Month: May 2024

  • Bakıda tanınmış şəxsin villasından ilginc oğurluq: Sonra da viski içib, domino oynadılar…

    Bakıda hotelin damından girib, dördmərtəbəli, 13 otaqlı villadan oğurluq edən şəxslərə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, hadisə Nərimanov rayonunda “milyonerlər məhəlləsi” kimi tanınan ərazidəki villaların birində baş verib.

    Hadisəni isə 1996-cı il təvəllüdlü Ramin Hüseynov (soyad şərti) və Yusif Bağırov (soyad şərti) törədiblər.

    Belə ki, onlar içkili vəziyyətdə villanın yaxınlığında yerləşən hotelin damından evə keçməklə ümumi dəyəri 76 500 manat olan əşyaları oğurlayıblar. Təqsirləndirilən şəxslər villanın ikinci mərtəbəsində hər birinin qiyməti 1 700 manat olmaqla ümumi dəyəri 8 500 manat olan Türkiyə istehsalı beş ədəd mis şamdan, 17 000 manat dəyərində bir ədəd qadın təsvirli bürünc heykəl, 8 500 manat dəyərində bürüncdən qadın təsvirli heykəl, üçüncü mərtəbədə olan yataq otağından 8 500 manat dəyərində XIX əsrdə Fransada hazırlanmış farfordan olan bir ədəd sandıqça, həmin mərtəbənin dəhlizindən 25 500 manat dəyərində XIX əsrə aid Fransa istehsalı olan bürünc materialdan bir ədəd masaüstü saat, dördüncü mərtəbədə olan yataq otağından 3 400 manat dəyərində yerli istehsal olan bir ədəd mis qazan, 5 100 manat dəyərində bir ədəd çaynikaltı tas aparıblar.

    Ramin və Yusif villada qonaq otağında divanda əyləşib evdən tapdıqları bahalı viskini içiblər və domino oynayıblar.

    Hadisə 2022-ci ilin dekabr ayının 30-dan 31-nə keçən gecə baş versə də, ev sahibi həmin vaxt ailəsi ilə birgə Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən villasında yaşadığından hadisədən iki gün sonra xəbər tutub.

    Məhkəmənin qərarı ilə hər iki şəxs Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və barələrində üç il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib. Onlar oğurladıqları əntiq əşyaların əksəriyyətini də ev sahibinə qaytarıblar.

    Əldə etdiyimiz məlumata görə, villasından oğurluq olan ölkənin tanınmış şəxsidir.

  • Kamil Zeynallıya qarşı dələduzluq edən şirkət rəhbərinə hökm oxundu

    İdmançı Kamil Zeynallı və daha 7 nəfərin külli miqdarda pulunu dələduzluq yolu ilə ələ keçirməkdə ittiham olunan “Oba Construction” tikinti şirkətinin müdiri Emil Ağayevin məhkəməsi yekunlaşıb.

    “Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.

    Əli Məmmədovun sədrlik etdiyi hakimlər heyətinin hökmü ilə Emil Ağayev 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Qeyd edək ki, E.Ağayev zərərçəkmişlərə 300 min manata yaxın maddi ziyan vurub.

  • Antonio Kontenin yeni komandası bəlli oldu

    Son olaraq İngiltərənin “Tottenhem” klubunu çalışdıran Antonio Konte “Napoli” ilə razılaşıb.

    Məlumata görə, Antonio Konte yeni mövsümdən etibarən “neapollular”ı çalışdıracaq.

    Tərəflər arasında müqavilənin təfərrüatı barədə ilkin danışıqlar yekunlaşıb. Antonio Kontenin “Napoli” klubundan alacağı maaş isə açıqlanmayıb.

    Qeyd edək ki, Antonio Konte məşqçi karyerasında “Tottenhem”, “İnter”, “Çelsi”,”Atalanta” kimi klubları və İtaliya millisini çalışdırıb.

    Mənbə: Marca.com

  • Серьёзное ДТП в Джалилабаде: грузовик превратился в груду металла

    Серьёзное дорожно-транспортное происшествие произошло на старой магистрали Алят – Астара в Джалилабадском районе.

    По информации АПА, грузовой автомобиль “ГАЗель” потерял управление и вылетел с трассы.

    Транспортное средство на большой скорости врезалось в электрический столб на обочине дороги, после чего несколько раз перевернулось. В результате сильного удара автомобиль получил серьёзные повреждения и подвергся деформации.

    Водитель грузовика получил травмы различной степени тяжести и был экстренно доставлен в Центральную районную больницу Джалилабада. О состоянии пострадавшего на данный момент не сообщается.

    По данному факту ведется расследование.

  • Cəlilabadda yük maşını aşıb, xəsarət alan var

    Cəlilabadda yol-nəqliyyat hadisəsi baş verib.

    APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə köhnə Ələt-Astara magistralında, Cəlilabad ərazisində qeydə alınıb. “QAZel” markalı yük maşını idarəetməni itirərək magistral yoldan çıxıb. Yük maşını yol kənarında olan elektrik dirəyinə çırpılıb, daha sonra bir neçə dəfə aşıb. Yük avtomobili deformasiyaya uğrayıb. Xəsarət alan sürücü Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Fakt üzrə araşdırma aparılır.

  • Su anbarında qanunsuz balıq ovlayan şəxs saxlanıldı

    Su anbarında qanunsuz balıq ovlayan şəxs müəyyən olunub.

    Su Nəqliyyatında Polis İdarəsinin Mingəçevir Xətt Polis Məntəqəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə su anbarında qanunsuz olaraq balıq ovu ilə məşğul olan Ş.Müslümov saxlanılıb.

    Həmin şəxsdən qanunsuz ovladığı balıqlar və balıqovlama ləvazimatları aşkarlanıb.

    Faktla bağlı araşdırmalar aparılır.

  • Bakıda yeni ticarət mərkəzinin qarşısında təhlükəli vəziyyət

    Bir neçə gün öncə Bakının Neftçilər prospektində yeni ticarət mərkəzi “Crescent Mall”un istifadəyə verilməsi ilə ərazidə piyadalar üçün təhlükəli vəziyyətin yaranması barədə müzakirələr aparılır.

    “Qafqazinfo” xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat və şəkillər yayılıb.

    Fotolardan da görünür ki, piyadalar, hətta yanlarında azyaşlı olsa belə, həyatlarını təhlükəyə ataraq yüksək sürət həddi təyin edilmiş yoldan keçirlər.

    Əksər sosial şəbəkə istifadəçiləri ərazidə piyada keçidlərinin təşkilini, işıqfor quraşdırılmasının vacibliyini qeyd edirlər.

    Maraqlıdır ki, ərazidə yeraltı piyada keçidi olsa da, vətəndaşlar oradan istifadə etmirlər.

    Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, hazırda sözügedən keçid istifadəyə yararlıdır: “İnsanlar oradan istifadə edirlər. Keçiddə eskalatorlar da işləyir. Ümumiyyətlə, keçid elə yerdədir ki, piyadalar onu görməyə bilməz”.

  • Zahid Oruc: Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər

    Bakıda 18 min nəfərə bir ambulans düşür, onlar da yollardakı tıxaclardan hərəkət edə bilmirlər.

    Median.Az report-a istinadən xəbər verir ki, bunu Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc parlamentin mayın 31-də keçirilən yaz sessiyasının son plenar iclasında “Azərbaycan Respublikasının 2023-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsinin müzakirəsi zamanı deyib.

    Komitə sədri bildirib ki, Bakıda 139 ambulans fəaliyyət göstərir: “Paytaxtda rəsmi olaraq 2,5 milyona yaxın insanın qeydiyyatda olduğunu nəzərə alsaq, 18 min nəfərə bir ambulans düşür. Paytaxtda qeyri-rəsmi yaşayanları da buraya əlavə etsək, vəziyyəti təsəvvür etmək çətin deyil. Əhalisi 1.2 milyon nəfər olan Tbilisidə təcili yardım maşınlarının sayı 200-yə yaxındır”.

  • Министр обороны Азербайджана встретился с турецкой делегацией

    Министр обороны Азербайджанской Республики (АР) генерал-полковник Закир Гасанов встретился с находящейся с официальным визитом в нашей стране делегацией во главе с начальником Главного разведывательного управления Вооруженных сил Турецкой Республики генерал-полковником Исмаилом Гюнайдыном.

    Об этом сообщили в пресс-службе оборонного ведомства АР.

    Поприветствовав гостей, министр обороны выразил удовлетворение видеть их в нашей стране. Было особо отмечено благотворное влияние искренних отношений глав двух братских государств на сферу военного сотрудничества, равно как и на сотрудничество в других областях.

    Выразив удовлетворение рабочим визитом в братскую Турцию, состоявшимся 29-30 мая нынешнего года по приглашению министра национальной обороны Турецкой Республики Яшара Гюлера, генерал-полковник З.Гасанов высоко оценил организацию многонациональных учений EFES-2024 в Турции, а также профессионализм военнослужащих.

    Генерал-полковник И.Гюнайдын, в свою очередь, поблагодарил за оказанное гостеприимство. Было отмечено, что отношения между Азербайджаном и Турцией, построенные на дружбе и братстве, опираются на взаимное доверие и поддержку.

    На встрече было обсуждено текущее состояние и перспективы развития двустороннего сотрудничества в военной и военно-образовательной областях, отмечена важность мероприятий, проводимых в рамках заседания по азербайджано-турецкому военному диалогу высокого уровня.

    Затем с турецкой делегацией встретился первый заместитель министра обороны – начальник Генерального штаба азербайджанской армии генерал-полковник Керим Велиев.

    На встрече в Генеральном штабе азербайджанской армии было выражено удовлетворение нынешним состоянием двустороннего военного сотрудничества между Азербайджаном и Турцией. Была подчеркнута важная значимость подобных встреч с точки зрения расширения взаимного сотрудничества.

    На встрече также состоялся обстоятельный обмен мнениями по ряду вопросов, представляющих взаимный интерес.

  • Zakir Həsənov türkiyəli nümayəndə heyəti ilə görüşüb

    Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Respublikası Silahlı Qüvvələrinin Kəşfiyyat Baş İdarəsinin rəisi general-polkovnik İsmail Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

    Qonaqları salamlayan müdafiə naziri onları ölkəmizdə görməkdən məmnun olduğunu bildirib. Dövlət başçılarımızın səmimi münasibətlərinin digər sahələrə olduğu kimi, hərbi əməkdaşlıq sahəsinə də müsbət təsir etdiyini xüsusi vurğulayıb.

    Cari ilin 29-30 may tarixlərində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerin dəvəti ilə qardaş ölkəyə işgüzar səfərindən məmnunluq ifadə edən general-polkovnik Z.Həsənov Türkiyədə keçirilən “EFES – 2024” çoxmillətli təliminin təşkilatçılığını, eləcə də hərbi qulluqçuların peşəkarlığını yüksək qiymətləndirib.

    General-polkovnik İ.Günaydın isə öz növbəsində göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətləri üzərində qurulan əlaqələrin qarşılıqlı inam, etimad və dəstəyə əsaslandığını qeyd edib.

    Görüşdə hərbi, hərbi təhsil sahələrində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, Azərbaycan-Türkiyə Yüksəksəviyyəli Hərbi Dialoq İclası çərçivəsində həyata keçirilən tədbirlərin əhəmiyyəti qeyd edilib.

    Sonra müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev Türkiyə nümayəndə heyəti ilə görüşüb.

    Azərbaycan Ordusunun Baş Qərargahında keçirilən görüşdə ölkələrimiz arasında ikitərəfli hərbi əməkdaşlığın cari vəziyyətindən məmnunluq ifadə olunub. Hər iki qardaş ölkənin qarşılıqlı əməkdaşlığının genişləndirilməsi baxımından bu cür görüşlərin mühüm əhəmiyyət kəsb etdiyi vurğulanıb.

    Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.