Month: May 2024

  • Apteklərdə yoxlamalar aparıldı: Nöqsanlar AŞKARLANDI

    2024-cü ilin aprel ayı ərzində Bakı şəhəri üzrə 15, respublikanın digər şəhər və rayonlarında isə 35 aptek olmaqla, ümumilikdə 50 aptekdə planlı yoxlama aparılıb.

    Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzindən məlumat verilib.

    Yoxlamalar zamanı 7 aptekdə nöqsan aşkarlanıb. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 215.4, 452.3 maddələri üzrə protokollar tərtib edilib.

  • Для освобожденного в связи с болезнью экс-врача потребовали сурового наказания – ВИДЕО

    Завершено предварительное расследование уголовного дела бывшего главного врача Масаллинской центральной районной больницы (ЦРБ) Джалила Назарова и его помощницы Тараны Алиевой, арестованных три года назад.

    Как передает Qafqazinfo, на заседании в Лянкяранском суде по тяжким преступлениям прокурор выступил с обвинительной речью.

    Он просил признать указанных лиц виновными по предъявленным обвинениям и назначить Дж.Назарову наказание в виде лишения свободы сроком на 12 лет и 6 месяцев, а Т.Алиевой – 9 лет. Обвинитель также попросил конфискации арестованного имущества экс-врача в пользу государства.

    Стороне защиты было дано время для подготовки к выступлению.

    Причиной столь длительной задержки в расследовании дела стала тяжелая болезнь обвиняемого. В связи с этим в ходе судебного разбирательства он был освобожден из-под стражи, в его отношении была избрана альтернативная мера пресечения.

    Отмечается, что Дж.Назаров приезжал и выезжал на судебные процессы в инвалидном кресле.

    Напомним, обвиняемые были привлечены к уголовной ответственности Главным управлением по борьбе с коррупцией при генеральном прокуроре. Их обвиняют в повторном получении крупной взятки.

    Эшгин Алиев, сменивший Джалила Назарова на посту главного врача Масаллинской ЦРБ, также был арестован за взяточничество и мошенничество. Некоторое время назад он был приговорен к 8 годам и 6 месяцам лишения свободы.

  • Xəstəliyinə görə azadlığa buraxılan sabiq baş həkimə ağır cəza istənildi – VİDEO

    Masallı Rayon Mərkəzi Xəstəxanasının 3 il əvvəl həbs edilən baş həkimi Cəlil Nəzərov və köməkçisi Təranə Əliyevanın cinayət işi üzrə ibtidai istintaq tamamlanıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən iclasda prokuror ittiham nitqi ilə çıxış edib.

    Prokuror təqsirləndirilən şəxslərin verilmiş ittihamlarla təqsirli bilinmələrini, Cəlil Nəzərovun 12 il 6 ay, T.Əliyevanın isə 9 il azadlıqdan məhrum edilməsini, məhkəmə zalında həbs olunmasını tələb edib. İttihamçı C.Nəzərovun üzərinə həbs qoyulmuş əmlaklarının da dövlət nəfinə müsadirə edilməsini istəyib.

    Müdafiə tərəfinə çıxışa hazırlaşmaları üçün vaxt verilib.

    İşin bu günə qədər uzanmasına səbəb təqsirləndirilən sabiq baş həkim C.Nəzərovun ağır xəstəlikdən əziyyət çəkməsidir. Bu səbəbdən məhkəmə istintaqı dövründə o, həbsdən buraxılıb, barəsində alternativ qətimkan tədbiri seçilib. Nəzərovun məhkəmə proseslərinə əlil arabasında gəlib-getdiyi bildirilir.

    Qeyd edək ki, təqsirləndirilən şəxslər Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb ediliblər. Təqsirləndirilən şəxslər təkrar külli miqdarda rüşvət almaqda ittiham olunurlar.

    Cəlil Nəzərovdan sonra Masallının baş həkimi təyin edilmiş Eşqin Əliyev də rüşvət alma və dələduzluq cinayətlərinə görə həbs edilib. Bir müddət əvvəl 8 il 6 ay azadlıqdan məhrum edilib.

  • Qəsəbə sakinlərinin su problemləri 20 ildir həll olunmur – VİDEO

    Maştağa qəsəbəsinin “Albalılıq-2” deyilən ərazisinin 400-ə yaxın sakini su problemindən əziyyət çəkir.

    Onlar bildiriblər ki, sözügedən ərazinin su problemi uzun illərdir həll olunmur.

    “20 ildir burada yaşayıram və 20 ildir hər gün su daşımaqdan əziyyət çəkirəm. Öz həyətimizdə su quyusundan istifadə etsək də, həmin su şorlu olduğu üçün sağlamlığımıza mənfi təsir edir”.

    Məsələ ilə bağlı “Azərsu” ASC-dən bildirilib ki, su problemi tezliklə həll olunacaq.

    Daha ətraflı ARB TV-nin süjetində:

  • Sabah güclü maqnit qasırğası gözlənilir – XƏBƏRDARLIQ

    Mayın 3-də Yer kürəsini maqnit qasırğası bürüyə bilər.

    Bu barədə Rusiyanın Tətbiqi Geofizika İnstitutunun alimləri xəbərdarlıq ediblər.

    Onlar vurğulayıblar ki, mayın 1-də güclü günəş partlayışı artıq baş verib və 41 dəqiqə davam edib.

    İnstitutun alimlərinin fikrincə, mayın 2-də Günəşdə “X” dərəcəli (ən yüksək dərəcə) partlayışlar ola bilər.

    Mənbə: TASS

  • AFFA nümayəndəsi ilk dəfə Avropa çempionatına təyinat alıb

    AFFA-nın vitse-prezidenti və AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri Könül Mehtiyeva bu il Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə UEFA tərəfindən təyinat alıb.

    Oxu.Az AFFA-nın rəsmi saytında istinadən xəbər verir ki, ilk dəfə Azərbaycandan olan nümayəndə belə mötəbər turnirə təyinat alıb. Könül Mehtiyeva 17 iyun-1 iyul aralığında Avro-2024-ün Frankfurt şəhərində təşkil olunacaq beş oyununda UEFA nümayəndəsi olacaq.

    O, qrup mərhələsi çərçivəsində iyunun 17-də Belçika – Slovakiya, iyunun 20-də Danimarka – İngiltərə, iyunun 23-də İsveçrə – Almaniya, iyunun 26-da Slovakiya – Rumıniya görüşlərinə və iyulun 1-də 1/8 final qarşılaşmasına nəzarət edəcək.

    Xatırladaq ki, UEFA nümayəndəsi qitə futbol qurumunun keçirdiyi oyunlara və turnirlərə təyin edilən ən yüksəkrütbəli oyun rəsmisidir. Nümayəndə oyunların təşkilinin bütün aspektləri üzrə ümumi səlahiyyətə malikdir, matçın və ya turnirin nizamlı təşkilinin təmin edilməsinə, oyundan əvvəl, oyun zamanı və sonra stadionun istər daxilində, istərsə də xaricində nizam-intizam və təhlükəsizlik qaydalarına riayət olunmasına cavabdehdir.

  • Стали известны подробности антикоррупционной операции в Азербайджане – ВИДЕО

    Должностные лица Республиканского санитарно-карантинного центра привлечены к уголовной ответственности.

    Об этом сообщили в Генеральной прокуратуре и Министерстве здравоохранения Азербайджана.

    Было отмечено, что Генпрокуратурой регулярно проводятся совместные с Министерством здравоохранения комплексные мероприятия по обеспечению и надежной защите прав человека и гражданина в сфере охраны здоровья населения, выявлению и предотвращению правонарушений, допущенных при осуществлении санитарно-гигиенических мероприятий, в том числе привлечению к ответственности лиц, допустивших правонарушения.

    В результате антикоррупционной операции задержан гендиректор центра Салех Новрузи, заместитель директора Ядулла Балишов и начальник лабораторного отдела Тахир Велиев.

    Возбуждено уголовное дело по статьям 311.3.1, 311.3.2, 311.3.3 (получение взятки группой лиц по предварительному сговору, совершенное неоднократно и в крупном размере) и 308.2 (злоупотребление должностными полномочиями, повлекшее тяжкие последствия) Уголовного кодекса АР.

    Установлено, что данные лица за выдачу сертификатов о гигиеническом соответствии тех или иных товаров/продукции получали от граждан крупные взятки.

    Всем задержанным судом назначена мера пресечения в виде домашнего ареста (с отстранением от должности), следствие продолжается.

  • Azərbaycanda korrupsiya əməliyyatının TƏFƏRRÜATI – Vəzifəli şəxslər cinayət başında TUTULUBLAR (VİDEO)

    Respublika Sanitariya-Karantin Mərkəzinin vəzifəli şəxsləri cinayət məsuliyyətinə cəlb ediliblər.

    Bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyi birgə məlumat yayıb.

    Bildirilib ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən əhalinin sağlamlığının qorunması sahəsində insan və vətəndaş hüquqlarının təmin olunması və etibarlı müdafiəsi, sanitariya-gigiyena xarakterli tədbirlərin icrası zamanı yol verilən qanunsuzluqların aşkar olunaraq qarşısının alınması, o cümlədən hüquqpozmalara yol verən şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində mütəmadi olaraq Səhiyyə Nazirliyi ilə birgə kompleks tədbirlər həyata keçirilir.

    Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Respublika Sanitariya-Karantin Mərkəzi” publik hüquqi şəxsin baş direktoru Saleh Novruzi, direktor müavini Yadulla Balışov və Laboratoriya şöbəsinin müdiri Tahir Vəliyev cinayət başında yaxalanıblar.

    Fakt üzrə Baş İdarədə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb.

    Əməliyyat-istintaq tədbirləri ilə həmin şəxslərin qabaqcadan əlbir olaraq müayinə məqsədli nümunələr götürülmədən idxal və daxili istehsal məhsullarının gigiyenik sertifikatlaşdırılması və digər bu kimi qanunsuz hərəkətləri müqabilində işlədikləri quruma müraciət etmiş ayrı-ayrı vətəndaşların külli miqdarda pul vəsaitlərini rüşvət qismində almalarına əsaslı şübhələr müəyyən edilib.

    Qeyd edilən vəzifəli şəxslərin xidməti otaqlarında və digər ünvanlarda aparılmış axtarışlarla iş üzrə əhəmiyyət kəsb edən sənəd və başqa sübutlar aşkar edilərək götürülüb.

    İlkin sübutlar əsasında Saleh Novruzi, Yadulla Balışov və Tahir Vəliyev şübhəli şəxs qismində tutularaq Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvət alma) və 308.2-ci (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib, hər 3 şəxsin yaşı və səhhəti nəzərə alınmaqla, barələrində istintaq orqanının vəsatəti, ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə ev dustaqlığı (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbirləri seçilib.

    Hazırda iş üzrə bütün qanunazidd hallar tam və hərtərəfli araşdırılmaqla digər təqsirli şəxslərin müəyyənləşdirilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

  • Bakıda yük maşınları yanıb – VİDEO

    Bakıda yük maşınları yanıb.

    Hadisə paytaxtın Qaradağ rayonunda qeydə alınıb.

    Belə ki, “Mercedes” markalı yük avtomobilinin yanar hissələri, banına yığılan 212 ədəd paltaryuyan və qabyuyan maşın yanıb.

    Yaxınlıqda dayanan “Scania” markalı yük avtomobilinin altı ədəd təkəri və banına yığılan karton taralar qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Sabunçuda tullantılar olan gölməçədə meyit tapıldı

    Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda neft məhsullarının tullantıları olan gölməçədə kişi meyitinin aşkarlanması ilə bağlı məlumat daxil olub.

    Bu barədə FHN-dən bildirilib.

    Vurğulanıb ki, məlumatla əlaqədar FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunublar.

    Həyata keçirilən tədbirlər nəticəsində meyit gölməçədən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.