Month: May 2024

  • Dostunun 14 yaşlı qızını qaçıran kişi həbs olundu

    Yevlaxda dostunun 14 yaşlı qızını qaçırmış və onunla intim münasibətdə olmuş 1991-ci il təvəllüdlü Qadir Həsənova (ad-soyadlar şərtidir) hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, hadisə bu il yanvarın 9-da baş verib. Evli olan Qadir bir müddətdir gizli münasibət saxladığı dostunun 14 yaşlı qızı Xəyaləni inandırıb ki, arvadından boşanaraq onunla evlənəcək. Hadisə günü o, yeniyetmə qızı məktəbdən götürərək tanışına məxsus VAZ-2106 markalı avtomobillə Bərdəyə qaçırıb.

    Bir qədər sonra qızın ailə üzvləri onun dərsdən gəlmədiyini görərək narahatlıq keçiriblər və müəllimi ilə əlaqə saxlayıblar. Məktəbdən isə Xəyalənin dərsdən çıxıb evə getdiyi bildirilib. Bundan sonra axtarışlar başlayıb və qızın atasının dostu tərəfindən qaçırıldığı məlum olub.

    Ailənin şikayəti əsasında Qadir Həsənov barəsində Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşı tamam olmamış şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş başlanılıb.

    Cinayət işinə Yevlax Rayon Məhkəməsində baxılıb. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu deyib. Məhkəmənin hökmü ilə Q.Həsənova 2 il 6 ay həbs cəzası verilib.

  • Tbilisidə aksiya zamanı xəsarət alanların sayı açıqlanıb

    Gürcüstanın paytaxtı Tbilisidə dünən parlamentin yaxınlığında keçirilən aksiya nəticəsində 15 nəfər yaralanıb.

    Məlumata görə, yaralananlar tibb müəssisələrinə yerləşdiriliblər.

    Bu barədə Gürcüstanın Səhiyyə Nazirliyi xəbər yayıb.

    Qeyd edək ki, onların arasında hüquq-mühafizə orqanlarının əməkdaşları da var.

  • Azərbaycanda ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib

    Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə kata üzrə ölkə birinciliyi keçirilib.

    Median.Az ACF-nin mətbuat xidmətinə istinadla xəbər verir ki, yarışda 18 yaşa qədər yeniyetmələr iştirak ediblər.

    Yarışda 12 cütlük (tori və uke) medallar uğrunda mübarizə aparıb. Cüdoçular yalnız katanın “nage no kata” növündə fəndləri nümayiş etdiriblər.

    Yarışda Türkiyə Cüdo Federasiyasının (TCF) Təhsil Direktoru, Avropa Cüdo Birliyinin (ACB) Kata Komissiyasının üzvü Mehmet Yılmaz və TCF-nın təhsil mütəxəssisi Gökhan Çelik də iştirak ediblər.

    ACF-nin icraçı vitse-prezidenti Rəşad Rəsullu kata üzrə ölkə birinciliyinin təltifetmə mərasimində çıxış edərək, iştirakçılara uğurlar arzulayıb və qalib olanları təbrik edib:

    “Kata üzrə bu cür yarışların təşkili cüdonun daha əsaslı bir şəkildə inkişaf etməsinə zəmin yaradır. Son dövrlərdə cüdoçularımızın beynəlxalq arenalarda göstərdikləri nəticələrlə yanaşı, Azərbaycan Cüdo Federasiyasının təhsillə əlaqədar fəaliyyəti, gələcəkdə ölkə cüdosunda daha da yaxşı nəticələrin əldə edilməsinə töhfə verəcək”.

    Rəşad Rəsullu yarışda iştirak edən idmançıların məşqçilərinin Beynəlxalq Cüdo Federasiyası (BCF) Akademiyasının məzunları olmasını xüsusi qeyd edib:

    “Bu gün yarışa qatılan yeniyetmələrin məşqçilərinin hər biri BCF Akademiyasında məşqçilik sertifikatı proqramını uğurla başa vurub. Bu onu göstəricisidir ki, BCF Akademiyası ilə əməkdaşlıq əlaqələri öz nəticələrini verir”.

    Mehmet Yılmaz Azərbaycan cüdosunda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətlərin mühüm rolunu vurğulayıb:

    “Azərbaycanda təhsil ilə bağlı həyata keçirilən fəaliyyətləri yaxından izləyirik. İnanırıq ki, bu sahədə görülən işlər Azərbaycan cüdosunun inkişafında mühüm rol oynayacaq və cüdoçuların gələcəkdə beynəlxalq arenalarda daha böyük uğurlar qazanmasına gətirib çıxaracaq”.

    Medalçıların siyahısını təqdim edirik:

    Qızıl medal:

    Sadiq Abdullayev (tori),

    Rəcəb Əkbərov (uke).

    Gümüş medal:

    Rəsul Əmirzadə (tori),

    Elvin Məmmədov (uke).

    Bürünc medal:

    Ayxan İslamlı (tori),

    İsmayıl Rəhimli (uke),

    Cavanşir Comərdov (tori),

    Fazil Hüseynov (uke).

  • “Avroviziya-2024”də Fələstin bayraqları qadağan edildi

    “Avroviziya”nın təşkilatçısı olan Avropa Yayım Birliyi builki beynəlxalq mahnı müsabiqəsinə Fələstin bayraqları və siyasi bəyanatlar olan plakatların arenaya gətirilməsini qadağan edib.

    Bununla əlaqədar Avropa Yayım Birliyi bəyanat yayımlayıb.

    Bəyanatda qeyd olunur ki, Fələstin bayraqlarının və siyasi plakatların “Avroviziya-2024”ün salonunda nümayiş etdirilməsi tədbiri poza bilər.
    Məlumat üçün əlavə edək ki, Qəzza zolağında davam edən müharibə fonunda təşkilatçıların bu qərarı İsveçdə və bir sıra Avropa ölkələrində müzakirələrə səbəb olub. Bununla bağlı gələn həftə İsveçdə silsilə etiraz aksiyalarının keçirilməsi planlaşdırılır.

  • Ömürlük məhkumluqdan bəraət alan məhkumun təzminat tələbinə cavab verildi

    Ömürlük məhkumluqdan bəraət alan Aydın Qəhrəmanova mənəvi ziyana görə 114 min manat təzminat kəsilib.

    “Qafqazinfo” xəbər verir ki, Qəhrəmanov yerli məhkəmənin bu qərarı ilə razılaşmayıb. Bəraət almış şəxs hesab edib ki, ona mənəvi ziyana görə həddən artıq az təzminat pulu ayrılması ilə bərabər maddi ziyana görə tələbinin rədd olunması qəbuledilməzdir. Bu səbəbdən o, uzun illər davam edən məhkəmə çəkişmələrini davam etdirmək qərarına gəlib.

    Məlumat üçün bildirək ki, A.Qəhrəmanov həbsdə keçirdiyi 9 ilə görə bir milyon manat ödənilməsini tələb edib.

    Maliyyə Nazirliyi və Baş Prokurorluğun cavabdeh qismində tanınmış iddiadan iddiaçının vəkili apellyasiya şikayəti verib. Bakı Apellyasiya Məhkəməsi elə ilk iclasda şikayəti dinləyib, qərar qəbul edib.

    Yuxarı instansiya məhkəməsi yerli məhkəmənin qərarını qanunauyğun hesab edib. A.Qəhrəmanov isə bu dəfə də narazı qalıb. Onun bu qərardan da kassasiya şikayəti verəcəyi bildirilib.

    Xatırladaq ki, Aydın Qəhrəmanov birlikdə yaşadığı qadını və onun qardaşı qızını öldürməkdə təqsirli bilinərək ömürlük məhkum edilmişdi. Doqquz il sonra – 2022-ci ilin sonunda Bakı Apellyasiya Məhkəməsi Qəhrəmanova bəraət vermişdi.

  • Ermənilər bu dəfə muğamımıza göz tikdilər – VİDEO

    Ermənilər bu dəfə muğamımıza göz tikiblər. Xalq artisti Siyavuş Kərimi deyib ki onlar muğam oxumağa başlayıblar.

    Bu barədə görüntülər “Xəbərin olsun” verilişində nümayiş olunub.

    Siyavuş Kərimi bildirib ki, belə getsə ermənilər bizim aşıq musiqilərimizə də iddialı olacaqlar. Bu səbəbdən Azərbaycan musiqisi dünyada daha yaxşı təbliğ olunmalıdır. O bunun üçün xüsusi təşkilatın yaradılmasının vacib olduğunu deyib:

    “Bir musiqiçi kimi bildirmək istəyirəm ki, onların arasında yaxşı musiqiçilər də var. Amma mən bunu indidən deyirəm. Vaxt gələcək onlar muğamın Ermənistana aid olduğunu iddia edəcəklər. Biz gərək tam ayıq olaq. Seygah, çahargah, şur da oxuyurlar. Biz çox diqqətli olmalıyıq.

    Onlar hətta aşıq musiqisinə də müdaxilə edəcəklər. Azərbaycan musiqi mədəniyyətini dünyada təbliğ etmək üçün mütləq qastrolalrı və konsertləri təşkil edən bir təşkilat olmalıdır”.

    Ətraflı videoda:

  • Bakıda bəy qızı nikah masasında tərk etdi, sonra isə… – Təfərrüat

    Bakının Nizami rayonunda 2000-ci il təvəllüdlü Vüsal sevgi münasibətində olduğu Aydana (adlar şərti verilib – red.) xəsarət yetirib.

    Teleqraf.com-un əldə etdiyi məlumata görə, hadisə Nizami rayonu, B.Çobanzadə küçəsində baş verib. Vüsal Aydanın yaşadığı binanın blokunda onun sifət nahiyəsinə şillə, ağız nahiyəsinə yumruqla xəsarət yetirib.

    İstintaq orqanı tərəfindən Vüsalın barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

    İş üzrə izahat verən Vüsal bildirib ki, Aydana xəsarət yetirməyib, onu döyməyib, telefonunu sındırmayıb: “Əvvəllər Aydanla aramızda sevgi münasibətləri olub. Lakin ondan ayrılmaq qərarına gəldim. Nikah günü Aydanı tərk edərək Türkiyə Respublikasına getdim.

    Aydan bununla razılaşmadı, məni daim narahat etdi, mesajlar yazdı. O, məndən qisas almaq üçün belə bir şikayət edib. Ona xəsarət yetirməmişəm, blokda aramızda normal söhbət olub. Aydanın bədəni üzərində aşkar olunan xəsarətləri anasının yetirdiyini düşünürəm. Çünki o, mənə mütəmadi olaraq anası tərəfindən döyüldüyünü, hətta bir dəfə anasının onun saçını kəsdiyini bildirib”.

    Təqsirli bilinən şəxs deyib ki, Aydanın onu narahat etməsini əks etdirən mesajları, anası tərəfindən döyüldüyünü təsdiq edən şəkilləri telefonun yaddaşından silib. Bu səbəbdən həmin sübutları məhkəməyə təqdim edə bilmir.

    İş üzrə zərərçəkmiş Aydanın sözlərinə görə, Vüsalı 1 ilə yaxındır tanıyır, onunla aralarında sevgi münasibətləri olub və evlənmək qərarına gəliblər: “Lakin Vüsal məni nikah günü tərk edərək Türkiyəyə getdi. Amma əlaqəmiz kəsilmədi.

    Hadisə baş verən günü Vüsalı yaşadığım binanın qarşısında gözlədim və onunla qarşılaşdım. Vüsal məndən telefonumu tələb etdi, hədə-qorxu gəldi. Mən isə əlavə səs-küy olmasın deyə onunla binanın blokuna daxil oldum və telefonumu ona verdim. Blokda Vüsal məni xəyanətdə ittiham edərək telefonumu yerə çırpıb yararsız vəziyyətə saldı. Həmçinin sifət nahiyəmdən şillə və yumruqla vurdu. Hətta məni boğaraq öldürəcəyi ilə hədələdi.

    Hadisə ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verdim. Daha sonra 24-cü polis şöbəsinə ərizə yazdım və tibbi ekspertizadan keçdim”.

    Zərərçəkmiş bildirib ki, Vüsaldan şikayətçidir, ona xəsarət yetirib.

    Nizami Rayon Məhkəməsinin qərarı ilə Vüsal 15 gün mçüddətinə inzibati qaydada həbs edilib.

  • Bəzi restoranlarda nərə adı ilə digər balıq növləri təqdim olunur? – VİDEO

    Paytaxtın bəzi iaşə obyektlərində nərə balığı müştərilərə ucuz qiymətlərə təklif olunur.

    Belə ki, bir kiloqramı 80-110 manat arası dəyişən bu dəniz məhsulunun 200-300 qramı bir sıra kafe və restoranlarda 15-20 manat aralığındadır. Hətta bu qiymətə nərə balığı ilə yanaşı, digər məhsulları da daxil edirlər.

    Qeyd edək ki, sözügedən balıq növünün bişirilərək süfrəyə təqdim edilməsi müəyyən zaman və əmək tələb edir. Bütün sadalananları nəzərə alsaq, o zaman menyuda təklif edilən balıq məhsulunun mənşəyi ilə bağlı suallar yaranır.

    Balıqçılıq üzrə mütəxəssis İlkin Novruzov deyir ki, hazırda nərə balığının satış qiyməti yüksək olduğundan bir çox restoranlar bu məhsulu menyularına daxil etmirlər.

    Daha ətraflı Xəzər TV-nin süjetində:

  • Prezidentin sərəncamı 3000-ə yaxın şəxsə şamil olunacaq

    Prezident İlham Əliyevin yeni sərəncamı İkinci Dünya müharibəsi iştirakçıları və sənəddə nəzərdə tutulan digər şəxslərdən ibarət 3000-ə yaxın şəxsə şamil olunacaq.

    Bununla bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.

    Qurum tərəfindən birdəfəlik maddi yardımlar İkinci Dünya müharibəsi iştirakçılarının və digər müvafiq şəxslərin bank hesablarına köçürüləcək.

    Xatırladaq ki, sərəncamın icrası üçün 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fo

  • Azərbaycanda yeni idman növü üçün şərait yaradılacaq

    Azərbaycanda körlinq idman növünün yaradılması üçün tapşırıq verilib.

    Bu barədə gənclər və idman naziri Fərid Qayıbov qurumun rəsmi saytındakı açıqlamalasında bildirib.

    “Hazırda buz meydançasında hokkey, fiqurlu konkisürmə və digər qış idman növləri üzrə bölmələr fəaliyyət göstərir. Burada yaxın vaxtlarda körlinq idman bölməsi də açılacaq. Bu idman növlərinin ilbəil ölkəmizdə daha da populyarlaşacağına inanıram”.

    Qeyd edək ki, Bakıda ilk dəfə hokkey matçı keçirilib. Buz meydançası “Baku Flames” və “Ledovoe Bratstvo” həvəskar hokkey komandaları arasında yoldaşlıq oyununa ev sahibliyi edib.