилом массиве “Яшил дере” в городе Сумгайыт, жалуются на ряд проблем.

    Они отмечают, что на указанной территории нет мусорных баков.

    Кроме того, в связи с тем, что местная канализация не работает должным образом, в жилмассиве возникла антисанитарная ситуация.

    По словам жителей, они неоднократно обращались в соответствующие структуры по данным вопросам, однако проблемы не находят своего решения.

    Подробнее – в сюжете ARB TV:

  • Sumqayıtda çirkab suları evlərə dolur – VİDEO

    Sumqayıtın “Yaşıl dərə” yaşayış massivinin sakinləri ərazidəki bir neçə problemdən şikayətçidirlər.

    Onlar bildiriblər ki, burada tullantılar üçün zibil qutuları yoxdur.

    Həmçinin ərazidə kanalizasiya sistemi də düzgün işləmədiyindən çirkab suları natəmiz vəziyyət yaradır.

    Sözügedən problemlə bağlı dəfələrlə aidiyyəti qurumlara müraciət olunsa da, heç bir nəticə verməyib.

    Məsələ ilə bağlı ARB-də yayımlanan “Günə Son” verilişi süjet hazırlayıb.

    Ətraflı videoda:

  • Bakıda bəy gəlini nikah masasında TƏRK ETDİ

    Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Teleqraf.com xəbər verir ki, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarət yetirib.

    İstintaq orqanı tərəfindən Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

    İş üzrə izahat verən Vüsal bildirib ki, Aydana xəsarət yetirməyib, onu döyməyib, telefonunu sındırmayıb: “Əvvəllər Aydanla aramızda sevgi münasibətləri olub. Lakin ondan ayrılmaq qərarına gəldim. Nikah günü Aydanı tərk edərək Türkiyə Respublikasına getdim.

    Aydan bununla razılaşmadı, məni daim narahat etdi, mesajlar yazdı. O, məndən qisas almaq üçün belə bir şikayət edib. Ona xəsarət yetirməmişəm, blokda aramızda normal söhbət olub. Aydanın bədəni üzərində aşkar olunan xəsarətləri anasının yetirdiyini düşünürəm. Çünki o, mənə mütəmadi olaraq anası tərəfindən döyüldüyünü, hətta bir dəfə anasının onun saçını kəsdiyini bildirib”.

    Təqsirli bilinən şəxs deyib ki, Aydanın onu narahat etməsini əks etdirən mesajları, anası tərəfindən döyüldüyünü təsdiq edən şəkilləri telefonun yaddaşından silib. Bu səbəbdən həmin sübutları məhkəməyə təqdim edə bilmir.

    İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Vüsalı bir ilə yaxındır tanıyır, onunla aralarında sevgi münasibətləri olub və evlənmək qərarına gəliblər: “Lakin Vüsal məni nikah günü tərk edərək Türkiyəyə getdi. Amma əlaqəmiz kəsilmədi.

    Hadisə baş verən günü Vüsalı yaşadığım binanın qarşısında gözlədim və onunla qarşılaşdım. Vüsal məndən telefonumu tələb etdi, hədə-qorxu gəldi. Mən isə əlavə səs-küy olmasın deyə onunla binanın blokuna daxil oldum və telefonumu ona verdim. Blokda Vüsal məni xəyanətdə ittiham edərək telefonumu yerə çırpıb yararsız vəziyyətə saldı. Həmçinin sifət nahiyəmdən şillə və yumruqla vurdu. Hətta məni boğaraq öldürəcəyi ilə hədələdi.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim. Daha sonra 24-cü polis şöbəsinə ərizə yazdım və tibbi ekspertizadan keçdim”.

    Zərərçəkmiş bildirib ki, Vüsaldan şikayətçidir, ona xəsarət yetirib.

    Nizami Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün müddətinə inzibati qaydada həbs edilib.

  • Qapalı məkanda siqaret çəkən şəxslər CƏZALANDIRILDILAR

    Qazaxda ictimai qaydanı pozan şəxslər məsuliyyətə cəlb olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Qazax Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində yerləşən kafe, restoran və digər iaşə obyektlərində keçirilən tədbirlər zamanı qapalı məkanlarda siqaret çəkən, eləcə də tütün məmulatı tullantılarını ətrafa atan şəxslər müəyyən olunublar. Həmin şəxslərlə profilaktiki söhbətlər aparılıb və 10 nəfər barəsində inzibati protokol tərtib olunub.

    Bundan başqa sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması, ətraf mühitin mühafizəsinin təmini məqsədilə də tədbirlər keçirilib. Rayon ərazisində sənaye və məişət tullantılarının qalaqlanması, eləcə də yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi faktları aşkar olunub. Qaydalara əməl etməyən 6 nəfər inzibati məsuliyyətə cəlb olunub.

    Müxtəlif sahələrdə davam etdirilən monitorinqlər zamanı qanunsuz küçə ticarəti və avaralıqla məşğul olan, eləcə də mülki silahların saxlanma qaydasını pozduğuna 10 nəfər inzibati məsuliyyətə cəlb olunub.

  • Bakıda gənc oğlan itkin düşdü

    Bakıda gənc oğlan itkin düşüb.

    Lent.az xəbər verir ki, Binəqədi rayonu Rəsulzadə qəsəbəsi İ.Hacıyev küçəsində yaşayan 16 yaşlı Toğrul Faiq oğlu Mirzəyev evdən çıxaraq, bir daha geri qayıtmayıb.

    Bu barədə onun atası polisə müraciətində bildirib.

    Faktla bağlı Binəqədi Rayon Polis İdarəsinin 4-cü Polis Şöbəsində araşdırma aparılır.

  • Lənkəranda inəyi vuran avtomobil yanıb

    Lənkəranda avtomobil yanıb.

    APA xəbər verir ki, hadisə Lənkəran rayonunun Darquba kəndi ərazisində baş verib. Astara rayon sakini 1997-ci il təvəllüdlü Aslan Mürsəl oğlu Rzazadə idarə etdiyi VAZ-2106 markalı nəqliyyat vasitəsi ilə yola çıxan inəyi vurub.

    Zərbənin təsirindən maşın yanıb. Ətrafdakıların köməyi ilə sərnişinlər maşından çıxarılıblar. Əraziyə FHN-in Lənkəran yanğından mühafizə hissəsinin texnikası və canlı qüvvəsi, eləcə də təcili tibbi yardım briqadası cəlb olunub. Xəsarət alanlara yardım göstərilib və Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Görülən tədbirlərə baxmayaraq nəqliyyat vasitəsi tam yanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Tarixi abidənin üzərində qanunsuz tikinti apardılar: Qurum məsələyə qarışdı – VİDEO

    Qazaxda tarixi abidənin üzərində restoran tikilir.

    Rayonun Xanlıqlar kəndindəki 6-7-ci əsrlərə aid ölkə əhəmiyyətli Didivan qülləsinin ərazisindəki tikinti işi sakinlərin narazılığına səbəb olub.

    Məlum olub ki, tikili yaxınlıqda fəaliyyət göstərən başqa bir restoranın sahibinə məxsusdur. Sahibkar əllərində maddi sübutların olduğunu, tarixi abidəni 2002-ci ildə özəlləşdirdiklərini bildirib.

    Məsələ ilə bağlı Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətindən isə bildirilib ki, sözügedən abidənin xüsusi mülkiyyətə verilməsi ilə bağlı müraciətə razılıq verilməyib, ərazidə qanunsuz aparılan işlərin dayandırılması tələb olunur.

    Daha ətraflı Baku TV-nin süjetində:

  • Qırğızıstan vətəndaşlarına Rusiyaya səfər etməməyi tövsiyə etdi

    Qırğızıstan Xarici İşlər Nazirliyi ölkə vətəndaşlarına Rusiyaya səfərdən çəkinməyi tövsiyə edib.

    Qırğızıstan XİN bununla bağlı məlumat yayıb.

    Məlumatda Rusiya Federasiyasına səfər etmək üçün üzrlü səbəbləri olmayan həmvətənlərinə əvvəllər tətbiq edilmiş əlavə təhlükəsizlik tədbirləri və dövlət sərhədindən girişə gücləndirilmiş nəzarət rejimi ləğv edilənə qədər müvəqqəti olaraq səfərdən çəkinmək tövsiyə edilib.

    Eyni zamanda, nazirlik tövsiyə edib ki, Qırğızıstan vətəndaşları tərəfindən “gözlənilməz hallar və ya təcili suallar” yaranarsa, respublikanın Moskvadakı səfirliyinin qaynar xəttinə müraciət etsinlər.

  • Bakıda yeni magistral yol salınır: Bu obyektlər söküləcək – Video

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Layihənin xüsusi dövlət əhəmiyyəti nəzərə alınmaqla Heydər Əliyev prospektində və Ziya Bünyadov prospektində nəqliyyat vasitələrinin sıxlığının azaldılması və hərəkətin təhlükəsizliyinin təmin edilməsi nəzərdə tutulur.

    Sözügedən layihə çərçivəsində yol hərəkətinin təşkilinin texniki xarakteristikalarının qısa analizinin nəticələri nəzərə alınaraq, ərazidə nəqliyyat problemlərinin əsaslı həlli, əsas nəqliyyat yollarının birbaşa əlaqələndirilməsi, mühüm nəqliyyat funksiyasını yerinə yetirən yollar üzrə optimal birləşmənin təmin edilməsi və alternativ marşrutların yaradılması, habelə ərazidəki nəqliyyat yollarının məntiqi birləşməsinin təmin edilməsi, ərazinin küçə-yol şəbəkəsinin nəqliyyat planlaşdırma sxeminin tamamlanması məqsədilə layihənin icra edilməsi mütləq olaraq məqsədəuyğun hesab edilir.

    Layihənin əsas üstünlükləri Həsən Əliyev küçəsinin davamı olaraq Yusif Vəzir Çəmənzəmənli küçəsinə düzxətli davam etməklə şərq hissədə Ələsgər Qayıbov və Xəlil Rza Ulutürk küçələrinə birləşdirilməsi nəticəsində Təbriz küçəsi ilə Ağa Nemətulla və Əhməd Rəcəbli küçələrinin kəsişmələrində və “Nərimanov” metro stansiyası ətrafında müşahidə olunan nəqliyyat sıxlığı azalmış olacaq, habelə “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində hərəkət edən nəqliyyat vasitələrinin fasiləsiz yerdəyişmələrinin təmin edilməsinə şərait yaradılmış olacaqdır.

    Eyni zamanda, qeyd edilən yeni yol birləşməsinin yaradılması nəticəsində “Gənclik” və “Nərimanov” metro stansiyaları ətrafındakı ərazilərdən “Koroğlu” metro stansiyası istiqamətində və yaxud əks istiqamətlər üzrə Heydər Əliyev prospekti vasitəsilə yerinə yetirilən nəqliyyat yerdəyişmələrinin azalması və Heydər Əliyev prospektinə alternativ hərəkət marşrutunun yaradılması hesabına Hedər Əliyev prospektinin yan yolu üzrə müşahidə olunan tıxac hallarının minimumlaşdırılması təmin ediləcək.

    Həmçinin, qeyd edilən birləşməsinin yaradılması nəticəsində şəhərin şərq və mərkəzi qərb periferiyaları arasında Heydər Əliyev və Ziya Bünyadov prospektlərinə paralel və həmin prospektlərin mərkəzi aralığında yerləşən yeni yaşayış massivlərinə alternativ birbaşa nəqliyyat bağlantısının yaradılması təmin ediləcək.

    – Yolun ümumi uzunluğu: 3896 metr

    – Yolun dərəcəsi: şəhər əhəmiyyətli magistral küçə

    – Hərəkət zolağının sayı: 6 zolaqlı

    – Hərəkət zolaqlarının eni: 3.5 m

    – Tunellərin sayı: 4 ədəd

    – Yeraltı piyada keçidlərinin sayı: 3 ədəd

    Hazırda “Ulduz” metrosundan Ələsgər Qayıbov küçəsi istiqamətində mobilizasiya (ağır texnikanın və avadanlıqların əraziyə daşınması) işləri yerinə yetirilir.

    Qeyd edək ki, Layihə İdarəetmə Qrupu tərəfindən tikinti altına düşən yaşayış və qeyri yaşayış obyektlərinin, həmçinin torpaq sahələrinin ölçüləri hazırlanır və tikinti altına düşən maneələrin ilkin qiymətləndirilməsi işləri yerinə yetirilir.

  • Sabah Saatlının 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır

    Sabah Saatlı rayonunun 5 kəndində qaz təchizatının dayandırılması planlaşdırılır.

    “Qaz İxrac” İdarəsinə məxsus “Qaracalar QPS qolu” qaz kəmərində aşkar olunmuş qaz sızmasının ləğvi ilə əlaqədar olaraq, sabah saat 10:00-dan etibarən işlər başa çatanadək, ümumilikdə 1189 abonenti olan Saatlı rayonunun Qaracalar, Varxankənd, Qaralar, Gomuşçu və Seyidlər kəndlərində qaz təchizatının dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.