Month: May 2024

  • Число вакантных депутатских мест в Милли Меджлисе достигло 10

    Число вакантных депутатских мест в Милли Меджлисе достигло 10.

    Как сообщает Report, на сегодняшнем заседании Центральной избирательной комиссии депутатский мандат Рамина Мамедова был аннулирован в связи с назначением его председателем Государственного комитета по работе с религиозными структурами.

    Согласно пункту 4 части I статьи 89 Конституции, член Милли Меджлиса лишается мандата, если занимает должность в государственных органах.

    Отметим, что председатель парламентского комитета по культуре, депутат Ганира Пашаева скончалась 28 сентября 2023 года в отделении интенсивной терапии Центральной клинической больницы, где проходила лечение.

    14 июля 2023 года скончался депутат от Бинагадинского третьего избирательного округа №10 Мадер Мусаев.

    17 марта 2022 года на заседании ЦИК было принято решение о прекращении депутатских полномочий депутата Милли Меджлиса Шахина Сеидзаде в связи с его назначением председателем правления Государственного историко-архитектурного заповедника “Ичеришехер”.

    В 2021 году приговором Сумгайытского суда по тяжким преступлениям депутат Эльданиз Салимов был лишен свободы на срок 3 года и 6 месяцев. Согласно статье 89 Конституции, депутат Милли Меджлиса лишается мандата в случае совершения преступления и при наличии вступившего в законную силу приговора суда. На процессе под председательством судьи Мамедали Рзаева в Сумгайытском апелляционном суде было принято решение, согласно которому приговор суда первой инстанции оставлен в силе без изменения. Таким образом, Салимов был лишен депутатского мандата.

    Кроме того, в августе 2020 года скончался Фаттах Гейдаров, депутат Милли Меджлиса от Габалинского избирательного округа №116.

    Наряду с этим, за нарушения на досрочных парламентских выборах в феврале 2020 года ЦИК аннулировал результаты по 4 округам. Результаты были признаны недействительными по Хатаинскому первому избирательному округу №33 (лидер – Гусейнбала Мираламов), Хатаинскому третьему избирательному округу №35 (лидер – Рауф Арифоглу), Лянкяранскому сельскому избирательному округу №74 (лидер – Хады Раджабли) и Имишли-Бейлаганскому избирательному округу №80 (лидер – Чингиз Ганизаде).

  • Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb

    Milli Məclisdə boş qalan deputat yerlərinin sayı 10-a çatıb.

    Mərkəzi Seçki Komissiyasının bugünkü iclasında Ramin Məmmədov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri təyin edilməsi ilə bağlı deputat mandatından məhrum olunub.

    Qeyd edək ki, 2023-cü il sentyabrın 28-də Milli Məclisin Mədəniyyət komitəsinin sədri, deputat Qənirə Paşayeva müalicə olunduğu Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində vəfat edib.

    Ötən il iyulun 14-də 10 saylı Binəqədi üçüncü seçki dairəsinin deputatı Madər Musayev dünyasını dəyişib.

    Mərkəzi Seçki Komissiyanın 17.03.2022-ci il tarixində keçirilən iclasında Şahin Seyidzadə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri təyin edilməsi ilə bağlı (Konstitusiyanın 89-cu maddəsinə əsasən, Milli Məclisin deputatı başqa ödənişli fəaliyyətlə məşğul olduğuna görə) deputat mandatına xitam verilib.

    Bundan başqa, 2021-ci ildə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, deputat Eldəniz Səlimov 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub. Konstitusiyanın 89-cu maddəsinə əsasən, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda Milli Məclisinin deputatı mandatından məhrum edilir. Sumqayıt Apellyasiya Məhkəməsində hakim Məhəmmədəli Rzayevin sədrliyi ilə keçirilən prosesdə elan olunana qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən qüvvədə saxlanılıb. Beləliklə, Eldəniz Səlimovun Milli Məclisin deputatı mandatına xitam verilib.

    Həmçinin, 2020-ci ilin avqustun 4-də Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, parlamentin Hesablayıcı Komissiyasının sədri Fəttah Heydərov vəfat edib.

    Onu da xatırladaq ki, 2020-ci ilin fevral ayında keçirilən Milli Məclisə növbədənkənar seçkilər zamanı MSK baş vermiş qanun pozuntularına görə 4 dairənin nəticələrini ləğv edib. Nəticəsi ləğv edilmiş dairələr 33 saylı Xətai birinci seçki dairəsi (lider namizəd Hüseynbala Mirələmov), 35 saylı Xətai üçüncü seçki dairəsi (lider namizəd Rauf Arifoğlu), 74 saylı Lənkəran kənd seçki dairəsi (lider namizəd Hadi Rəcəbli) və 80 saylı İmişli-Beyləqan seçki dairəsi (lider namizəd Çingiz Qənizadə) olub.
    //report

  • “Barselona” klubu Pedrini satışa çıxaracaq

    İspaniyanın “Barselona” klubu yay “transfer pəncərəsi”ndə Pedrini satışa çıxaracaq.

    “Report” “Radio Marca”ya istinadən xəbər verir ki, 21 yaşlı yarımmüdafiəçi dünyanın ən istedadlı futbolçularından hesab olunsa da, baş məşqçi Xavinin etimadını qazana bilməyib.

    Belə ki, Pedrinin özünü inkişaf etdirməməsi və gecə həyatına qurşanması məşqçilər korpusunun ürəyincə deyil.

    İspaniyalı futbolçunun Kataloniya klubu ilə müqaviləsinin müddəti 2026-cı ilin yayında başa çatacaq.

    Qeyd edək ki, Pedri cari mövsüm “Barselona”nın heyətində 29 oyuna çıxıb və 2 qol vurub.

  • Qanunsuz balıq ovu edənlər saxlanılıb

    Mingəçevir su anbarında, Xəzər dənizinin Bakı şəhəri, Neftçala, Xaçmaz rayonları, Xəzərin Astara rayonu akvatoriyasında qanunsuz balıq ovlayan şəxslər saxlanılıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

    Bildirilib ki, araşdırma zamanı həmin şəxslərin Mingəçevir şəhər sakini Zöhrab Hacıyev, Bakı şəhər sakini Rahib Ağayev, Neftçala rayon sakinləri Mirəfqan Əmirov, Əzim Musayev, Siyəzən rayon sakini Coşqun Səmədov, Astara rayon sakini Şahhüseyn Qəhrəmanov olduğu müəyyən edilib, onlardan istifadəsi qadağan olunmuş ov alətləri və xeyli sayda qanunsuz ovlanmış balıq aşkar edilərək götürülüb.

    Faktlarla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və qanunmüvafiq tədbir görülüb.

    Qeyd edək ki, balıqların kürütökmə dövrü ilə əlaqədar may ayının 1-dən Azərbaycanda bütün su hövzələrində balıq ovuna moratorium qüvvəyə minib.

  • В Азербайджане еще 12 детей переданы семьям-опекунам

    В Азербайджане еще 12 детей переданы семьям-опекунам.

    Об этом сообщили в Министерстве труда и социальной защиты населения.

    В соответствии с законодательством между Министерством и лицами, взявшими опеку над этими детьми, были подписаны договоры.

    Среди переданных семьям-опекунам детей 3 мальчика и 9 девочек, 7 из них – дети в возрасте до 6 лет, четверо – 7-13 лет, один – 14-18 лет.

    Трое детей будут проживать в семьях в городе Баку, а 9 – в регионах (Лянкяран – 2, Джалилабад –1, Агджабеди – 1, Билясувар – 1, Загатала – 1, Гянджа – 1, Гейчай – 1, Шамахы – 1).

    Отметим, что семьи, принимающие детей на попечение, получают социальное пособие в размере 355 манатов на ребенка в возрасте до 6 лет (395 манатов на ребенка с установленной инвалидностью), 375 манатов на ребенка в возрасте от 7 до 13 лет (415 манатов на ребенка с установленной инвалидностью), 395 манатов на ребенка в возрасте от 14 до 18 лет (435 манатов на ребенка с установленной инвалидностью), а также ежеквартальное пособие в размере 200 манатов на покупку сезонной одежды для детей.

  • Himayədar ailələrə verilən uşaqların sayı 12-yə çatıb

    Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin himayədar ailələrə verdiyi uşaqların sayı 12-yə çatıb.

    Bu barədə nazirlikdən məlumat verilib.

    Qeyd olunub ki, qanunvericiliyə uyğun olaraq Nazirliklə həmin uşaqları himayəyə götürən şəxslər arasında uşağın himayədar ailəyə verilməsinə dair müqavilələr imzalanıb. Himayədar ailələrə verilən uşaqlardan 3-ü oğlan, 9-u qızdır. Həmçinin 7-si 6 yaşadək olan, 4-ü 7-13 yaş arası, 1-i 14-18 yaş arası uşaqlardır.

    Hazırda həmin uşaqların 3-ü Bakı şəhərindəki, 9-u rayonlardakı (Lənkəran-2, Cəlilabad-1, Ağcabədi-1 , Biləsuvar-1, Zaqatala-1, Gəncə-1, Göyçay-1, Şamaxı – 1) ailələrdə yaşayırlar.

    Qeyd edək ki, “Himayədar ailə” qayğı modeli valideynlərini itirmiş, valideyn himayəsindən məhrum olmuş, valideynləri tərəfindən müəssisəyə qoyulmuş uşaqların dövlət nəzarəti altında ailə mühitində böyüməsi və inkişafını nəzərdə tutur.

    Himayədar ailələrlə bağlı sosial dəstək mexanizmi çərçivəsində həmin ailələrə himayəyə götürdükləri:

    • 0-6 yaş arası uşağa görə 355 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 395 manat);

    • 7-13 yaş arası uşağa görə 375 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 415 manat);

    • 14-18 yaş arası uşağa görə 395 manat (əlilliyi müəyyən edilmiş uşaq olduqda 435 manat) aylıq müavinət verilməsi nəzərdə tutulub.

    Himayədar ailəyə verilmiş uşaqlara mövsümi geyim alınması üçün ailələr hər rübdə bir dəfə 200 manat məbləğində birdəfəlik müavinətlə də təmin edilirlər.

  • Актоты Раимкулова: Будет создана цифровая платформа тюркского культурного наследия

    Международный фонд тюркской культуры и наследия планирует создать специальную цифровую платформу тюркского культурного наследия.

    Об этом заявила президент фонда Актоты Раимкулова на девятой панельной сессии на тему “Обеспечение устойчивого мира для возрождения и сохранения культуры в постконфликтный период” во второй день VI Всемирного форума межкультурного диалога.

    По ее словам, для возрождения памятников культуры в постконфликтный период должна быть создана необходимая инфраструктура: “Основой для каждого общества является его культурное наследие и исторические ценности. Культура играет ключевую роль в преодолении разногласий и конфликтов между различными группами людей. Инициатива “Мир ради культуры” заслуживает особого признания, так как нацелена на обеспечение устойчивого мира через сохранение культурного многообразия”.

    Раимкулова также подчеркнула важность поддержания и сохранения общего культурного наследия тюркских народов.

    “Мы намерены в будущем составить список тюркского культурного наследия и создать специальную цифровую платформу для его сохранения”, – сказала она.

  • Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər

    Türk mədəniyyəti irsinin rəqəmsal platforması yaradıla bilər.

    Bunu Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova mayın 2-də Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun ikinci günündə “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” mövzusunda təşkil olunan doqquzuncu panel sessiyasında deyib.

    Onun sözlərinə görə, postmünaqişə dövründə mədəniyyət abidələrinin dirçəldilməsi üçün lazımi infrastruktur olmalıdır:

    “Hər bir xalqın özəyi onun mədəniyyətindən, tarixi dəyərlərindən ibarətdir. Mədəniyyət ziddiyyətli qruplar arasında fikir ayrılıqlarını aradan qaldırmaq üçün bir vasitədir. Mədəniyyətin qorunması üçün dayanıqlı sülhün təmin edilməsinə yönəlmiş “Mədəniyyət naminə sülh” təşəbbüsünü alqışlayıram. Ortaq türk mədəniyyətinin qorunması məsələsi çox vacibdir. Türk mədəniyyəti irsinin siyahısının hazırlanması, həmçinin rəqəmsal platformanın yaradılması istiqamətində addımlar atılacaq”.

    A.Raimkulova bildirib ki, sülh sadəcə müharibənin olmaması deyil, həqiqi sülh mədəniyyət və tarixə hörmət etməkdir:

    “Biz çalışmalıyıq ki, mədəni irsimiz qorunub saxlanılsın və sabit sülh təmin edilsin. Dünya ictimaiyyətini beynəlxalq hüququn norma və prinsiplərinə hörmət etməyə çağırırıq”.

  • Qubada qanunsuz kömür quyuları aşkarlanıb, 7 nəfər cərimələnib

    Quba rayonu ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən quyular aşkarlanıb.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı qanunsuz kömür istehsal edən şəxslərin Quba rayonu Xanəgah kənd sakini Səməd Seyidov, Tülər kəndi sakini Sakit Əbilov, Rustov kənd sakinləri Rahib Şıxzadayev, Xalid Güləliyev, Alıc kənd sakinləri Hikmət Fərhadov, Qoşqar Bəybalayev və Novruz İsayev olduğu müəyyən edilib.

    Faktlarla bağlı qanunsuz kömür istehsal edən şəxslər barəsində akt, protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.

  • Binəqədidə AKS markalı avtomat tapılıb

    Bakı şəhəri, Binəqədi rayonunda 1 ədəd AKS markalı avtomat aşkarlanıb.

    Bu barədə Ədliyyə Nazirliyinin Penitensiar xidmətindən məlumat verilib.

    Bildirilib ki, Penitensiar xidmətin əməliyyat aparatının Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birgə keçirdiyi əməliyyat-axtarış tədbiri nəticəsində Çobanov Nicat Qürbət oğluna məxsus bir ədəd AKS markalı avtomat silah və içərisində 10 ədəd 5,45 kalibrli güllə olan 1 ədəd avtomat sandıqcası Binəqədi rayonu Çiçək qəsəbəsi ərazisində aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.