Month: May 2024

  • Temperatur 8 dərəcə aşağı enəcək – Xəbərdarlıq

    Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-dək güclənəcəyi gözlənilir.

    Median.Az Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, mayın 3-ü axşamdan 4-ü səhərədək bəzi yerlərdə yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var.

    Azərbaycanın rayonlarında qeyri-sabit hava şəraitinin mayın 5-i səhərədək davam edəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/s, bəzi yerlərdə arabir 23-28 m/s-dək güclənəcək.

    Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

  • MSK sədri parlament seçkisinə hazırlıqla bağlı tapşırıq verib

    “Mərkəzi Seçki Komissiyası (MSK) artıq parlament seçkisinə hazırlığa başlamalıdır”.

    “Report” xəbər verir ki, bunu MSK sədri Məzahir Pənahov qurumun bu gün keçirilən iclasında deyib.

    Onun sözlərinə görə, yazda və payızda hazırlıqları daha rahat görmək olur: “Ona görə də artıq hazırlığa başlamalıyıq. Yanvar ayından başlayaraq seçici siyahılarının dəqiqləşdirilməsi də həyata keçirilir. Parlament seçkisi ilə əlaqədar seçici siyahılarının dəqiqləşdirilməsi prosesi sürətləndirilməlidir”.

    “Parlament seçkisindən sonra bələdiyyə seçkisi gəlir ki, o daha da çətindir. Bütün bu hallar nəzərə alınmalıdır”, – M.Pənahov əlavə edib.

  • Quba Memorial Kompleksində məzarlıq niyə yenidən torpaqla örtülüb?

    “İqlim dəyişməsinin dolayı yolla təsir göstərdiyi abidələrə Quba şəhərindəki Soyqırımı Memorial Kompleksi ərazisində yerləşən, ermənilər tərəfindən 1918-ci ildə kütləvi qırğınlar nəticəsində həlak olan kütləvi insan məzarlarını göstərmək olar”.

    Bu barədə Azərbaycan Respublikası mədəniyyət nazirinin müavini xanım Səadət Yusifova VI Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində keçirilən “Keçmiş və gələcəyin mühafizəsi: iqlim dəyişikliyi fonunda mədəni irs” adlı panel sessiyasında çıxışı zamanı deyib.

    O bildirib ki, kütləvi məzarlıq açıldıqdan sonra insan sümüklərinin yağış, qar, qrunt suları ilə təmas etməsi və küləklər nəticəsində çürümə prosesi sürətlənib və məzarlığın yenidən torpaqla örtülməsinə və bu yolla qorunmasına qərar verilib.

    “Qlobal iqlim dəyişmələri nəticəsində yaranan quraqlıq, yağıntıların azalması “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğu ərazisində yerləşən Damcılı bulağına birbaşa təsir göstərməkdədir. Digər bulaqlardan fərqli olaraq Damcılı bulağı yerin təkindən deyil, qayalardan süzülərək tökülür. İnsanların daha çox çay kənarlarında məskən saldıqlarını və ərazidə geniş qurumuş çay yatağını əsas gətirərək demək olar ki, buradan vaxtı ilə gursulu çay axmış olsa da, hazırda su mənbəyi yalnız Damcılı bulağıdır. Aparılan tədqiqatlar nəticəsində məlum olub ki, təbii və antropogen təsirlərlə bağlı olaraq bulağın suyunda gözlə görüləcək dərəcədə azalma müşahidə olunmaqdadır”, – deyə o qeyd edib.
    //oxu.az

  • Bakıda əcnəbilərə qarşı dələduzluq edən Hindistan vətəndaşı saxlanıldı – VİDEO

    Təhsil almaq məqsədilə Azərbaycana gəlmiş beş nəfər Şri-Lanka vətəndaşına qarşı dələduzluq və hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən Hindistan vətəndaşı 1973-cü il təvəllüdlü Mishra Prashant saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Araşdırmalarla məlum olub ki, M.Prashant guya zərərçəkənlərə Bakı şəhərində yerləşən özəl ali təhsil müəssisələrindən birinə qəbul olunmalarına köməklik edəcəyini vəd edərək onlardan müəyyən miqdarda pul alıb.

    Şri-lanka vətəndaşları Bakı şəhərinə gələndən sonra isə saxlanılan şəxs onların sənədlərini ələ keçirərək hədə-qorxu ilə zərərçəkənlərdən yenidən pul tələb edib.

  • İkinci Dünya müharibəsinin iştirakçılarına və ailələrinə birdəfəlik maddi yardım veriləcək – SƏRƏNCAM

    Prezident İlham Əliyev 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

    Sərəncama əsasən, 1941-1945-ci illər İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə iki min manat məbləğində, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına min manat məbləğində birdəfəlik maddi yardım veriləcək.

    Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədilə Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

  • Назначен ректор Азербайджанской государственной морской академии

    Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о назначении Гейдара Асадова ректором Азербайджанской государственной морской академии.

    Как сообщает President.az, в документе говорится:

    “Руководствуясь пунктом 32 статьи 109 Конституции Азербайджанской Республики, в соответствии с пунктом 2.13 указа Президента Азербайджанской Республики “О применении закона Азербайджанской Республики “Об образовании” от 5 сентября 2009 года №156, постановляю:

    Назначить Гейдара Ханыш оглу Асадова ректором Азербайджанской государственной морской академии”.

  • İlham Əliyev akademiyaya yeni rektor təyin etdi

    Prezident İlham Əliyev Heydər Xanış oğlu Əsədovun Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru təyin edilməsi haqqında Sərəncam imzalayıb.

    Bununla bağlı President.az məlumat yayıb.

  • Bakıda bağ evlərinin kirayə qiyməti: 10,15 və 18 min manat

    Yay fəsli yaxınlaşdıqca bağ evlərinə tələbat artır. Tələbatın artması isə qiymətlərə də təsir göstərir. Hazırda elan saytlarında günlük qiyməti 200-250 AZN, aylıq qiyməti isə 5, 10, 15 və 18 min manata olan bağ evləri mövcuddur.

    Bəs görəsən, bu qiymətə olan bağ evlərinə tələbat varmı?

    Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Unikal”a açıqlamasında bildirib ki, quru sərhədləri bağlı olduğu üçün Bakıətrafı ərazilər və turizm baxımından əlverişli olan regionlara mövsümdə tələb artır.

    Onun sözlərinə görə, tələb artdıqca bu özünü qiymətlərdə də göstərir:

    “Tədricən müraciətlərin sayının artması müşahidə olunur. Düşünürəm ki, may ayının ortalarına doğru əhəmiyyətli qiymət dəyişikliyi müşahidə edəcəyik”.

    Aylıq kirayə qiymətləri yüksək olan bağ evlərinə gəlincə, ekspert bildirib ki, belə evlərə tələbat var:

    “Belə bağ evlərində eyni vaxtda bir neçə ailənin istirahət etməsi üçün zəruri imkanlar mövcuddur. Hovuzu, bir neçə cür hamamı, fitnes imkanları və s. var. Bu baxımdan, dəyər ifadəsi böyük olsa da, bu evlərə tələb var. Hətta yay mövsümündə daha bahalı evlərə rast gəlmək mümkündür”.

  • Mayın 5-də növbəti imtahanlar keçiriləcək

    Dövlət İmtahan Mərkəzi mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə növbəti imtahanlar keçirəcək

    DİM-dən bildirilib ki, imtahanlar 15 şəhər və rayonda təşkil olunur və 11 943 nəfərin iştirakı nəzərdə tutulur.

    2024-cü il mayın 5-də əvvəlki illərin məzunları üçün orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı;

    Müsabiqədə buraxılış imtahanında verdiyi xarici dildən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə xarici dil imtahanı;

    Müsabiqədə buraxılış imtahanında verdiyi tədris dilindən fərqli dil üzrə iştirak etmək istəyən cari ilin məzunları üçün əlavə tədris dili imtahanı;

    Mart və aprel aylarında keçirilmiş buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş cari ilin IX sinif şagirdləri üçün buraxılış imtahanı;

    Eksternat qaydasında IX sinif üzrə yekun attestasiyada iştirak etmək istəyən şəxslər üçün buraxılış imtahanı;

    Buraxılış imtahanlarında müxtəlif səbəblərdən iştirak edə bilməmiş və barəsində Mərkəzə müraciət edilmiş əvvəlki illərin IX sinif məzunları üçün buraxılış imtahanı.

    İmtahanlarda iştirak edəcək şəxslər “İmtahana buraxılış vərəqəsi”ni DİM-in saytından çap edib götürə bilərlər.

    İmtahanlar saat 10:00-da başlanır.

    İmtahanların başlanmasına 15 dəqiqə qalmış – saat 09:45-də buraxılış rejimi başa çatır. Bundan sonra gələn iştirakçılar imtahan binasına buraxılmır.

    İştirakçıların imtahan binasına rahat şəkildə daxil olması üçün binaya müxtəlif gəlmə vaxtları müəyyən edilib və imtahan iştirakçısının buraxılış vərəqəsində həmin vaxt göstərilib. Ona görə də imtahan binasına buraxılış vərəqəsində qeyd olunan vaxtda gəlmək tövsiyə olunur.

    Abituriyentlər (şagirdlər) imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

    – İmtahana buraxılış vərəqəsi;

    – Şəxsiyyəti təsdiq edən sənədin əsli:

    a) Azərbaycan Respublikasının vətəndaşları (16 yaşı tamam olmayan iştirakçılar da daxil olmaqla) şəxsiyyət vəsiqəsini;

    b) əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Miqrasiya Xidməti tərəfindən verilmiş icazə vəsiqələrini, qaçqın statusu almış xarici vətəndaşlar və onların ailə üzvləri isə qaçqın vəsiqələrini;

    – Şəxsiyyət vəsiqəsində şəkli olmayan iştirakçılar digər sənədlərlə yanaşı, təhsil müəssisəsi tərəfindən verilmiş və fotoşəkilləri yapışdırılmış arayışı (arayışa iştirakçının 3x4sm ölçülü şəkli yapışdırılır və şəkil möhürlə təsdiqlənir).

    İmtahanlarda 11943 nəfərin iştirakı nəzərdə tutulur. İmtahanda 38 nəfər sağlamlıq imkanları məhdud (gözdən əlil, serebral iflic, eşitmə əngəlli və digər) şagird də iştirak edəcək. Bu şagirdlərin rahat şəkildə imtahan verməsi üçün imtahan binalarında xüsusi zallar ayrılıb, orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə gözdən əlilliyi müəyyən edilmiş şəxslərə isə fərdi nəzarətçilər təyin edilib.

    Ümumilikdə imtahanların idarə olunmasına 52 ümumi imtahan rəhbəri, 141 imtahan rəhbəri, 1121 nəzarətçi, 160 buraxılış rejimi əməkdaşı və 52 bina nümayəndəsi ayrılıb.

    İmtahanlar Bakı, Şəki, Lənkəran, Gəncə, Sumqayıt, Mingəçevir, Şirvan şəhərlərində, Abşeron, Şəmkir, Bərdə, Sabirabad, Göyçay, Cəlilabad, Xaçmaz rayonlarında və Naxçıvan MR-də təşkil olunur.

  • Bakıda silahlı şəxslərə qarşı əməliyyat – FOTO/VİDEO

    Binəqədi rayonunda narkotiklərin satışını təşkil edən və silahlı şəxslərə qarşı əməliyyatlar keçirilib.

    Bununla bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Binəqədi Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları üzərində qanunsuz olaraq odlu silah-sursat saxlayan, eləcə də narkotiklərin satışı ilə məşğul olan şəxslərə qarşı əməliyyatlar həyata keçirib. Tədbirlər zamanı əvvəllər məhkum olunmuş Azər Əzizovdan 2 kiloqram 130 qram heroin, Xırdalan şəhər sakini Murad Hüseynovdan 4 kiloqram 375 qram marixuana aşkarlanıb. Saxlanılan şəxslər ölkəyə İrandan qaçaqmalçılıq yolu ilə gətirilən narkotikləri Bakı şəhərində ayrı-ayrı şəxslərə çatdırıb pul qazanmaq məqsədilə əldə etdiklərini bildiriblər.

    İdarə əməkdaşları tərəfindən keçirilən növbəti tədbir zamanı qanunsuz olaraq odlu silah-sursat saxlayan əvvəllər məhkum olunmuş Oktay Xanlarzadə saxlanılıb. Ondan bir ədəd lüləsi kəsilmiş odlu silah və dörd ədəd patron aşkarlanıb. Faktlarla bağlı araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, Binəqədi RPİ-nin əməkdaşları tərəfindən aprel ayı ərzində keçirilən silsilə əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 95 fakt aşkar olunub. Vətəndaşlarla aparılan profilaktik tədbirlərin nəticəsi olaraq yeddi odlu silah, o cümlədən beş “Kalaşnikov” avtomatı, iki “Makarov” tapançası və 187 ədəd patron polis əməkdaşlarına təhvil verilib.