Month: May 2024

  • Belçika Ukraynaya çox sayda “F-16” qırıcısı verəcək

    “Belçika hakimiyyəti 2028-ci ilə qədər Ukraynaya 30 ədəd “F-16″ qırıcı təyyarəsi təhvil verəcək. İlk qırıcıların 2024-cü ildə tədarük olunması nəzərdə tutulub”.

    Bu barədə Krallığın Xarici İşlər Nazirliyinin rəhbəri Adja Lyabib “Bel RTL” radiostansiyasının efirində bildirib.

    “Belçika Ukraynaya 30 ədəd “F-16″nın tədarükünü öz öhdəsinə götürəcək, ilk təyyarələr bu ilin sonuna qədər təhvil verilməlidir”, – deyə Lyabib qeyd edib.

  • Заложен фундамент села Гюллюджа Агдамского района

    28 мая Президент Азербайджанской Республики Ильхам Алиев заложил фундамент села Гюллюджа Агдамского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Ağdam rayonunun Güllücə kəndinin təməli qoyulub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Güllücə kəndinin təməlini qoyub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Narkotik vasitənin təsiri altında avtomobil idarə edən sürücü həbs olundu

    Hacıqabul Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən narkotik vasitələrin təsiri altında avtomobil idarə edən sürücü müəyyən edilib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, hərəkətdə olan VAZ markalı avtomobilin sürücüsü qayda pozuntusuna yol verdiyi üçün ona “saxla” işarəsi verilib.

    Nəqliyyat vasitəsini sürücülük hüququ olmadan idarə edən Elçin Abdullayevin narkotik vasitə qəbul etdiyi də məlum olub.

    E.Abdullayev barəsində toplanmış materiallar məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə sürücü 15 sutka inzibati qaydada həbs edilib.

    Qeyd edək ki, Hacıqabulda polis əməkdaşları may ayı ərzində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən ümumilikdə 5 sürücünü müəyyən ediblər.

  • Президент Ильхам Алиев заложил фундамент села Тагибейли Агдамского района

    28 мая Президент Азербайджанской Республики Ильхам Алиев заложил фундамент села Тагибейли Агдамского района.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • İlham Əliyev Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 28-də Ağdam rayonunun Tağıbəyli kəndinin təməlini qoyub.

    Bununla bağlı AZƏRTAC məlumat yayıb.

  • Türkiyədə bu gecə zəlzələ olub

    Türkiyənin Antalya şəhərində zəlzələ baş verib.

    Bu barədə bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) yayıb.

    Təbiət hadisəsi yerli vaxtla 02:24-də qeydə alınıb.

    Kaş rayonundan 82 km aralıda baş verən zəlzələ yerin 30,9 km dərinliyində olub.

  • Renat, Ozobiç və Eddi niyə milliyə çağırılmayıb?

    Azərbaycan millisinin məşqçisi Arif Əsədov komandanın üç üzvü – Renat Dadaşov, Filip Ozobiç və Eddi İsrafilovun heyətə cəlb olunmamasının səbəbini açıqlayıb.

    Median.Az xəbər verir ki, o bu barədə AFFA-nın rəsmi saytına açıqlamasında deyib.

    “Hücumçu Renat Dadaşovda mikrozədə var. İndidən müalicəyə başlamalıdır ki, yeni mövsümə qədər tam hazır ola bilsin. Həkimlə məsləhətləşdikdən sonra onu çağırmamaq və müalicə alması üçün imkan yaratmaq qərarına gəldik. Yarımmüdafiəçi Eddi İsrafilovun da zədə ilə bağlı problemi var. Premyer Liqanın son turundakı oyun “Neftçi” üçün böyük önəm daşıdığından, İsrafilov həmin görüşə iynələrin köməkliyi ilə çıxmışdı. Həm onu, həm də zədəsi olan digər yarımmüdafiəçi Filip Ozobiçi kollektivə cəlb etmədik”.

    Qeyd edək ki, Azərbaycan milli komandası iyunun 7-də Bakı vaxtı ilə saat 21:00-da Albaniya ilə, 11-də isə saat 18:00-da Qazaxıstanla yoldaşlıq görüşündə qarşılaşacaq. Hər iki oyun Macarıstanın Sombatxey şəhərindəki “Haladas SportKomplexum”da keçiriləcək.

  • Selçuk Bayraktar: Qardaş Azərbaycanla birliyimiz və həmrəyliyimiz əbədi olsun!

    Qardaş Azərbaycanla birliyimiz və həmrəyliyimiz əbədi olsun!

    Bunu Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar rəsmi sosial media hesablarındakı paylaşımında deyib.

    “Bir dəfə yüksələn bayraq bir daha enməz. Qardaş ölkəmiz Azərbaycanın Müstəqillik Günü mübarək, birliyimiz və həmrəyliyimiz əbədi olsun!”,- paylaşımda vurğulanıb.

  • Qazaxıstan XİN: Qardaş Azərbaycan xalqına ən xoş arzularımızı çatdırırıq

    Qazaxıstan Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı 28 May – Müstəqillik Günü münasibətilə təbrik edib.

    Bu barədə bu ölkənin Xarici İşlər Nazirliyinin “X” sosial şəbəkəsindəki paylaşımında qeyd edilib.

    “Müstəqillik günü münasibətilə Azərbaycan XİN-dəki həmkarlarımıza ən səmimi təbriklərimizi və qardaş ölkənin xalqına ən xoş arzularımızı çatdırırıq”, – paylaşımda vurğulanıb.