Month: May 2024

  • Fransa səfiri Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edib

    Fransanın Azərbaycandakı səfiri Ann Buayon Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə o, “X” paylaşım edib.

    “Fransanın səfirliyi adından Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə təbrik edirəm. Azərbaycana sülh və firavanlıq dolu gələcək arzulayıram. Milli günün mübarək olsun!”, – deyə paylaşım edib.

  • Komaya düşən məktəbli xəstəxanada ölüb

    Altıncı sinif şagirdi Rəhim Pənah oğlu Əliyev Şabran Rayon Mərkəzi Xəstəxanasında vəfat edib.

    APA xəbər verir ki, rayonun Əmirxanlı kənd tam orta məktəbinin altıncı sinif şagirdinin şəkər xəstəliyindən əziyyət çəkdiyi bildirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Azərbaycandakı diplomatik korpus nümayəndəlikləri xalqımızı təbrik edir

    “Meksika Azərbaycanla ikitərəfli əlaqələrin möhkəmləndirilməsinə sadiqdir”.

    Bu barədə Meksika səfirliyinin Azərbaycanın Müstəqillik Günü münasibətilə “X” sosial şəbəkəsində yerləşdirilmiş təbrikində deyilir.

    “Biz Azərbaycan xalqını və hökumətini Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edir və ikitərəfli münasibətlərin möhkəmlənməsinə sadiq olduğumuzu bir daha təsdiqləyirik”, – paylaşımda qeyd edilib.

    Həmçinin Polşa səfirliyi də Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə diplomatik nümayəndəliyin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

    “Azərbaycanın Milli Bayramı – Müstəqillik Günü münasibətilə Polşanın Bakıdakı səfirliyi Azərbaycan xalqına sülh, firavanlıq və ən xoş arzularını bildirir. Müstəqillik gününüz mübarək!”, – paylaşımda qeyd edilib.

    Böyük Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld da Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə o, “X” hesabında videomüraciət yayıb.

    “Bu gün Azərbaycan xalqı ilə birlikdə Azərbaycanın Müstəqillik Gününü qeyd edirik! Bir kərə yüksələn bayraq, bir daha enməz!”, – deyə səfir qeyd edib.

  • Rumıniya XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

    Rumıniya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

    “Azərbaycanı Milli Günü münasibətilə təbrik edirik! Güclü siyasi dialoqa, enerji və əlaqə sahəsində intensiv əməkdaşlığa əsaslanan dinamik ikitərəfli strateji tərəfdaşlığımız var. Rumıniya Azərbaycanın Avropa İttifaqı ilə dialoqunun inkişafını dəstəkləyir”, – paylaşımda qeyd edilib.

  • Azərbaycanda 44 yaşlı qadının güllələnmiş meyiti tapıldı – Saxlanılan var

    Zaqatalada qardaş 44 yaşlı bacısını odlu silahla qətlə yetirib.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə rayonun Yuxarı Tala kəndində baş verib. İlkin məlumata görə, kənd sakini 1980-cı il təvəllüdlü N.Əhmədova odlu silahdan açılan atəş nəticəsində qətlə yetirilib.

    Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Potoloji Anatomiya Birliyinin Zaqatala Rayon Şöbəsinə təhvil verilib.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən N.Əhmədovanın qardaşı, 1989-cu il təvəllüdlü N.Əsgərov saxlanılıb.

    Faktla bağlı Zaqatala rayon prokurorluğunda araşdırma aparılır.

  • Məhşur rusiyalı qiraətçinin Bakı konsertində xoşəgəlməz hadisə: Əslində nə baş verib? – AÇIQLAMA (FOTO)

    Ötən gün Bakıda məşhur rusiyalı aparıcı və qiraətçi, milyonlarla insanın tanıdığı Kseniya Kesler və yeddi kitab müəllifi, “LitGost” layihəsinin rəhbəri, 2023-cü ildə Rusiyada kitabı ən çox satılan şair, qiraətçi Dmitri Kravçenkonun konserti keçirilib.

    Bakıda ilk dəfə konserti baş tutan Dmitri Kravçenko təşkilatçılardan narazılıq edərək, ona konsert üçün ödənişin edilmədiyini bildirib. Bununla bağlı sosial şəbəkələrdə çoxsaylı paylaşımlar edilib.

    Konsert Beynəlxalq Muğam Mərkəzində baş tutsa da, Mərkəz özünün sosial şəbəkə hesabından baş verən xoşagəlməz hadisə ilə bağlı məsuliyyət daşımadığını və sualların təşkilatçılara ünvanlanması ilə bağlı paylaşım edib.


    Konsertdə iştirak edən şəxslərdən oxu.az-a verilən məlumata görə, sözügedən konsert başlamazdan öncə təşkilatçılar biletlərin satılmadığı barədə Dmitri Kravçenkoya məlumat veriblər:

    “Mən bildiyim qədər ilə, biletlər satılmayıb. Təxminən 50-100 bilet satılmış. Qonaqların bir qismi demək olar ki, dəvətnamə ilə gəliblər. Konsert başlamazdan öncə D.Kravçenkoya bildirib ki, ödəniş edilməyəcək. Çıxış edib və ya etməmək onun öz qərarı olub. O isə səhnəyə çıxaraq 1 saatlıq çıxışını edib. Çıxışının sonunda “Прощай Баку” (Əlvida Bakı!) mahnısını ifa edib və konsert təşkilatçılarının ona heç bir ödəniş etmədiyini deyib”.

    Təşkilatçılar isə oxu.az-a açıqlamalarında bildiriblər ki, ilk gündən bütün danışıqlar və şərtlər D.Kravçenko ilə yox, onun menecerləri ilə razılaşdırılıb:

    “Biz konsert barədə onun menecerləri ilə danışmışıq. Şərtləri və digər bütün məqamları onunla müzakirə etmişik. Onlar hələ Moskvada olanda əlaqə saxlamışıq və mövcud vəziyyəti izah etmişik. Onlara təklif edildi ki, konsertin günün dəyişə və ya ləğv edə bilərik. Çünki öncədən də qeyd edilən şərtlər gözlənilən kimi nəticə vermədiyindən ödəniş olunmayacaq. Lakin onlar konsertin ləğv edilməsini istəmədilər və öz seçimləri ilə çıxış etməyə gəldilər. Konsert zamanı bu kimi xoşagəlməz çıxış etmələri təəssüf doğurdur. Çünki ortada hər hansı anlaşılmazlıq varsa, bu, bizdən deyil, onların öz aralarındakı dialoqdan qaynaqlanıb”.

  • Tozlu hava şəraiti nə vaxtadək davam edəcək? – AÇIQLAMA

    “Bu gün ölkə ərazisində meteoroloji şəraitlə əlaqədar olaraq şimal-şərq istiqamətli hava axınlarının üstünlük təşkil etdiyindən, yenidən havada transsərhəd tozlanma müşahidə olunur. Prosesin yaxın 2 gün ərzində davam edəcəyi gözlənilir”.

    Bunu açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

    “Bu gün səhər saatlarında avtomatik stansiyalardan əldə olunan məlumata görə, Bakı və Abşeron yarımadasında havada tozun miqdarı normadan 1,2 dəfə çox olduğu müəyyən edilib”.

  • Qəbələ RLS-in rəhbərliyi dəyişib

    İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə (ƏMDX) məxsus “Qəbələ Radiolokasiya Stansiyasının İnzibati Təsərrüfat Zonası və Texniki Mövqe” MMC-nin (Qəbələ RLS) direktoru İsmayıl Həsənli vəzifəsindən azad edilib.

    “Report”un əldə etdiyi məlumata görə, bununla bağlı Dövlət Xidmətinin rəisi Mətin Eynullayev əmr imzalayıb.

    Onun digər əmri ilə RLS-ə rəhbərlik Namiq Ələkbərova həvalə olunub.

    Xatırladaq ki, Qəbələ RLS 1985-ci ildə inşa edilib, 2013-cü ilə qədər Rusiyanın Müdafiə Nazirliyinin istismarında, 2013-2014-cü illərdə Azərbaycanın Müdafiə Nazirliyinin, ondan sonra isə dövlət əmlakı kimi ƏMDX-nın balansında olub.

  • Сотрудник Агентства по разминированию подорвался на мине в Агдамском районе

    Сотрудник Агентства Азербайджана по разминированию подорвался на мине на территории села Сырхавенд Агдамского района.

    Об этом говорится в совместном заявлении Министерства внутренних дел (МВД) и Агентства Азербайджана по разминированию.

    Хасил Юсубов (1997 г.р.) во время исполнения служебных обязанностей подорвался на противопехотной мине.

    При взрыве ему оторвало стопу левой ноги. Мужчину доставили в районную больницу, где ему оказывают необходимую помощь.

    Состояние пострадавшего оценивается как удовлетворительное.

  • ANAMA əməkdaşı Ağdamda minaya düşdü

    2024-cü il 28 may tarixində işğaldan azad edilmiş Ağdam rayonunun Sırxavənd kəndi ərazisində mina hadisəsi baş verib.

    Bununla bağlı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidməti birgə məlumat yayıb.

    Bildirilib ki, agentliyin əməkdaşı 1997-ci il təvəllüdlü Hasil Eldar oğlu Yusubov xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib. Hadisə nəticəsində sol ayağın topuq nahiyəsindən amputasiyası olunub.

    Xəsarət alan əməkdaş rayon xəstəxanasına təxliyə edilib. Vəziyyəti qənaətbəxşdir.