Month: May 2024

  • 825-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi

    Rusiya müharibənin 825-ci günü üçün Ukrayna ordusunun itkiləri haqda məlumatı yeniləyib.

    Bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov məlumat yayıb.

    “Xüsusi əməliyyatın başladığı gündən indiyə qədər düşmənin 603 təyyarəsi, 274 helikopteri, 24 739 PUA-sı, 524 zenit-raket kompleksi, 16 182 tank və digər zirehli texnikası, 1 322 reaktiv yaylım atəş sistemi, 9 914 artilleriya və minaatanı, 22 060 xüsusi hərbi avtomobil texnikası məhv edilib”, – o bildirib.

  • Babək prospektindəki məşhur dairə ləğv edildi – Video

    Paytaxtın Babək prospektində maşın bazarına gedən yoldakı dairə ləğv edilib.

    Bu barədə videogörüntü sosial şəbəkələrdə paylaşılıb.

    Paylaşım edən sosial şəbəkə istifadəçisi sözügedən ərazidə nəqliyyat sıxlığının olduğunu qeyd edərək, aparılan işləri müsbət qiymətləndirib.

    Qeyd edək ki, dairənin bağlanan hissəsində park salınacağı ehtimal edilir.
    //oxu.az

  • Sumqayıtda zəncirvari qəza baş verib, yaralananlar var

    Sumqayıtda zəncirvari qəza baş verib, yaralananlar var.

    Hadisə Səməd Vurğun küçəsində qeydə alınıb.

    “Kia”,”Mercedes” və “Vesta” markalı avtomobillər toqquşub. Qəza zamanı 2 qadın xəsarət alıb. Onlar dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

    Hadisənin səbəbi araşdırılır.

  • Bakıda “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək

    Bakı şəhərinin uşaq musiqi və incəsənət məktəbləri arasında yaradıcılıq və mədəni mübadilənin təşviqinə yönəlmiş, eyni zamanda şəhər sakinləri və qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı silsilə tədbirlər həyata keçiriləcək.

    Layihə Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi, Bakı şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı, Azərbaycan Gənclər Fondunun və “Mədəniyyət Könüllüləri” İctimai Birliyinin dəstəyi ilə reallaşdırılacaq.

    Bu layihənin əsas məqsədi şəhərin müxtəlif məkanlarında (açıq havada) paytaxtın musiqi və incəsənət məktəbləri şagirdlərinin ifasında konsert proqramları təşkil etmək, gənc musiqiçi, rəssam və rəqqasların öz istedadlarını nümayiş etdirməkləri üçün şərait yaratmaq, eyni zamanda şəhərin mədəni mühitinə özünəməxsus rəng qatmaqdır.

    2024-cü ilin may–iyun aylarını əhatə edəcək silsilə tədbirlərin açılış konserti 28 may tarixində saat 18:00-da Bakı şəhəri Fəvvarələr meydanında baş tutacaq. Ümumilikdə layihə çərçivəsində Bakı şəhərinin 20-dək musiqi və incəsənət məktəbinin şagirdlərinin iştirakı planlaşdırılır.

    Qeyd edək ki, dünyanın bir çox paytaxt şəhərlərində ənənəvi olaraq şəhərin incəsənət kollektivləri açıq səhnə təqdimatları ilə özünəməxsus kolorit, fərqli ab-hava və baxımlı sənət nümunələri nümayiş etdirirlər. Bu da daha geniş ictimaiyyətlə canlı təmas və fərqli təqdimat üçün əlverişli imkan yaradır.

    Belə təcrübədən faydalanaraq Bakı şəhərinin musiqi və incəsənət məktəbləri, mədəniyyət könüllülərinin iştirakı ilə paytaxtımızın mədəni mühitinin zənginləşməsinə töhfə verəcək, habelə şəhər sakinləri və paytaxta təşrif buyurmuş qonaqların zövqünü oxşayacaq “Təbəssüm üçün musiqi” adlı layihəni həyata keçirir.

  • İran Rusiyadan 12 Mi-17 helikopteri alacaq

    İran Rusiyadan 500 milyon dollara 12 Mi-17 helikopteri alacaq.

    APA-nın Rusiya bürosu xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb. Bildirilib ki, texnikalar İran Qızıl Aypara Cəmiyyətinə xidmət üçün istifadə olunacaq.

    “Rusiyanın helikopterləri” dövlət şirkəti ilk 4 təyyarəni 2025-ci ilin martına qədər təhvil verə bilər.

    Qeyd olunub ki, müqavilə İran prezidentinin, xarici işlər nazirinin və onları müşayiət edənlərin həlak olduğu helikopter qəzasından az sonra imzalanıb.

  • Gəncədə kafe yanıb

    Gəncədə yanğın hadisəsi baş verib.

    APA-nın yerli bürosunun məlumatına görə hadisə şəhərin Müseyib Bağırov küçəsində qeydə alınıb. Belə ki sözü gedən ünvadan yerləşən kafedə anidən yanğın olub. Dərhal hadisə yerinə FHN yanğınsöndürən qüvvələri və canlı qüvvəsi cəlb olunub. Yanğın zamanı kafe tamamilə yanıb.

    Yaxınlıqda yerləşən ticarət obyektləri yanğından mühafizə edilib. Baş vermiş yanğın hadisəsi araşdırılır.

  • 44 günlük müharibədən buna görə sağ çıxdıq – Paşinyan

    2020-ci ilin 44 günlük müharibəsindən sonra Ermənistan Respublikası məhz bizə reallığı dərk etməyə və reallığa təsirə imkan verən yeni düşüncə tərzlərinə görə ayaqda qaldı.

    Axar.az xəbər verir ki, bu sözləri Ermənistan Baş naziri Nikol Paşinyan Ermənistan müstəqillik günü ilə bağlı yaydığı müraciətində bildirib.

    “Bu yeni düşüncə tərzi və baxış bucaqları göstərir ki, daim dəyişən dünyada daim dəyişmək və inkişaf etmək, çağırışlara və məqsədlərə uyğun qərarlar qəbul etmək bacarığı dövlətin daimiliyinin təmin olunmasının düsturu, həyat qabiliyyətinin açarıdır”, – o bildirib.

    Paşinyan vurğulayıb ki, azadlıq kifayət deyil, ədalət lazımdır, təhlükəsizlik kifayət deyil, sülh lazımdır, firavanlıq kifayət deyil, xoşbəxtlik lazımdır, canlılıq kifayət deyil, həyat lazımdır:

    “Biz məhz bu yolla gedirik. Bir çox insan yavaş hərəkət etdiyimizi düşünür. Əslində sürət yavaşdır, lakin fasiləsizdir. Biz fasiləsiz irəliləyirik və üfüqdə istədiyimiz hədəfi görürük”, – o bildirib.

  • Avropa İttifaqı Gürcüstanla bağlı bəyanat yayıb

    Avropa İttifaqı Gürcüstan Parlamentinin Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv etməsindən dərin təəssüf hissi keçirir və bu qərara cavab vermək üçün bütün variantları nəzərdən keçirir.

    Bu barədə Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozef Borrell və Avropa Komissiyasının birgə bəyanatında deyilir.

    Avropa İttifaqı bu qanunun təşkilatın əsas prinsip və dəyərlərinə zidd olduğunu, Gürcüstanın Aİ-yə gedən yoluna mənfi təsir göstərəcəyini vurğulayıb.

    “Biz Gürcüstan hakimiyyətini bu tendensiyanın qarşısını almağa və Aİ yoluna qətiyyətlə qayıtmağa çağırırıq. Dinamikanı dəyişdirmək üçün hələ vaxt var, lakin idarəetmə orqanlarından güclü öhdəlik tələb olunur. Aİ və ona üzv dövlətləri bu hadisələrə cavab vermək üçün bütün variantları nəzərdən keçirir”.

    Qeyd edək ki, bu gün Gürcüstan Parlamenti Prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı haqqında” qanuna tətbiq etdiyi vetonu ləğv edib.

  • Putin: Rusiya NATO-nun strateji silahlarla bağlı razılığa gəlmək istəyini görmür

    “Moskva NATO-nun strateji silahlarla bağlı razılığa gəlmək istəyini o qədər də görmür”.

    Bu barədə Rusiya Prezidenti Vladimir Putin Özbəkistana səfərinin yekunlarına dair mətbuat konfransında bildirib.

    “Mənə elə gəlir ki, onlar (Qərb və NATO – Qeyd) strateji silahlar sahəsində razılığa gəlmək istəyirdilər, lakin nədənsə biz bunu etmək üçün çox istək görmürük. Görək bundan sonra nə olacaq”, – deyə o qeyd edib.

  • РФ в 2024 году импортировала больше всего яблок из Азербайджана, Сербии и Китая

    Россия с начала 2024 года по 26 мая импортировала больше всего яблок из Сербии, Азербайджана и Китая. Всего с начала 2024 года было в страну поставлено 178,3 тыс. тонн яблок.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщила пресс-служба Россельхознадзора.

    “По состоянию на 26 мая, с начала текущего года Россия импортировала больше всего яблок из Сербии (30,9 тыс. тонн), Азербайджана (28,4 тыс. тонн) и Китая (15,2 тыс. тонн)”, – говорится в сообщении.

    По данным ведомства, в 2022 году было импортировано в общей сложности 615,08 тыс. тонн яблок, в 2023 году – 417,03 тыс. тонн. По состоянию на 26 мая (с начала 2024 года) – 178,3 тыс. тонн яблок.

    Основными поставщиками яблок в Россию в 2022 году стали Сербия (99,6 тыс. тонн), Турция (89,5 тыс. тонн), Азербайджан (77,2 тыс. тонн) и Белоруссия (73,06 тыс. тонн). В 2023 году наибольший объем яблок ввезли из Белоруссии (79,7 тыс. тонн), Азербайджана (79,2 тыс. тонн), Сербии (47,1 тыс. тонн) и Турции (40,9 тыс. тонн).

    Ведомство отмечает, что наращивание поставок яблок в Россию возможно с территории государств, являющихся традиционными партнерами. При этом, как констатирует Россельхознадзор, говорить о конкретных объемах импорта яблок в Россию в 2024 году пока рано, “ожидаются итоги урожая в других странах”. Россельхознадзором запланированы переговоры с компетентными органами стран.