Month: May 2024

  • Rusiyanın dünyada axtardığı “təhlükəli cinayətkar” Bakıda tutuldu

    Rusiyanın beynəlxalq axtarışa verdiyi şəxs Bakıda saxlanılıb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, 36 yaşlı Fuad Rzayev Rusiya Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə təqsirli bilinir.

    Rusiya hüquq-mühafizə orqanları F.Rzayevi “təhlükəli cinayətkar” qismində təqdim edərək barəsində dövlətlərarası axtarış elan edib. F.Rzayev Rusiya sərhədlərini tərk etdiyi üçün onun saxlanılması barədə Azərbaycan hüquq-mühafizə orqanlarına da sorğu göndərilib.

  • Hindistanda anomal istilər pik həddə çatdı – 2 saata 16 nəfər öldü

    Hindistanın Biharın Aurangabad şəhərində havanın istiliyi 48 dərəcəyə çatıb və həddindən artıq istilər səbəbindən 16 nəfərin həyatını itirib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ölkənin aparıcı media qurumlarından olan NDTV məlumat yayıb.
     
    Bildirilib ki, xəstəxanaya yüksək hərarətlə bağlı şikayətlə azı 35 nəfər müraciət edib.

    Bihar əyalətində məktəblərin və təhsil mərkəzlərinin iyunun 8-dək bağlı qalacağı bildirilib.

    Hindistan Meteorologiya İdarəsi yaxın 2 gün ərzində ştatda şiddətli isti dalğası ilə bağlı xəbərdarlıq edib.

    Qeyd edək ki, Hindistanın paytaxtı Yeni Dehlidə həddindən artıq istilər səbəbindən bir nəfər ölüb və bütün zamanların ən yüksək temperaturu 52,9 dərəcə ilə qeydə alınıb.
    //azxeber.com

  • İyunda neçə gün evdəyik?

    İyunda qeyri-iş günlərinin sayı məlum olub.

    Bu, 2024-cü il üçün iş vaxtı normasında göstərilib.

    Bildirilib ki, 15 iyun Milli Qurtuluş Günü, 16-17 iyun Qurban bayramı, 26 iyun isə Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günüdür.
    Əmək Məcəlləsinə əsasən, həftələrarası istirahət günləri və iş günü hesab olunmayan bayram günləri üst-üstə düşərsə, həmin istirahət günü bilavasitə bayram günündən sonrakı iş gününə keçirilir.

    Bu il 15 iyun şənbə, 16 iyun bazar gününə təsadüf etdiyi üçün 18 və 19 iyun tarixləri də qeyri-iş günləri olacaq.

    Bununla da, ardıcıl olaraq 15, 16, 17, 18 və 19 iyun tarixləri qeyri-iş günləridir.

    Həmçinin, iyunun 26-da Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü qeyd ediləcək.

    Beləliklə, şənbə və bazar günləri də daxil olmaqla, iyunda 14 gün qeyri-iş günü olacaq.

  • Milli Məclisin növbədənkənar sessiyası çağırıldı

    Yaz sessiyası başa çatdıqdan sonra Milli Məclisin növbədənkənar sessiyası çağırılıb.

    “Report”un məlumatına görə, Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, parlamentin növbədənkənar sessiyalarını Milli Məclisin sədri Azərbaycan Prezidentinin və ya qanunverici orqanın 42 deputatının tələbi əsasında çağırır.

    Spiker Sahibə Qafarova bildirib ki, növbədənkənar sessiyanın çağırılması ilə bağlı 80 deputat müraciət edib.

    Sədr qeyd edib ki, növbədənkənar sessiya iyun ayında keçiriləcək.

  • Уволенный глава ИВ продавал земли лесного фонда

    Сегодня освобожден от занимаемой должности глава Исполнительной власти (ИВ) Гусарского района Шаир Алхасов.

    Unikal раздобыл список недвижимости Ш.Алхасова в Гусарском районе и одноименном городе:

    – отель напротив его дома;

    – 5-этажные дома, построенные им на территории города;

    – отель возле школы №6;

    – ресторан в парке Наримана Нариманова;

    – два отеля недалеко от площади Флага;

    – 27 га земли, принадлежащей лесному фонду.

    Отметим, что Шаир Алхасов продал принадлежащую лесному фонду землю площадью 27 га по 5 000 манатов за сотку.

    Напомним, несколько дней назад приближенный Ш.Алхасова, глава муниципалитета Альфеддин Ибрагимов был привлечен к уголовной ответственности за незаконную продажу за взятку в Гусарском районе земельных участков.

  • İşdən çıxarılan icra başçısı meşə fondunun torpaqlarını satırmış – Əmlaklarının SİYAHISI

    Bu gün Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov vəzifəsindən azad edilib.

    “Unikal” işdən çıxarılan Şair Alxasovun əmlaklarının siyahısını əldə edib:

    – Qusarda evi ilə qarşı-qarşıya yerləşən hotel;

    – Qusar şəhəri ərazisində tikdirdiyi 5 mərtəbəli binalar;

    – 6 nömrəli məktəbin yanında hotel;

    – Nəriman Nərimanov parkında restoran;

    – Bayraq meydanının yaxınlığında 2 hotel;

    – Meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsi;

    Qeyd edək ki, Şair Alxasov meşə fonduna aid olan 27 hektarlıq torpaq sahəsini 1 sotu 5 min manatdan satırmış.

    Xatırladaq ki, bir neçə gün öncə icra başçısı Şair Alxasovun yaxın adamı, bələdiyyə sədri Əlfəddin İbrahimov Qusarda torpaq sahələrini rüşvət qarşılığında qanunsuz satdığına görə cinayət məsuliyyətinə cəlb edilib.

  • Ayaqlarını pəncərədən çıxaran sürücü və sərnişin həbs edildilər – VİDEO

    Şamaxıda sərxoş vəziyyətdə ayağını çölə çıxararaq avtomobil idarə edən şəxs məsuliyyətə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, rayonun Mədrəsə qəsəbəsində hərəkətdə olan VAZ-2107 markalı avtomobilin sürücü və sərnişininin ayaqlarını çölə çıxararaq cəmiyyətə açıq hörmətsizlik etməsi ilə bağlı görüntülər yayılıb. Digər hərəkət iştirakçıları üçün təhlükə yaradan maşındakı şəxslərin hərəkəti qəsəbə sakinlərinin də narazılığına səbəb olub.

    Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis kapitanı Mahir Məsimov bildirib ki, ictimai qaydanı pozan şəxslər saxlanılıblar:

    “Sürücünün 21 yaşlı Səyyad Pənahov, sərnişinin isə 22 yaşlı Səxavət Nəzərov olduğu müəyyən edilib. Həmin vaxt sərxoş vəziyyətdə olan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə protokol tərtib edilərək hüquqi qiymət verilməsi üçün rayon məhkəməsinə göndərilib. Məhkəmənin də qərarı ilə S.Pənahov sürücülük hüququ 2 il müddətində məhdudlaşdırılmaqla 15 sutka, S.Nəzərov isə 10 sutka inzibati qaydada həbs olunub”.

  • Кто он – новый министр образования Нахчыванской АР? – ДОСЬЕ

    Эльхан Наджафов назначен министром образования Нахчыванской Автономной Республики.

    Median.Az представляет вниманию читателей краткую биографическую справку о нем.

    Эльхан Таргулу оглу Наджафов родился в 1982 году в селе Нехрем Бабекского района.

    Он окончил филологический факультет Бакинского государственного университета. После завершения магистратуры в 2016 году поступил в докторантуру Национальной академии наук Азербайджана (НАНА).

    Педагогическую деятельность начал учителем в общеобразовательных школах, затем некоторое время работал директором по учебно-воспитательной работе в учебном центре Hədəf.

    Кроме того, был преподавателем в Институте повышения квалификации, преподавал предметы “Азербайджанский язык и культура речи”, “Деловая и академическая коммуникация на азербайджанском языке” в Государственной таможенной академии и Бакинском университете бизнеса. В 2016-2020 годах работал главным специалистом в отделе исследования печатных книг Института рукописей им. М.Физули НАНА. В 2021 году был назначен руководителем отдела координации Центра методической поддержки и профессионального развития Института образования Азербайджанской Республики.

    Э.Наджафов является автором ряда учебников, учебных пособий и составителем словарей, а также редактором учебников по азербайджанскому языку для общеобразовательных учреждений. Также с 2014 года работает экспертом и рецензентом по оценке и экспертизе учебников азербайджанского языка в Министерстве образования Азербайджана.

    В 2015-2016 годах был членом рабочей группы по разработке оценочных средств для мониторинга по азербайджанскому языку для 6-8 классов в рамках национальной оценки. Участвовал в разработке оценочных средств для республиканской предметной олимпиады по азербайджанскому языку.

    Выступал в качестве руководителя и координатора многих проектов в сотрудничестве с Европейским союзом, Детским фондом ООН (ЮНИСЕФ), Международным комитетом Красного Креста, Агентством Азербайджанской Республики по разминированию и другими организациями.

    Был главным исполнителем по организации методической службы и разработке Плана развития школы в общеобразовательных учреждениях, инспектируемых Агентством по обеспечению качества в образования.

    Ранее работал директором Лянкяран-Астаринского регионального управления образования.

    Женат, имеет двоих детей.

  • Naxçıvanda yüksək vəzifəyə təyin olunan Elxan Nəcəfov kimdir? – DOSYE

    Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikasının təhsil naziri təyin edilib.

    Median.Az yeni təhsil nazirinin dosyesini təqdim edir:

    Elxan Tarqulu oğlu Nəcəfov 1982-cildə Babək rayonunun Nehrəm kəndində anadan olub.

    E.Nəcəfov BDU-nun filologiya fakültəsini bitirib. Magistr səviyyəsi üzrə təhsilini 2016-cı ildə tamamladıqdan sonra AMEA-da doktorantura səviyyəsinə qəbul olub.

    Pedaqoji fəaliyyətə ümumtəhsil məktəblərində müəllimliklə başlayaraq, bir müddət “Hədəf” Tədris Mərkəzində təlim-tərbiyə işləri üzrə direktor vəzifəsində çalışıb.

    Bundan əlavə, İxtisasartırma İnstitutunda təlimçi-müəllim, Dövlət Gömrük Akademiyasında və Bakı Biznes Universitetində “Azərbaycan dili və nitq mədəniyyəti”, “Azərbaycan dilində işgüzar və akademik komminukasiya” fənlərini tədris edib. 2016-2020-ci illərdə AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda Çap kitablarının tədqiqi şöbəsində baş mütəxəssis vəzifəsində çalışıb. 2021-ci ildə ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

    Elxan Nəcəfov müxtəlif beynəlxalq və yerli konfranslarda iştirak edib. Onun məqalələri xaricdə və yerli nüfuzlu elmi jurnallarda nəşr edilib. Həmçinin, təhsildə keyfiyyətin yüksəldilməsi ilə bağlı müəllimlərin inkişafına yönəlmiş müxtəlif layihə və təlimlərin icraçısı olub.

    O, ümumtəhsil müəssisələrində hazırda tədrisdə istifadə edilən Azərbaycan dili dərsliklərinin redaktorudur. Həmçinin 2014-cü ildən Azərbaycan Respublikası Təhsil Nazirliyində Azərbaycan dili dərsliklərinin qiymətləndirilməsi və ekspertizasında ekspert və rəyçi kimi fəaliyyət göstərib.

    2015-2016-cı illərdə Milli qiymətləndirmə çərçivəsində 6-8-ci siniflər üzrə Azərbaycan dili fənninə dair monitorinqdə qiymətləndirmə vasitələrinin hazırlanmasında işçi qrupunun üzvü olub. Respublika Fənn Olimpiadasında Azərbaycan dili fənni üzrə qiymətləndirmə vasitələrinin hazırlanmasında iştirak edib.

    E.Nəcəfov dərslik və dərs vəsaitlərinin müəllifi, lüğətlərin tərtibçisidir.

    O, ARTİ-nin Metodik dəstək və peşəkar inkişaf mərkəzində Əlaqələndirmə şöbəsinin müdiri vəzifəsini icra etdiyi müddətdə məhsuldar iş fəaliyyəti nümayiş etdirib.

    Qısa müddət ərzində Azərbaycanın Respublikasının bütün rayonlarında Təhsil şöbələrinin əməkdaşları və metodistləri ilə yerində görüşlər keçirib. Əldə olunan məlumat və təhlillər əsasında Metodik kabinet əməkdaşlarının elektron bazasını formalaşdırıb.

    Metodistlərin və müəllimlərin peşəkar bacarıqlarını artırmaq, həmçinin gənc müəllimlərdə metodiki bacarıqları inkişaf etdirmək məqsədilə proqramların və elektron resursların hazırlanmasında, müxtəlif təlimlərin təşkilində bilavasitə iştirak edib.

    Təhsil Nazirliyinin və Təhsil İnstitutunun Avropa İttifaqı, UNICEF, BQXK, ANAMA və s. təşkilatlarla birgə əməkdaşlıq çərçivəsində həyata keçirilən bir çox layihələrdə layihə rəhbəri və koordinator kimi fəaliyyət göstərib.

    TKTA tərəfindən inspeksiya olunmuş məktəblərdə metodik xidmətin təşkili və Məktəbin İnkişaf Planının (MİP) hazırlanmasının əsas icraçısı olub. ARTİ-də fəaliyyət göstərdiyi müddətdə metodiki xidmətlə bağlı bir çox məqalələrin və metodik vəsaitlərin müəllifidir.

    O, bundan əvvəl Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb.

    Ailəlidir, iki övladı var.

  • Yeyib-içdiyi dostunu ailəsinin gözü qarşısında amansızlıqla öldürdü, ağır cəza aldı

    Ötən il dekabrın 7-nə keçən gecə Ağdaş şəhərində qonşusu 1968-ci il təvəllüdlü Araz Hacıyevi qətlə yetirən 51 yaşlı Rövşən Rüstəmliyə hökm oxunub.

    “Qafqazinfo” xəbər verir ki, Şəki Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə R.Rüstəmli Cinayət Məcəlləsinin 120.2.4 və 221.1-ci (Xüsusi amansızlıqla adam öldürmə və xuliqanlıq) maddələri ilə təqsirli bilinib.

    Məlum olub ki, hadisədən əvvəl Rövşən qonşusu Araz və digər iki şəxslə yaşadığı mənzildə məclis qurub və onlar spirtli içki qəbul ediblər. Bundan sonra Araz Hacıyev məclisi tərk edərək evinə gedib. Rövşən isə masanın üzərinə 70-80 manat pul qoyduğunu bildirərək həmin vəsaitin Araz tərəfindən oğurlandığını iddia edib. O, Arazın yaşadığı evin hasarından həyətə tullanaraq qonşusunun yatdığı otağa daxil olub. Rövşən Araza bıçaqla çoxsaylı zərbələr endirərkən bıçaq qırılıb, daha sonra o, əlinə keçən qayçı ilə qonşusuna ağır zərbələr endirməyə davam edib. Ümumilikdə 39 kəsilmiş-deşilmiş xəsarət alan A.Hacıyev oradaca ölüb.

    Hadisə vaxtı onun oğlu və həyat yoldaşı evdə olsalar da, qorxularından Rövşənə yaxınlaşa bilməyiblər.

    Məhkəmənin hökmü ilə qonşusunu amansızlıqla qətlə yetirən R.Rüstəmliyə 18 il həbs cəzası verilib.