Month: May 2024

  • В Азербайджане продается прибор, снижающий расход газа?

    Утверждается, что в Азербайджане продается прибор, который снижает расход газа за счет вмешательства в соответствующий счетчик.

    Как сообщает хezerxeber.az, утверждается, что нужно лишь поднести его к устройству, предназначенному для учета потребления газа, чтобы приостановить его работу.

    В соответствующих объявлениях по продаже предлагается доставка и тестовая проверка данного прибора.

    По мнению эксперта в сфере коммунальных услуг Нусрета Гасымова, воздействовать на счетчик газа таким образом практически невозможно. Специалист подчеркнул, что при обнаружении вмешательства в работу этого устройства наказание не ограничивается возмещением нанесенного ущерба – за это также налагается дополнительный штраф.

    Следует отметить, что вышеуказанное правонарушение влечет денежный штраф в размере от 4 000 до 6 000 манатов, ограничение свободы сроком от одного до трех лет или лишение свободы сроком на три года.

    Подробнее – в сюжете:

  • Qaz sərfiyyatını azaldan qurğu satılır: Sayğacın işini dayandırmaq mümkündürmü? – VİDEO

    Qaz sayğacına müdaxilə etməklə sərfiyyatı azaltdığı iddia olunan qurğu satılır.

    Xezerxeber.az-ın məlumatına görə, iddialara görə sosial şəbəkələrdə satılan bu qurğunu yaxınlaşdırmaq kifayət edir ki, sayğacın iş mexanizmi dayansın.

    İddia olunur ki, mexaniki sayğacların sərfiyyat qeydiyyatını istənilən an dayandırmaq və işə salmaq mümkündür.

    Satış üçün paylaşılan elanlarda çatdırılma və test üçün yoxlama da təklif olunur.

    Mövzuya münasibət bildirən kommunal xidmətlər üzrə ekspert Nüsrət Qasımov bildirib ki, faktiki olaraq sayğaca bu formada müdaxilə etmək mümkün deyil.

    Onun sözlərinə görə, sayğaca müdaxilə aşkar edildikdə, cərimə vurulan zərərin ödənilməsi ilə yekunlaşmır. O bildirib ki, bu halda əlavə cərimələr də təyin olunur.

    Qeyd edək ki, sözügedən qayda pozuntusuna görə 4 000 manatdan 6 000 manatadək cərimə, bir ildən üç ilədək azadlığın məhdudlaşdırılması və ya üç il müddətinə azadlıqdan məhrumetmə cəzası tətbiq edilir.

    Ətraflı süjetdə:

  • СМИ: Израиль полностью отключил связь и интернет в Рафахе

    Израильские власти отключили связь и интернет в Рафахе, расположенном на юге сектора Газа у границы с Египтом.

    Согласно данным иранского агентства Tasnim, связь и интернет были отключены в Рафахе на фоне усиления артиллерийских и авиаобстрелов израильской армии.

    Как отмечает катарский телеканал Al Jazeera, Армия обороны Израиля также проводит рейды в южных и западных районах Рафаха, наносит бомбовые удары и обстреливает жилые дома в центре города. В расположенных на юге Рафаха лагерях беженцев Ибна и Шабура размещены израильские танки.

    Ситуация на Ближнем Востоке резко обострилась после проникновения 7 октября 2023 года боевиков радикального палестинского движения ХАМАС из сектора Газа на израильскую территорию, сопровождавшегося убийствами жителей приграничных населенных пунктов и захватом заложников. В ответ Израиль объявил о полной блокаде Газы и стал наносить удары по сектору и отдельным районам Ливана и Сирии, после чего начал наземную операцию в анклаве. Столкновения происходят и на Западном берегу реки Иордан.

    Источник: ТАСС

  • Rəfahda vəziyyət kəskinləşir: İsrail rabitə və interneti tamamilə kəsdi

    İsrail hakimiyyəti Qəzza zolağının cənubunda, Misirlə sərhəddə yerləşən Rəfah bölgəsində rabitə və interneti kəsib.

    Bu barədə “Tasnim” agentliyi məlumat verib.

    Agentliyin məlumatına görə, İsrail ordusunun artilleriya və hava zərbələrinin artması fonunda Rəfahda rabitə və internet kəsilib.

    Həmçinin “Əl-Cəzirə” telekanalı qeyd edib ki, İsrail Müdafiə Qüvvələri Rəfahın cənub və qərb bölgələrində reydlər keçirir. Rəfahın cənubundakı İbna və Şabura qaçqın düşərgələrində İsrail tankları yerləşdirilib.

    Mənbə: TASS

  • Объявлено время первого рейса из Азербайджана в Мекку для совершения хаджа

    Завершился прием документов для совершения паломничества (хадж) из Азербайджана.

    Об этом Report сообщили в Управлении мусульман Кавказа (УМК).

    По информации, вчера заполнилась квота в 1 500 человек.

    Отмечается, что из Азербайджана первый рейс в Мекку вылетит 4 июня.

  • Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuşun vaxtı AÇIQLANDI

    Azərbaycandan Həcc ziyarətinə sənəd qəbulu başa çatıb.

    Bu barədə “Report”a Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

    Bildirilib ki, artıq azərbaycanlı zəvvarlar üçün ayrılmış 1500 nəfərlik kvota dolub.

    Azərbaycandan Həcc ziyarəti üçün ilk uçuş iyunun 4-də həyata keçiriləcək.

  • Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb

    Ağdamda 12 yaşlı uşaq xəstəxanada ölüb.

    Oxu.az-ın əldə etdiyi məlumata görə, rayonun Təzəkənd qəsəbə sakini Teymur Zeynalovun yüksək hərarəti olub, daha sonra vəziyyəti ağırlaşıb. Ailə üzvləri T.Zeynalovu Ağdam Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Həkimlər ona ilkin tibbi yardım göstərsələr də, uşağın həyatını xilas edə bilməyiblər.

    Məlumatda qeyd olunur ki, mərhumun körpəlikdən qıcolması (epilepsiya) olub. Bundan başqa, onda gizli şəkər xəstəliyi də aşkarlanıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycan gimnastı: “Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir”

    Rəqabət bizi qorxutmur, əksinə daha güclü edir.

    Bu sözləri Macarıstanın paytaxtı Budapeştdə keçirilən gimnastika üzrə Avropa çempionatında çıxışını başa vuran qrup hərəkətləri üzrə Azərbaycan komandasının üzvü Güllü Ağalarzadə jurnalistlərə açıqlamasında deyib.

    O, əsas məqsədləri olan “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziya qazandıqları üçün xoşbəxt olduğunu bildirib: “Düzdür, Parisə lisenziyamız təsdiqlənməsə də, yaxın zamanda Beynəlxalq Gimnastika Federasiyası tərəfindən bu qərar qəbul olunacaq. Üç lent və iki topla hərəkəti bitirdikdən sonra hakimdən gələcək xalı gözləyirdik. Ancaq bacardığımıza inanırdıq. Bizə hər zaman dəstək olan Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyevaya təşəkkür edirik. Məhz onun qayğısı sayəsində uğurlar qazanırıq. Çalışacağıq ki, bəzi səhvlər üzərində işləyək və “Paris-2024″ Yay Olimpiya Oyunlarına tam hazır formada yollanaq”.

    Milli komanda çoxnövçülük proqramında (5 halqa; 3 lent və 2 top) 70,200 xal toplayaraq 4-cü yeri tutub. Həmçinin yığmamız 3 lent və 2 top proqramı üzrə 4-cü (33,350), halqalarla çıxışda isə 6-cı sırada (36,600) qərarlaşıb.

  • Fəlsəfə doktoru vəfat etdi

    Azərbaycan Memarlıq və İnşaat Universitetinin müəllimi vəfat edib.

    Bu barədə sosial şəbəkədə məlumat yayılıb.

    Bildirilib ki, “Kimya və Fizika” kafedrasının fizika müəllimi Tərxan Cəbrayılov dünyasını dəyişib.

    Qeyd edək ki, Fizika kafedrasının dosenti, fizika üzrə fəlsəfə doktoru Tərxan Humusi oğlu Cəbrayılov 25 yanvar 1954-cü ildə Şamaxı rayonu, Çalov kəndində anadan olub.

  • Niderlandın kəşfiyyat xidmətinin keçmiş rəhbəri ölkənin Baş nazir seçilə bilər

    Niderlandın Baş Kəşfiyyat və Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri Dik Shfun bu ölkənin Baş naziri postuna namizədliyi nəzərdən keçirilir.

    Bu barədə “Dutch News” portalı məlumat yayıb.

    67 yaşlı Shof kəşfiyyat xidməti ilə yanaşı, Niderlandın terrorla mübarizə idarəsinə rəhbərlik edib, həmçinin Ədliyyə Nazirliyinin nəzdində fəaliyyət göstərən miqrasiya idarəsində də işləyib.

    Qeyd olunub ki, “Azadlıq Partiyası”, “Azadlıq və Demokratiya Uğrunda Xalq Partiyası”, “Yeni Sosial Müqavilə” və “Fermerlər-Vətəndaş Hərəkatı” partiyaları ötən həftədən Baş nazirliyə namizədlə bağlı danışıqlar aparır.

    Nəşrin məlumatına görə, Shofun Baş nazir postuna namizədliyi razılaşdırılıb. İndi danışıqlar aparan tərəflər gələcək nazirlər kabinetinin tərkibi ilə bağlı məsləhətləşmələr keçirirlər.