Month: May 2024

  • Sabah Bakıda 29, bölgələrdə 33 dərəcə isti olacaq

    Mayın 29-da Azərbaycanda hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz keçəcək. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-18° isti, gündüz 24-29° isti olacaq. Atmosfer təzyiqi 759 mm civə sütunu olacaq. Nisbi rütubət 50-70 % olacaq.

    Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə arabir yağış yağacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Bəzi yerlərdə arabir duman. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 14-19° isti, gündüz 28-33° isti, dağlarda gecə 7-12° isti, gündüz 14-19° isti olacaq.

  • Polşada prezidentin korteji hücuma məruz qaldı: Növbəti sui-qəsd cəhdi?

    Polşada sərxoş kişi ölkə Prezidenti Andjey Dudanın korteji istiqamətində petarda (fişəng) atıb.

    Bu barədə RMF24 radiostansiyası prezidentin təhlükəsizlik xidmətinin nümayəndəsi, polkovnik Boquslav Petrovskiyə istinadən məlumat verib.

    Hadisə ötən gün yerli vaxtla saat 21 radələrində, dövlət başçısının korteji ölkənin qərbindəki Kşevata kəndindən keçərkən baş verib. Petrovski qeyd edib ki, fişəngin partlaması nəticəsində xəsarət alan olmayıb.

    RMF24-ün məlumatına görə, fişəngi atan 39 yaşlı kişi hazırda nəzarət altındadır və daha sonra polis tərəfindən dindiriləcək.

    Kişi özü hərəkətini “quşları qorxutmaq istədiyi” ilə izah edib.

    Xatırladaq ki, daha əvvəl Slovakiyanın Baş naziri Robert Fitsoya qarşı sui-qəsd cəhdi olub və ona dəfələrlə odlu silahdan atəş açılıb. Ağır yaralanan nazir bir neçə dəfə əməliyyat olunub.

  • Криштиану Роналду установил очередной рекорд

    Нападающий “Аль-Насра” Криштиану Роналду побил рекорд чемпионата Саудовской Аравии по забитым мячам за сезон.

    27 мая 39-летний португалец оформил дубль в матче XXXIV тура с “Аль-Иттихадом” (4:2). Эти голы стали для футболиста 34-м и 35-м в текущем сезоне лиги.

    Предыдущий рекорд принадлежал форварду “Аль-Иттихада” Абдерразаку Амдалле, забившему 34 гола в сезоне 2018/19.

    Всего на счету Роналду 46 забитых мячей и 13 результативных передач в 45 встречах во всех турнирах в сезоне 2023/24.

    Источник: dailysports.net

  • Ronaldudan Səudiyyə Ərəbistanında yeni rekord

    Səudiyyə Ərəbistanı Pro Liqasında keçirilən “Ən-Nəsr” – “Əl-İttihad” oyununda (4:2) dubl edən, meydan sahibi olan klubun futbolçusu Kriştianu Ronaldu yeni rekorda imza atıb.

    Belə ki, 39 yaşlı portuqaliyalı bir mövsümdə vurduğu qol sayına görə (35 qol) Səudiyyə Ərəbistanı çempionatında rekord vurub.

    Qeyd edək ki, bundan əvvəlki rekord 34 qolla “Əl-İttihad”ın hücumçusu Abderrazaq Hamdallaya məxsus idi.

    Mənbə: Dailysports.net

  • İlham Əliyev və Mehriban Əliyeva Xocalı şəhərində

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva mayın 28-də Xocalı şəhərində 15 çoxmənzilli binada təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olublar.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Ukrayna XİN Azərbaycanı Müstəqillik Günü münasibətilə təbrik edib

    Ukrayna Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında bildirilib.

    “Müstəqillik Günü münasibətilə Azərbaycan xalqına və ölkənin Xarici İşlər Nazirliyinə ən səmimi təbriklərimizi çatdırırıq! Ukrayna Azərbaycanla strateji münasibətlərin dərinləşməsinə, regionda sülhün və təhlükəsizliyin bərpasına açıqdır”, – paylaşımda qeyd edilib.

  • Çimərliklərdə istirahət neçəyə başa gəlir? – VİDEO

    Dənizkənarı yerləşən xidmət obyektləri çimərlik mövsümünə hazırlaşır. Artıq əksər restoran və iaşə obyektləri çimərlik mövsümünə tam hazır vəziyyətə gətirilib. Stol-stul dəstləri düzülüb, abadlıq işləri yekunlaşıb.

    Dənizkənarı obyektlərdən birinin administratoru İbrahim Novruzov bildirib ki, obyekt ərazisindən insanların daxil olaraq dənizdə çimməsinə heç bir məhdudiyyət tətbiq etmirlər.

    Xidmət qiymətləri isə növünə görə dəyişir. Məsələn, stol-stul dəsti, üzərinin kölgəliyi ilə birlikdə adam sayına görə 10-30 manata veriləcək. Ötən illə müqayisədə bu il yemək qiymətlərində də ciddi dəyişiklik gözlənilmir.

    İstirahətə gələnlərin özləri ilə qida gətirmələrinə gəldikdə isə, bildirildi ki, bəzi qida məhsulları ilə restoran ərazisinə daxil olmaq qadağandır.

    Qeyd edək ki, Azərbaycanda çimərlik mövsümü rəsmi olaraq iyun ayının 15-də açılır. Qaydalara əsasən, dənizdə icazə verilən bütün hissələrdə insanların çimərlikdən istifadə etməsinə pulsuz şərait yaradılmalıdır.

    Ətraflı “Xəzər Xəbər”in süjetində:

  • Ağdam rayonunun Şotlanlı kəndinin təməli qoyulub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Şotlanlı kəndinin təməlini qoyub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Президент Ильхам Алиев заложил фундамент села Немирли Агдамского района

    28 мая Президент Азербайджанской Республики Ильхам Алиев заложил фундамент села Немирли Агдамского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Nəmirli kəndinin təməlini qoyub.

    Bu barədə President.az xəbər verir.