Month: May 2024

  • Azərbaycandan çıxışına qadağa qoyulan 495 nəfərin ölkəni tərk etməsinin qarşısı alınıb

    Bu ilin aprel ayında ölkədən çıxışına qadağa qoyulan 495 nəfərin Azərbaycanı tərk etməsinə, ölkəyə girişinə qadağa qoyulan 15 nəfərin isə Azərbaycana daxil olmasının qarşısı alınıb.

    Bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan hüquq-mühafizə оrqanları tərəfindən axtarışda оlan 275 nəfər saxlanılaraq aidiyyəti оrqanlara təhvil vеrilib.

  • Завтра в Азербайджане ожидается до 28 градусов тепла

    2 мая в Баку и на Абшеронском полуострове пройдет преимущественно без осадков.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    Будет преобладать временами усиливающийся северо-западный ветер. Температура воздуха ночью составит 13-16°, днем – 19-23° тепла. Атмосферное давление понизится с 758 до 754 мм ртутного столба. Относительная влажность воздуха ночью составит 60-70%, днем – 40-45%.

    В районах Азербайджана преимущественно без осадков, однако днем в некоторых северных и восточных районах временами ожидаются осадки. В отдельных местах вероятны грозы и град. Ночью и утром местами ожидается туман. Будет преобладать временами усиливающийся восточный ветер. Температура воздуха ночью составит 11-16°, днем – 23-28° тепла, в горах ночью 7-12°, днем – 15-20° тепла.

  • Sabahın hava proqnozu açıqlanıb

    Mayın 2-də Azərbaycanda müşahidə ediləcək hava proqnozu açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək. Havanın temperaturu gecə 13-16° isti, gündüz 19-23° isti olacaq. Atmosfer təzyiqi 758 mm civə sütunundan 754 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 40-45% olacaq.

    Azərbaycanın rayonlarında da havanın əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi şimal və şərq rayonlarında arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə arabir duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 15-20° isti olacaq.

  • Ağacların qanunsuz kəsilməsinə dair sənədlər Baş Prokurorluğa göndərilib

    Bakı və Sumqayıt şəhərləri ərazisində ağacların qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidməti məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı Bakı şəhəri Biləcəri qəsəbəsi Yəhya Hüseynzadə küçəsi “Azərbaycan Dəmir Yolları” QSC-yə məxsus torpaq sahəsində, Sumqayıt şəhəri Sülh küçəsi 76-cı məhəllədə yerləşən şəhər qəbiristanlığının ərazisində ağacların qanunsuz kəsildiyi və təbiətə 57 720 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

    Faktlarla bağlı akt tərtib olunub. Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış sənədlər Baş Prokurorluğa göndərilib.

  • Azərbaycanda tikinti materialları istehsal edən müəssisə özəlləşdirilib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən ölkənin tikinti materialları sənayesi sektorunda daha bir müəssisəsinin – “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı üzrə keçirilən investisiya müsabiqəsinin qalibi müəyyənləşib.

    “Report”un Dövlət Xidmətinə istinadən verdiyi məlumata görə, müsabiqə qalibi 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramının icrasına dair öhdəlik götürüb.

    Dövlət Xidməti müəssisələrin sağlamlaşdırılması və özəlləşdirilməsi istiqamətində işləri davam etdirir. Dövlət müəssisələrinin investisiya müsabiqəsi vasitəsilə özəlləşdirilməsi isə sərmayələrin cəlb edilməsi, müasir texnologiyalara əsaslanan istehsalın qurulması və genişləndirilməsi, yeni iş yerlərinin yaradılması baxımından əlverişli mexanizmdir.

    Tikinti sənayesinə töhfə verə biləcək daha bir müəssisənin – “Bakı Alüminium Profil” MMC-nin dövlətə məxsus paylarının satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub. Müsabiqə komissiyası tərəfindən iddiaçıların təqdim etdiyi zərflər açılıb, təkliflər qiymətləndirilib və daha əlverişli şərtlər təklif edən “Mətanət-A” şirkəti investisiya müsabiqəsinin qalibi elan olunub və müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb.

    Müqaviləyə uyğun olaraq, investor artıq dövlət büdcəsinə 3 milyon manat köçürmüş, müəssisənin eyni məbləğdə kreditor borclarını ödəmişdir. Müsabiqənin qalibi 2 il ərzində müəssisədə 5 milyon 50 min manat həcmində İnvestisiya Proqramını icra etməlidir. Proqram çərçivəsində mövcud tikililərin təmiri, avadanlıqların bərpası, yeni quru inşaat qarışıqları zavodunun qurulması, avadanlıq, maşın-mexanizm və texnikanın alınması (ofis avadanlığı və nəqliyyat vasitələri daxil olmaqla), infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.

    İnvestisiya Proqramının icrası müəssisədə 100 yeni iş yerinin açılmasına imkan yaradacaq.

  • Bakıda 12 yaşlı piyadanı avtomobil vurub

    Bakının Binəqədi rayonunda azyaşlının xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Avtomobil yolu keçən 2012-ci il təvəllüdlü Cəfərzadə E.-ni vurub.

    Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

    Hadisənin təfərrüatı araşdırılır.

  • Ağakərimin son vəziyyəti AÇIQLANDI: “Nəfəsi gedib-gəlir”

    Bu gün meyxanaçı Ağakərimin (Kərim Novruzov) 60 yaşı tamam olur.

    Axşam.az xəbər verir ki, Meyxanaçının övladı Kamil Kərimoğlu “Elgizlə izlə” verilişində telefon zəngi ilə qoşularaq atasının səhhətindən danışıb.

    “Desəm ki, atam yaxşıdır, yalan olar. Səhhəti stabildir. Nəfəsi gedib-gəlir, bu günə min dəfə şükür. Atamın müalicəsi ev şəraitində davam edir. Həkimlər müalicələr üçün əllərindən gələni edirlər. Onlar özləri də deyirlər ki, hər şey Allahın əlindədir. Atam insult xəstəsidir. Beyninə illər əvvəl qan sızıb. Mənəvi və maddi tərəfindən atama qulluq etmək oğul kimi borcumdur. İnsanların duası kifayətdir. Atama çox həkimlər baxıb və müxtəlif müalicələr ediblər. Əgər özünə əmin olan həkim varsa ki, onu 1-5-10 ilə ayağa qaldırar, mənimlə əlaqə saxlasın”, – deyə o bildirib.

    Qeyd edək ki, Ağakərim 2017-ci il martın 30-da beyinə qansızma diaqnozu ilə xəstəxanaya yerləşdirilmişdi. Sənətçi üç dəfə insult keçirib.

  • В Берлине после беспорядков сгорели машины Amazon

    Не менее 16 автомобилей компании электронных продаж Amazon сгорели после беспорядков в Берлине в ночь на 1 мая.

    Об этом пишет немецкая газета Bild.

    По данным издания, машины загорелись на улице Тиссенштрассе рано утром 1 мая. 28 расчетов пожарных привлекли к тушению, но автомобили спасти не удалось. Свидетели происшествия утверждают, что видели несколько мужчин в масках. По предварительной версии, речь может идти о поджоге.

    Вчера в Берлине состоялась акция протеста представителей левых сил под лозунгом “Верните ночь”. Полицейских забросали яйцами, камнями и пиротехникой. Информации о каких-либо задержаниях нет.

    Источник: gazeta.ru

  • Berlində iğtişaş olub: “Amazon”un 16 avtomobili yandırılıb

    Berlində baş verən iğtişaşlar nəticəsində “Amazon” şirkətinə məxsus azı 16 avtomobil yandırılıb.

    Məlumata görə, avtomobillər səhər tezdən Tissen küçəsində yanıb. Söndürmə işlərinə 28 yanğınsöndürmə briqadası cəlb olunub.

    Qeyd edək ki, aprelin 30-da Berlində solçu qüvvələrin nümayəndələrinin “Gecəni qaytarın” şüarı altında nümayişi keçirilib. Orada üç minə yaxın insan iştirak edib. Polisə yumurta, pirotexniki vasitələr və daşlar atılıb. Hələlik həbslər barədə məlumat yoxdur. Mayın 1-nə keçən gecə Almaniyanın paytaxtında asayişi üç min polis təmin edib.

    Solçu nümayişlər Hamburq və Leypziqdə də keçirilib. Hamburqda keçirilən nümayişdə əksəriyyəti qadınlardan ibarət 900-ə yaxın fəal iştirak edib. Leypziqdə keçirilən yürüşdə təxminən 400 nəfər iştirak edib.

    Mənbə: TASS

  • Azərbaycanla Malayziya arasında əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib

    Azərbaycanın Baş naziri Əli Əsədov mayın 1-də Malayziyanın Parlament Senatının prezidenti Datuk Mutanq Taqal ilə görüşüb.

    Bu barədə Nazirlər Kabinetindən (NK) bildirilib.

    Görüşdə Bakıda keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun əhəmiyyəti vurğulanıb, Malayziyanın Parlament Senatı prezidentinin tədbirdə iştirakı yüksək qiymətləndirilib.

    Azərbaycan-Malayziya dostluq münasibətlərinin uğurla inkişaf etdiyi bildirilib. Hər iki ölkənin beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatında yaxından əməkdaşlıq etdikləri vurğulanıb.

    Eyni zamanda Azərbaycan-Malayziya parlamentlərarası əməkdaşlığının hazırkı səviyyəsindən məmnunluq ifadə olunub.

    Görüşdə iki ölkə arasında ticarət-iqtisadi, investisiya, energetika, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə olunub.