Month: May 2024

  • İran CNN-ə raketlərini göstərdi: İsrail bunlarla vurulub

    İran İsrailə son hücumda “Qədr”, “İmad” və “Xeybər” raketlərindən istifadə edib.

    Bunu SEPAH-ın Aerokosmik Qüvvələri komandanının müşaviri, general-mayor Əli Bilali CNN-ə müsahibəsində deyib.

    “Bu raketlərin dəqiqliyi ən azı 5 metrdir. “Qədr” və “İmad” raketlərinin uçuş məsafəsi 1600 km təşkil edir. “Qədr” və “İmad” 450-500 kq, “Xeybər” isə 320 kq döyüş başlığı daşıya bilir. Müdafiə qabiliyyətimizi qorumaq üçün heç kimdən asılı deyilik. Biz bu sahədə yaxşı irəliləyiş əldə etmişik və bundan sonra da inkişaf edəcəyik. Hələ ictimaiyyətə məlum olmayan nailiyyətlərimiz var”, – Bilali bildirib.

    General İsrailə zərbələr zamanı “Şahid-136” PUA-larından da istifadə olunduğunu deyib:

    “Yük maşınının korpusu onların buraxılış qurğusu kimi istifadə olunur. İlk baxşıda o adi yük maşını kimi görünür, amma korpus açılan zaman PUA buraxılır. Bir korpusa beşə qədər dron yerləşdirilə bilər, onlar buraxıldıqdan sonra müəyyən bir trayektoriya üzrə uçur. Bütün hədəflər əvvəlcədən proqramlaşdırılır. Uçuş marşrutu düşmənin imkanları və radarın kor nöqtələri, həmçinin hədəfə çatmağımıza kömək edə biləcək bütün elementlər nəzərə alınmaqla seçilir”.

    Bilali CNN-ə Tehranda SEPAH-ın Aerokosmik Qüvvələrinin nailiyyətləri sərgisini gəzdirib. Sərgidə İranın qanadlı raketlərinin, dronlarının, eləcə də uzun və orta mənzilli ballistik raketlərinin onlarla nümunəsi nümayiş etdirilib.

  • Rus ordusu daha bir kəndi ələ keçirdi

    Rusiya ordusu Donetsk vilayətinin Berdıçi kəndini ələ keçirib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin yaydığı məlumatda bildirilib.

  • Narkotikin təsiri altında maşın sürən şəxs saxlanıldı

    Zaqatala Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının həyata keçirdikləri profilaktik tədbirlər zamanı narkotiklərin təsiri altında avtomobil idarə edən H.Abdullayev saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, sürücü idarə etdiyi “VAZ-21014”” markalı avtomobillə yol hərəkəti qaydalarını pozduğu üçün ona “saxla” işarəsi verilib.

    Yoxlama zamanı H.Abdullayevin narkotik vasitə qəbul etdiyinə dair şübhə yarandığından o, tibbi müayinədən keçirilib. Nəticədə sürücünün marixuana, eləcə də metadon həbi istifadə etdiyi müəyyən olunub.

    H.Abdullayev barəsində toplanmış materiallar baxılması üçün rayon məhkəməsinə göndərilib.

    Həmçinin, bölmə əməkdaşları motosiklet sürücülərinin təhlükəsizliyinin təmin edilməsi, onların iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması məqsədilə profilaktik tədbirlər keçiriblər. Sürücülük hüququ və dövlət qeydiyyat nişanı olmadan bu növ nəqliyyat vasitələri idarə edən sürücülər aşkar edilib. Onlarla maarifləndirici söhbətlər aparılıb və barələrində inzibati protokollar tərtib olunub.

  • Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb

    Rusiya Prezidenti Vladimir Putin “Crocus City Hall”dakı terrorda insanlara yardım edən gəncləri mükafatlandırıb.

    Artem Donskov, İslam Xəlilov və Nikita İvanov “Qurbanların xilasına görə” medalı ilə təltif ediblər.

    Onlar “Ekstremal şəraitdə insanların xilas edilməsində cəsarətli və qətiyyətli hərəkətlərə görə” bu mükafata layiq görülüblər.

    Xatırladaq ki, “Crocus City Hall”da terror aktı martın 22-də baş verib. Kamuflyajlı terrorçular binaya soxulub, atəş açmağa başlayıb və konsert zalını yandırıblar. Martın 30-da Rusiya Fövqəladə Hallar Nazirliyinin Moskva vilayəti üzrə Baş İdarəsi hücum nəticəsində 144 nəfərin (6-sı uşaq) həlak olduğunu, 511 nəfərin isə yaralandığını bildirib.

  • Bu qəsəbələrdən şəhərə yeni marşrutlar açılır

    Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

    Bu barədə Qaynarinfo-ya Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

    İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” metro stansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metro stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.

    Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.

  • Yeni qərar qiymət artımına təsir edəcək?

    Dünən Mərkəzi Bank uçot dərəcəsini 7,5%-dən 7,25%-ə, faiz dəhlizinin yuxarı həddini 8,5%-dən 8,25%-ə endirib və faiz dəhlizinin aşağı həddini isə 6,25% səviyyəsində dəyişməz saxlayıb.

    Iqtisadçı ekspert Eldəniz Əmirovun sözlərinə görə, Mərkəzi Bankın uçot dərəcəsini azaltması inflyasiya göstəricilərinə ciddi təsir etməyəcək:

    “Çünki Mərkəzi Bankların pul siyasətinə dair verdiyi qərarların real iqtisadiyyata təsiri, o cümlədən inflyasiyaya təsiri müxtəlif transmissiya kanalları vasitəsi ilə baş verir. Azərbaycanda bu kanalların inflyasiyaya təsir edən seqmenti işləmədiyi üçün uçot dərəcəsinə dair qərarlar inflyasiyaya təsir etmir”.

    “Bir məsələni də qeyd edək ki, uçot dərəcəsinin azaldılması təkcə inflyasiyaya deyil, həm də banklararası bazara və qiymətli kağızlar bazarına təsir edir. Azərbaycanda məhz AMB-nın bu qərarı hər iki bazarın – banklararası və qiymətli kağızlar bazarının idarə edilməsində rol oynayır”, – deyə ekspert açıqlamasında qeyd edib.

  • Azərbaycanda sabiq nazir hər ay mənimsədiyi pulların miqdarını AÇIQLADI

    Bu gün Naxçıvan Muxtar Respublikasının keçmiş maliyyə naziri Rafael Əliyev və Dövlət Gömrük Komitəsinin tariflərin tənzimlənməsi və ödənişlər şöbəsinin rəisi vəzifəsində işləmiş Mənsur Əsgərovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

    APA xəbər verir ki, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Heydərovun sədrliyi ilə keçirilən prosesdə əvvəlcə Rafael Əliyev ifadə verib.

    Rafael Əliyev bildirib ki, proses bəlli olub və ora kimin nəzarət etdiyi də bilinirdi: “Rüşvət sərhəddə alınırdı və komitəyə verilirdi. Bu fəaliyyətin qanunsuz olduğunu bilirdik. İşə qəbul olunan gömrük işçisi sabahı günü işə çıxanda artıq neçə işləyəcəyini bilirdi. İstər yaradılan TIR, istərsə də GRP (yük xəttinə aid yaradılan qanunsuz proqram) proqramlarına komitədən kiminsə girişinə icazəsi yox idi. Biz sadəcə, hesabatlar aparırdıq və gələn pulları eyniləşdirib komitə sədri Asəf Məmmədova, 2018-ci ildən isə Səhhət Həbibbəyliyə verirdik”.

    Keçmiş maliyyə naziri bildirib ki, komitə sədri onlardan pulların dollar olaraq verilməsini istəyib: “Pullar gömrükçülərdən manat və dollar kimi alınırdı. Komitə sədri demişdi ki, pulları ona dollar kimi verək. Özü banklara zəng edib deyirdi, biz də gedib manatları dollara çevirirdik”.

    Gömrük Komitəsində məhv edilən kompüterlərin hard-disklərinə (yaddaş cihazı) isə Rafael Əliyev belə aydınlıq gətirib: “Kompüterlərin hard-diskləri məhv edilib. Ancaq bu proses mən orda çalışdığım müddətdə olmayıb, məndən sonra olub. Disklərin məhv edilməsinin səbəbi, yəqin ki, proqramların ləğvi ilə bağlı olub. Sonradan bilinib ki, bu proseslər səhvdir və hər şey ləğv edilib, sənədlər də ləğv edilibsə, deməli, hər şey qeyri-qanuni olub”.

    Maliyyə naziri işlədiyi dövrdə Rafael Əliyev qanunsuz olaraq 2017-ci ildə işə qəbul edilən səkkiz nəfərə verilən əməkhaqqına da aydınlıq gətirib. O bildirib ki, bu proseslər ondan əvvəlki dövrdə olub və maliyyə naziri işləyərkən həmin işçilərin adları dövlət qulluğunun reyestrində də olub. Aylıq paket olaraq 15 min manat aldığını qeyd edən Rafael Əliyev bildirib ki, o bunu maaş kimi alıb: “Bu mənə əməkhaqqı kimi təqdim olunurdu. Özümü təqsirli hesab edirəm, məsuliyyət mənim üzərimdədir”.

    Daha sonra zərərçəkən tərəf olan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin nümayəndəsi bildirib ki, istintaq müddətində dövlət büdcəsinə vurulmuş ziyanın bir hissəsi ödənilib, qalan hissənin də ödənilməsi davam edir: “Biz zərərçəkən tərəf olaraq dəyən ziyanın tam ödənilməsini tələb edirik və məhkəmədən bunun təmin edilməsini xahiş edirik”.

    Proses daha sonra şahidlərin ifadələri ilə davam edib. Şahidlər bildiriblər ki, onlara öncədən göstəriş verilib və pullar yığılıb. Bu göstərişləri isə o zaman komitənin sədri olan Səhhət Həbibbəyli verib. Həmin müddətdə dövlətin rəsmi proqramına heç bir vəsait ödənilməyib. Sədərək Gömrük məntəqəsində yüklərdən (idxaldan) ay ərzində ortalama 800 min – 1 milyon manat yığılırdı. Həmçinin, bu proses digər məntəqələrdə də olub. Ortalama olaraq hər ay TIR proqramı vasitəsilə 200 min manatdan çox vəsait mənimsənilib. Şahidlər deyib ki, gömrüklərdə hər ay bu məbləğ dəyişirmiş. Belə ki, ay ərzində hər bir gömrükdə 300-400 min manat, həmçinin 400-500 min dollar vəsait toplanırmış. Culfa gömrük məntəqəsində üç il ərzində təqribən 12.5 milyon manat, Şahtaxtı gömrük məntəqəsində isə 1,2-1,4 milyon manat rüşvət yığılıb. Şahidlər vurğulayıb ki, komitədən onlara kompüterlərin hard-disklərinin dəyişdirilməsi tapşırılıb. 1 həftə ərzində 25-30 kompüterin hard-diski dəyişdirilib və onlar maddi təchizat şöbəsinin rəisinə verilib. Həmin yaddaş cihazları isə çilingər tərəfindən dörd yerə bölünərək məhv edilib.

    Məhkəmə prosesi mayın 23-də davam etdiriləcək.

    Qeyd edək ki, Rafael Əliyev və Mənsur Əsgərov 2022-ci ilin noyabr ayında Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həyata keçirilən araşdırma tədbirləri nəticəsində cinayət məsuliyyətinə cəlb ediliblər.

  • Azərbaycanda yaşayan ukraynalılar Kiyevə dəstək bəyanatı ilə çıxış ediblər

    Azərbaycandakı ukraynalılar və Ukraynanın dostları Prezident Volodimir Zelenskinin Sülh Formulası və Ukraynanın müstəqilliyinin müdafiəsi, suverenliyinin və ərazi bütövlüyünün bərpasında yardımın gücləndirilməsi ilə bağlı açıq bəyannamə imzalayıblar.

    Bəyannamədə Ukrayna ilə Azərbaycan arasında mövcud dostluq əlaqələri və qarşılıqlı hörmət prinsipləri xüsusi qeyd edilir.

    Həmçinin Ukraynanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyinə Azərbaycanın şəksiz dəstəyi vurğulanır.

    Bununla yanaşı, Azərbaycanın ali rəhbərliyi tərəfindən müharibənin mənfi nəticələrinin aradan qaldırılması məqsədilə göstərilən köməyi yüksək qiymətləndirilib.

    Sənəddə Ukraynaya bundan sonra da humanitar və digər zəruri yardımların göstərilməsinə çağırış olunur. Təhlükəsizlik risklərinin azaldılması üzrə qlobal strategiyaya nail olmaq və güc və ya güclə təhdid tətbiq etməmək prinsipinə nail olmaq məqsədi ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin təşəbbüsü ilə irəli sürülən Sülh Formulasının həyata keçirilməsinə qoşulmağın zəruriliyi bildirilir.

  • В Баку внедряют новую маршрутную сеть

    В рамках программы трансформации мобильности в Азербайджане начато внедрение новой маршрутной сети.

    Об этом Report сообщили в Агентстве наземного транспорта Азербайджана (AYNA).

    Согласно информации, агентство разработало новую маршрутную сеть с целью улучшить возможности мобильности столицы и сделать общественный транспорт более доступным для населения.

    “Новая маршрутная сеть была смоделирована с помощью “цифрового близнеца” Баку. В результате было установлено, что новая сеть существенно повысит доступность и скорость общественного транспорта. В новой маршрутной сети будет внедрена новая сеть автобусных полос”, – отметили в AYNA.

    На первом этапе реализации проекта будут запущены 5 новых маршрутных линий в поселках Говсан, Мардакян и Шувалан.

  • Bakıda yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb

    Azərbaycanda mobilliyin transformasiyası proqramı çərçivəsində yeni marşrut şəbəkəsinin tətbiqinə başlanılıb.

    Bu barədə “Report”a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

    Belə ki, paytaxtın mobillik imkanlarının yaxşılaşdırılması və ictimai nəqliyyatın əlçatanlığının təmin olunması məqsədilə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bütün marşrut xətləri təhlil edilib və əhalinin ictimai nəqliyyata əlçatanlığının artırılması üçün yeni marşrut şəbəkəsi hazırlanıb. Yeni marşrut şəbəkəsi data əsaslı analitik alət olan Bakının “Rəqəmsal əkiz”i vasitəsilə simulyasiya edilib. Nəticədə yeni şəbəkənin ictimai nəqliyyata əlçatanlığı ciddi artıracağı, eləcə də daha yüksək orta sürət göstəricilərinin olacağı müəyyənləşib. Yeni marşrut şəbəkəsi yeni avtobus zolaqları şəbəkəsi ilə birlikdə tətbiq ediləcək.

    İlk olaraq marşrut şəbəkəsinin Hövsan, Mərdəkan və Şüvəlan qəsəbələrinə fəaliyyət göstərəcək 5 yeni marşrut üzrə tətbiqi nəzərdə tutulur. Bu məqsədlə Hövsan qəsəbəsi (MİDA) – “28 May” metro stansiyası istiqaməti üzrə 120, Hövsan qəsəbəsi (Mərkəz) – “28 May” metro stansiyası istiqaməti üzrə 120E, Hövsan qəsəbəsi (MİDA) – Əhmədli metro stansiyası istiqaməti üzrə 121E, Şüvəlan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140, Mərdəkan qəsəbəsi – “Koroğlu” metro stansiyası istiqaməti üzrə 140E nömrəli müntəzəm və ekspres avtobus marşrutları müsabiqəyə təqdim edilib. Ekspres marşrutlar sərnişin daşımalarının daha sürətli təmin edilməsinə şərait yaradacaq. Təşkil ediləcək marşrut şəbəkəsində yeni nömrələmə tətbiq ediləcək.

    Yeni marşrut şəbəkəsi xidmət səviyyəsinin yüksəlməsini təmin edəcək.