Month: May 2024

  • 80 yaşlı kişi gələcəkdə həyata qaytarılmaq ümidi ilə donduruldu

    Avstraliyada illər sonra həyata qayıtmaq ümidi olan bir insan mənfi 200 dərəcə soyuqda dondurulub.

    Median.Az publika.az-a istinadən xəbər verir ki, bu barədə Avstraliyadakı “Southern Cryonics” şirkəti açıqlama verib.

    Şirkətin sahibi Filip Rhoades prosesin çox gərgin keçdiyini, müxtəlif günlərdə edilməli olan bir sıra prosedurların olduğunu bildirib. Mayın 12-də dünyasını dəyişən 80 yaşlı şəxsin dondurulma prosesinə ölümündən dərhal sonra başlandığı bildirilib. Şirkət bu əməliyyat üçün ilk müştərisindən təxminən 160 min dollar alıb.

    “ABC News”un məlumatına görə 10 saatlıq bu proses həmin şəxsin həyata qayıtma şansını təmin etmək üçün həyata keçirilir.

  • İl sonuna qədər varlanacaq 2 bürc – Sərvət gözlənilir

    2024-cü il bizim üçün böyük maliyyə imkanları açır. Ancaq iki bürcün nümayəndələrini daha xüsusi perspektivlər gözləyir. Astroloqlar bu ilin sonuna qədər maddi vəziyyətlərinin çox yaxşılaşacağı iki bürcün adını çəkiblər.

    Median.Az lent.az-a istinadən həmin bürcləri təqdim edir:

    Qoç

    Son vaxtlar işlər sizin üçün yaxşı getmir. Ancaq daha çoxunu əldə etmək üçün xüsusi səy göstərmək istəyiniz də yoxdur. Bununla belə, bu il bolluq planeti olan Yupiterdən əlavə yardım alacaqsınız. Bir az səy göstərsəniz, bu sizi əhəmiyyətli uğura aparacaq.

    Kainat Uranı Yupiterə kömək etmək üçün göndərir. Bu planet Yupiterlə birləşdikdə ani və gözlənilməz faydalar gətirə bilər. Diaqramınızdakı bu birləşmə pul, sevgi və gözlənilməz fürsətlərlə bağlı yeni və həyəcan verici təcrübələrə səbəb ola bilər.

    Yayın əvvəlində Yupiter Əkizlər bürcünə girəndə ağlınızın mövcud imkanları və potensialı necə nəzərə almağa başladığını görəcəksiniz. Fikirlərinizin böyük və cəsarətli olmasından çəkinməyin.

    Əgər parıldamaq üçün mükəmməl vaxtınız varsa, o indidir. Ancaq unutmayın ki, uğurlu bir iş üçün bir məqsəd lazımdır, ona görə də xəyal qurmayın, planlaşdırın və nəticədə uğur sizinlə olacaq.

    Şir

    Bu il maliyyə vəziyyətinizin yaxşılaşacağı gözlənilir. Yupiter 10-cu evinizi keçir, bu da karyera yüksəlişi, qazanc və yeni imkanlar deməkdir. İndi risk etmək və karyera yüksəlişinizə daha çox diqqət yetirmək vaxtıdır. Sadə sözlə, inkişaf üçün ən kiçik şans gördüyünüz yerdə hərəkət edin. Fürsət pəncərəsi sizin üçün çoxdan açılmayıb, ona görə də dərhal işə başlamalısınız.

    Uran tərəfindən güclənən, genişlənmənin himayədarı olan Yupiter, heç gözləmədiyiniz anlarda sizin üçün çox gözlənilməz qapılar açacaq. Onlara girməkdən qorxmayın – bu yolla siz gözlənilmədən sürətli irəliləyiş əldə edəcəksiniz.

    Bununla belə, unutmayın ki, karyeranız çox yaxşı irəliləyiş göstərsə də, indi pulunuzla diqqətli olmanız vacibdir. Maliyyə nöqteyi-nəzərindən bu il yalnız özünüzə arxalana bilərsiniz. Ona görə də bu aralar pulunuza bir az qənaət etməyə çalışın.

  • Taxıl ehtiyatımız nə qədərdir? – VİDEO

    Çörək bol olarsa, basılmaz vətən. Sovet dövründən qalan şüardır. Amma həqiqiliyi bütün zamanları əhatə edir.

    Median.Az bildirir ki, Rusiya-Ukrayna müharibəsində olduğu kimi bu gün dünyada gedən savaşlarda biri digərini çörəklə imtahana çəkir.

    Taxılın Ukrayna limanlarında ilişib qalması dünya üçün ərzaq təhlükəsi yaratmışdı. Bu səbəbdən, xüsusilə indi taxıl ehtiyatlarının yığılması hər bir ölkənin strateji planıdır.

    Bəs Azərbaycanın taxıl ehtiyatları nə qədərdir? Bu ehtiyatlar necə yığılır, necə saxlanılır?

    Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyinin İdarə Heyəti sədrinin müavini Zaur Ələkbərov bildirib ki, hazırda ölkəmizdə beş aylıq istehlakı qarşılamaq üçün ərzaqlıq buğda həcmi saxlanılır. Buğdanın saxlama müddəti 24 ayadəkdir daha sonra isə mütəmadi olaraq yenilənir.

    Mövzu ilə bağlı “İTV Xəbər Yekun” süjet hazırlayıb.

  • Suriyadan cənnətə “gedəcəkdi”, TIR-ın altında Azərbaycana qayıtdı

    Suriyada yaradılmış qanunsuz silahlı birləşmələrdə iştirak etməkdə ittiham olunan 41 yaşlı Kamran Zülfüqarovun məhkəməsi başa çatıb.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, cinayət işi Sumqayıt Ağır Cinayətlər Məhkəməsində araşdırılıb.

    Məlumat üçün deyək ki, Kamran Zülfüqarov 2018-ci ildə məhkəmə qərarı ilə Azərbaycan vətəndaşlığından çıxarılıb. Onun Suriyadakı cinayətkar fəaliyyəti isə 2013-cü ili əhatə edib.

    Sonradan əməllərindən peşman olaraq, gizli yolla Azərbaycana gələn Zülfüqarov Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməliyyatçıları tərəfindən müəyyən edilərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələr və ya qruplar yaratma, eləcə də onların yaradılmasında və fəaliyyətində iştirak etmə) maddəsi ilə yekun ittiham elan edilib.

    Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı özünü təqsirli bilsə də, məhkəmədə əvvəl dediklərindən fərqli ifadə verib.

    İstintaq vaxtı ifadəsində deyib ki, Suriyada təlimlərdə iştirak edib. Həmin ölkənin Haritan şəhərində “Xalid dayı” dini ləqəbli Bədəlov Rövşən Kitab oğlunun rəhbərlik etdiyi “Xalid dayının camaatı” adlı qanunsuz silahlı qruplaşmanın üzvü olub. Amma sonradan Xalid dayı ilə arası pisləşdiyi üçün sonuncu onu İŞİD-ə həbs etdirib. İki ay sonra o, həbsdən buraxılaraq gizli yollarla Türkiyəyə qaçıb. Kamran bir neçə il Türkiyədə yaşadıqdan sonra yük tırlarının altında gizlənməklə qanunsuz yolla Azərbaycana keçib.

    Məlum olub ki, Kamran Zülfüqarov Suriyaya həyat yoldaşı və uşaqlarını da aparıbmış. Kamrandan fərqli olaraq həyat yoldaşı başlarına gələnləri ətraflı danışıb:

    “Kamranla əvvəl Xırdalanda yaşayırdıq. Həmişə dinə bağlı insan olub. Deyirdi ki, Suriyada döyüşüb şəhid olmaq istəyir. Sonra istəyini reallaşdırmaq qərarına gəldi. Mən əvvəl qorxsam da, razılaşdım. Əvvəl Türkiyəyə oradan da Suriyaya getdik. Orada bizi “Xalid dayının camaatı”nın rəhbəri kimi tanınan Xalid dayı qarşıladı. Bundan sonra Kamran camaatla birgə postlara çıxmağa başladı. Yadıma gəlir, Kalaşnikov markalı silahı var idi. Bir müddət sonra Kamran yoxa çıxdı. Xalid dayı onun öldürüldüyünü dedi. Amma 2 ay sonra Kamran evə qayıtdı. Bundan sonra Türkiyəyə qaçdıq. Bir neçə il orada yaşadıq. Günlərin birində təcili tibbi yardım çağırdıqdan sonra ölkədə qanunsuz yaşadığımız aşkar edildi. Bundan sonra, mən uşaqlarımla birgə deport edilərək Azərbaycana qayıtsaq da, Kamran deport edilməkdən yayınaraq orada qaldı. Bir müddət orada tək yaşadıqdan sonra o da Azərbaycana qayıtdı”.

    Təqsirləndirilən şəxsin anası da şahid qismində ifadə verib. Şahid oğlunun İŞİD-ə qoşulduğunu bilmədiyini deyib. Valideynin sözlərinə görə, oğlu inanıb ki, Suriyaya köçüb oradan cənnətə gedəcək. Şahid oğlunun cihad üçün getdiyini, lakin sonradan peşman olduğunu söyləyib.

    Nurəddin Hüseynlinin sədrlik etdiyi məhkəmə heyəti dəlil və sübutları tədqiq etdikdən, şahid ifadələrini dinlədikdən sonra təqsirləndirilən şəxsin verilmiş ittihamla cəzalandırılmasını qanunauyğun hesab ediblər. Qeyd edilib ki, təqsirləndirilən şəxsin əməli Suriya Ərəb Respublikasında da cinayət hesab olunub.

    Hökmə əsasən Kamran Zülfüqarova 5 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. O cəzasını ümumi rejimli cəzaçəkmə müəssəsində çəkəcək.

    Qeyd edək ki, Kamran Zülfüqarov DTX tərəfindən saxlanıldıqdan sonra istintaq dövründə etiraf videosu yayılmışdı.

  • “TikTok”da “kreditə qızıl satan” şəxsə hökm oxundu

    “TikTok” sosial şəbəkəsində “faizə pul verilir”, “ucuz qiymətə qızılların satışı” səhifələrinin admininə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, 1995-ci ildə Bakı şəhərində anadan olmuş Kənan Bədirli tanımadığı vətəndaşlara qarşı dələduzluq edib. O, faizə pul vermək və ya qızıl satmaq adı ilə vətəndaşları aldadaraq, kart məlumatlarını əldə edib və pullarını ələ keçirib.

    Kənan “TikTok”da 5000 manat faiz ödəməklə 50 000 manat məbləğində pulu 10 il müddətinə kredit verməsini elan edib. Bu yolla o, Firuzə adlı qadının 1851 manatını, Mingəçevir Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən qadının 1552 manatını, Ucar rayonu Yuxarı Şilyan kəndində Azərbaycan dili və ədəbiyyat fənnini müəllimi işləyən şəxsin 5000 manat pulunu mənimsəyib. Onların bəzilərinə özünü “TBC Bank”ın əməkdaşı kimi təqdim edib.

    O, həmçinin “TikTok” sosial şəbəkəsində “ucuz qiymətə qızılların satışı” səhifəsi yaradaraq bu yolla müxtəlif insanları aldadıb, 8800 manatdan çox pulu mənimsəyib.

    Məhkəmənin qərarı ilə Kənan Bədirli Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsində təqsirli bilinib və 3 il 10 ay müddətə azadlıqdan məhrum edilib.

  • Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalıb

    Kür çayının Qıraqkəsəmən məntəqəsində 27 may saat 20:00-a olan məlumata əsasən suyun səviyyəsi tədricən azalıb.

    Bu barədə “Report”a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, hazırda Kür çayının Ağstafa rayonu ərazisindən keçən hissəsində, Kür-Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi tədricən azalmağa başlayıb.

    Hidroloji məntəqədən əldə olunan məlumata görə, hazırda çayda suyun səviyyəsi 554 sm təşkil edir.

    Xatırladaq ki, qonşu ölkələrin ərazisinə yağan intensiv yağışlar nəticəsində mayın 26-da Kür çayının Ağstafa rayonu ərazisindən keçən Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi kəskin artmışdı.

  • Милорад Додик поздравил Ильхама Алиева

    Президент Республики Сербской Боснии и Герцеговины Милорад Додик направил поздравительное письмо президенту Азербайджанской Республики Ильхаму Алиеву по случаю Дня независимости.

    Как сообщает Report, информацию об этом распространила пресс-служба главы государства.

  • Milorad Dodik İlham Əliyevi təbrik edib

    Bosniya və Herseqovinanın Serb Respublikasının Prezidenti Milorad Dodik Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

    Median.Az xəbər verir ki, təbrikdə deyilir:

    “Zati-aliləri, hörmətli cənab Prezident.

    Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Serb Respublikasının xalqı və qurumları adından, şəxsən öz adımdan səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan şərəf duyuram.

    Sizin rəhbərliyiniz sayəsində Azərbaycan Respublikası sürətlə inkişaf edərək regional liderə və iqtisadi gücə çevrilib. Fəxrlə demək istəyirəm ki, Serb Respublikası ilə Azərbaycan Respublikası arasında anlaşma və qarşılıqlı hörmətə əsaslanan sıx dostluq münasibətləri mövcuddur. Böyük tektonik geosiyasi dəyişikliklər, həm siyasi, həm də iqtisadi arenada çağırışlar zamanı hər bir ölkənin daxili işlərinə, eləcə də xarici siyasətinə anlayış və hörmət son dərəcə vacibdir.

    2024-cü il mayın 23-də BMT Baş Assambleyasının sessiyasında keçirilən səsvermə zamanı ölkənizin qlobal səhnədə müstəqilliyini sübut etməsi Sizin suveren siyasətinizin, liberal terrora və təkqütblü dünyanın yenidən qurulmasına qarşı birgə mübarizə aparmağın zəruriliyini dərindən dərk etdiyinizin sübutudur. Serblər Azərbaycan hökumətinin bu tarixi qərarını heç vaxt unutmayacaq və bu məsələdə şərəfli mövqeyinizə görə dərin minnətdarlığımızı bildiririk.

    Məmnuniyyətlə vurğulayıram ki, bir çox sahələrdə və seqmentlərdə ikitərəfli əməkdaşlığımız inkişaf edəcək və yüksələn xətlə davam edəcək. Mən səmimiyyətlə inanıram ki, əlaqələrimiz gələcək illərdə də hər iki xalqa xeyirli və faydalı olacaq şəkildə inkişaf edəcəkdir. Mənim qəti niyyətim dostluğumuzu və dəstəyimizi hörmət əsasında qoruyub saxlamaq və daha da inkişaf etdirməkdir.

    Hörmətli Prezident, Zati-aliləri, icazə verin, Sizə cansağlığı, dost Azərbaycan Respublikasının firavanlığı və inkişafı naminə fəaliyyətinizdə uğurlar arzulayım”.

  • Ucar, Sumqayıt və Xırdalanda məktəb direktorları işdən çıxarılıb

    15 və 22 may tarixlərində Mərkəzi Aran Regional Təhsil İdarəsinin əməkdaşları tərəfindən Ucar rayonu Qarabörk kənd tam orta məktəbində bir neçə istiqamət üzrə yoxlama aparılıb və yoxlama zamanı məktəbdə ümumi idarəetmə, dərsdənkənar və dərnək məşğələlərinin təşkili və tədrisi, məktəb sənədlərinin işlənilməsi, dərslərin əvəzolunması, sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi təhsilin təşkili ilə bağlı nöqsan və çatışmazlıqlar aşkar olunub.

    İdarədən verilən xəbərə görə, həmçinin yoxlama zamanı müəssisədə normal psixoloji mühitin olmadığı, valideynlər və kollektivlə işin düzgün qurulmadığı da məlum olub.

    Yoxlamanın nəticəsinə əsasən, məktəbin direktoru Həmidova Aysel Mübariz qızı 27 may 2024-cü il tarixindən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktorunun müvafiq əmrinə əsasən, tutduğu vəzifədən azad edilib:

    “Əlavə olaraq bildiririk ki, qeyd olunan məsələyə müvafiq hüquqi qiymət verilməsi ilə bağlı yoxlama materiallarının aidiyyəti üzrə hüquq-mühafizə orqanlarına göndərilməsi təmin olunub.

    Mərkəzi Aran Regional Təhsil İdarəsi təhsil müəssisələrində hüquqpozmaların və buna şərait yaradan halların baş verməsini pisləyir, bunun qarşısının alınması, aradan qaldırılması və gələcəkdə bu kimi halların baş verməməsi ilə bağlı idarə tərəfindən təhsil müəssisələrində monitorinq və yoxlamalar davam etdirilir”.

    Bundan əlavə, Sumqayıt və Xırdalanda son bir ayda üç məktəb direktoru işdən çıxarılıb.

    Abşeron-Xızı Regional Təhsil İdarəsindən APA-nın sorğusuna cavab olaraq bildirib ki, İdarənin keçirdiyi genişmiqyaslı monitorinqlər nəticəsində idarənin tabeliyində olan Sumqayıt şəhər 24 nömrəli tam orta məktəbin direktoru Nəsibə Tanrıverdiyeva, 33 nömrəli tam orta məktəbin direktoru Rübabə Əsgərova və Xırdalan şəhər 9 nömrəli tam orta məktəbin direktoru Həcər Quliyeva işdə yol verdikləri nöqsanlara görə tutduqları vəzifədən azad ediliblər.

  • Xudatda yaşayış binasında yanğınla nəticələnən partlayış baş verib

    Xaçmaz rayonunun Xudat şəhərində ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 40 m² olan 2 otaqlı mənzilin mətbəxində yanğınla nəticələnən partlayış baş verib.

    Median.Az FHN-ə istinadən xəbər verir ki, nəticədə mətbəxin içərisində olan əşyalar qismən yanıb. Partlayış zərbə dalğasının təsirindən mətbəxin pəncərə şüşələri sınıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

    Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.