Month: May 2024

  • Bu il Rusiya ən çox almanı Azərbaycan, Serbiya və Çindən idxal edib

    2024-cü ilin əvvəlindən mayın 26-dək Rusiya ən çox almanı Serbiya (30,9 min ton), Azərbaycan (28,4 min ton)və Çindən (15,2 min ton) idxal edib. Ümumilikdə, bu ilin əvvəlindən ölkəyə 178,3 min ton alma tədarük edilib.

    Bu barədə Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidməti (“Rosselxoznadzor”) məlumat yayıb.

    Qeyd olunub ki, 2022-ci ildə ümumilikdə 615,08 min ton, 2023-cü ildə isə 417,03 min ton alma idxal edilib. Belə ki, 2022-ci ildə Rusiyaya almanın əsas tədarükçüləri Serbiya (99,6 min ton), Türkiyə (89,5 min ton), Azərbaycan (77,2 min ton) və Belarus (73,06 min ton) olub.

    2023-cü ildə isə ən çox alma Belarusdan (79,7 min ton), Azərbaycandan (79,2 min ton), Serbiyadan (47,1 min ton) və Türkiyədən (40,9 min ton) idxal edilib.

  • Vaşinqtonun meri 28 May – Müstəqillik Günü ilə bağlı Bəyannamə imzalayıb – FOTO

    ABŞ-ın paytaxtı Vaşinqton şəhərinin meri Myuriel Bouzer Azərbaycan Demokratik Respublikasının yaranmasının 106-ci illiyi ilə əlaqədar Bəyannamə imzalayıb.

    Bəyannamədə 1918-ci il 28 may tarixində qadınlara seçki hüquqlarını təmin edildiyi Müsəlman Şərqində ilk dünyəvi parlamentli respublika olan Azərbaycan Demokratik Respublikasının qurulduğu bildirilib.

    Eyni zamanda Azərbaycan Demokratik Respublikasının yaranması münasibətilə dünyada 50 milyondan çox azərbaycanlının Müstəqillik Gününü qeyd etdiyi vurğulanıb.

    Bundan başqa Bəyannamədə bu il Azərbaycanın müstəqilliyinin bərpasından otuz üç il və ABŞ ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasından otuz iki il keçdiyi qeyd olunub.

    Mer Bouzer imzaladığı Bəyannamədə Vaşinqtonda Azərbaycan Səfirliyinin mövcudluğu və Azərbaycan icmasının şəhərin təhsil və mədəniyyət müxtəlifliyinə verdiyi töhfələrlə çox zənginləşdiklərini qeyd edib.

    Qeyd edək ki, Vaşinqton meri tərəfindən hər il 28 may tarixində Bəyannamə imzalaması artıq ənənəyə çevrilib.

  • Sabah Masallının 4 kəndində qazın verilişi dayandırılacaq

    Sabah Masallı rayonunun 4 kəndində qazın verilişi dayandırılacaq.

    Rayonun Türkoba kəndində daşıyıcı qaz xəttində aşkar olunan yeraltı qaz sızmasını aradan qaldırmaq üçün Mahmudavar, Mololon, Şatıroba kəndlərinin və Türkoba kəndinin bir hissəi olmaqla ümumilikdə 2 000-ə yaxın abonentin qaz təchizatının sabah saat 10:00-dan işlər yekunlaşana qədər dayandırılması planlaşdırılır.

    Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

  • Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

    Hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

    Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov bildirib ki, hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 502 sm təşkil edir.

    Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

  • Şəmkir su anbarında batan kişinin meyiti tapılıb

    Şəmkir su anbarının Tovuz rayonu ərazisinə düşən hissəsində batan Aşağı Öysüzlü kənd sakini 1987-ci il təvəllüdlü Baxşəliyev Zabit Paşa oğlunun cəsədi tapılıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, FHN-nin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən meyit suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Qeyd edək ki, B.Zabit mayın 23-də sözügedən su anbarında batmışdı.

  • Норвегия официально признала Палестину

    Решение Норвегии признать Палестину в качестве независимого государства вступило в силу.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом говорится в сообщении главы МИД Норвегии Эспена Барта Эйде, опубликованного на сайте правительства.

    “На протяжении более 30 лет Норвегия была одним из самых ярых сторонников палестинского государства. Сегодня, когда Норвегия официально признает Палестину как государство, это важная веха в отношениях между Норвегией и Палестиной”, – говорится в сообщении.

    О решении признать Палестину независимым государством правительство Норвегии сообщило 22 мая. Власти Ирландии и Испании также заявили об этом. В ответ глава израильского МИД заявил об отзыве послов из Дублина, Мадрида и Осло для консультаций. Одновременно главы дипмиссий Ирландии, Испании и Норвегии в Израиле были вызваны в МИД еврейского государства, где им был объявлен демарш.

  • Norveç Fələstini rəsmən tanıyıb

    Norveçin Fələstini müstəqil dövlət kimi tanıması barədə qərar qüvvəyə minib.

    Median.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Norveçin xarici işlər naziri Espen Bart Eydenin hökumətin saytında dərc olunmuş bəyanatında deyilir.

    “30 ildən artıqdır ki, Norveç Fələstin dövlətini ən çox dəstəkləyənlərdən biridir. Bu gün Norveçin Fələstini rəsmi olaraq dövlət kimi tanıması Norveç və Fələstin arasındakı münasibətlərdə mühüm mərhələdir”, – bəyanatda vurğulanıb.

    Qeyd edək ki, Norveç hökuməti mayın 22-də Fələstini müstəqil dövlət kimi tanımaq qərarını açıqlayıb. Bu barədə İrlandiya və İspaniyanın hakimiyyət orqanları da məlumat verib.

  • Ağdamın Şotlanlı kəndinə ilkin mərhələdə 205 ailənin köçürülməsi planlaşdırılır

    Ağdam rayonunun Şotlanlı kəndinə üç min nəfərin köçürülməsi nəzərdə tutulur, bunun üçün 750 ev tikiləcək, ilkin mərhələdə isə 205 ailənin köçürülməsi planlaşdırılır.

    Bu barədə Azərbaycan Prezidenti İlham Əliyevə kəndin təməlini qoyarkən Ağdam, Füzuli və Xocavənd rayonlarında Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov məlumat verib.

    Bildirilib ki, Şotlanlı və Umudlu kəndlərinin ərazilərini əhatə edəcək bu kəndin layihələndirilən ərazisi 197,4 hektardır.

    Birinci mərhələdə layihələndirilən ərazi 51 hektardan çoxdur. Tikiləcək 205 evin 41-i ikiotaqlı, 103-ü üçotaqlı, 51-i dördotaqlı və 10-u isə beşotaqlı olacaq. Burada 540 şagird yerlik məktəb binası, 90 yerlik uşaq bağçası, tibb məntəqəsi, klub-icma mərkəzi və kitabxana, qonaq evi, ticarət mərkəzi, bazar, idman-sağlamlıq mərkəzi, inzibati bina, məişət xidməti obyekti, kənd meydanı, Bayraq meydanı, park, yanğınsöndürmə deposu (2 maşın yerlik), qazanxana, su anbarı, idman meydançası, 35 kV-luq paylayıcı qurğu yaradılacaq.

  • “YouTube” İran XİN-in kanalını bağlayıb

    “YouTube” platforması mayın 28-də İran Xarici İşlər Nazirliyinin kanalını bağlayıb.

    Bununla bağlı İslam Respublikasının Xarici İşlər Nazirliyinə ismarış göndərilib.

    Məktubda bildirilib ki, İran XİN zorakılığı və belə cinayətkar işlədən təşkilatları təbliğ edir: “Bununla bağlı tətbiq edilən qaydaları təkrar pozduğunuz üçün kanalınızı “Youtube”də bağladıq”.

  • Bakıda yol qəzası olub, xəsarət alan var

    Bakıda xəsarətlə nəticələnən yol qəzası olub.

    Xətai rayonunda iki avtomobil toqquşub. Hadisə zamanı 1998-ci il təvəllüdlü Nəsirova Məleykə Vaqif qızı xəsarət alıb.

    Yaralı xəstəxanaya yerləşdirilib.

    Araşdırma aparılır.