Month: May 2024

  • Со дня основания первой демократической республики на Востоке прошло 106 лет

    28 мая 2024 года Азербайджан отмечает один из ярчайших и знаменательных праздников в своей истории – 106-ю годовщину со дня создания Азербайджанской Демократической Республики (АДР, Azərbaycan Xalq Cumhuriyyəti), ставшей первой светской республикой на мусульманском Востоке.

    Образование АДР 28 мая 1918 года вошло в историю нашей страны как крупное историческое событие. АДР, созданная с целью построения независимого, свободного и демократического государства, всего за 23 месяца своего существования вернула народу национальное самосознание и способность к самоопределению. Как видно из Декларации независимости, принятой 28 мая 1918 года, это славное событие еще больше укрепило чувство независимости нашего народа.

    О создании АДР было провозглашено 28 мая 1918 года – Азербайджанским Национальным Советом в Тифлисе, который возглавил Мамед Эмин Расулзаде.

    На протяжении длительного периода Азербайджан входил в состав Российской империи. Однако азербайджанский народ всегда вел борьбу за свободу и независимость.

    Вновь созданная АДР с честью выполнила сложнейшую историческую задачу. Были организованы первые парламент и правительство Азербайджана, государственный аппарат, определены границы страны, созданы флаг, гимн и герб, азербайджанский язык объявлен государственным, осуществлены серьезные меры в области армейского строительства, особое внимание уделено развитию просвещения и культуры. Был основан первый университет Азербайджана, осуществлена национализация образования, проведена исключительно важная с точки зрения истории общественного мнения работа, подготовившая почву для культурного подъема народа в последующие годы.

    С первых дней своего существования АДР, основываясь на принципах народной власти и всеобщего равноправия, предоставила равные права всем гражданам страны, устранила расовое, национальное, религиозное и классовое неравенство.

    АДР была первой демократической республикой не только в Азербайджане, но и на всем мусульманском Востоке. Однако ей уд Красная армия оккупировала Азербайджан, и республика пала.

    Это день отмечается как государственный праздник с момента восстановления нашей страной государственной независимости. Согласно Трудовому кодексу, 28 мая объявлен нерабочим днем.

    Распоряжением Президента Азербайджана Ильхама Алиева 2018 год был объявлен “Годом АДР”, в рамках которого в стране торжественно отметили 100-летний юбилей республики.

    Наше трехцветное знамя, поднятое в период АДР, развевается в освобожденных от оккупации Карабахе и Восточном Зангезуре. Это стало возможным благодаря героизму и мужеству доблестных военнослужащих азербайджанской армии, которые под руководством Верховного главнокомандующего Ильхама Алиева одержали победу в 44-дневной Отечественной войне.

  • Şərqdə ilk demokratik respublikanın yaranmasından 106 il keçir

    Azərbaycanın milli bayramı – Müstəqillik Günü qeyd olunur.

    Median.Az xatırladır ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil olub.

    Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən də göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirib.

    Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) qurulması 28 may 1918-ci ildə Tiflis şəhərində Qafqaz canişinliyinin binasında Məhəmməd Əmin Rəsulzadənin sədri olduğu Azərbaycan Milli Şurası tərəfindən bəyan edilib.

    Uzun bir dövr Azərbaycan Çar Rusiyasının müstəmləkəsi olub. Ancaq Azərbaycan xalqı həmişə azadlığa, müstəqilliyə qovuşmaq üçün mübarizələr aparıb.

    Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirib. Azərbaycanın ilk parlamenti və hökuməti, dövlət aparatı təşkil edilib, ölkənin sərhədləri müəyyənləşdirilib, bayrağı, himni və gerbi yaradılıb, ana dili dövlət dili elan edilib, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirilib, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirilib. Azərbaycanın ilk universiteti təsis olunub, təhsil milliləşdirilib, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görülüb.

    Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırıb.

    AXC təkcə Azərbaycanda deyil, bütün Şərqdə ilk demokratik respublika idi. Ancaq AXC cəmi 23 ay yaşaya bilib. 1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal edib və respublika süqut edib.

    Müstəqillik Günü Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət bayramı kimi qeyd olunur. Əmək Məcəlləsinə görə, mayın 28-i qeyri-iş günü elan edilib.

    Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə 2018-ci il “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan olunub və AXC-nin 100 illik yubileyi təntənəli şəkildə qeyd edilib.

    AXC dövründə qaldırılan üçrəngli bayrağımız bu gün Ermənistanın işğalından azad edilən Qarabağda və Şərqi Zəngəzurda dalğalanır. 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun qəhrəman hərbçiləri öz cəsarəti ilə, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə buna nail oldular.

  • “Qəbələ” baş məşqçisi ilə bağlı qərar verdi

    Qəbələ” klubu baş məşqçisi Kaxaber Sxadadze ilə yeni müqavilə imzalayıb.

    Klubdan Yenisabah.az-a verilən məlumata görə, gürcüstanlı mütəxəssislə yeni şərtlərlə bağlanan anlaşma 3 il müddətinə nəzərdə tutulub.

    55 yaşlı çalışdırıcı və onun köməkçisi George Çixradze 2027-ci ilin yayına qədər “Qəbələ”də qalacaqlar.

    Qeyd edək ki, K. Sxadadze 2024-cü il fevralın 25-də “qırmızı-qaralar”ın baş məşqçisi təyin olunub. O, buna qədər Azərbaycanda “Standard” (2008) və “İnter”in (2009-14), vətənində “Lokomotiv” (Tbilisi, 2001-02), “Dinamo” (Tbilisi, 2005-06, 2021-22), “Sioni” (2006-07), Qazaxıstanda “Kayrat” (2016-17), “Ordabası” (2018-20), “Kaspi” (2022-23) klublarında, Gürcüstanın gənclər (2009) və əsas (2015-16) millisində baş məşqçi olub.

  • İlham Əiyev Müstəqillik Günü münasibətilə paylaşım etdi – Foto

    Azərbaycan Respublikasının Prezidenti İlham Əiyev sosial şəbəkə hesabında 28 May Müstəqillik Günü münasibətilə paylaşım edib.

    Yenisabah.az paylaşımı təqdim edir:

  • Gəncədə sel suları avtomobil yolunu yudu – Video

    Gəncə şəhərində müşahidə olunan aramsız yağışlar nəticəsində asfalt örtükdə dağıntılar əmələ gəlib.

    “Qafqazinfo”nun məlumatına görə, şəhərin Nizami Gəncəvi prospektinə qədər olan 2,4 km-lik hissəsinin sol sahilindəki bəndlər aşınıb.

    Hadisə yerinə aidiyyəti üzrə rəsmilər cəlb olunub.

    Faktla bağlı Gəncə Şəhər İcra Hakimiyyətindən bildirilib ki, sözügedən məsələ ilə əlaqədar əməkdaşlar tərəfindən əraziyə baxış keçirilib.

    Baxış zamanı məlum olub ki, son zamanlar Qərb bölgəsində yağan aramsız yağışlar səbəbi ilə Gəncəçayda sululuq artıb.

    Yaranmış təhlükənin aradan qaldırılması məqsədilə Gəncə Şəhər İcra Hakimiyyəti tərəfindən aidiyyəti qurumlara müraciət ünvanlanıb.

  • “Neftçi” klubunun kapitanı azarkeşlərdən üzr istəyib

    “Neftçi” klubunun kapitanı Emin Mahmudov azarkeşlərdən üzr istəyib.

    Median.Az xəbər verir ki, Azərbaycan millisinin üzvü bu barədə “X” sosial şəbəkə hesabında yazıb.

    32 yaşlı futbolçu Azərbaycan Premyer Liqasında cari mövsüm uğursuz çıxış edərək mükafatçılar sırasından və avrokuboklardan kənar qaldıqları üçün “Neftçi” azarkeşlərindən üzrxahlıq edib.

    “Neçə gündür ki, sizə yazmaq istəyirəm. Ancaq indi özümdə güc və inam tapıb sizə səslənirəm. Bilirəm ki, bu dəqiqə çox üzgünsünüz. Gözləntilərinizi qarşılaya bilmədik. Siz azarkeşlərin istədiklərini verə bilmədik. Bilməyinizi istəyirəm ki,tək son oyuna görə yox, ümumi mövsümə görə çox utanıram. Sizlər bu nəticəyə layiq deyilsiniz. “Neftçi” ailəsinin kapitanı olaraq sizə bunları yaşatdığımıza görə üzr istəyirəm!”, – deyə o bildirib.

  • Bakıda birmərtəbəli ev yanaraq kül olub

    Bakının Sabunçu rayonunda evdə yanğın olub.

    Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

    Məlumata görə, yanğın Sabunçu qəsəbəsində ümuni sahəsi 60 m² olan birmərtəbəli 2 otaqlı evdə qeydə alınıb. Evin yanar konstruksiyaları yanıb.

    Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu göndərib

    Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Prezident İlham Əliyevə təbrik məktubu göndərib.

    Median.Az xəbər verir ki, məktubda deyilir:

    “Cənab Prezident.

    Müstəqillik Günü münasibətilə Zati-alinizi, dost və qardaş Azərbaycan xalqını ürəkdən təbrik edirəm.

    Sizin rəhbərliyinizlə dost və qardaş Azərbaycan inkişaf edən iqtisadiyyatı, artan nüfuzu və güclü ordusu ilə regionun qüdrətli dövlətinə çevrilmişdir. Azərbaycanın bu uğurlu və şanlı nailiyyətləri təkcə Azərbaycan xalqı üçün deyil, bütün türk xalqı üçün də qürur və xoşbəxtlik mənbəyidir.

    Hər çətinlikdə bir-birinə dəstək olan Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq bağlarının qarşıdakı dövrdə “Bir millət, iki dövlət” prinsipi ilə daha da möhkəmlənəcəyinə, qardaş Azərbaycanın Bayrağının qədim torpaqlarında əbədi olaraq dalğalanacağına inamım qətidir.

    Müstəqillik uğrunda canlarını fəda etmiş əziz şəhidlərimizin xatirəsini minnətdarlıq hissi ilə yad edirəm.

    Fürsətdən istifadə edərək, Zati-alinizə ən xoş arzularımı çatdırır, cansağlığı və firavanlıq diləyirəm”.

  • Həndbol üzrə Azərbaycan kubokunda finalçılar müəyyənləşib

    Həndbol üzrə XXX Azərbaycan kubokunda finalçılar müəyyənləşib.

    “Report” xəbər verir ki, qadınların mübarizəsində ilk olaraq yarımfinal görüşündə “Qarabağ” və “Kür” kollektivləri qarşılaşıb.

    Gərgin mübarizə şəraitində keçən görüşdə 29:28 hesabı ilə qələbə qazanan ikincilər həlledici mərhələyə vəsiqə qazanıblar.

    Onların finaldakı rəqibi digər yarımfinal cütündə “İdman Akademiyası”na (45:28) qalib gələn “Azəryol” həndbolçuları olacaq.

    Qeyd edək ki, “Kür” və “Azəryol” komandaları arasında baş tutacaq final oyunu mayın 30-da keçiriləcək

  • Biləsuvarda bu il taxıl əkini aparılan sahələr azalıb

    Biləsuvar rayonunda bu il taxıl əkini aparılan sahələr 5 min hektara yaxın azalıb.

    “Report”un Muğan bürosunun məlumatına görə, ötən il 39 min 270 hektar sahədə taxıl əkini aparılıb. Lakin bu il əkin aparılan sahələr 34 min 295 hektara düşüb.

    Fermerlərin sözlərinə görə, bunun əsas səbəbi ötən ilin yaz mövsümündə kəskin su qıtlığı və havanın quraq keçməsi olub.

    Uzun müddət atmosfer çöküntüləri (yağış, çiskin, duman, qar) olmadığı üçün rayonda taxılçılığın əsas bazasını təşkil edən dəmyə taxıl sahələri ciddi şəkildə quraqlıqdan məhv olub. Dəmyə taxıl sahələrində də bu səbəbdən azalma müşahidə olunur.

    Qeyd edək ki, cari ildə rayon ərazisində əkilən taxılın 9 min 974 hektarını buğda, 24 min 321 hektarını isə arpa sahəsi təşkil edir.