Month: May 2024

  • Bakının mərkəzində turistə hücum edən gənclərə AĞIR CƏZA

    Bakının Səbail rayonu ərazisində – Nizami küçəsində Pakistan vətəndaşına qarşı quldurluq etməkdə təqsirləndirilən Şahin Cavadov və Asif Bağışova hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, hər iki gənc Cinayət Məcəlləsinin 181.2.1 və 181.2.5-ci maddələri ilə təqsirli bilinib.

    Məhkəmədə bildirilib ki, gənclər ötən il fevralın 11-də saat 20 radələrində Səbail rayonu ərazisində Pakistan vətəndaşı Umar Farooqa bıçaqla hücum edərək içərisində 2 000 ABŞ dolları, 50 manat və sənədlər olan pulqabısını quldurluq yolu ilə talayıblar. Belə ki, pul kisəsi arxa cibində açıq görünən turist 26 yaşlı Şahinin və 24 yaşlı Asifin diqqətini çəkib və onlar həmin şəxsi təqib ediblər. Daha sonra əcnəbiyə hücum edən şəxslər onun pulqabısını götürərək qaçıblar.

    Məhkəmənin hökmü ilə Şahin Cavadova 9, Asif Bağışova isə 8 il həbs cəzası verilib.

    Qeyd edək ki, həbs edilən gənclər əvvəllər də oxşar əməllərə görə məhkumluq həyatı yaşayıblar.

  • Азербайджанский спортсмен завоевал медаль в международной регате

    Международная регата по гребле “Кубок Президента-2024”, посвященная 101-й годовщине со дня рождения общенационального лидера Гейдара Алиева, стартовала в селе Суговушан Тертерского района.

    Как передает Median.Az со ссылкой на Министерство молодежи и спорта, в первый день соревнований на каяке и каноэ на дистанциях в 200 и 500 м Амиль Рамазанов завоевал бронзовую медаль среди спортсменов 2006-2007 годов рождения. Он преодолел 200 м на каяке за 42 секунды.

    Отметим, что в турнире, который завершится 3 мая, участвуют представители 21 страны.

  • Azərbaycan beynəlxalq reqatada ilk medalını qazanıb

    Ümummilli lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr edilən avarçəkmə üzrə “Prezident Kuboku-2024” beynəlxalq reqatasına tarixi torpağımız Suqovuşanda start verilib.

    Median.Az Gənclər və İdman Nazirliyinə istinadən xəbər verir ki, yarışın ilk günündə kayak və kanoe ilə 200 metr və 500 metr məsafələrdə yürüşdə Azərbaycan idmançısı Amil Ramazanov 2006-2007-ci il təvəllüdlü idmançılar arasında bürünc medala sahib olub. O, kayakla 200 metr məsafəni 42 saniyəyə qət edib.

    Qeyd edək ki, mayın 3-də başa çatacaq turnirdə 21 ölkə təmsilçiləri qüvvələrini sınayırlar.

  • İcra başçısının qardaşı oğlu: “Anamı qan içində görəndən sonra atamı öldürməyə qərar verdim”

    Ötən ilin yayında Kürdəmirin Pirəköcə kəndində atasını ov tüfəngi ilə öldürən 24 yaşlı Azay Qaraşova 1 ay əvvəl 10 il həbs cəzası verildi. Lakin hadisənin dəqiq necə və hansı səbəbdən baş verməsi barədə nə ilkin istintaq, nə də məhkəmə dövründə məlumat yayılmasına imkan verildi. İşə baxan hakimlər belə qənaətə gəlmişdilər ki, məhkəmə baxışı media üçün qapalı keçirilməlidir. Yayılan məlumat isə sadəcə bu oldu: “Azay Qaraşov atasını öldürməkdə təqsirli bilinərək 10 il azadlıqdan məhrum edildi”.

    “Qafqazinfo” ailə faciəsinin necə baş verdiyi ilə bağlı bəzi detalları əldə edib.

    Münaqişəli ailə, narkotik, qisas…

    İstintaq materiallarında yazılıb ki, mərhum Azər Qaraşov ailəsi ilə uzun müddət konfliktdə olub. O, mütəmadi olaraq xüsusilə həyat yoldaşına şiddət göstərib, müxtəlif səbəblər gətirərək onu döyüb. Oğlu Azay isə təsdiq edib ki, atası eyni rəftarı özü də daxil olmaqla övladlarına da göstərib.

    Ailədaxili gərgin münasibətdən polis də məlumatlı olub. Bu səbəbdən münaqişəli ailə kimi qeydiyyata alınan ailənin başçısı Azər Qaraşovun sonradan ölümünə səbəb olacaq ov tüfəngi rəsmi qaydada əlindən alınıb. Lakin mərhum Qaraşov bir müddət sonra həmin silahı qohumunun adına rəsmiləşdirərək yenidən ələ keçirib.

    “Tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür”

    Cinayət hadisəsi təxminən saat 17 radələrində baş verib. Hadisənin baş verməsinə gətirib çıxaran sonuncu səbəb isə mərhum A.Qaraşovun mətbəxdə ev işləri görən arvadı Nurcahan Qaraşovanı səbəbsiz yerə döşəməsilən taxta ilə döyməsi olub. Anasının üzünün qan içində olduğunu görən qızı “Azay, tez özünü çatdır, atamla anam yenə savaşır, anamı öldürür” qışqıraraq qardaşını köməyə çağırıb.

    Həmin vaxt otaqda uzanıqlı vəziyyətdə olan Azay tez ayağa qalxaraq mətbəxə qaçıb. Otaqdan çıxarkən dəhlizdə anasını qan içində görən 18 yaşlı Azay atasından qisas almalı olduğunu düşünüb. O, dərhal otağına qayıdıb, atasından təmizləmək üçün aldığı ov tüfəngini götürərək qonaq otağına gedib. Atası otağa daxil olan vaxt Azay tez silahın qoruyucusunu açaraq ona atəş açıb. İlk atəş ata Qaraşovun dirsək nahiyəsindən dəyib, o yaralı halda qaçmaq istəyib.

    Amma qərarında qəti olan Azay yerə yıxılmış atasının ölmədiyini görüb ona tərəf daha 3 atəş açıb. Həmin atəşlərdən ikisi zərərçəkmişə, biri isə evin qapısına dəyib. Ağır xəsarət alan Qaraşov arvadının və uşaqlarının yanında vəfat edib.

    Anası oğlunun əməlinə ağlayaraq “Azay, sən nə etdin?!” deyə reaksiya versə də, artıq gec olub.

    İstintaq zamanı başqa bir məsələ də ortaya çıxıb. Məlum olub ki, mərhum Azər Qaraşov öldürüldüyü gün narkotik vasitənin təsiri altında olub. Bu fakt ekspert rəyi ilə təsdiqini tapıb.

    Məhkəmə istintaqı dövründə müttəhim Qaraşov özünü tam təqsirli bildiyini deyib. Oğul Qaraşov etiraf edib ki, həmin gün ilk olaraq atasını qorxutmaq istəyib, lakin ani olaraq atasının əvvəllər onu, anasını və bacısını dəfələrlə döydüyünü, əsasən də anasını daim incitdiyini, həmişə onlara qarşı sərt və qəddar davranışlarını, həyatlarını dözülməz vəziyyətə saldığını, hətta bir neçə dəfə onları ölümlə hədələdiyini və bunun davam edəcəyini ağlına gətirərək qorxutmaq yox, öldürmək qərarına gəlib.

    Azayın anası və bacısı da məhkəmədə bənzər şeyləri danışıblar. Onlar da hadisənin baş verməsinə gətirib çıxaran səbəbin mərhumun davranışları ilə bağlı olduğunu deyiblər.

    Azər Qaraşovun ittiham olunduğu Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinin sanksiyasında 9 ildən 14 ilə kimi azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur. Məhkəmə müttəhimin gənc olmasını, əvvəllər cinayət törətməməsini nəzərə alaraq onu 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edib.

    Qeyd edək ki, qətlə yetirilən Azər Qaraşov Lənkəranın icra başçısı Taleh Qaraşovun qardaşıdır. Azər Qaraşov özü isə Kürdəmirdə müxtəlif vəzifələrdə, son olaraq Kürdəmir Rayon Mədəniyyət İdarəsində çalışıb.

  • Kərim Benzema “Real Madrid”ə qayıdıb

    Səudiyyə Ərəbistanı klubunda çıxış edən Kərim Benzema “Real Madrid”ə qayıdıb.

    Məlumata görə, buna səbəb fransalı ulduz futbolçunun əzələsində ciddi problemin yaranması olub.

    “Əl-İttihad” klubunun rəsmiləri Kərim Benzemanın əzələsini yenidən bərpa etməsi üçün “Real Madrid” klubu ilə razılaşıblar. Təcrübəli hücumçu birhəftəlik müalicə prosesi keçdikdən sonra Səudiyyə Ərəbistanı klubuna qayıdacaq.

    Qeyd edək ki, Kərim Benzema bu mövsüm “Əl-İttihad” forması ilə çıxdığı 36 oyunda 16 qolla yadda qalıb.

    Mənbə: Goal.com

  • Füzuli sakinlərinə ŞAD XƏBƏR

    “Azərbaycan öz suverenliyini bərpa edib və işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə başlanılıb”.

    Bu barədə Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Münaqişədən sonrakı dövrlərdə mədəniyyətin dirçəldilməsi və qorunması üçün davamlı sülhün təmin edilməsi” adlı panel sessiyasında çıxışı zamanı deyib.

    O qeyd edib ki, fondları da bu işlərdə Azərbaycana töhfə verməyə hazırdır:

    “Burada olmaqdan çox məmnunam. Sülh təşəbbüsünü alqışlayıram. Türk mədəniyyətinin qorunması çox vacibdir. Bu gün Azərbaycan öz suverenliyini tam bərpa edib. Bərpa işlərinə başlanılıb. Çalışmalıyıq mədəni irsimiz qorunub saxlanılsın. Fond Füzulidə yerləşən Qoçəhmədli kəndini bərpa etməyə hazırlaşır”.
    //oxu.az

  • Azərbaycanda itkin uşaqla bağlı müəmma böyüyür: Görüntüləri kim sildirib? (VİDEO)

    Ötən il dekabrın 26-da itkin düşən Rasim Xankişiyevin aylardır davam edən axtarışları heç bir nəticə verməyib. İstintaq işi İmişli Rayon Prokurorluğu tərəfindən davam etdirilsə də, istintaq hərəkətlərində də heç bir nəticə əldə olunmayıb.

    11 yaşlı Rasimin ailəsi inanır ki, ərazidə yerləşən kameraların görüntüləri onlara övladlarını tapmaqda kömək edə bilər. Rasimin atası kamera görüntülərinin olduğu yaddaş kartının kameraya məsul olan şəxs Türkiyə vətəndaşı Hüseyn Qoca tərəfindən dəyişdirildiyini iddia edir.

    Vasif Xankişiyev bildirib ki, Hüseyn Qocanın Gürcüstanda olduğu ehtimal olunur. Rasimin atası deyir ki, uşağın suda batması ehtimalı sıfıra bərabərdir. Onun boyu 142 santimetr olub. Suyun səviyyəsi isə 60 santimetr.

    Hüquq müdafiəçisi Samir Zeynalovun sözlərinə görə, Rasim Xankişiyevin itkin düşməsi ilə bağlı ən vacib ipucu məhz kamera görüntüləri olub.

    Həmin görüntülərin yoxa çıxması bütün şübhələri Hüseyn Qocaya yönəldir.

    S.Zeynalov bildirib ki, şübhələri Hüseyn Qocaya yönəldən məqamlardan biri də onun sözügedən görüntüləri kiməsə vermək səlahiyyəti olmadığı halda bu işi tutmasıdır.

    Samir Zeynalovun sözlərinə görə, Hüseyn Qocanın axtarışları üçün artıq mühüm addımlar atılıb.

    Qeyd edək ki, İmişli Rayon Prokurorluğunda cinayət məcəlləsinin 125-ci maddəsi ilə cinayətə iş başlanılıb. İstintaq aparılsa da, dekabrın 27-də Hüseyn Qocaya zəng edən şəxsin kimliyi istintaq tərəfindən bu günə kimi müəyyənləşdirilməyib.

    Daha ətraflı APA TV-nin süjetində:

  • Küləkli hava nə vaxtadək davam edəcək?

    Hazırda Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi əsir.

    Milli Hidrometeorologiya Xidmətinin yaydığı məlumata görə, küləyin sürəti bəzi yerlərdə 20-25 m/s-yə çatır.

    Neft Daşları stansiyasının məlumatına əsasən, dalğanın hündürlüyü 2.3 metrdir.

    Müşahidə olunan küləkli hava şəraitinin mayın 3-ü axşamadək fasilələrlə davam edəcəyi gözlənilir.

  • “İphone 16″nın görüntüləri sızdırıldı – Apple-dən təəccüblü dəyişiklik

    “Apple” şirkəti flaqman markası “İphone 16″nın yeni modelinin görüntüləri yayıb.

    Sosial mediada paylaşılan görüntülərdə texnologiya nəhənginin “İphone 16” ilə etdiyi dəyişikliklər diqqət çəkib.

    Sızdırılan görüntüdə şirkətin “İphone 16” ilə son illərin ən böyük ekran dəyişikliyini edəcəyi görülə bilər.

    “İphone 16 Pro” 6,3 düym uzunluğunda olacaq. Bununla belə, ən böyük ekran ölçüsü artımı “İphone 16 Pro Max” ilə ola bilər.

    “İphone 16 Pro Max” daha böyük ekrana sahib olacaq.

    Paylaşılan fotolarda dörd telefon var: iPhone 16, iPhone 16 Plus, iPhone 16 Pro və iPhone 16 Pro Max.

    Sızdırılan görüntülər Apple istifadəçiləri və texnologiya həvəskarları arasında həyəcan yaratsa da, şirkətin mövzu ilə bağlı rəsmi açıqlaması yoxdur.

    “Apple” il ərzində yeni məhsullarla bağlı müxtəlif tədbirlər təşkil edir və sentyabr ayında yeni telefonlarını təqdim edir.

    Qeyd edək ki, “Apple” mayın 7-də “Let Loose” adlı tədbirə ev sahibliyi edəcək.
    //azxeber.com

  • “Alatava” ilə bağlı QƏRAR VERİLDİ

    Son günlərin ən çox müzakirə edilən layihəsi “Alatava” ilə bağlı qərar verilib.

    Serialın sosial platformalarda yayılan versiyası bir müddət öncə birmənalı qarşılanmayıb. Rasim Balayev, Əli Nur kimi aktyorlar tərəfindən tənqid atəşinə tutulub.

    Onların çıxışları isə özü ilə birgə yeni bir qalmaqalın təməlini qoyub. Serialın əsas simaları Taleh Yüzbəyov, Əlixan Rəcəbov, Rumiyyə Ağayeva isə qarşı tərəfə kəskin cavablar veriblər.

    Ötən günlərdə İTV Yayım Şurası toplantı keçirib.

    Olay.az-ın əldə etdiyi məlumata görə, iclasdan sonra “Alatava”nın “YouTube” platformasında iki versiyada yayımına qərar verilib.

    Serialın yayımlanan sonuncu 4-cü bölümünə həm orijinal, həm də efir versiyasında baxa bilərsiniz. Bunun üçün platformanın sazlamalar hissəsindən iki versiyadan birini seçmək kifayətdir.