Month: May 2024

  • Tovuzda yeniyetmə faciəli şəkildə vəfat etdi

    Tovuz rayonunda yeniyetmə faciəli şəkildə vəfat edib.

    2010-cu il təvəllüdlü Səbuhi Abdullazadəni ildırım vurub.

    Hadisə nəticəsində yeniyetmə həyatını itirib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

  • Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

    Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyan Azərbaycan Prezidenti İlham Əliyevi Müstəqillik Günü münasibətilə təbrik edib.

    President.az xəbər verir ki, təbrikdə deyilir:

    “Möhtərəm cənab Prezident.

    Azərbaycanın Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

    Sizə möhkəm cansağlığı, səadət, Azərbaycan hökumətinə və dost Azərbaycan xalqına rifah və tərəqqi arzulayıram.

    Ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.

  • Azərbaycanda taksi fəaliyyəti üçün icazə alan sürücülərin sayı 3 000-i ötüb

    Azərbaycanda taksi fəaliyyəti üçün icazə (“Buraxılış vəsiqəsi” və “Buraxılış kartı”) alan sürücülərin sayı 3 000-i ötüb.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    “Təlimlərə qoşulan taksi sürücülərinin sayında da dinamik artım müşahidə olunur”, – deyə agentlik bəyan edib.

  • Bakıda müğənnini döyüb qarət edənlərə CƏZA İSTƏNİLDİ

    Elçin Zəka kimi tanınan müğənni Elçin Kişiyevə qarşı quldurluq etməkdə təqsirləndirilən Hökümə Əşrəfzadə, onun bacısı Rəhimə Əşrəfzadə, Heydər Əkbərov və Zeynal Yusifovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

    Lent.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

    Prokuror Zeynal Yusifovun 12 il 6 ay, Heydər Əkbərovun 11 il, Hökümə Əşrəfzadə və Rəhimə Əşrəfzadənin hər birinin 10 il azadlıqdan mərhum edilməsini istəyib.

    Növbəti proses iyunun 14-də davam edəcək.

    İttihama görə, ötən il iyunun 6-da Bakı şəhərində Hökümə Əşrəfzadə, bacısı Rəhimə, tanışları Heydər Əkbərov və Zeynal Yusifov qabaqcadan əlbir olaraq Elçin Kişiyevin evinə qanunsuz girməklə quldurluq etmək barədə plan qurublar.

    Belə ki, Rəhimə Əşrəfzadə Elçin Kişiyevlə əlaqə saxlayıb və saat 23-dən sonra onun evində görüşmək üçün razılaşıblar. O, Zeynal Yusifovun idarə etdiyi avtomobil ilə həmin ünvana gəlib, görünməmək üçün girişdən aralıda dayanıblar.

    Rəhimə Əşrəfzadə avtomobildən düşüb onu evdə gözləyən Elçin Kişiyevin yanına gedərək, bir müddət orada qalıb. O, ayaqyoluna getmək bəhanəsi ilə həyətə çıxaraq küçədə gözləyən qrupun digər üzvlərinə məlumat verib və evə qayıdandan bir neçə dəqiqə sonra Heydər Əkbərov, Zeynal Yusifov, onların ardınca Hökümə Əşrəfzadə evə daxil olublar.

    Zeynal Yusifov silah qismində istifadə etdiyi bıçaqla həyatı və sağlamlığı üçün təhlükəli zor tətbiq ediləcəyi ilə hədələyərək Elçin Kişiyevə hücum edib, bədəninin müxtəlif nahiyələrinə yumruqla zərbələr vurub. Sonra Heydər Əkbərov və Zeynal Yusifovla Hökümə Əşrəfzadəni zorlamaqda ittiham edərək, yıxıldığı yerdə yumruq, eləcə də təpiklə Elçin Kişiyevi vurmaqda davam ediblər. Həmçinin zorlamaya görə onu cəzalandırılacağını bildiriblər. Onu plastik qaytanla qollarını arxadan bağlayaraq divana oturdublar. Bədəninin müxtəlif nahiyələrinə vurduqları zərbələrin təsiri və bıçaqla qorxudaraq, Hökümə Əşrəfzadə ilə cinsi əlaqədə olduğunu ona etiraf etdirib danışmağa məcbur ediblər.

    Heydər Əkbərov və Hökümə Əşrəfzadə telefonları ilə danışıqların videoçəkilişini aparıblar.

    Daha sonra Elçin Kişiyevdən evdə olan pulların və qiymətli əşyaların yerlərini soruşaraq, ümumilikdə 4 835 manat məbləğində ziyan vurmaqla quldurluq ediblər.

    Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 181.2.1-ci (quldurluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 181.2.3-cü (Quldurluq, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz olaraq girməklə törədildikdə), 181.2.5-ci (Quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə), 182.2.1-ci (hədə-qorxu ilə tələb etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə), 182.2.2-ci (təkrar hədə-qorxu ilə tələb etmə), 182.2.3-cü (hədə-qorxu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə) və 326.2-ci (vətəndaşın şəxsiyyət vəsiqəsini, pasportunu və ya digər mühüm şəxsi sənədini oğurlama) maddələri ilə ittiham irəli sürülüb.

  • Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı bərpa edildi

    Ermənistanda Rusiyanın “Birinci kanal”ının yayımı yenidən bərpa edilib.

    Bu barədə Ermənistan Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

    Qeyd edək ki, mayın 7-də Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanın tələblərinə məhəl qoymasalar, ölkədəki Rusiya kanallarını bağlamaqla hədələmişdi. Bir neçə gün öncə isə Ermənistanda “Birinci kanal”ın yayımı dayandırılmışdı.

    Mənbə: RİA Novosti

  • Qırğızıstan Avropada terror aktının qarşısını aldı

    Qırğızıstan Dövlət Milli Təhlükəsizlik Komitəsinin (DMTK) əməkdaşları xarici həmkarları ilə birlikdə Avropa ölkələrindən birində terror aktının qarşısını alıblar.

    Bu barədə DMTK-nın mətbuat xidməti məlumat verib.

    “Dövlət Milli Təhlükəsizlik Komitəsi xarici tərəfdaşlarla birgə həyata keçirilən terrorizmə qarşı mübarizə tədbirləri çərçivəsində beynəlxalq terror təşkilatı üzvlərinin Avropa ölkələrindən birinin ərazisində terror aktı təşkil etmək cəhdinin qarşısını alıb”, – deyə məlumatda bildirilir.

    Terror aktının potensial icraçılarından biri “xaricdə gizlənən” Qırğızıstan vətəndaşı olmalı idi. Hələlik onun adı və soyadı istintaqın maraqları baxımından açıqlanmır.

  • Repçi çayda boğulub öldü

    Repçi Ayan Nikiforov (IAN HOPELESS) Moskva yaxınlığındakı Himka şəhərində həlak olub.

    25 yaşlı sənətçi Klyazma çayında boğulub.

    Nikiforovun dostları son vaxtlar onun Moskvada yaşadığını və işlədiyini söyləyiblər.

    Repçi yeni albom buraxmağa hazırlaşırdı.

    Xatırladaq ki, Ayandan bir müddət əvvəl aktyor, rejissor və bəstəkar Makey Lüsni də 56 yaşında öldü.

    O çəkiliş meydançasına gedərkən avtomobil qəzasına düşdü.

  • Зеленский назвал “нереалистичными” переговоры с Россией

    Президент Украины Владимир Зеленский в интервью Guardian снова отказался от переговоров с Российской Федерацией.

    Глава украинского государства заявил, что переговоры с Россией “нереалистичны”.

    Мирное соглашение было бы “ловушкой”, поделился своей точкой зрения украинский лидер.

    Источник: mk.ru

  • Volodimir Zelenski Rusiya ilə danışıqlardan imtina etdi

    Ukrayna Prezidenti Volodimir Zelenski növbəti dəfə Rusiya ilə danışıqlardan imtina edib.

    O, bu barədə “The Guardian” nəşrində müsahibəsində deyib.

    Ukrayna dövlət başçısı bildirib ki, Rusiya ilə danışıqlar real deyil.

    “Sülh razılaşması “tələ” olardı”, – deyə Zelenski məsələ ilə bağlı öz nöqteyi-nəzərini bölüşüb.

  • BDU-da hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur

    Bakı Dövlət Universitetinin (BDU) hüquqşünaslıq fakültəsi üzrə SABAH qrupları ləğv olunur.

    Məlumatı report-a universitetdən təsdiqləyiblər.
     
    Bildirilib ki, yeni təhsil ilindən SABAH qruplarına qəbul Qarabağ Universitetində aparılacaq.
     
    Qeyd edək ki, SABAH qrupları 2014-2015-ci tədris ilində yaradılıb. Qrupun məqsədi tələbələrin intellektual və yaradıcılıq potensialının inkişafı və ixtisaslar üzrə kompetensiyalara tam yiyələnməsini, ali təhsilin keyfiyyətinin yüksəldilməsini və tədrisin təşkilində mütərəqqi forma və metodların tətbiqini təmin etməkdir.